Tuesday, September 29, 2015

Bakı Kitab Klubu /  
NƏŞRLƏRİMİZLƏ TANIŞ OLUN!..
012 4921238; 050 4049113


Monday, September 28, 2015

"SƏN və MƏN"
Naşir: Hans Klos
İdeya müəllifi: Nasir Huseyn
Redaktor: Şamxal
Bədii redaktor: Günel Dənzizadə
Kitab yeni ailə quranlar üçün gözəl hədiyyə ola bilər. Kitaba ailə həyatı, hamiləlik, uşaqlara qulluq və onların tərbiyəsi, eləcə də xalq təbabəti, ləziz mətbəx haqqında maraqlı bilgilər oxuculara təqdim olunub. Kitabın “maraqlı” bölümündə maraqlı məlumatlar da əldə edə bilərsiniz. Kitabda mövzulara uyğun şəkillər, eləcə də ailə albomunuzu yaratmaq üçün xüsusi açıqcalar da yer alıb.
2014, 256 səh. Format 25x35


Friday, September 25, 2015

A.M. Paşayev, Ə.X. Canəhmədov, R.Ə. Kəbirli
Tətbiqi mexanika
Dərslik üç tədris kursunun “Maşın mexanizmlər nəzəriyyəsi”, “Materiallar müqaviməti”, “Maşın detalları və konstruksiyaetmənin əsasları” materiallarını ümumiləşdirir. Azərbaycan dilində ilk dəfə yazılmış bu dərslik qeyri-maşınqayırma ixtisaslarında əyani və qiyabi təhsil alan tələbələr üçün nəzərdə tutulmuşdur və eləcə də mühəndis-texniki işçilər üçün faydalı ola bilər. 
Bakı, 2014, 512 səh. 
ISBN 978-9952-404-20-3


Wednesday, September 23, 2015

Abdulhəlim Əhmədzadə
Azərbaycanca-niderlandca lüğət
Woordenboek Nederlands-Azerbajdzjaans 
İki hissəli lüğətdə azərbaycanca-niderlandca və niderlandca-azərbaycanca söz və söz birləşmələri verilmişdir.
Lüğətin birinci hissəsində 13 min 600-dən çox Azərbaycan dilində söz və söz birləşməsi niderland dilinə, ikinci hissəsində isə 15 min 800-dən artıq niderland dilində söz və söz birləşməsi Azərbaycan dilinə tərcümə edilmişdir.
Müəllif Azərbaycan və holland dillərini öyrənmək istəyənlərə kitabın tərcümə hissələrində seçilən hər iki dildəki sözləri tərkibə daxil edərək, imkan daxilində sadə cümlələr quraraq iki dilə tərcümə etmişdir.
Lüğət mövcud qrammatik və linqvistik meyarlarla mürəkkəbləşdirilməmiş, müxtəlif işarə və göstəricilərdən qismən asanlıqla istifadə edilməsi üçün sadə formada tərtib edilmişdir.
Kitabın elmi redaktorları Gülbəniz Əhmədzadə və Jeroen Verugdenhilidir.
Müəllif: Abdulhəlim Əhmədzadə
Dil: Azərbaycan, Niderland
Nəşriyyat: “Nurlan”
Nəşr ili: 2010
ISBN: -
Səhifə: 392 səh.
Format: 60x90 1/16 (150x220 мм) 
Cildi: bərk
Tiraj: 400


Tuesday, September 22, 2015

ÖMƏR XƏYYAM. RÜBAİLƏR
Tərtibçi: Enar Hacıyev
Kitaba Şərqin ən məşhur şairi və mütəfəkkiri sayılan Ömər Xəyyamın Azərbaycan dilinə tərcümə olunan rübailəri salınıb. Kitabdakı rübailər farsca, ayrıca transkripsiyası və azərbaycan türkcəsində verilmişdir. Kitab nəfis şəkildə Türkiyədə çap olunub. Hədiyyə vermək niyyətiniz olsa bu kitabı nəzərinizdən qaçırmayın.
Poetik tərcümə:
Hüseyn Cavid, Mikayıl Müşfiq, Əkrəm Cəfər, Mir Mehdi Seyidzadə, Dönməz, Niyazi
Ön söz, farsca mətnin transliterasiyası, filoloji tərcümə və elmi redaktə:
Nəsib Göyüşov
Rəsmlər məşhur İran rəssamı Məhəmməd Təcvidin Ömər Xəyyam rübailərinə çəkdiyi münütürlər seriyasındandır
Türkiyə, Dora Basım-Yayım Dağıtım LTD, ŞTİ. 2014
ISBN: 978-605-9929-19-6
494 səh. Format: 21x30


"AĞABƏYLİLƏR"
S.S.Ağabəyov, Y.Ə.Ağabəyov
Kitabda Salyanın Kür Qaraqaşlı kəndinin əsasını qoyan Ağabəylilər nəslindən, bu nəslin Azərbaycan xalqına bəxş etdiyi igid oğullarından, istedadlı sənətkarlarından, görkəmli elm, incəsənət xadimlərindən və nəhayət sadə, zəhmətkeş övladlarından bəhs edilir.
“Kitab Klubu”, 2008, 248 səh., 15x22, sərt, 500


Monday, September 21, 2015

Abbasqulu ağa Bakıxanov
Gülüstani-İrəm
A. Bakıxanova qədər, Azərbaycan tarixinə aid zəngin və qiymətli materiallara ancaq pərakəndə halda tarixi və coğrafi əsərlərdə, səyahətnamələrdə, salnamələrdə təsadüf olunurdu. A. Bakıxanov ilk dəfə olaraq, bu pərakəndə materialları toplamış və onlara əsasən «Gülüstani-İrəm» adlı əsərini yazmışdır.
Gülüstani-İrəm XIX əsrin birinci yarısında Azərbaycan tarixi haqqında yazılmış ən dəyərli əsərlərdən biridir. Bu əsər, şübhəsiz, oxucular və Azərbaycan tarixini öyrənənlər üçün qiymətli bir qaynaq olacaq.
© Kitab Klubu MMC, 2015
Müəllif: Abbasqulu ağa Bakıxanov
Dil: Azərbaycan
Nəşriyyat: © Bakı Kitab Klubu
Nəşr ili: 2015
ISBN 978-9952-8210-8-6
Səhifə: 320 səh.
Format: 60x84 1/16 (140x200 мм) 
Cildi: yumşaq
Tiraj: 100

Sunday, September 20, 2015

Qurani-Kərimdə qida məhsulları və islamda qidalanma
(Türk, rus və ingilis dillərində xülasə ilə yenidən işlənmiş ikinci nəşr)
Müəllif: Əhməd-Cabir İsmayıl oğlu Əhmədov
Məsləhətçi: Hacı Salman Musayev
Rəyçi: Hacı Məmmədhəsən Meybullayev
Kitabın yazılmasında “Qurani Kərim”-in 100-dən çox ayələrindən, Peyğəmbərimizin (s.ə.v.) hədislərindən, imamların və dahilərin kəlamlarından, bir çox mənbələrdən (kitablardan) və dövrü mətbuatda rast gəldiyim materiallardan, eləcə də, müəllifin qida məhsullarının əmtəəşünaslığına və texnologiyasına həsr olunmuş onlarla kitablarındakı məlumatlardan istifadə olunmuşdur.
Kitabda su, süd, ət, yumurta, balıq, zeytun yağı, çörək, meyvə-tərəvəz, bal, şəkər, sirkə, xörək duzu və digər qida məhsullarından müsəlmanların istifadə etmələrinin islam dininin tələblərinə uyğun olaraq geniş izahı verilmişdir. Eyni zamanda qida qəbulu mədəniyyəti, yeyib-içmək ədəbi, islamda və müasir dövrdə səmərəli qidalanmanın əsas prinsipləri kitabda öz əksini tapmışdır. Kitabda Ramazan orucunun mənası, tarixi, orucluğun insan sağlamlığı üçün əhəmiyyəti, oruc tutmağın islami qaydaları haqqında da ətraflı məlumat verilir. Kitabda şərabın haram olması və siqaretin insan orqanizminə zərəri haqqında məlumatlar da öz əksini tapmışdır.
Kitabda Quran ayələrindəki qida məhsullarına həsr olunan Allah kəlamlarına istinad edildiyindən oxuculara məsləhətimiz budur ki, bu kitabı natəmiz yerlərə qoymasınlar.
Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
"Çaşıoğlu" nəşriyyatı
Səhifə: 352
İl: 2015
Format: 70x100 1/16
Tiraj: 300


"Шеки и шекинцы"
(энциклопедийный сигнальный выпуск)
Автор и составитель: Франгиз ХАНДЖАНБЕКОВА

В книге впервые воедино объединены имена известных деятелей культуры Азербайджана - уроженцев древнейшего города Шеки, внесших значительный вклад в прогресс общества, в искусство и науку нашей страны.
В предоставленных статях и интервью читатель найдет немало сведений об интересных и малоизвестных фактах, эпизодах их жизни, раскрывающих их внутренний мир, сложные перипетии судьбы.

Баку, Китаб Клубу, 2015, 390 стр. с иллюстрациями, 17х24, цветная, тв. переплет.
Тираж ... шт.
------------------------------------------------------------------
Чтобы подписаться на книгу Франгиз Ханджанбековой «Шеки и шекинцы» обращайтесь к нам в издательство (Китаб Клубу)


Saturday, September 19, 2015

IV BAKI BEYNƏLXALQ KİTAB SƏRGİ-YARMARKASI
16-18 Sentyabr 2015 / Əl Oyunları İdman Sarayı
Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin (BŞMTİ) təşkilatçılığı ilə keçirilən sərgidə biz də təltif olunduq


Wednesday, September 16, 2015

SİZİ YENİ LAYİHƏMİZİN TƏQDİMATINA DƏVƏT EDİRİK...

VAXT: 17.09.2015 saat 15:00
MƏKAN: Əl Oyunları İdman Sarayının konfrans zalı
IV Beynəlxalq kitab sərgi-yarmarkası çərçivəsində
----------------------------------
ROBİN SHARMA
SEN ÖLÜNCE KİM AĞLAR?

Bu kitab «Kitab klubu»nun başladığı “Osmanlıcadan tərcümə türkə nə deməkdir” adlı yeni layihənin ilk məhsuludur.
Layihənin məğzini M.Ə.Sabirin aşağıdakı misraları tam ifadə edir:

“Osmanlıcadan tərcümə türkə” - bunu bilməm,
Gerçək yazıyor gəncəli, yainki hənəkdir;
Mümkün iki dil bir-birinə tərcümə, amma
“Osmanlıcadan tərcümə türkə” nə deməkdir?!

Sizə təqdim edilən bu kitabın dilinə toxunulmayıb, yalnız dilimizdə az-az işlədilən söz və ifadələrin hər səhifənin sonunda tərcüməsi verilib. Kitabın sonunda da bu sözlərin toplandığı lüğət var.
Fikrimizcə belə təqdimat oxucuya həm türkcəni öyrənməyə kömək edər, həm də artıq türkcə oxumağa alışmış oxucuların marağına uyğun olar.

Azərbaycan türkçəsində lüğəti tərtib edən: Rauf Həmidov
Bakı, Kitab Klubu, 2015, 256 səh.
ISBN 978-9952-8210-7-9
© “Kitab Klubu” MMC

Əlaqə üçün:
Kitab Klubu Nəşriyyatı
Bakı, AZ1001, N.Aşurbəyova (M.Sübhi 13)
Tel: (+994 12) 4921238; 5116186
Mobil: (+994 50) 4049113, (+994 55) 6741138
e-mail: kitabklubu@gmail.com
www.kitabklubu.org
www.fb.com/kitab.klubu

https://www.facebook.com/kitab.klubu/photos/a.601981959867869.1073741827.601510713248327/951199688279426/?type=1&theater


Tuesday, September 15, 2015

Nəsiman YAQUBLU
“Qafqaz İslam Ordusunun Azərbaycanda izləri”
Bu tarixi foto-kitab 1918-ci ildə Azərbaycana xilaskar bir qüvvə kimi gəlib vətənimizi bolşevik-daşnak qüvvələrindən azad etmiş Qafqaz İslam Ordusuna və onun komandiri Nuru Paşanın fədakarlığına həsr edilib. Kitabda Qafqaz İslam Ordusunun və Nuru Paşanın Azərbaycanda bu gün də qorunub saxlanılan izləri ilə bağlı maraqlı məlumatlar verilib.
Bakı Kitab Klubu, 2015, 152 səh.


Saturday, September 12, 2015

İSMİXAN YUSUF
Mənim Atlantidam
(50 illik itiyin sorağında)
Artıq bizləri tərk edib əbədiyyətə qovuşmuş sevimli tələbə yoldaşlarımızın əziz xatirəsinə ithaf olunur (müəllif)
Bu kiçik kitabça 70 yaşlı bir qocanın, içərisində sənədlər, şəkillər, mühazirə dəftərləri, məktub nümunələri olan bir sürü köhnə - köşküldən, bir miqdar da öz yaddaş və təxəyyülündən yararlanaraq, 50 il əvvəlki gəncliyinə, unudulmaz tələbəlik illərinə, öz dünyasının "Atlantida"sına qayıtmaq cəhdi yolunda yaranmışdır.
ISBN 978-9952-29-094-8
"MBM", 2015, 104 səh.


Wednesday, September 9, 2015

“30+1”

* * *
"30+1" kitabı 13 fərqli düşüncə sahibinin birlikdə ərsəyə gətirdikləri şeirlər və hekayələrədən ibarətdir. İyul ayında oxucularla görüşə gələcək kitabda 13 gənc, fərqli yazar və şairin maraqlı, sentimental, senzurasız, azad fikirli, həmçinin araşdırma tipli yazıları olacaq. Kitabda yer alacaq qələm sahiblərinin adları:
1.İlkin Tomar
2.Nicat Həşimzadə
3.İsmayıl Rizvanoğlu
4.Murad Ramazanov
5.Şvartsman
6.Xan Abdulla
7.Yusif Hansen
8.Ağaəhməd Göyüşov
9.Seymur Su
10.Kamran Süleyman
11.Paşa Hikmət
12.Ziya Balıyev
13.Elvin Nihan

Bu kitab “Yumruq” ədəbi birliyinin təşkilatçılığı ilə ərsəyə gəlib. Kitab barədə hər hansı irad və təklifləri olanlar yumruq.az@gmail.com elektron poçt
ünvanına yaza və ya www.facebook.com/30+1
səhifəsində bizi izləyə bilər.


Friday, September 4, 2015

Xaləddin İbrahimli
Azərbaycan mühacirəti tarixi
Kitabda XIX yüzilin əvvəllərində rusların Qafqazı işğal etməsi ilə Azərbaycan mühacirətinin meydana gəlməsindən, mühacirətin 1918-ci ildə bolşevik işğalı ilə devrilmiş Azərbaycan Respublikasının müstəqilliyinin yenidən bərpası uğrunda mühacirlərin apardığı mübarizədən, müxtəlif ölkələrdə onlarla ictimai-siyasi təşkilatın yaradılmasından, otuzdan artıq qəzet və dərginin ərsəyə gəlməsindən, nəhayət, milli ideologiyanın daha da dolğunlaşdırılmasından bəhs olunur. Əsərdə Azərbaycanın yenidən öz müstəqilliyinə qovuşmasında münagirətin gördüyü işlərin məzmun və əhəmiyyətinə də aydınlıq gətirilir.
ISBN 978-9952-494-57-0, 2015, 264 səh.

Thursday, September 3, 2015

Əkbər N. Nəcəf
Hun minilliyi (b.e.ə. IV-b.e.ə VI əsrlərdə türk dünyası)
Əsas mövzusu Avropa Hun xaqanlığı (370-460) tarixinin tədqiqinə həsr olunan kitabda hunların tarix səhnəsinə çıxması, mənşəyi, Böyük Hun Xaqanlığı, hun köçləri və dövlətləri, onların siyasi, mədəni kimliyi və dövlət təşkilatı araşdırılıb. Burada hunların Böyük xaqanı Attilanın fəaliyyəti, apardığı müharibələr, Avropa xalqlarının və kilsənin ona münasibəti müqayisəli öyrənilərək dünya tarixində oynadığı rol ətraflı təhlil edilib.
ISBN 978-9952-494-52-5, 2015, 760 səh.

Tuesday, September 1, 2015

Xan Abdulla
"Məsihin qanı"
Kitabda gənc yazıçı Xan Abdullanın 11 hekayəsi toplanıb, hekayələr müxtəlif mövzularda, müxtəlif ovqatda yazılıb. Kitab yazıçının ilk kitabıdır və əmindir ki, ona böyük uğurlar qazandıracaq.
Bakı, 2015, 160 səh. 12x17


Kəlilə və Dimnə (Qədim hind eposu)
Kəlilə və Dimnə — e.ə. I əsrdə yaşadığı düşünülən Bəydəba tərəfindən qələmə alınmış təmsil şəklində hekayələrdən ibarət olan kitabdır. Kitabın Depşelem adlı bir hind hökmdarına ithaf edildiyi və hökmdara məsləhət və nəsihət səciyyəsi daşıması fikri mövcuddur. “Kəlilə və Dimnə"dəki hekayələr siyasətdən xeyirxahlığa qədər bir çox fərqli mövzunu özündə birləşdirmişdir. Əsər adını ilk bölümündəki bir hekayənin qəhrəmanları olan iki çaqqaldan almışdır - “doğrunun və dürüstlüyün” simvolu “Kəlilə” ilə “yanlışın və yalanın” simvolu “Dimnə”. Kitabda hekayələr “Min bir gecə” nağıllarında olduğu kimi bir-biriylə əlaqəli və qarışıq hekayələrdən ibarətdir. Beş fəsli və bir girişi vardır. Hər fəsildə bir əsas hekayə, onun içində də kiçik hekayələr, nəzm şəklində nəsihətlər vardır. Hekayənin yazılış məqsədi Mehapur hökmdarının tənbəl üç şahzadəsini doğru yola yönəltməkdir.
Dil: Azərbaycan
Nəşriyyat: © Bakı Kitab Klubu
Nəşr ili: 2015
ISBN 978-9952-8210-4-8
Səhifə: 344 səh.
Format: 60x84 1/16 (140x200 мм)
Cildi: yumşaq
Tiraj: 100


Azərbaycan Respublikası Cinayət Məcəlləsinin kommentariyası
(2 hissədə)
Firudin Yusif oğlu Səməndərovun redaktəsi ilə
Yenidən işlənmiş təkrar nəşr
752 / 832 səh.
Format 70x100 1/16
"Hüquq Yayın Evi", 2015
"BESTRACK" mətbəəsi
I və II hissələrinin birlikdə qiyməti: 50 AZN