Tuesday, June 26, 2018

Xəlil Rza Ulutürk. Mən ümmanlar təşnəsiyəm.

Kitabda Xalq şairi Xəlil Rza Ulutürkün müxtəlif səpgili şeirləri təqdim olunub. Şairin poeziyasını iki dövrə ayırmaq olar: 60-cı illərdən 80-ci illərin axırlarına qədər olan dövr, bir də milli-azadlıq hərəkatından sonrakı dövr. Hər iki mərhələdə Xəlil Rza mübarizdir, üsyankardır, haqsızlığa qarşı barışmazdır. Hətta gənclik yaradıcılığının mövzuları təbiət lövhələri, məhəbbət, sevgi seirləri olsa belə bu poeziyada da oxucu şairin milli duyğu və düşüncələrini çox aydın şəkildə görə bilir.
Kitabda istiqlal şairinin azadlıq mübarizəsindəki iştirakının bəzi səhifələri, habelə, onun Lefortovo zindan həyatının mühüm tarixçəsi ilə bağlı şeirləri də yer alıb.

Müəllif: Xəlil Rza Ulutürk
Dil: Azərbaycan
Nəşriyyat: © Bakı Kitab Klubu
Nəşr ili: 2018
ISBN 978-9952-8210-6-2
Səhifə: 440 səh.
Format: 60x84 1/16 (140x200 мм)
Cildi: yumşaq
Tiraj: 100


Friday, June 22, 2018

DÜNYA ƏDƏBİYYATI KİTABXANASI Seriyasından (10 adda)
Hərəsi 4 manata


Tuesday, June 12, 2018

Author: Jann Huizenga Müəllif: Azər Zahidov
American’s way of independence
Amerikanın müstəqillik yolu

İngilis dilini öyrənənlər üçün yeni-rəngli metodik vəsait
Tərcümə: Azər Zahidov

© Azər Zahidov

Kitabda Amerikanın müstəqillik yolundan bəhs edilir. Amerika müstəqil olmadan öncə Böyük Britaniyanın kaloniyası olmuşdu. Benjamin Franklinin ideyası və Corc Vaşinqtonun komandanlığı ilə Amerika müstəqil bir ölkəyə çevrildi. Böyük Britaniyaya qarşı çıxmaq, müharibə və müharibədən sonrakı proseslərdən bəhs edir. Kitab fərqli metodika ilə yazılıb:
Kitabı həm İngiliscə həm də Azərbaycanca oxumaq mümkündür.
Ən əsası isə bu kitab vasitəsi ilə İngilis dilini öyrənmək mümkündür.

Author: Jann Huizenga Müəllif: Azər Zahidov
Dil: Azərbaycan, English
Nəşriyyat: KitabKlubu.org
Nəşr ili: 2018
ISBN: -
Səhifə: 176 səh.
Format: 60x84 1/16 (140x200 мм)
Cildi: yumşaq
Tiraj: 50


Monday, June 11, 2018

Mehman Süleymanov
Şah İsmayıl Səfəvi

Kitab Azərbaycan xalqının dövlətçilik tarixində yeni bir səhifə açmış, Səfəvilər sülaləsinin əsasını qoymuş, görkəmli sərkərdə, məharətli döyüşçü, istetdadlı şair Şah İsmayıl Səfəvinin həyat və fəaliyyətinə həsr edilmişdir. İlkin mənbələrin araşdırılmasına geniş yer verilməklə kitabda Şah İsmayılın əcdadları, dini-siyasi baxışlarının məzmunu və mahiyyəti, şəxsiyyətinin xüsusiyyətləri əhatəli şəkildə araşdırılaraq oxucuların diqqətinə təqdim olunmuşdur.

Müəllif: Mehman Süleymanov
Dil: Azərbaycan
Nəşriyyat: "Elm və Təhsil"
Nəşr ili: 2018
ISBN 978-9952-8176-9-0
Səhifə: 824 səh.
Format: 70x100 1/16 (170x240 мм)
Cildi: bərk
Tiraj: 300


Wednesday, June 6, 2018

Hüseyn Baykara. İran inqilabı və azadlıq hərəkatları
Türk dilindən çevirən: Cavanşir Yusifli

Kitabda XX əsrin əvvəllərində dünyada həlli müşkül olan siyasi, iqtisadi və sosial-intellektual problemlərin xalqların, millətlərin taleyinə təsiri, milli oyanış, bu oyanışın fonunda İranda cərəyan edən ictimai-siyasi proseslər öz əksini tapmışdır. Müəllif yazır: "Uzun sərhəddi ilə Türkiyəyə qonşu olan bir İran dövlə­ti, bir də İran xalqları var. Şahənşah Məhəm­məd Rza tərəfindən idarə olunan bu ölkə dünya üçün bir qapalı qutu kimidir. Bu o deməkdir ki, ölümlə, zülümlə, haqsızlıqla, əsarət və ədalətsizliklə istibdad üsuluyla idarə edilən zavallı İran ölkəsi və xalqları haqqında dünya heç nə bilmir. Hal­buki XX əsrin əvvə­lindən indiyə kimi İranda, İran xalq­ları arasında zülmə və istibda­da qarşı eynən Qərbdəki fikir hərəkatları kimi üsyanlar olmuş, mübarizələr aparılmış, qanlar axmış, haqlar əldə edilmiş və bir az sonra yenə tapdalanmış, bir daha qanlar axmış, müba­ri­zə davam etmişdir, bu gün də bu mübarizə dayanma­mışdır."

© Kitab Klubu MMC, 2018
© İstanbul, 1978

Müəllif: Hüseyn Baykara
Dil: Azərbaycan
Nəşriyyat: KitabKlubu.org
Nəşr ili: 2018
ISBN: -
Səhifə: 232 səh.
Format: 60x84 1/16 (140x200 мм)
Cildi: yumşaq
Tiraj: 200


Friday, June 1, 2018

əvahirləl Nehru. ÜMUMDÜNYA TARİXİNƏ NƏZƏR
Tərcümə: Tahir Paşazadə

Kitaba dünyanın görkəmli siyasi xadimlərindən biri, Hindis-tan milli-azadlıq hərəkatının lideri və ilk baş naziri olmuş Cəvahirləl Nehrunun məhbəsdə ikən qızı İndira Qandiyə (1980-1984-cü illərdə Hindistanın baş naziri olmuşdur) yazdığı məktublar daxil edilmişdir. Əsərdə həmçinin, bəşər sivilizasi-yasının ikinci dünya müharibəsinə qədərki tarixinin əsas hadisələri qısaca şərh şəklində oxuculara təqdim olunub.

Müəllif: Cəvahirləl Nehru
Dil: Azərbaycan
Nəşriyyat: © Bakı Kitab Klubu
Nəşr ili: 2018
ISBN: -
Səhifə: 420 səh.
Format: 60x84 1/16 (140x200 мм)
Cildi: yumşaq
Tiraj: 150