Thursday, July 30, 2015

Yunus Oğuz
Sultan Alp Arslan
(tarixi roman)

Kitabda Böyük Səlcuq dövlətinin sultanı Alp Arslanın həyat hekayəsindən bəhs olunur. Müəllif kitabda hadisələri təsvir edərkən həm elmi-publisistik bir dəqiqliklə onların xronologiyasını verir, həm də həmin hadisələrə mistik müdaxilələrin əhəmiyyətli təsir göstərdiyi qənaətinə gələrək bu təsirlərin metafizik semiotikasını müəyyənləşdirməyə çalışır.
2015, ISBN 978-9952-494-62-4, 288 səh.


Wednesday, July 29, 2015

Əli Kərim. “Nə xoşbəxt imişəm bir zaman, Allah!”
Kitab Klubu, 2015, 384 səh.

XX əsr Azərbaycan poeziyasının ən istedadlı nümayəndələrindən biri olan Əli Kərimi ədəbiyyatımızda şimşək kimi tez çaxıb tez də sönən şairlər sırasına daxil etmək olar. Onun novator, hər cür pafosdan uzaq olan poeziyasının işığı, istisi heç zaman sönmədi, insanları sevməyə, sevilməyə, necə olursa-olsun həqiqətin yanında olmağa çağırdı. Əli Kərim 60-cı illərdə Azərbaycan sözü üçün xüsusi poetik mühit yaradaraq onu çeynənməkdən, sürtülməkdən xilas etdi, bədii təfəkkürü yeniləşdirdi.
Vaxtilə Rəsul Rza Əli Kərim haqqında yazmışdı: “Şair var ki, yüksəliş pillələrini dayana-dayana, tövşüyə-tövşüyə, yazdığını təkrarlaya-təkrarlaya çıxır. Şair də var ki, öz-özüylə yarışdadır, hər əsərində bir pillə qalxır, özü¬nü, özgəsini təkrarlamaq faciəsindən uzaq olur. Əli Kərim ikincilərdəndi... ”
Sizi bu yaradıcılıqla baş-başa buraxırıq...
ISBN 978-9952-8278-8-0
© “Kitab Klubu”, 2015


Sunday, July 26, 2015

Reytinq cədvəli: TOP-30
Son 3 ayda ən çox satılan kitablarımız:
25.07.2015

1 Ağıl mücrüsü (Çin rəvayətləri)
2 Şeytan (L.Tolstoy)
3 Çaldıran döyüşü (Fərman Kərimzadə)
4 Həbsxana (Qənimət Əlisaoğlu)
5 Bakı və bakılılar (Qılman İlkin)
6 Seçilmiş əsərləri (S.S. Axundov)
7 Uğur qazanmaq üçün 200 məsləhət (R.Şarma) 3-cü nəşr
8 Amerika (Frans Kafka)
9 Ticarətin yolu (Tadao Yamaquçi)
10 Ferrarisini satmış rahib (Robin Şarma) 3-cü nəşr
11 Möcüzəli balaca (Patrick Modiano)
12 C. Məmmədquluzadə ( Seçilmiş əsərləri)
13 Bir gəngin manifesti (Mir Cəlal)
14 Cığatel (Seçilmişlər)
15 Hophopnamə (M.Ə.Sabir)
16 Sənin xətrinə (Alqayıt)
17 Bakı 1501 (Əzizə Cəfərzadə)
18 Mən nə dedim ki?!.. (Baba Pünhan)
19 Seçilmiş əsərləri (İlyas Əfəndiyev)
20 Tanrını axtaran dedektiv (Stepen Smoke)
21 Titulsuz lider (Robin Şarma)
22 Seçilmiş əsərləri (F. Dostoyevski)
23 Seçilmiş əsərləri (Məhəmmədhüseyn Şəhriyar)
24 Seçilmiş əsərləri (Şah ismayıl Səfəvi (Xətai)
25 Çalıquşu (R.N.Güntəkin)
26 Doxsan üçüncü il (Viktor Hüqo)
27 Seçilmiş əsərləri (Çingiz Aytmatov)
28 Bir gəngin manifesti (Mir Cəlal)
29 Böyük loğman İbn Sina (Valeri Voskoboynikov)
30 Kerri bacı (Teodor Drayzer)


Friday, July 24, 2015

ЭЛАЗА БАБАЕВА / автор суфийской поэзии
Книга восьмая
Часть первая 1996 г.
«Береги Солнце!»
Посвящается Народному артисту СССР и Азербайджана - Муслиму Магомаеву
Уважаемый читатель!
Книга 1996 года включает в себя две части поэтического символа. В них разнообразие и поиск истины в любви. Память о тех, кто жил среди нас. Но есть память о тех, кто старался донести нам своё слово. Начиная с первой книги события исторические переплетаются. Имена, а значит, история кружит и возвращает нас душой к ним. К знакомым и неизвестным личностям. Мы должны, обязаны расшифровать для себя загадки оставленные нам, как подарки мудрости времени. Пусть те, кто придут за нами, знают твёрдо: - их задача посложней нашей. Цивилизации это не круг.
Это лестница. Одна из золотых ступеней - мы! Человек! Духовное богатство не материя. Надень на себя златые одежды.
Считай себя Посохом Мира и ты победишь!
Баку, 2015 г., 544 стр.
© Элаза Бабаева


Thursday, July 23, 2015

MƏMMƏD ARAZ - seçilmiş əsərləri
HÜSEYN ARİF - seçilmiş əsərləri
NƏBİ XƏZRİ - seçilmiş əsərləri
---------------
Bakı, 2014, tiraj 500


Friday, July 17, 2015

Натаван Фаиг
"В пульсе межмирья" (+CD)
(к 75-летию Вагифа Самедоглу)

Перевод стихов на русский:
Владимир Кафаров, Сиявуш Мамедзаде, Мансур Векилов, Алла Ахундова, Владимир Портнов, Дмитрий Дадашидзе, Валех Рзаев, Любовь Турбина, Леонид Латынин, Алина Талыбова, Ровшан Кафаров

Дизайн обложки: Новруз Новрузов

Бывают люди в этой жизни, а бывают - вечности.
Это видно невооруженным взглядом.
Не ошибешься уже при первой встрече.
Первой, ставшей последней...
С Вагифом Самедоглу...
Книга о жизни и смерти.

Красочное - качественное, цветное издание с диском.

2015, "Mega" basım 336 стр. 15x25
Твердый переплет


Wednesday, July 15, 2015

MİLİ MƏTBUATIN 140 İLLİYİ MÜNASİBƏTİLƏ:
1) Qulam Məmmədli, Afaq Əliyeva. İmzalar. Bakı, 2015, 312 s.
Redaktor: filologiya üzrə fəlsəfə doktoru E.Qasımova.
Rəyçilər: filologiya üzrə elmlər doktoru P.Kərimov,
filologiya üzrə fəlsəfə doktoru X.Yusifova.
Oxucuya təqdim olunan bu biblioqrafik göstərici Q.Məmmədlinin «İmzalar» kitabı əsasında çapa hazırlanmışdır. Kitab iki hissədən ibarətdir. I hissəyə Q.Məmmədlinin «İmzalar» kitabı daxil edilmişdir. II hissədə əvvəlcə müəlliflərin ad və familiyaları, sonra isə onlara aid edilən imzalar verilmişdir. Bununla, tədqiqatçının hər iki halda – imzanın müəllifini və müəllifin imzalarını tapmaqda əvvəlki biblioqrafiyada üzləşdiyi çətinlik aradan qaldırılmışdır.
Bu nəşr elmi, biblioqrafik sənədli mənbələr əsasında yeni müəllif və imzalar ilə zənginləşdirilmişdir.

2) Elmira Qasımova, Afaq Əliyeva. İmzalar. «Molla Nəsrəddin» (1906-1931). Bakı, 2015, 198 s.
Redaktor: filologiya üzrə fəlsəfə doktoru A.Salmansoy.
Rəyçilər: filologiya üzrə fəlsəfə doktoru G.Qocayeva.
filologiya üzrə fəlsəfə doktoru S.Vahabova.
Oxucuya təqdim olunan bu biblioqrafik göstərici gizli imzaların toplanılması və spesifikliyi baxımından ilk təşəbbüsdür.
Kitab iki hissədən ibarətdir: I hissədə müxtəlif fasilələrlə 25 il nəşr olunan «Molla Nəsrəddin» jurnalının 1906-1921, II hissədə isə 1922-1931-ci illərin mətnindəki bütün gizli imzalar qeydə alınmışdır.

3) Novruz Ağayev, Mərziyə Paşayeva. İmzalar. Bakı, 2015, 72 s.
Transfoneliterasiya edən, çapa hazırlayan və ön sözün müəllifi: Elmira Qasımova.
Redaktor: filologiya üzrə fəlsəfə doktoru R.Sadıqov.
Oxucuya təqdim olunan bu kitaba mətbuat səhifələrindəki minlərcə gizli imzanın kiçik bir qismini özündə əks etdirən ilk biblioqrafik göstəricilər daxil edilmişdir. Göstərici gizli imzaların atribusiyası üçün tədqiqatçıya istiqamətverici mənbə kimi yararlıdır.




Monday, July 13, 2015

Əli POLAD / hər 3 kitab
"Üç min ilin hikməti"
"Əzab yüklü eşşək"
"Bir damcı su" (I)


Friday, July 10, 2015

Tərtib edən: Nüşabə Babayeva-Vəkilova
Vaqif Səmədoğlu. Dramaturgiya (1, 2 cild)
Vaqif Səmədoğlu elə bənzərsiz yaradıcılıq istedadına malikdir ki, sağlığında klassikləşməyi bacarıb. O, milli dramaturgiyamızı dolğun məzmunlu əsərləri ilə zənginləşdirərək yeni mərhələyə yüksəldib. V. Səmədoğlu insan-cəmiyyət münasibətlərinin dərinliklərinə nüfuz etməyi bacaran mütəfəkkir bir sənətkardır. Milli mənbələrə çox bağlı olduğu üçün onun yaradıcılığı çox zəngin və qüvvətlidir. Pyesləri tutarlı, kəskin sözlər və məsəllərlə doludur. Xalq ləhcəsindən, şivəsindən böyük ustalıqla istifadə edən V. Səmədoğlunun özünəməxsus fərqli yumoru, üslubu əsərlərinə xüsusi maraq doğurur. Dövrünün bədii mənzərəsini canlı əks etdirən V. Səmədoğlu dramaturgiyası dərin təhlil və dəyərləndirməyə ehtiyac duyur.
2014, 
978-9952-498-31-8, 280 səh. (1-ci cild) 
978-9952-498-32-5, 272 səh. (2-ci cild) 


Thursday, July 9, 2015

*** ABUNƏÇİLƏRİMİZİN NƏZƏRİNƏ ***
---------------------------------------------------
DƏK Seriyasından növbəti yeni 4 kitab çap olundu. Qarşılayın !!!
Beləliklə Dünya Ədəbiyyatı Kitabxanası layihəsindən 109 kitab artıq nəşr olunub.
• Tomas Vulf. Seçilmiş əsərləri
• Samuel Bekket. Seçilmiş əsərləri
• Ərəb ədəbiyyatı antologiyası
• Latın Amerikası ədəbiyyatı antologiyası

_______________________________________________

Tomas Vulf. Seçilmiş əsərləri
Tomas Vulf 1900-cü il oktyabr ayının 3-də Şimali Karolina ştatının kurort şəhəri olan Aşvillada doğulmuşdur. Anasının sahib olduğu pansion şəraitində böyüyən Tomas Vulf artıq on beş yaşında Şimali Karolina Universitetinin hüquq fakültəsinə daxil olur. 1920-ci ildə universitetdə təhsilini başa vurduqdan sonra Vulf dramaturq olmaq istəyi ilə Harvard Universitetinə daxil olur. Buraya o, prof. P. Beykerin rəhbərlik etdiyi dramaturgiya üzrə seminarlarda fəal iştirak etmək məqsədilə gəlmişdi. Üç ildən sonra o özünün “Bizim şəhərə xoş gəlmişsiniz” və “Manner haus”  pyeslərini Nyu-Yorka gətirir, lakin bunları tamaşaya qoymaq üçün prodüser tapmadığından arzusunu həyata keçirə bilmir. Yaxın dostuna çevrilən nəşriyyat direktoru M. Perkins əsərlərinin nəşr olunmasında ona xeyli kömək edir. Onun 1929-cu ildə qələmə aldığı “Mələk, öz evinə nəzər sal” avtobioqrafik romanı da həmin dostluğun nəticəsində işıq üzü görür. Bir müddət sonra o, Nyu-York Universitetində ingilis ədəbiyyatından dərs deməyə başlayır.
Avropaya səyahət edən Vulf tənha həyat tərzi keçirir, ikinci romanını yazıb başa çatdırır. “Zaman və çay” haqqında (1935) romanında Yujin Qantın sonrakı həyatından bəhs edir.
1938-ci ilin yayında ABŞ-ın qərb sahillərinə səfəri zamanı o, pnevmoniya xəstəliyinə düçar olur. 1938-ci ilin sentyabr ayının 15-də vəfat edir.
Kitaba müəllifin “Həyatım haqqında bəzi qeydlər” avtobioqrafik qeydləri, “Baskom Hokun portreti”, “Dünyanın hörümçək toru”, “Ölüm-məğrur bacı” povestləri və 11 adda hekayələri daxil edilib.
“Şərq-Qərb”, ISBN 978-9952-32-130-2, 2015, 416 səh.

Samuel Bekket. Seçilmiş əsərləri
Tərcüməçi: Əyyub Qiyas
Dünya şöhrətli irland yazıçısı, şair və dramaturq Samuel Bekket dünya ədəbiyyatı tarixində daha çox Absurd Teatrının yaradıcısı kimi qalır. Ona ən böyük şöhrət gətirən əsəri isə dünya dramaturgiyası incilərindən biri olan "Qodonun intizarında" pyesidir. S.Bekket 1969-cu ildə ədəbiyyat üzrə Nobel mükafatına ("Nəsr və poeziya sahələrində müasir insanın faciəsinin onun zəfərinə çevrilməsini novatorcasına əks etdirən əsərlərinə görə") layiq görülüb. Müəllif əsərlərini ingilis və fransız dillərində yazıb yaratmışdır.
Kitaba müəllifin “Qadonun intizarında”, “Endşpil”, “Bütün yıxılanlar haqqında”, “Xoşbəxt günlər”, “Söz və musiqi”, “Kül”, “Kreppin sonuncu lent yazısı” pyesləri və “İlk məhəbbət” hekayəsi daxil edilib.
“Qafqaz” / “Şərq-Qərb” Nəşriyyat Evi, ISBN 978-9952-500-03-5, 2015, 352 səh.

Ərəb ədəbiyyatı antologiyası
Kitaba Tahir Vəttarın “Balıqçı və saray”, Hani Nəqşəbəndinin “Dubayın  bir gecəsi” və Qəssan Kənəfaninin “Gün altında adamlar” əsəri daxil edilib.
“Şərq-Qərb”, ISBN 978-9952-500-04-2, 2015, 320 səh.

Latın Amerikası ədəbiyyatı antologiyası
Kitaba Xulio Kortasarın “Xəstələrin əhvalı”, Luis Sepulvedanın “Eşq romanları oxuyan qoca” və Amanda Karpenterin “Tənha ürək” əsərləri daxil edilib.
“Şərq-Qərb”, ISBN 978-9952-500-06-6, 2015, 352 səh.

Kitablar geniş* oxucu kütləsi üçün nəzərdə tutulub.

DÜNYA ƏDƏBİYYATI KİTABXANASI
Çapdan çıxmış kitablar | ardıcıllıqla

1 Anton Çexov, S/Əsərləri 
2 Sədi Şirazi, S/Əsərləri 
3 Homer, İliada 
4 Homer, Odiseya 
5 Uilyam Şekspir, S/Əsərləri
6 Jül Vern, S/Əsərləri 
7 Aleksandr Puşkin, S/Əsərləri 
8 Daniel Defo, Robinzon Kruzo 
9 Lev Tolstoy, S/Əsərləri 1 cild 
10 Yunus Əmrə, Əsərləri 
11 İngilis ədəbiyyatı antologiyası 
12 Nazim Hikmət, S/Əsərləri 
13 Çingiz Aytmatov, S/Əsərləri 
14 Knut Hamsun, S/Əsərləri
15 Conatan Svift, Quliverin səyahəti
16 Mayn Rid, S/Əsərləri
17 Mark Tven, S/Əsərləri
18 Orxan Pamuk, S/Əsərləri
19 Haynrix Böll, S/Əsərləri
20 Fyodor Dostoyevski, S/Əsərləri 1 cild
21 Erix Maria Remark, S/Əsərləri
22 Cek London, Martin İden
23 Fridrix Şiller, S/Əsərləri
24 Nikolay Qoqol, S/Əsərləri
25 Cerom Devid Selincer, S/Əsərləri
26 Per Lagerkvist, S/Əsərləri
27 Fyodor Dostoyevski, S/Əsərləri 2 cild
28 Viktor Hüqo, S/Əsərləri 1 cild
29 Jorji Amadu, S/Əsərləri
30 Alman antologiyası
31 Viktor Hüqo, S/Əsərləri 2 cild
32 Joze Saramaqo, S/Əsərləri
33 Fenimor Kuper, S/Əsərləri
34 Viktor Hüqo, S/Əsərləri 3 cild
35 Antik Əd. antologiyası
36 Frans Kafka, S/Əsərləri
37 Andrey Platonov, S/Əsərləri
38 Somerset Moem, S/Əsərləri
39 Stiven Kinq, S/Əsərləri
40 Xulio Kortasar, S/Əsərləri
41 Lev Tolstoy, S/Əsərləri 2 cild
42 Qabriel Qarsia Markes, S/Əsərləri
43 Herman Hesse, S/Əsərləri
44 Robert Stivenson, S/Əsərləri
45 Lev Tolstoy, S/Əsərləri 3 cild
46 Con Qolsuorsi, S/Əsərləri 
47 Ernest Heminquey, S/Əsərləri 
48 Lyuis Sinkler, S/Əsərləri 
49 Corc Oruell, S/Əsərləri 
50 Harold Pinter, S/Əsərləri 
51 Gi de Mopassan, S/Əsərləri 
52 İoqan Volfqan Gete, S/Əsərləri 
53 Vladimir Nabokov, S/Əsərləri 
54 Rabindranat Taqor, S/Əsərləri 
55 Uilyam Qoldinq, S/Əsərləri 
56 Lion Feytxvanger, S/Əsərləri 
57 Con Maksvel Kutzee, S/Əsərləri 
58 Uilyam Folkner, S/Əsərləri 
59 Yasunari Kavabata, S/Əsərləri 
60 Onore de Balzak, S/Əsərləri 
61 Aleksandr Soljenitsın, S/Əsərləri 
62 Stefan Sfeyq, S/Əsərləri
63 Con Apdayk, S/Əsərləri
64 Aqata Kristi, S/Əsərləri
65 Rus şeiri antologiyası
66 Mixail Bulqakov, S/Əsərləri
67 Fyodor Dostoyevski, S/Əsərləri 3 cild
68 Toni Morrison, S/Əsərləri
69 Nəcib Fazil Qısakürək, S/Əsərləri
70 Paulo Koelho, S/Əsərləri
71 İspan Ədəbiyyatı antologiyası
72 Tomas Eliot, S/Əsərləri
73 Stanislav Lem, S/Əsərləri
74 Herman Melvil, Mobi-dik
75 Con Milton, S/Əsərləri
76 O.Henri, S/Əsərləri
77 Oskar Uayld, S/Əsərləri
78 Prosper Merime, S/Əsərləri
79 Andre Morua, S/Əsərləri
80 Jorj Simenon, S/Əsərləri
81 Moris Meterlink, S/Əsərləri
82 Mixail Şoloxov, S/Əsərləri
83 İvan Bunin, S/Əsərləri
84 Redyard Kiplinq, S/Əsərləri
85 Valter Skott, Ayvənhəu
86 Artur Miller, S/Əsərləri
87 Ernest Seton-Tompson, S/Əsərləri
88 Migel de Servantes,“Lamançlı Don Kixot”
89 Henrix Mann, S/Əsərləri
90 Rus nəsri antologiyası
91 Nəcib Məhfuz, S/Əsərləri
92 Con Steynbek, S/Əsərləri
93 Jan Pol Sartr, S/Əsərləri
94 Fransız ədəb. antologiyası
95 Alber Kamü, S/Əsərləri
96 Dünya elmi-fantastik antologiya I cild
97 Dünya elmi-fantastik antologiya II cild
98 Dünya yazıçıları nağılları antologiyası
99 Fransuaza Saqan, S/Əsərləri
100 Fransua Rable, "Qarqantua və Pantaqruel"
101 Ayzek Azimov, S/Əsərləri
102 Xorxe Luis Borxes, S/Əsərləri
103 Corc Bernard Şou, S/Əsərləri
104 Dünya dramaturgiyası antologiyası. 1-ci cild
105 Migel Asturias, S/Əsərləri
106 Tomas Vulf, S/Əsərləri
107 Ərəb ədəbiyyatı antologiyası
108 Latın amerikası ədəb. antologiyası
109 Samuel Bekket, S/Əsərləri


Bakı "Kitab Klubu"
Ünvan: N.Aşurbəyova (Mustafa Subhi 13)
Tel: + 994 12 4921238 ; + 994 12 5116186
Mob. + 994 50 4049113 ; + 994 55 6741138
Fax: + 994 12 4921238
E-mail: info@kitabklubu.org ; kitabklubu@gmail.com 
Web: www.kitabklubu.org

Abunə yazılmaq istəyənlər üçün:
http://kitabklubu.org/arxiv/dak-abune.htm


BÜTÜN KİTABLARIMIZA ENDİRİM
ÖZ NƏŞRLƏRİMİZƏ - 40%
------------
BAKI KİTAB KLUBU


Monday, July 6, 2015

Franz Kafka
Amerika. İtkin düşmüş

Tərcüməçi: Elxan Rzayev
Redaktor: Sevinc Rzayeva

KitabKlubu.org, 2015, 256 səh.

On altı yaşlı Karl, qulluqçularından birinin hamilə qalması ilə əlaqədar ailəsində baş vermiş qalmaqaldan sonra Amerikaya göndərilir. Burada o, öz evində alışmış hadisələrdən tamamilə fərqli həyati situasiyalarla qarşı-qarşıya gələcək.
Romanda Kafka ilk dəfə özünəməxsus ədəbi nəqletmə üsulundan istifadə edir: real hadisələrin təsvirini hər-hansı müəllif şərhi olmadan personajların təfəkkür süzgəcindən keçirərək verir.

© Kitab Klubu MMC, 2015
ISBN 978-9952-8278-6-6


Nemət Məmmədli
Əbədi həyat eşqi
(Su haqqında hər şey)
Su hələ uzun illər tədqiqat obyekti olaraq qalacaqdır. Kitabda, bizə qədərki və bizim son 10 ildə suyun tədqiqi ilə bağlı elmi ictimaiyyət tərəfindən tanınan nəticələrimizi təqdim edirik.
Kitab elmi-populyar olduğundan, evdar qadınlardan başlamış bütün tədris müəssisələrində oxuyanlarçaışanlar, su hazırlığı texnologiyası ilə məşğul olanlar, suyla təmasda olanlar və ən nəhayət, sağlamlığı haqda düşünən su içənlər üçün nəzərdə tutulmuşdur.
"Adiloğlu", 2015, 256 səh.


Mündəricata BAX


Seymur Sönməz (Paşayev),
Mən məhəbbət əsiriyəm

Gənc şairin bu kitabına daxil edilmiş şeirlər həqiqətən ruhu oxşayır və qəlbi duyğulandırır. Kitaba müəllifin əsasən sevgi şeirləri daxil edilib.
2015, 120 səh.


Saturday, July 4, 2015

Teyyub Qurban
Düşmənlərindən güclü şəxsiyyət (3-cü kitab)
Kitabda Mir Cəfər Bağırovun çoxcəhətli siyasi və dövlət fəaliyyəti haqında müəllifin 1996-cı ildən bəri arxiv sənədləri əsasında apardığı tədqiqatlarının davamı olan məqalələr toplanmışdır.
2015, ISBN 978-9952-494-55-6, 364 səh.


Friday, July 3, 2015

Научно-культурным центром Государственного историко-архитектурного заповедника "Ичеришехер" создана научная библиотека в квадратной башне "Донжоне" ("Башня искусства"). Библиотека располагает более семьюстами книгами (700) богатыми ценной информацией по истории, культуре, архитектуре Баку, Апшерона, Гобустана, селения Кала. В библиотеке в основном сконцентрированы книги на русском, немецком, английском, арабском языках, изданные в Москве и Санкт-Петербурге, в которых нашло отражение ценная информация : научно-исторические факты по социально-политической истории, экономической жизни Кавказа, Азербайджана, в том числе Баку, что представляет интерес для исследователей. В оснащённой современным оборудованием библиотеке созданы все условия для спокойной и плодотворной работы. Администрация Государственного Историко-Архитектурного заповедника "Ичеришехер" приглашает всех желающих воспользоваться услугами библиотеки, расположенной в "Башне Искусства"

Wednesday, July 1, 2015

Fazil Güney
“Yalanın gerçəkliyi”
Kitabda müəllifin müxtəlif illərdə yazdığı hekayə, esse və povestlərdən seçmələr toplanıb. Müxtəlif janrlarda yazılmış bu əsərlər fərqli mövzularda olsalar da, onların aparıcı leytmotivi vətənpərvərlik, mənəvi saflıq, təmiz sevgi duyğularıdır. Seçmələr arasında romantik, fəlsəfi əsərlərlə yanaşı, sarkazmla yazılmış “Yalanın gerçəyi” povestində, “Amazon”, “Cənnəti də pulla almaq istədi”, “Nostalji” hekayələrində yazıçı qəhrəmanlarının iş dünyasını açmaq üçün düşündürücü satiradan, “Qloballaşma dərsi” və digər hekayələrində islahedici yumordan istifadə edib.