Thursday, November 27, 2014

*** ABUNƏÇİLƏRİMİZİN NƏZƏRİNƏ ***
DƏK Seriyasından növbəti yeni 3 kitab çap olundu. Qarşılayın !!!
Beləliklə Dünya Ədəbiyyatı Kitabxanası layihəsindən 103 kitab artıq nəşr olunub.


1. Ayzek Azimov. “Seçilmiş əsərləri”
2. Corc Bernard Şou. “Seçilmiş əsərləri”
3. Xorxe Luis Borxes. “Seçilmiş əsərləri”

----------
Ayzek Azimov. “Seçilmiş əsərləri”
Bakı, "Şərq-Qərb" Nəşriyyat Evi, 2010, 528 səh.

Ayzek Azimov XX əsr dünya fantastikasının ən görkəmli nümayəndələrindən biridir. Yaradıcılığında 500-ə yaxın fantastik, detektiv, elmi-populyar, tarixi tədqiqatlar və yumoristik əsərlərin, Bibliya və Şekspir üzrə izahların, üçcildlik avtobioqrafik və başqa kitabların müəllifidir. Artıq bu qısa sadalama yazıçının yaradıcılıq diapazonunun nə qədər geniş olduğunu göstərir.
Yaradıcılığının ilk çağlarında Ayzek Azimov fantastikasının əsas istiqamətləri və xüsusiyyətləri müəyyənləşir, həm hekayə janrında, həm də romanlarda yazıçının silsilələrə üstünlük verməsi aydın olur. Onun "Seçilmiş əsərləri" kitabına "Təməlçilər", "Kosmik axınlar" romanları, "Peşə", "Gəlin yığışaq", "Marslıların yolu", "İki yüz yaşlı adam" hekayələri daxil edilmişdir.
Ayzek Azimov bu gün də əsərlərində yaşayır, yeni-yeni oxucu kütlələrinin qəlbinə yol tapır. Azərbaycan oxucularına təqdim etdiyimiz kitab buna ən bariz misaldır.

--------

Corc Bernard Şou. “Seçilmiş əsərləri”
Bakı, "Şərq-Qərb" Nəşriyyat Evi, 2014, 488 səh.

Hazırcavab, acıdil, müdrik, təkrarsız, ən ciddi məsələyə belə qeyri-adi ironiya ilə yanaşmağı bacaran, güclü yumor hissinə malik insan... Corc Bernard Şou haqqında deyilən bütün fikirləri bu sözlər birləşdirir. 70-ə yaxın pyes müəllifi öz sözünü güclü yumor və sarkazmla, lakonik dialoqlardakı dərin ironiya ilə oxucularına çatdırır. Əlbəttə, yaradıcılığının zirvədə olan vaxtında Şou realizmdən kənara çıxıb və müəyyən cəsarətli eksperimentlər aparmaqdan da çəkinməyib. Epistolyar janrda sistemli olaraq yazmaq vərdişinə isə sona qədər sadiq qalıb.
O həm Nobel, həm də Oskar mükafatı alan yeganə yazıçıdır.
Corc Bernard Şounun "Seçilmiş əsərləri" kitabına "Avqust öz payına düşəni yerinə yetirir", "Piqməlion", "Ürəkləri parçalayan ev", "Mayor Barbara", "Acı da olsa, həqiqətdir" pyesləri daxil edilmişdir.
Ömrünün sonuna qədər yazıdan ayrılmayan nadir istedad sahibi Bernard Şou bütün əsərlərini yüksək peşəkarlıq və sadə üslubla qələmə almışdır. Yazıçının bu üslubu onun oxucu kütləsini daha da artırır.

---------

Xorxe Luis Borxes. “Seçilmiş əsərləri”
Bakı, "Şərq-Qərb" Nəşriyyat Evi, 2014, 360 səh.

XX əsr söz sənətinə ən sanballı yeniliklər gətirən qələm sahibləri arasında Xorxe Luis Borxesin adı həmişə ön sıralarda çəkilir. Yaşadığı dövrün ən böyük yazıçılarından olan Borxes şair və publisist kimi də tanınır. O, ispan dilinin şərəfini, Argentina və Latın Amerikası ədəbiyyatının ləyaqətini qorumağı bacaran söz ustalarındandır.
X.L.Borxesin "Seçilmiş əsərləri" kitabında verilən "Əlif", "Qum kitabı", "25 avqust 1983-cü il", "Babil kitabxanası", "Xarabalıq dairələri" və s. novella, hekayə, esse və araşdırmaları onun yaradıcılığının ən mühüm hissəsini təşkil edir. Yaradıcılığında "yol" və "görüş" metaforaları çox qabarıqdır. Yazıçının aləmində yollar əvvəlcədən müəyyənləşdirilib, onların əvvəli-sonu bilinmir; görüşlər təkcə üz-üzə gəlmək, personajların rastlaşması, yaxud yolların ayrılması deyil, həm də yolların birləşdiyi, kəsişdiyi, ayrıldığı məhdud məkandan çıxmaq üçün imkanlar açır.

Kitablar geniş* oxucu kütləsi üçün nəzərdə tutulub.

Abunə yazılmaq istəyənlər üçün:
http://kitabklubu.org/arxiv/dak-abune.htm


Tuesday, November 25, 2014

Курбан Саид
«АЛИ и НИНО» (роман)

«Али и Нино» — популярный роман, рассказывающий о любви двух бакинцев: азербайджанца-мусульманина Али хана Ширваншира и грузинки-христианки Нино Кипиани.


Friday, November 14, 2014

Fəxri Valehoğlu
"Tiflis quberniyasında azərbaycanlılara qarşı 1905-ci il kütləvi qırğınları"

Kitabda ilkin yazılı mənbələr əsasında 1905-ci ilin noyabr ayında Tiflis quberniyasının Tiflis və Borçalı qəzalarında ermənilər tərəfindən türk-müsəlman əhaliyə qarşı törədilmiş vəhşi aksiyalar və qətliam faktları Gürcüstan Milli Tarix Arxivində saxlanılan rəsmi sənədlərə və 1905-1906-cı illərdə Tiflisdə nəşr olunan gürcüdilli və rusdilli mətbuat orqanlarına istinadən üzə çıxarılıb. Bununla da XX əsrdə ilk kütləvi qətllərin müəlliflərinin ermənilər olduğu bir daha sübut olunub.


Thursday, November 13, 2014

İlham Məmmədov 
Rusca-ingiliscə-azərbaycanca dənizçilik terminlərinin izahlı lüğəti

Lüğətdə beynəlxalq ticarət dənizçiliyinin 600-ə qədər əsas termin və ifadələrinin Azərbaycan və rus dillərində izahı verilib. Kitaba dəniz nəqliyyatının kommersiya baxımından istismarı ilə bağlı meydana çıxan istər hüquqi, istər texniki, istərsə də maliyyə terminləri daxil edilib.

Müəllif: İlham Məmmədov
Dil: Azərbaycan
Nəşriyyat: “Apostrof”
Nəşr ili: 2010
ISBN: 978-9952-17-1
Səhifə: 336 səh.
Format: 60x90 1/16 (170x240 мм)
Cildi: bərk
Tiraj: 1000 nüsxə



Tuesday, November 11, 2014

Çingiz Aytmatov
Seçilmiş əsərləri

Çingiz Torekuloviç Aytmatov (1928-2008) — qırğız və rus dillərində yazmış böyük qırğız yazıçısıdır.

Kitaba ədibin «Gün var əsrə bərabər» (qırğızca «Kılım karıtar bir kün») romanı, «Əlvida, Gülsarı!» və «Cəmilə» povestləri daxil edilib.

Nəşriyyat: © Bakı Kitab Klubu
Nəşr ili: 2014
ISBN 978-9952-8260-5-0
Səhifə: 532 səh.
Format: 60x84 1/16 (150x200 мм)
Cildi: yumşaq
Tiraj: 100


Friday, November 7, 2014

Don Feylla
Salfet üzərində 10 dərs
(uğurlu MLM təşkilatını necə qurmalı?)
/ Tərcümə: Aqil Hacıyev /
Bakı, 2008, 104 səh.


Thursday, November 6, 2014

"Azәrbaycan dilinin izahlı lüğәti" (4 cilddә)

Lüğәtdә Azәrbaycan әdәbi dilinin lüğәt tәrkibindә mövcud olan vә Azәrbaycan dilinә daxil olmuş yeni sözlәrin mәnaları vә mәna incәliklәri anadilli әdәbiyyat tarixinin görkәmli nümayәndәlәrindәn gәtirilәn sitat nümunәlәrilә vә digәr misallarla izah olunur.
Lüğәt 2006-cı ildә Ağamusa Axundovun rәhbәrliyi ilә Әliheydәr Orucov, Bәhruz Abdullayev, Nәrgiz Rәhimzadә tәrәfindәn tәkmillәşdirilәrik "Şәrq-qәrb" mәtbәәsindә yenidәn nәşr edilmişdir.

I cild (ABCÇD). Bakı: Şәrq-Qәrb, 2006, 744 s.
II cild (EӘFGHXİJK). Bakı: Şәrq-Qәrb, 2006, 792 s.
III cild (QLMNOÖPR). Bakı: Şәrq-Qәrb, 2006, 672 s
IV cild (SŞTUÜVYZ). Bakı: Şәrq-Qәrb, 2006, 712 s.



Nurəddin Bəndəliyev 
Dağlıq Şirvanın toponimləri

Kitabda toponimlər-oykonimlər, oronimlər, hidronimlər və passiv toponimlər üzrə ardıcıllıqla izah olunur. Coğrafi və yerli xalq coğrafi terminləri yeri gəldikcə öz əksini tapır, mövzuya uyğun toponimik lüğət verilir. 
ISBN 5-8066-1665-7, 2009, 352 səh.


Faiq Hüseynbəyli 
Sənət yolu-ömür yolu

Kitabda gedən yazıları həyatının bir hissəsi sayan Faiq Hüseynbəyli burada ədəbi baxışlarını ortaya qoymuş, müasir ədəbi mühitin panoramasını yaratmağa çalışmışdır. Kitabda dünya ədəbiyyatı, həmçinin çağdaş Azərbaycan ədəbi prosesi haqqında yazılar toplanmışdır. 
2012, 242 səh.


Tuesday, November 4, 2014

КНИГИ СОЛМАЗ АМАНОВОЙ | SOLMAZ AMANOVANIN KİTABLARI

«İnsan iz qoyur»
Kitab bədii albomdur. Tanınmış rəssamların çəkdikləri şəkillərin və tabloların süjetinə uyğun şerlər, nağıllar və pyeslər yazılıb. Kitaba Azərbaycan xalqının zəngin mədəni irsi daxil edilib. Kitaba əlavələr var 1-4 siniflər üçün “İRS” müəllimlər üçün vəsait, və şagirdlər üçün iş dəftərləri Elektron fleş kitab. Azərbaycan Respublikası Təhsil Nazirliyinin əmri ilə “İRS” və “İnsan iz qoyur” kitabları ümumtəhsil məktəblərinin ibtidai sinifləri üçün əlavə dərs vəsaiti kimi təsdiq edilmişdir. Kitab və disk iki dildə rus, azərb. dillərində

«Hanəğah əczaxanəsi»
kitabda nağıl və olmuş əhvalatlar əsasında farmakologiya, həmçinin xalqımızın tarixi açıqlanır. Nağıl yalnız əyləndirici macəra deyil. Bu, həmdə nəsillərdən nəsillərə keçən xalq müdrikliyidir. Nağıl, tamaşa və şeirlər incəsənət əsərləri; əfsanə və əsatirlər əsasında yazılmışdır. Kitab üç hissədən ibarətdir: iş dəftəri 4-6 siniflər, müəllimlər üçün metodik vəsait və disk. Moldaviyada Beynəlxalq sərgisində birinci yerə layiq görülüb (2014) Kitab və disk iki dildə

«Anatomiçeskiy teatr»
Kitabda anatomiya terminologiyası incəsənətdə - nağıl və olmuş əhvalatlar əsasında anatomiyanın tarixi , həmçinin xalqımızın tarixi və dünya xalqlarının tarixi açıqlanır. Elektron fleş kitab. “Anatomik teatr”, kitabı 2009-cu ilin sentyabrında Moskvada keçirilən “Kitab sənəti” sərgi-müsabiqəsində üçüncü yeri tutub. “Anatomik teatr” kitabı Fransada kitab sərgisində tibb kitabları nominasiyasında birinci yeri tutmuşdur

«İrs», “Naslediye»
Kitabları 2009-cu ilin sentyabrında Moskvada keçirilən “Kitab sənəti” sərgi-müsabiqəsində ikinci yeri tutub. Azərbaycan Respublikası Təhsil Nazirliyinin əmri ilə “İRS” kitabı ümumtəhsil məktəblərinin ibtidai sinifləri üçün əlavə dərs vəsaiti kimi təsdiq edilmişdir. Elektron fleş kitab.”İRS” fənni bir neçə məktəbdə keçirilir. Kitab və disk iki dildə

«Gəncə xəzinəsi»
Kitabı Nizami Gəncəvinin «Xəmsə»sinə daxil olan əsərlərin süjet xəttinə əsasən işlənmişdir.«Gəncə xəzinəsi» adlı nağıl tarix elmləri doktoru Ziya Bünyadovun «Azərbaycan VII-IX əsrlərdə» kitabında təsvir edilən əfsanənin mahiyyətini açır. Kitabın iş dəftəri və iki diski var. 4 sinif üçün nəzərdə tutulub, müəllimlər üçün  metodik vəsait var. Elektron fleş kitab və əlavə iş dəftəri üçün disk. Kitab və disk iki dildə

Hacı Zeynalabdin Tağıyev — məşhur azərbaycanlı milyonçu, mesenat, Rusiya İmperiyasının həqiqi mülki müşaviri, müsəlman Şərqində ilk qızlar məktəbinin yaradıcısı haqqında cizgi film və elektron dərs (Ana dili kitabında 3-4 sin. bu mövzu keçirilir). Disk iki dildədir.

«Turac»
Nağıl, tamaşa və şeirlər incəsənət əsərləri; əfsanə və əsatirlər əsasında yazılmışdır. Elektron fleş kitab, cizgi film. Bakının bir çox məktəblərində bu tamaşa səhnələşdirilib. Türkiyədə “Kitab sənəti” sərgi-müsabiqəsində üçüncü yeri tutub. (2014). Kitab və disk iki dildə

«Xurcun»
komplekt 2 disk-audio-video kitab və elektron fleş disk - müəllimlər üçün vəsait, iş dəftəri 3 sinif üçün və nağıl kitabı. Nağıl, tamaşa və şeirlər incəsənət əsərləri; əfsanə və əsatirlər əsasında yazılmışdır. Bu kitab Robert Koxun medalına Almaniyada “Evromedika-Hannover” konqresində layiq görülüb.(2010-cu ildə). Hələ Azərbaycan təhsilində kurrikkulum modelinin tətbiqinə başlanmazdan öncə bu vəsaitlər mütərəqqi təcrübə kimi diqqət mərkəzində dayanmış, qabaqcıl müəllimlərin marağını cəlb etmişdir. Kitab və disk iki dildə

Azərbaycan əlifbasındakı 32 hərfin hər birinə həsr etdiyim, belə demək mümkündürsə, dərs-kompozisiyasıdır. Yeni təlim texnologiyalarının, multimedia vasitələrinin geniş istifadə olunduğu bu komplekt 32 cizgi filmindən, müxtəlif oyunlardan, müəllim vəsaitindən ibarətdir. (1-ci sinif dərslərini əhatə edir) 2 iş dəftərindən, 4 diskdən, Oxu “İlmənin macəraları” nağıllarından ibarətdir. Komplekt – Əlifba 1-2 hissə, onun 2 diski, oxu kitabı “İlmənin macəraları” kitab və disk 32 cizgi filmi.

«Gəncə haqqında hekayət»
Nağılı tarix elmləri doktoru Ziya Bünyadovun «Azərbaycan VII-IX əsrlərdə» kitabında təsvir edilən əfsanənin mahiyyətini açır. Elektron fleş kitab. Kitab və disk iki dildə

Ümumiyyətlə mənim yaradıcı işlərim Təhsil Nazirliyi tərəfindən təsdiq olunub və bütün vəsaitlərin standartları var. – Müasir müəllimin müasir biliklərlə, onları tətbiq etmək üçün multimedia vasitələri ilə "silahlanması" dövrün qarşıya qoyduğu tələbdir. - "İrs" uşaqların qarşısında yeni bir dünya açır. Nağıl, əfsanə, şeir, musiqi, teatr dünyanı yenicə dərk etməyə başlayan uşaq üçün bir möcüzədir. "İrs" bu möcüzəni həqiqətə çevirir. Müəllimin bəhs etdikləri, hələ uşaq üçün qaranlıq olanlar elektron lövhədə canlandıqca uşaqların öyrənmək istəyini gözlərindən aydın oxumaq olar. Öyrətmək üçün bu, mühüm şərtdir. "İrs" uşağın əlindən tutub onu irəli aparır. Uşaq özünü nağıllar aləmində hiss edir. Şübhəsiz ki, bu, yalnız yaxşı müəllim sayəsində əldə olunur.
"İrs" bunu təlqin edir: yalnız yaradıcı işləməklə şagird nailiyyətlərinin sırasını genişləndirmək mümkündür.

Hörmətlə: Solmaz Amanova





Rəşad Nuri Güntəkin
Damğa (roman)

Tərcümə edən: Əsgər Ağayev

Türkiyənin 20-ci əsr ən güclü romançılarından biri olan Güntəkin bu əsərini 1924-cü ildə yazıb. Digər romanlardakı kimi bu əsərin də dili və anlatımı olduqca aydın və canlıdır. Əsər ilk sətirlərdən sonuncu cümləsinədək oxucusunu gərginlikdə saxlayır. Hadisələr, süjet xətti sanki muncuq kimi ardı-ardına düzülür...
Romanı acı bir eşq macərası da adlandırmaq olardı, lakin yazıçı əsərini cəmiyyətdə çox tez-tez rast gəli­nən bir problemə – insana təsadüf və ya qeyri-təsadüf hadisə­dən sonra cəmiyyətin vurduğu «damğa»ya həsr edib...
Əsərdə paşa oğlu İffət adlı gənc elə uşaqlıqdan olmazın çətinliklər, həbs, həbsdənsonrakı aclıq, səfalət, «damğa»lı və təhqir dolu həyat yaşayır. Amma, hətta ən yaxın adamlarının belə ona etibar etməməsi onu dürüst olmaqdan çəkindirə bilmir...
Roman isə heç kimin gözləmədiyi sonluqla bitir...

Müəllif: Rəşad Nuri Güntəkin
Dil: Azərbaycan
Nəşriyyat: © Bakı Kitab Klubu
Nəşr ili: 2014
ISBN 978–9952–8245–5–1
Səhifə: 168 səh.
Format: 84x108 1/16 (130x200 мм)
Cildi: yumşaq
Tiraj: 100


Monday, November 3, 2014

Франгиз Ханджанбекова
Роман с вулканами

Книга посвящена 60-летию творческой деятельности известного ученого-вулканолога профессора Адиля Алиева. В ней повествуется о его жизненном пути и научных иследованиях. На обложле книги-извержение грязевого вулкана, впервые в Азербайджане запечаеленного на фотопленке Ад.А. Алиевым в октябре 1977 года. 
2014, 194 стр.