Wednesday, April 29, 2015

Elxan Elatlı
"Qanunsuz əməliyyat"
(detektiv-məhəbbət romanı)
Naşir Namiq Həbibov
Milli təhlükəsizliyimizi və ictimai asayişimizi qoruyan qəhrəman oğul və qızlarımıza hörmətlə ithaf edirəm.
(Müəllif)
Detektiv-macəra romanında söhbət iyirmi dörd il əvvəl baş vermiş qətl hadisəsinin məxfi agent Gültən Dəmirli tərəfindən yenidən araşdırılmasından və şəhərdə təxribatlar törədən mütəşəkkil terrorçu dəstənin zərərsizləşdirilməsindən getsə də, burada anaya və vətənə məhəbbət, mürəkkəb ailə münasibətləri, qadın psixologiyası, düşmənə nifrət, intiqam eşqi və digər məsələlərə də kifayət qədər yer ayrılıb.
Əsərdə müəllifin əvvəlki romanlarından sizə yaxşı tanış olan obrazlarla bir daha qarşılaşacaq, onların həyatlarında baş vermiş yeniliklərlə tanış olacaqsınız.
Oxuyun, Elxan Elatlının bütün digər əsərləri kimi bu roman da çox maraqlıdır.
ISBN 978-9952-8276-0-6
Bakı, "Elgün", 2015, 288 səh.


Xəyyam Mehdiyev
Azərbaycanın sosial-iqtisadi inkişafına retrospektiv baxış: müqayisəli təhlil (I kitab)
Bu kitab Azərbaycanın sovet və müstəqillik dövründə sosial-iqtisadi inkişafına retrospektiv baxışdır. Kitabda təhlil olunan materiallar Azərbaycanda həyata keçirilən bazar islahatlarının sosial-iqtisadi nəticələrinin müasir qiymətləndirilməsi baxımından daha aktualdır. Təqdim edilən nəşri ağ kitab da saymaq olar. Bu, o deməkdir ki, burada daha çox müəllifin fikirləri və rəyləri deyil, faktiki materiallara üstünlük verilmişdir. Bunları əyani təsvir etmək üçün müəllif, rəsmi statistik məlumatlar əsasında 100-dən artıq qrafik və cədvəl tərtib etməklə, Azərbaycan iqtisadiyyatının ümumi mənzərəsini verməyə çalışmışdır.
ISBN 978-9952-8032-4-2, 2015, 114 səh.


Tuesday, April 28, 2015

Tahirə Həsənzadə
XVIII-XIX əsr Əfşarlar və qacarlar dövrünün görkəmli Azərbaycan türkləri
Mehdi Bamdadın “Tarixi-ricali-İran” (“İran ərənlərinin tarixi”) əsəri əsasında yazılmış kitabda XVIII-XIX əsrlərdə yaşamış görkəmli Azərbaycan türklərindən, Əfşarlar və Qacarlar İmperiyalarının yaranmasında iştirak etmiş hərbçi, diplomat, həkim və digər ictimai-siyasi xadimlərdən bəhs olunur. 
2014, 282 səh.


Monday, April 27, 2015

Oljas Süleymanov
Az-Ya ( Tərcümə: Natiq Səfərov)
Məşhur Qazax şairi, alimi və ictimai xadimi Oljas Süleymanovun “Az-Ya” kitabı türk xalqlarının tarixinə, dilinə yeni yanaşma və tamamilə orijinal bir münasibətə görə əsassız hücumlara məruz qalmışdı. Qazaxıstanda bu kitabla əlaqədar çıxarılan qərardan sonra o yenidən işıq üzü gördü. Kitabdakı tarixi problemlər, abidələrlə bağlı fikirlər və s. məsələlər Azərbaycan xalqının tarixi ilə üzvi şəkildə bağlıdır.
ISBN 978-9952-503-01-2, 2015, 360 səh.

Wednesday, April 22, 2015

Elçin Qasanov | “Azəri rəqqasəsi Yerevanda”

Faktlar və sənədlər əsasında tərtib olunmuş bu material demək olar ki bir çox qaranlıq məqamları işıqlandırır.
Kitab müəllifin seçilmiş əsərlərindən ibarətdir və oraya “Azəri rəqqasəsi Almaz Baxşəli Yerevanda”, “SPİD-ə yoluxmiş Anjela Petrosyan Bakıda (bioterror)”, Qədim Bakının (1924 cü il) kriminal oçerkləri, “Quldur Bakı” barədə qədim tarixi yazılar, “Stalinin Bakıdakı (1908-ci il) sərgüzəştləri”, “Qadağan olunmuş müsahibələr” və bu kimi maraqlı hekayələr və materiallar daxil edilib.
Elçin Qasanovun kitabı təəcübləndirir, hətta oxucunu oyadır, bir çox uyğunsuzduqları bir araya gətirir. Kitab Bakı və Qafkazdakı kriminal aləminin XIX əsrin sonundan son vaxtlara qədər ardıcıl alqoritmini tam şəkildə əks etdirir.
Əsəri oxuyarkən hiss olunur ki, bu əsərin xüsusi missiyası var, amma eyni zamanda demək lazımdır ki, kitabı (və müəllifi) oxumasan, daha salamat olarsan.
"Elgün", 2015, 254 səh.


Анар Мамедханов
Ни о чем не жалею
(Руководитель проекта: Ирада Мамедханова)

В книге «Ни о чем не жалею» собраны интервью и беседы капитана культовой команды КВН «Парни из Баку», депутата Милли Меджлиса трех созывов, основателя сайта day.az Анара Мамедханова с журналистами различных бакинских изданий с 1995 по 2011 гг. Первая книга «Быть самим собой» (2014 г.), куда включены публицистические статьи и эссе Анара Мамедханова, вызвала большой резонанс у читательской общественности. Уверены, что и вторая книга также обречена на успех.
2015 г. 392 стр.


Tuesday, April 21, 2015

Anar Məmmədxanov
Özünə sadiqlik 
( Layihənin rəhbəri: İradə Məmmdxanova)

Görkəmli siyasətçi və ictimai xadim, “Bakılı oğlanlar” komandasının əfsanəvi kapitanı Anar Məmmədxanovun kitabına onun müxtəlif vaxtlarda çap olunmuş və ən aktual problemlərə toxunan analitik məqalələri, esseləri, şərhləri, açıq məktubları daxil edilmişdir. Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur. 

“Şərq-Qərb”,ISBN 978-9952-498-92-9, 2015, 296 səh., 17x22, sərt, 300



Rəşad Nuri Güntəkin, “Yarpaq tökümü”
T ə r c ü m ə : Könül Əliyeva

Yarpaq tökümü romanında maddi durum üzündən pis yollara düşən bir ailədən bəhs edilir. Evin bəyi olan Əli Rza bəy həmişə öz ailəsini öz himayəsi altında saxlamaq istəyir, lakin buna nail ola bilmir. Əli Rza bəyin özü kimi təmiz qəlbli Xeyriyyə adlı arvadı var. Onların 5 uşağı olur...

Müəllif: Rəşad Nuri Güntəkin
Dil: Azərbaycan
Nəşriyyat: © Bakı Kitab Klubu
Nəşr ili: 2015
ISBN: 978-9952-81259-6
Səhifə: 176 səh.
Format: 70x100 1/32 (130x190 мм)
Cildi: yumşaq
Tiraj: 100


Monday, April 20, 2015

Ağababa Rzayev
NƏSİRƏDDİN TUSİ: həyatı, elmi, dünyagörüşü
Kitab ilk dəfə 1996-cı ildə Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq institutunda hazırlanıb
Redaktor: Akademik Ziya Bünyadov
Ensiklopedik alim Nəsirəddin Tusi – XIII əsr elmimizin ən möhtəşəm dühalarından biridir. Onun bir çox əsərləri dünyanın müxtəlif kitabxanalarında mövcuddur. Ümid edirik bu kitab dahi həmyerlimiz, böyük Nəsir əd-Din Tusinin həyatı və çoxəhatəli elmi yaradıcılığı ilə sizi yaxından tanış etməyə kömək edəcək.
© “Kitab Klubu”, 2015
© “İRŞAD” İAM, 1996
Müəllif: Ağababa Rzayev
Dil: Azərbaycan
Nəşriyyat: © Bakı Kitab Klubu
Nəşr ili: 2015
ISBN: 978-9952-81259-6
Səhifə: 296 səh.
Format: 60x84 1/16 (140x200 мм)
Cildi: yumşaq
Tiraj: 100

Şifra Horn
Dörd ana 
(Tərcümə: Namiq Hüseynli)
Yazar Şifra Horn kitabları ən çox satılan İsrailli yazıçıdır. Romanları bir çox dilə çevrilib. Təl Əvivdə doğulan yazıçı hazırda Qüdsdə yaşayır. Romanları: “Dörd ana”, “Qadınların ən gözəli”, “Tamara suyun üzərində getdi”, “Bir eşq əhvalatı”, “Yeni Zelandiya təcrübəsi”. Uşaq kitabı: “Əla ev heyvanı”.
Yazıçı həm İsraildə, həm də digər ölkələrdə bir çox mükafat qazanıb. 
ISBN 978-9952-8030-4-4, 2015, 264 səh.



Zahirə Qurbanova
İslam və təbabət
İslam dini və onun münasib göstərişləri insan sağlamlığına çox böyük önəm verən qanunlar toplusudur. Oxuculara təqdim olunan bu kitab da bu sahədə yazaılmış əsərlərdən biridir. Belə ki, bu əsərdə İslam qayda-qanunları tibbi nöqteyi-nəzərdən araşdırılır və izah edilir. İslam və sağlamlıq mövzusunda yazılmış bu əsər, dini tədris müəssisələrinin tələbələri, eləcə də geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
2009, 648 səh.


Saturday, April 18, 2015

N.M.Məmmədov. "Geniş izahlı mənəvi terminlər"
Elmdə qlobal ekoloji böhran - dində isə qiyamət günü deyilir buna. Bu hadisə yer kürəsində 4 dəfə baş verib artıq. Hazırda - beşinci dəfə həmin hadisənin baş verməsi yaxınlaşıb. Bu prosesi XX əsrin ortalarında baş vermiş emi-texniki inqilab sürətləndirmişdir. Bununla əlaqədar olaraq insan cəmiyyətində insanların sağlam mənəviyyatı dərin böhrana düşüb. Bu problemlər əsərdə öz əksini tapmışdır. Bu əsər Azərbaycanda mənəviyyatın aşağı düşmə sürətinin azalmasının qarşısını ala bilər.

Bakı, 2015, 196 səh.


Friday, April 17, 2015

Тарана Аскергызы, Расул Рахшанлы
Русско-Англо-Азербайджанский экономический универсальный терминологический словарь
В универсальном терминологическом словаре собрано около 21.000 слов и выражений по торговле, экономике, международным экономическим связям и бизнесу. С помощью цифровых указателей английских и азербайджанских терминов, которые приводятся в конце книги, можно использовать настоящий словарь для перевода в 6 направлениях.
Автор: Тарана Аскергызы, Расул Рахшанлы
Науч. ред.: Т. Г. Шукюрбейли
Языки: Русский, English, Azərbaycan
Издательство: "Адильоглы"
ISBN - ; 2008 г.
Страниц: 792 стр.
Формат: 70x100 1/16 (170x260 мм)
Тираж: 500 экз.
Переплёт: тв. обложка



Wednesday, April 15, 2015

Həmidulla İsrafil oğlu Aslanov. Funksional analiz (Dərs vəsaiti)
Bakı, «MBM» nəşriyyatı, 2012, 416 səh.

Funksional analiz fənninə həsr olunmuş bu kitab müəllifin 30 ildən artıq bir müddətdə respublikanın müxtəlif univer-sitetlərində oxuduğu mühazirələr əsasında universitetlər üçün yeni tədris proqramına uyğun tərtib edilmişdir.
Kitabda nəzəri hissənin mənimsənilməsinə kömək məqsədi ilə hər bölməyə aid misal və məsələlərin həlli nümunələri, hər fəslin sonunda isə sərbəst işləmək üçün tapşırıqlar verilmişdir.
Kitabdan Universitetlərin riyaziyyat ixtisaslannda təhsil alan bakalavr və magistr tələbələr, doktorantlar, müəllimhr, elmi-tədqiqat institutlarının əməkdaşları da istifadə edə bilərlər.

Elmi redaktor: MƏMMƏD BAYRAMOĞLU
fizika-riyaziyyat elmləri doktoru, professor
Rəy verənlər: HƏMZAĞA ORUCOV
fizika-riyaziyyat elmləri doktoru, professor SABİR MtRZƏYEV
fızika-riyaziyyat elmləri doktoru, professor

ISBN: 978-9952-29-025-8
© H.İ.Aslanov Bakı, «MBM», 2012





Rövşən Abdullaoğlu
"Qorxular"
- Emosiyalar psixologiyası silsiləsindən -
Qorxu hissi insan təbiətinə xas olan narahatedici psixo­lo­ji duy­ğuların ən əzabvericisidir. Bu kitab qorxularından bez­miş və nəhayət qorxularından azad olmaq istəyən insanlara ün­van­lan­mış­dır. Qorxularını yenməyən insan bir ömür qul həyatı ya­şa­mağa məh­kumdur. Belə birisi bütün həyatını əlil biri kimi ya­şa­yacaq, in­kişaf etməsi mümkünsüz olacaqdır. Qorxularından agah olan və bu barədə lazımi məlumatlarla silahlanmış insan qor­xularını is­tiqamətləndirə və nəticədə onlara qalib gələ bilər. Bu kitabın mütaliəsi qorxu zindanında məhkum olan birinin əzab­larından qurtulması üçün atılmış ilk və mühüm addımdır.
Müəllif: Rövşən Abdullaoğlu
Dil: Azərbaycan
Nəşriyyat: "Qədim Qala"
Nəşr ili: 2015
ISBN: 978-9952-8246-2-9
Səhifə: 208 səh.
Format: 60x90 1/16 (150x220 мм) 
Cildi: yumşaq
Tiraj: 200

Friday, April 10, 2015

National Geographic Azerbaijan | Magazine

National Geographic Society – 1888-ci ildə əsası qoyulmuş, dünyanın ən böyük qeyri-kommersiya təşkilatlarından biridir. Onun qlobal missiyası elmi, araşdırma, təhsil və təbiətin mühafizəsi üzrə proqramlara dəstək verməkdir. Cəmiyyət 9000-dən çox layihəni maliyyələşdirmişdir. NGS həmçinin 35 dildə jurnal, kitab, TV proqram, film, xəritə, DVD və multimedia diskləri hazırlayır. National Geographic jurnalının dünya üzrə auditoriyası ay ərzində 300 milyon insan təşkil edir.
Qiyməti: 4.00 AZN




Sədi Şirazi
Gülüstan. Bustan 

(farscadan tərcümə edənlər: Məmmədağa Soltan (şeirlər), Rəhim Sultanov və İsmayıl Şəms (nəsr), Mirmehdi Seyidzadə (Bustan)
Sədi Şirazi Şərq ədəbiyyatının ən görkəmli nümayəndələri olan Nizami, Füzuli, Firdovsi, Xəyyam və Hafiz kimi əsərləri dünya mədəniyyəti xəzinəsinə daxil olan şairlərdəndir. Qədim mənbələrin dediyinə görə Sədi yüz ildən artıq yaşayaraq ölməz iki əsər və çoxlu qəzəllər, qitə və rübailər yazıb yaradıb. O, 1291-ci miladi ilində vəfat edib.
Kitaba onun iki ən məşhur əsəri – «Gülüstan» və «Bustan» əsərləri salınıb. Faydalı nəsihətlər, zərbi-məsəllər, incə duyğularla zəngin olan bu əsərlər Yaxın və Orta Şərq xalqları arasında xüsusi şöhrətə malikdir. Hər iki əsər 1654-cü ildə alman dilinə tərcümə edilərək ilk dəfə avropalılara təqdim edilib.
«Gülüstan»ın bir çox şeirləri sonralar zərbi-məsəl kimi dillər əzbəri olub. Tarixdə hələ heç bir kitab bu qədər zərbi-məsələ çevrilməmişdir.

“Kitab Klubu”, ISNB 978-9952-812-54-1, 2015, 400 səh.


Wednesday, April 8, 2015

Məmməd Səid Ordubadi
Dumanlı Təbriz: roman I-II hissə
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi
Kitab Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Məmməd Səid Ordubadinin anadan olmasının 140 illik yubileyinin keçirilməsi haqqında" 10 aprel 2012-ci il tarixli sərəncamına əsasən 
Аннотация: Əsrin əvvəllərində Cənubi Azərbaycanda cərəyan edən hadisələr, ölkə daxilindəki iqtisadi və siyasi ziddiyyətlər, birinci rus inqilabının İrandakı milli azadlıq hərəkatına təsiri, Zaqafqaziya bolşeviklərinin beynəlmiləlçilik köməyi, xalqlar dostluğu, el qəhrəmanı Səttar xanın başçılıq etdiyi ümumxalq mübarizəsi, imperialist casuslarına və yerli hakimiyyət orqanlarına qarşı vətənpərvər qüvvələrin çıxışları romanın əsas məzmununu təşkil edir.
Bakı, 2012, 376 s.: illüst.; 22 sm





Friday, April 3, 2015

Məhəmməd Əmin Rəsulzadə | ƏSƏRLƏRİ (5 cilddə)
“Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamına əsasən.
Əsərləri professor Şirməmməd Hüseynov araşdırıb toplamış, ərəb əlifbasından latın əlifbasına çevirmiş və lüğəti tərtib etmişdir.
I cildə M.Ə. Rəsulzadənin 1903-1909-cu illərdə “Şərqi-Rus”, “Hümmət”, “Dəvət”, “İrşad”, “Təkamül”, “Yoldaş”, “Tərəqqi” qəzetlərində, “Füyuzat”, “Volna” jurnallarında çıxan 280-ə yaxın yazısı daxil edilmişdir.
II cilddə görkəmli xadimin 1909-1914-cü illərdə Tehran, İstanbul və Bakıda qələmə aldığı, dövri mətbuatda və ayrıca kitabça halında dərc olunmuş 140-a yaxın əsəri toplanmışdır.
III cilddə görkəmli şəxsiyyətin 1915-1916-cı illərdə qələmə aldığı, dövri mətbuatda yayınlanmış 200-ə yaxın əsəri yer almışdır.
IV cildə M.Ə. Rəsulzadənin 1917-ci ilin yanvar – 1918-ci ilin aprelinə qədərki mürəkkəb və gərgin, işıqlı və faciəli dövrdəki yazıları, qurultay, yığıncaq və mitinqlərdəki nitq və çıxışlarının, məruzələrinin mətbuatda dərc olunmuş mətnləri daxil edilmişdir.
V cilddə M.Ə. Rəsulzadənin 1918-ci il fevral – 1920-ci il aprel aylarında mətbuatda və rəsmi sənədlərdə yayınlanmış 100-dən artıq əsəri toplanmışdır.
Hər cild 500 nüsxə tirajla “Təhsil” nəşriyyatında çap olunub.

«Farsca-rusca-azərbaycanca müxtəsər lüğət»
Tərtibçi: Şəfəq Əlibəyli
11700 sözü əhatə edən bu lüğət Yusif Mirbabayevin 1945-ci ildə tərtib etdiyi lüğət əsasında hazırlanıb. Y.Mirbabayevin lüğətindən fərqli olaraq, təqdim olunan lüğətdə farsca sözlərin transkripsiyası verilib. Lüğətin sözlüyü fars, rus və Azərbaycan dillərinin tezlik lüğətlərində yüksəktezlikli sözlər əsasında müəyyənləşdirilib. Yeri gəldikdə mövcud farsca, rusca, azərbaycanca lüğətlərə müraciət olunub, bir çox sözlərin tərcüməsi dəqiqləşdirilib, yeni sözlər əlavə edilib. Rusca, azərbaycanca sözlük yeni orfoqrafiya qaydalarına uyğunlaşdırılıb.
Lüğət fars, rus, və Azərbaycan dillərinə maraq göstərən, onları müstəqil öyrənən geniş oxucu kütləsi, tələbələr və orta məktəb şagirdləri üçün nəzərdə tutulub.


Thursday, April 2, 2015

Cabir Novruz
SAĞLIĞINDA QİYMƏT VERİN İNSANLARA...
Kitab Klubu, 2015, 432 səh.
Kitaba lirik şair Cabir Novruzun yarım əsrlik yaradıcılığı müddətində qələmə aldığı seçmə şeirləri, daxil edilmişdir. Şeirlərdə şairin həm incə, kövrək lirik duyğuları, həm də ümumbəşəri və milli ağrılardan doğan vətəndaş-şair narahatlığı əks olunmuşdur.


Əsgər Şahi
"Məhəmməd Füzuli qəzəllərinin irfani şərhi"
(3 cilddə)
MÜƏLLİF: 3 cildlik kitabın ərsəyə gəlməsində 5 ildən çox araşdırma apardığını qeyd edərək deyib: Füzulinin hər bir qəzəli səmavi, Quran və ali məzmunlarla doludur.


Wednesday, April 1, 2015

Расим Бабаев
Заговор пластиковых ведьм
Бескомпромиссные жизненные перипетии, необъяснимо неожиданные смены декораций и сюжетные перемещения во времени, захватывающие сцены противостояния человека прожорливым и безжалостным челюстям большой белой и тигровой акул, похищение таинственным злодеем главных героинь и их страдания и боль, обагренный кровью и потом участников корриды песок на легендарной мадридской арене, крупномасштабные кибератаки широко разветвленной кардерской сети на миллионные банковские счета, планирование самолетов с отключенными двигателями и авиакатастрофа, взрыв на яхте в открытом океане, концерт легендарных «Metallica» на парижском стадионе, неподражаемые Оззи Осборн, AC/DC и другие супер metal группы на европейских рок-фестивалях, жизнь в наркотическом дурмане, легендарная московская «Горбушка», беззаботное студенчество, все испепеляющая вулканическая лава, любовь, поэзия, предательство, разбившиеся надежды, преступления, неосуществленные мечты, человеческие трагедии и многое-многое другое в премьерном детективно-приключенческом, драматическом романе-лабиринте известного журналиста Расима Бабаева «Заговор пластиковых ведьм»
2015, 335 стр.

Radil Fətullayev
Beynəlxalq mühasibatçılığa giriş (IFRS əsasında) 

Kitabda müasir dövrdə tətbiq olunan beynəlxalq mühasibat uçotu və hesabatının formalaşması mərhələləri, GAAP və IFRS-in mahiyyəti, nəzəri-metodoloji əsasları, tətbiqi prinsipləri, müxtəlif təsərrüfat əməliyyatlarının hesablarda qeydiyyatı, informasiyanın maliyyə hesabatı formalarında əks etdirilməsi qaydaları, həmçinin maliyyə hesabatının informasiyası əsasında təhlilin aparılması metodikası və sair məsələlər qısaca nəzərdən keçirilmişdir. 

ISBN 978-9952-490-88-6, 2015, 344 səh