Tuesday, April 17, 2018

Саттар Ахундов
Мы о животных и животные о себе
(редактор: Чичек Эфендиева)

Книга рассчитана для детей старших группы детских садов и школьников начальных классов. В юмористическом ключе животные отзываются о себе и окружающем мире.
Интересно и познавательно для детей.

2016, 136 стр.


Saturday, April 14, 2018

Məti OSMANOĞLU
Ədəbiyyat nəzəriyyəsi
M Ü N T Ə X Ə B A T

Bakı Dövlət Universitetinin filologiya fakültəsinin
elmi şurasının qərarı ilə təsdiq edilmişdir

Ali məktəb tələbələri üçün nəzərdə tutulmuş bu kitabdan ümumtəhsil məktəblərinin dil və ədəbiyyat müəllimləri, eləcə də ədəbiyyat maraqlıları istifadə edə bilərlər.

© Bayramlı Məti Osman oğlu
© Bakı. Kitab Klubu, 2018, 474 səh.

MÜNDƏRİCAT
http://docdro.id/P33yts9


Thursday, April 5, 2018

Kitabın adı: Hesab vaxtı
Janr: Detektiv
Format: 135x200
Səh.: 208
Nəşriyyat: Parlaq İmzalar
İl: 2018

Və... Bir gün Nicat bütün Bakını dəhşətə gətirən cinayətdə - soyğun məqsədilə bir mənzilə girib, evdəkiləri qətlə yetirməkdə ittiham edilir. Bəs onu bu işdə günahlandıran adam kimdir, ondan nə istəyir? Nicatın kimisə, heç olmasa, ən yaxınlarını özünün günahsızlığına inandırması mümkündürmü? Bu çətin vəziyyətdən necə çıxmalı? Düşdüyü mürəkkəb situasiyada təklənən Nicat çıxış yolu axtarmağa başlayır. Nəyin bahasına olursa olsun...

“Onun tamam başqa - normal insan zəkasına sığışmayan bir məqsədi varmış. Mən bunun nə olduğunu hələ də tam şəkildə anlamamışam. Təkcə onu bilirəm ki, əsas məsələ ağlasığmaz bir oyuna start vermək və məni bu oyunun faciəvi qəhrəmanına çevirmək idi. Taleyi öncədən bəlli olan faciəvi qəhrəmana...”

Müəllif: Simran Qədim (Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü (2015), “Əcəl düyünü” romanının müəllifi)