Wednesday, June 28, 2017

Ziyaəddin Nəxşəbi. "Tutinamə"
Fars dilindən tərcümə edən: Əkrəm Bağırov
Bakı, KitabKlubu.org, 2017, 470 səh.
«Tutinamə» dünya miqyasında böyük şöhrət tapmış yazılı Şərq abidəsidir. Əsər Azərbaycan, Orta və Yaxın Şərq xalqları arasında geniş yayılmış bir mövzuda «məkri-zənan» – «qadınların hiylələri» mövzusunda qələmə alınmışdır. «Tutinamə» başlığı altında bir süjet çərçivəsində verilmiş əlli iki dastan-rəvayət ilk dəfə qədim hind dilində yaranmış yazılı və şifahi mənbələr əsasında XIV əsrdə fars dilinə tərcümə edilmiş və sonradan müxtəlif variantlarda işlənərək dünya xalqlarının çoxunun dilinə çevrilmişdir.
Əsər qədim Şərqin adət və ənənələri, etik qayda-qanunları haqqında maraqlı məlumat verməklə yanaşı, oxucunu həm əyləndirir, həm də düşündürür.
Əsərə müfəssəl ön söz yazılmış və ətraflı şərhlər verilmişdir.
Geniş oxucu kütləsi üçün nəzərdə tutulur.
© Kitab Klubu MMC, 2017
© Azərnəşr, 1991


Monday, June 26, 2017

Hüseyn Baykara. Azәrbaycan istiqlal mübarizәsi tarixi

Türk dilindən çevirəni
Elşən Əbülhəsənli

Müstәqil milli Azərbaycan Cümhuriyyəti dövründәn bәһs edәn bu kitab ilk dәfә 1975-ci ildә İstanbulda türk dilindә nәşr olunmuşdur. Әsәrdә Azərbaycanın Rusiya tәrәfindәn işğalı, yeni yaranan dövlәtin başına gәlәn müsibәtlәr, V.İ.Leninin «alman casusu» olduğu, S.Şaumyanın nә üçün Bakıya gәldiyi, ermәnilәrin vә bolşeviklәrin törәtdiklәri qırğın, türklәrin һәrbi yardımı vә s. bizә mәlum olmayan һadisәlәr, sәnədlər öz әksini tapmışdır. Kitabda, һәmçinin Azәrbaycanın müһacirәtdә olan ziyalıları һaqqında da geniş mәlumat var.

© Kitab Klubu MMC, 2017
© Azərnəşr, 1992

Müəllif: Hüseyn Baykara
Dil: Azərbaycan
Nəşriyyat: © Bakı Kitab Klubu
Nəşr ili: 2017
Səhifə: 348 səh.
Format: 60x84 1/16 (130x200 мм)
Cildi: yumşaq
Tiraj: 50


Monday, June 19, 2017

Rövşən Yerfi. "Müqəssir"

Bu roman cəmiyyətimizin ictimai bəlasına çevrilmiş, ailə faciələrinə səbəb olan həyat hekayətidir. Həm mövzusuna, həm də yazı tərzinə görə əsərin çağdaş ədəbiyyatımızda mühüm bir hadisə olduğuna inanırıq.

Müəllif: Rövşən Yerfi
Dil: Azərbaycan
Nəşriyyat: Elm və Təhsil
Nəşr ili: 2017
Səhifə: 108 səh.
Format: 84x108 1/32 (130x200 мм)
Cildi: yumşaq
Tiraj: 300


Thursday, June 8, 2017

İlyas Əfəndiyev. Geriyə baxma, qoca (roman)

İlyas Əfəndiyevin bu əsəri əslində avtobioqrafik sayıla bilər və müəllif bunu tarixə müraciət edərək göstərir.
Çox qısa bir müddətdə dörd hakimiyyətin – çar üsul-idarəsinin, burjua respublikasının, xalq cumhuriyyətinin və bolşevik rejiminin bir-birin əvəz etməsinin xalqın müxtəlif təbəqələrinin həyatında yaratdığı ümid və gözləntilər özünün bədii ifadəsini tapmışdır.

Müəllif: İlyas Əfəndiyev
Dil: Azərbaycan
Nəşriyyat: © Bakı Kitab Klubu
Nəşr ili: 2017
Səhifə: 308 səh.
Format: 60x84 1/16 (140x200 мм)
Cildi: yumşaq
Tiraj: 50


Wednesday, June 7, 2017

Fərman Kərimzadə
Təbriz namusu (tarixi roman)

“Təbriz namusu” əsərində Fərman Kərimzadə XIII-XIV əsrlərə gedib çıxır. Uzaq keçmişimizə parlaq güzgü tutmağa çalışan müəllif üçün başlıca mənbə isə orta əsr tarixçisi Fəzlullah Rəşidəddinin "Tarixlər toplusu" ("Came ət-təvarix") əsəridir. Fəzlullah Rəşidəd-dinin yaradıcılığında mühüm yer tutan bu əsərdə XIII-XIV əsrlərdə müsəlman Şərqində, xüsusilə Azərbaycanda Elxanilər hökmdarla-rının dövrü təsvir olunur və F.Kərimzadə də bu nöqtədə tarixçi ilə birgə hərəkət edir.
Lakin yazıçı tarixi hadisələri və şəxsiyyətləri bədiilik meyarı ilə təsvir etmişdir.

Müəllif: Fərman Kərimzadə
Dil: Azərbaycan
Nəşriyyat: © Bakı Kitab Klubu
Nəşr ili: 2017
Səhifə: 256 səh.
Format: 60x84 1/16 (140x200 мм)
Cildi: yumşaq
Tiraj: 50


Monday, June 5, 2017

Murad Adcı. Türk və dünya: munis tariximiz
Ruscadan tərcümə edən: Tofiq Hacıyev

Kitabda türkün tarixin dərinliyindəki xidmətlərindən, mədəniyyət tarixindən, tarixi coğrafiyasından, Asiya və Avropanın demoqrafik təşəkkülündəki rolundan danışılır. Attilanın yaratdığı Dəşti-Qıpçaq dövlətinin əzəməti, türk hərb sənətinin möhtəşəmliyi göstərilir. Türkün Böyük Köçü ilə qədim Sibir-türk mədəniyyətinin Avropaya nüfuzu, Avropanın xristianlaşmasında, onun bütpərəstlikdən çıxmasında türkün, bilavasitə Attilanın xidmətləri işıqlandırılır. Avropa və rus tarixçilərinin bu zəngin, humanist tarixin üstünə çəkdikləri qara örtük açılır, türkün obyektiv tarixindən geniş oxucu kütləsinə elmi-kütləvi üslubda məlumat verilir.

© Kitab Klubu MMC, 2017

Müəllif: Murad Adcı
Dil: Azərbaycan
Nəşriyyat: © Bakı Kitab Klubu
Nəşr ili: 2017
Səhifə: 290 səh.
Format: 60x84 1/16 (130x200 мм)
Cildi: yumşaq
Tiraj: 50