Tuesday, May 30, 2017

Çingiz Aytmatov
"Çingiz xanın ağ buludu" (povest)

Tәrcümә edәn: Mәti Osmanoğlu

«Çingiz xanın ağ buludu» povesti Çingiz Aytmatovun dünyada әn çox oxunan, әdәbi ictimaiyyәt tәrәfindәn yüksәk qiymәt verilәn «Әsrdәn uzun gün» romanına әlavәdir.
Povestdә totalitar dövlәt marağı, һökmdar һökmü ilә әbәdi bәşәri dәyәrlәr – insan taleyi, adi adamların böyük sevgisi üz-üzә qoyulur. Bu qarşıdurmada sevmәyә vә öz sevgisinin cәzasını çәkmәyә mәһkum olunmuş insanlığın tarixi dәһşәtli bir faciә kimi qavranılır.

© Kitab Klubu MMC, 2017

Müəllif: Çingiz Aytmatov
Dil: Azərbaycan
Nəşriyyat: © Bakı Kitab Klubu
Nəşr ili: 2017
Səhifə: 156 səh.
Format: 60x84 1/16 (120x180 мм)
Cildi: yumşaq
Tiraj: 50


Friday, May 26, 2017

Məhəmməd Hüseyn Quddusi
"NADİR-NAMƏ / Nadir Şah: Nadir şah Əfşarın həyatı"

Nadir şaha həsr olunmuş əsərlər içərisində diqqətimizi çəkən bu əsər 1999-cu ildə Azərbaycan dilində nəşr olunmuş xorasanlı müəllif Məhəmməd Hüseyn Quddusinin qələmə aldığı “Nadirnamə” əsərinin qısaldılmış variantı olan “Nadir şah: Nadir şah Əfşarın həyatı” əsəridir.
Kitabda Nadir şah Əfşarın şəxsi həyatı, bir dövlət adamı olaraq xarici və daxili siyasəti, sərkərdəlik məharəti, hərbi yürüşləri, ordu quruculuğu, hərbi-dəniz donanması yaratmaq təşəbbüsü, müsəlman-türk dünyasını parçalayan, zəiflədən şiə-sünni məzhəblərinin aradan qaldırılması yolunda göstərdiyi fədakarlıqları, azərbaycançılığı, Şərqin sonuncu fatehinin tarixdəki yeri və rolu açıqlanır.

© Kitab Klubu MMC, 2017

Müəllif: Məhəmməd Hüseyn Quddusi
Dil: Azərbaycan
Nəşriyyat: © Bakı Kitab Klubu
Nəşr ili: 2017
ISBN: -
Səhifə: 324 səh.
Format: 60x84 1/16 (150x210 мм)
Cildi: yumşaq
Tiraj: 50


Thursday, May 25, 2017

İsmayıl Bağırov, Təbiət Tağıyev
Vergi məcəlləsinin xüsusi hissəsinin praktiki izahı (dərs vəsaiti)

Dərs vəsaitində Azərbaycan Respublikasının vergi sisteminin strukturu, ölkədə fəaliyyət göstərən bütün vergi növləri madələrlə izah edilmiş, vergilərin hesablanması sahəsində müxtəlif məsələlərin həlli nümunələri öz əksini tapmışdır. Hər bir fəslin sonunda isə istifadəçilərin xüsusən də vergi orqanlarında işləmək arzusunda olan namizədlərin sərbəst hazırlığı üçün mövzulara aid, test tapşırıqları və praktiki məsələlər verilmişdir.
Bakı: Zərdabi LTD MMC, 2017, 660 s. ; 25 sm
ISBN 978-9952-504-13-2: Qiyməti: 24.00 AZN


Friday, May 19, 2017

Tarix və coğrafiya bölümünə aid 13 kitab tərcümələrlə birlikdə;    
      İngilis dilində -
1) “Christopher Columbus, Nasiraddin Tusi and real discovery of America”.                     
2)“Enigmatic discovery of Brazil”.                                                                                                            
3) The scientist passed ahead of centuries – Nasiraddin Tusi”.
4) “Amerigo Vespucci, Martin Waldsemuller – secret bargain”.
     
      Rus dilində -
5) «Христофор Колумб,  Насирэддин Туси и подлинная история открытия Америки».
6) «Загадочное открытие Бразилии».
7) «Насирэддин Туси – ученый, опередивший века».                                                                        
8) «Америго Веспуччи, Мартин Вальдземюллер – тайный сговор».             

      İspan dilində -
9) Américo Vespucio, Martin Waldseemüller – el convenio secreto”.

      Azərbaycan dilində
10) “Xristofor Kolumb, Nəsirəddin Tusi və Amerika qitəsinin həqiqi kəşfi”.
11) “Əsrləri qabaqlamış alim – Nəsirəddin Tusi”.
12) “Braziliyanın müəmmalı kəşfi”. 
13) “Ameriqo Vespuççi, Martin Valdzemüller – gizlin sövdələşmə”.

Ədəbiyyat bölümünə aid 6 kitab;
14) “Yeni Dünya sahillərinə yollanan konkistadorlar”.
15)  “Konkistadorların Mərkəzi Çili sahillərində faciəli ölümü”
16) “Müqəddəs missiya”. 
17) “Cənnətə gedənlər cəhənnəmə düşürlər”. 
18) “Qəlblərdə yaşayan Mir Cəlal”
19) “Fitva”
20) “Həqiqət”.
21) “Qismət”.
22) “Aqibət”.
23) “Müharibə və humanizm”



Əsərlərin annotasiyaları:

Azərbaycan ədəbiyyatına novator əsərlər kimi daxil olmuş, tarixi-coğrafi macəra janrındakı çitrlogiya;
1)   I cild “Yeni Dünya sahillərinə yollanan konkistadorlar” tarixi-bədii roman – 616 səhifə. 
Konkistadorların ölümü” adlı silsiləsindən olan bu əsərdə ispan zadəganlarının tarixin gedişatına təsir edəcək, bir prosesdə iştirakından bəhs edir. Onlar kral naminə müxtəlif müharibələrdə şücaət göstərsələr də, kef məclislərini, vaxtlarını mənasız keçirməyi, istirahəti özləri üçün ayıb sayır səfərbərliyi və hələ də ram edilməmiş imperiya düşmənlərinə qarşı növbəti müharibədə döyüşmək üçün yeni ölümsaçan savaş ocağına yollanırlar. Lakin bu dəfə Avropanın müharibə teatr meydanlarına yox, konkistador kimi uzaq Mərkəzi Çilidə yerləşən Araukaniyaya üz tuturlar. Mənzil başına çatmaq üçün konkistadoplar iki okeanı, o cümlədən böyük materikin təlatümlü cənub sahil boyu ilə on minlərlə km. məsafəni qət edirlər. Əsərdəki hadisələr XVI əsrin 90-cı ilində həm Kataloniyada, həm də Peru və Çilidə cərəyan edir və oxuculara həmin dövrə qədər baş vermiş mühüm coğrafi kəşflər və məşhur dəniz səyyahları haqqında maraqlı məlumatlar təqdim olunur.

2) II cild - “Konkistadorların Mərkəzi Çili sahillərində faciəli ölümü” tarixi-bədii romanı - 714 səhifə.
Əsərdə köstərilir ki, hər hansı bir xalq öz müstəqilliyi uğrunda mübarizə aparmaq üçün ayağa qalxanda, yadelli işğalçılara qarşı kəskin mübarizə aparmalı, onlarla sərt və amansız olmalı, mübarizə vaxtı azadlığı və müstəqilliyi müqəddəs bir amal kimi hər şeydən üstün tutmalıdırlar. İspanların əsarəti altına düşmüş Amerika qitəsində yaşayan başqa hindu tafalarının aqibəti göz qabağında idi. Əsarət altına düşənlər kölə vəziyyətinə düşmüş və birdəfəlik azadlıqdan, dövlət müstəqilliyindən məhrum olunmuşdular. Araukanlar isə başqa tayfalar kimi qul olmaq və yadelli işğalçılardan asılı olmaq istəmir, ölümün üzünə dik baxaraq silaha sarılmış və əsrlər boyu (300 il) uzanan amansız və dəhşətli mübarizəyə qalxırlar.
Cənubi Çilinin kəşfində və mənimsəməsində böyük rol oynamış, tanınmış ispan konkistadoru Pedro Valdiviya bir neçə il araukanlara qarşı müharibə aparmış, 1553-cü ilin dekabrında onlara əsir düşmüş və edam edilmişdi. Azadlığı hər şeydən üstün tutan araukanlar ispanlarla heç bir kompromissə getmirdilər.
Araukanların düşmənə qarşı mübarizəsi yenilməzlik, məğlubedilməzlik və cəsurluq simvoluna çevrilmişdir. Onların bəziləri Çilidə yaranmış ictimai quruluşun, siyasi vəziyyətin, mövcud qayda-qanunun fərdi mübarizə nəticəsində dəyişdirilə biləcəyinə o qədər də inanmırdılar, amma bununla bərabər üsyankarlıqdan əl çəkmir, tam qalib gəlməsələr də, bu məqsəd uğrunda vuruşur, həlak olur, azadlığı heç olmazsa ölümdə görürdülər.
Əsərdə Fernan Magellanın ekspedisiyası və həmin ekspedisiyadan aralı düşən “Trinidad” gəmisinin taleyi, ispan konkistadoru Pedro Valdiviyanın Çiliyə olan yürüşləri, Vasko de Balboanın ekspedisiyası və Panama ilə Sakit okeanın kəşfi, haqqında, Roma papası İspaniya ilə Portuqaliya) arasında dünyanı necə bölüşdürür, Araukaniya ölkəsinin flora və faunası, Buenos-Ayresin əsasının qoyulması, Cəbəllüttariq qalası və onun tarixi, “Məğlubedilməz armada”nın 1588-ci ildə La-Manşda və 1571-ci ildə Lepanto dəniz döyüşləri, Kanar və Madeyra adaları haqqında maraqlı məlumatlar humanitar fakultələrdə təhsil alan tələbələrin marağına səbəb olacaq. Xüsusən də Xristofor Kolumbun kəşfləri haqqında əsl həqiqət və fərziyyələr nəinki adi oxucuları, hətta coğrafiya elmi ilə dərindən maraqlanan bütün adamları özünə cəlb edəcək. Amerikanın kəşfinə dair bəzi təkziblər və nüanslar məhz bu kitabda verilir.
Bütün qəhrəmanların - istər sərkərdə, istər konkistadorlar, istər alim və səyyahlar, istərsə də araukanlar olsun hamısı qəlbi vətən eşqi, vətən məhəbbəti ilə döyünür. Əsərin qəhrəmanı Migel Kartahena səyyahlar nəslindən olsa belə coğrafi kəşfləri genişləndirmək üçün müəyyən səyahətlərdən imtina edərək, İspaniyanın şan və şöhrətini qorumaq üçün ispan qanunlarını kobud surətdə tapdalayan yerli hinduları cəzalandırmaqdan ötrü Yeni Dünya sahillərinə ağır müharibəyə yollanır.

3) III cild - “Müqəddəs missiya” tarixi-bədii romanı – 553 səhifə.
Birinci cilddən məlumdur ki, Mərkəzi Çili sahillərinə yollanan ekspedisiya iştirakçıları aborigenlərlə gedən müharibədə məğlubiyyətə uğrayırlar. Ekspedisiyanın bəzi üzvləri döyüşlərdə həlak olur, bir çoxları isə araukan hindularına əsir düşürlər. Müharibənin ikinci mərhələsinə başlamamışdan əvvəl növbəti ekspedisiyanın rəhbərliyi qərara alır ki, ilk növbədə əsir düşmüş silahdaşlarını əsirlikdən azad etsinlər. Bu müqəddəs missiyanı yerinə yetirməkdən ötrü 16 nəfərdən ibarət olan təcrübəli, bacarıqlı və peşəkar döyüşçülərdən ibarət kəşfiyyat dəstəsi təşkil olunur və həmin dəstə fərdi üsulda düşmənə qarşı sarsıdıcı zərbələr endirərək həmin missiyanın öhdəsindən müvəffəqiyyətlə gələ bilir. Bununla da, Araukaniyada gedən müharibənin ikinci mərhələsi başlanır.

4) IV cild – “Cənnətə gedənlər cəhənnəmə düşürlər” tarixi-bədii romanı – 559 səhifə.
Bu əsərdə Araukaniyada gedən müharibənin son fazası əks olunub. Perudan gələn güclü ekspedisiya aborigenlərə qarşı bir-birinin ardınca sarsıdıcı zərbələr endirir. Ölkənin demək olar ki, 90%-i ispanlar tərəfindən işğal ediləndən sonra Araukaniyada təsərrüfat işləri görmək və inzibati orqanlar yaratmaqdan ötrü, Perudan yeni-yeni qüvvələr gətirdilməyə başladı. Cürbəcür təbəqəni əhatə edən kolondatorlar Araukaniyanı işğal edilmiş öz torpaqları hesab edirlər. Lakin aylar və illər keçdikcə burdakı əhalinin döyüşkənliyini, yenilməzliyini və ölkənin sərt iqlimini görən ispanlar cənnətə yox, cəhhənəmə düşdüklərini dərk edirlər. Qraf Ferdinand Morelosun səriştəsizliyi ucbatından yüzlərlə əsgərin qanı bahasına əldə edilən qələbə ispanların əlindən çıxır. Gözlənilməz anda üsyana qalxan araukanlar böyük qurbanlar hesabına öz ölkələrini işğalçılarından azad edə bilirlər.

5) Erkən və orta əsrlər coğrafi kəşflər tarixinə aid olan elmi-araşdırma əsəri - “Xristofor Kolumb, Nəsirəddin Tusi və Amerika qitəsinin həqiqi kəşfi” – 352 səhifə.
524 il bundan əvvəl Xristofor Kolumb tərəfindən Amerika qitəsi kəşf edilsə də, çox hallarda hələ də həmin kəşfin bir çox qaranlıq tərəfi dünya ictimaiyyətini dərin düşüncələrə qərq edir. Saysız-hesabsız elmi əsərlərdə göstərilir ki, X. Kolumb kəşf etdiyi torpaqları Şərqi Asiyanın ərazisi ilə səhv salıbdır. Mən, bu əsərimdə sübut etməyə çalışmışam ki, Genuyalı dəniz səyyahı Atlantikanın qərb hissəsinə yola düşməmişdən əvvəl, Dördüncü qitənin varlığından, ərazinin hansı meridianda və Avropadan neçə km. aralı yerləşməsindən, ora hansı cərəyanın köməyi ilə hans parallel ilə üzməyi, hansı küləklərindən istifadə etməyi əvvəlcədən bilmişdi. O, bunu nəyə görə dünya ictimaiyyətindən gizlətdiyinin səbəbini açıqlamış və birmənalı şəkildə bildrmişəm ki, Kolumb çevik siyasəti nəticəsində ispan monarxları İzabella Kastiliyalı ilə Ferdinand Araqonlunu adadaraq, kəşf etdiyi nəhəng ərazinin yeganə varisi olmağa çalışmışdı. Əsərin kulminasiyası isə onun Amerikanın varlığından hali olması başda Nəsirəddin Tusi olmaqla Marağa rəsədxanasının alimləri mühüm rol oynamışdılar. Yəni, Amerikanın hansı meridianın sərhədində yerləşməsi astronomik kataloq və coğrafi koordinatlar cədvəli sayılan “Zic Elxani” adlı əsərində göstərilmişdir.
Ümumiyyətlə, Amerikanın kəşfi dünyada ən fenomenal kəşflərdən biri sayılır və Kolumb praktik olaraq həmin kəşfi həyata keçirmişdir.

6) Erkən və orta əsrlər coğrafi kəşflər tarixinə aid olan elmi-araşdırma əsəri – “Əsrləri qabaqlamış alim – Nəsirəddin Tusi” – 413 səhifə.
 “Əsrləri qabaqlamış alim – Nəsirəddin Tusi” adlı əsərində görkəmli alim Nəsirəddin Tusinin elmi xidmətlərini, elmi nailiyyətlərini araşdırmış, alimin dünya elminə töhfə vermiş bir çox əsərlərinin dünyavi mahiyyətini açıqlamış və nəticədə bəlli olub ki, həqiqətən də alimin bir neçə əsəri başqa müəlliflər tərəfindən özününküləşdirilibdir.
Məlumdur ki, Tusi astronomiya, riyaziyyat, həndəsə, etika ilə bağlı şah əsərlər yaradaraq, həmin elmlərin inkişaf etdirilməsində mühüm rol oynamış və bu sahələr üzrə tanınmış alimləri bir neçə yüz il qabaqlamışdır. Əsərdə Antik dövrün ən məşhur – yunan, qədim Roma, Bizans, Misir və erkən orta əsrlərdə tanınmış müsəlman alimlərinin coğrafiya, astronomiya, riyaziyyat sahəsi ilə bağlı birlikdə gördükləri elmi işləri yada salmış və Tusinin təkbaşına adı çəkilən elmlərdə böyük uğur qazanmasını qeyd edərək, onun dahiliyini önə çəkməyə çalışmışam. Bu əsərdə göstərilir ki, İslam elmi sonradan təşəkkül tapacaq Qərb elmindən nə dərəcədə yüksəkdə durmuş və xristianlar həmin elmlərdən peşəkarcasına bəhrələnmişdilər.
Amerikanın kəşf edilməsində alimin yazdığı “Zic Elxani” astronomik və coğrafi koordinatlar cədvəlindən istifadə olunması diqqəti cəlb edir. Həmin kəşfə dair və Tusinin elmi fəaliyyəti ilə bağlı dünya alimlərini bu günədək düşündürən bir çox sualların cavablarını əsaslandırılmış şəkildə açıqladığım həmin əsərdə göstərilibdir. Alimin başlağıc meridianını indiki Qrinviç meridianından 34qərb istiqamətində göstərməsi (Braziliyanın ucqar şimal-şərq sahili), Kolumba okean keçidində kömək etmişdi. Təəssüflər olsun ki, bu həqiqətlə əksər xalqlar tanış deyil. Bu əsəri yazmaqla mən Tusinin dünya miqyasında necə bənzərsiz alim olduğunu oxuculara çatdırmaq istəyirəm.
Diqqəti cəlb edən məqam odur ki, bir çox elm ocaqlarında tədqiq olunan, Türk admiralı Piri Rəisin 1513-cü ildə tərtib etdiyi xəritənin əsl sahibinin kim olduğunun araşdırılmasıdır.
Gəldiyim qənaətə görə qədim manuskriptlərdən hazırlanan həmin xəritənin bir hissəsi Tusinin rəhbərliyi altında Marağa rəsədxanasında tərtib edilibdir. Bundan əlavə mən bildirmişəm ki, həmin xəritənin köməyi ilə Kolumb Yeni Dünya sahillərinə üzmüşdü. Sonradan həmin material səyyahın qeydləri ilə birlikdə Piri Rəisin əlinə keçmişdi.
Bir çox alimlər astronomik kataloqlarını yaradarkən, Tusinin “Zic Elxani” əsərindən istifadə etmişdilər. Rus alimi Lobaçevski və digər həndəsəşünaslar “Təhrir Öqlidis” əsərindən bəhrələnmiş, “Şəklül gita”nin bir nüsxəsini isə Regimontan öz adı ilə çıxarıbdır. İsaak Nyutonun müəllimi Con Vallis “Təhrir Öqlidis”in əsasında Oksford universitetində mühazirələr oxumaqla, Tusinin İngiltərədə tanınmasında mühüm rol oynamışdır. Elə Kopernik də “Göy sferasının fırlanması” əsərini işləyərkən, Tusinin“Astronomiya xatirələri” əsərindəki “birinin diametri o birinin diametrinin yarısına bərabər iki dairə bir müstəvi üzərindədir” teoremindən istifadə etmişdir.
Bundan sonra yüz illər keçsə belə, Nəsirəddin Tusinin elmi irsi tədqiqatçılar üçün zəngin elmi dəfinə kimi görünəcək.İndiyənə qədər Azərbaycan aliminin ərsəyə gətirdiyi elmi işlərinin demək olar ki, azacıq bir hissəsi araşdırılaraq tam tədqiq edilmişdir. Acınacaqlı haldır ki, Nəsirəddin Tusinin həyatından bəhs edən bir çox sənədlərin səhifələri hələ də acılmamışdır. Güclü idrak sahibi olan alimin ensiklopedik biliyə malik olması, onun elmi-bədii irsinin zənginliyi ondan xəbər verir ki, o, Azərbaycan ölkəsi tərəfindən bəşəriyyətə bəxşiş edilən bir elmi incidir. Zamanına görə Elmlər Akademiyasının məcmuisini özündə cəmləşdirən N. Tusinin necə bir fenomenal alim olduğunu, bizlər bütün dünyaya bəyan etməliik. Bir çox elmlərin arxeoloqu sayılan Nəsirəddin Tusi nəinki Azərbaycanın, Yaxın Şərqin və ya Türk dünyasının, hətta bütün Yer kürəsinin istedadlı və bənzərsiz dühalardan biridir.

7) Erkən və orta əsrlər coğrafi kəşflər tarixinə aid olan elmi-araşdırma əsəri - “Braziliyanın müəmmalı kəşfi” – 180 səhifə.
“Braziliyanın müəmmalı kəşfi” elmi-tədqiqat əsəri coğrafi kəşflər sahəsində mahiyyətinə görə diqqəti cəlb edəndir.
Rəsmi olaraq Braziliya aprelin 22-i 1500-cü ildə Pedro Alvareş Kabral tərəfindən təsadüf nəticəsində kəşf edilibdir. Uzun illər apardığım araşdırmalardan aydın oldu ki, həmin ərazyə P.Kabraldan hələ 6 il əvvəl yəni, 1494-cü ildə Duarti Paşeku Pireyranın başçılığı ilə Portuqal kralı II Juanın göndərdiyi ekspedisiya yan alıbdır. Elə həmin ildə Roma papası VI Aleksandr Borcia verdiyi bulla ilə dünyanı, Portuqaliya ilə İspaniya arasında iki yerə bölür və Tordesilyas müqaviləsinə görə portuqallar indiki Braziliyaya yiyələnirlər. Həmin tarixi hadisədə təsiredici hal odur ki, portuqallar Roma papasının vasitəsilə ispanların nümayəndəsini aldatmağa müvəffəq olmuş və bu işdə D. Pireyranın səyahətinin nəticəsi mühüm rol oynamışdır.
Bir sözlə, qeyd etmək istəyirəm ki, adı çəkilən hər üç elmi əsər əldə olunan faktlara və fərziyyələrə görə, coğrafi kəşflər tarixi sahəsində çalışan hər bir mütəxəssis üçün lazımi mənbə ola bilər və bu kəşflərlə bağlı elmi ocaqlardan reaksiya verilməsinin gözlənilməsi labüddür. Geniş oxucu kütləsinin həmin əsərlərə olan tələbatına şübhə etməmək olar. Lakin bunun üçün həmin əsərlər rus, ingilis və digər dillərə tərcümə olunmalıdır.


8) Erkən və orta əsrlər coğrafi kəşflər tarixinə aid olan elmi-araşdırma əsəri “Ameriqo Vespuççi, Martin Valdzemüller –gizlin sövdələşmə tədqiqat işində bütünlüklə Qərb dünyasının fəxr etdiyi A. Vespuççinin fəaliyyəti tam ifşa edilərək, 500 illik avantürasının üstü açılır. Elə bu əsərin özü Qərb alimləri ilə müəyyən elmi diskussiyalarda iştirak edən müsəlman alimlərinin əlində yaxşı mənbə olar. Çünki bu əsərdə sübut edirəm ki, Vespuççi ilk dəfə Yeni qitəyə 1501-ci ildə yola düşmüş və ona dünya şöhrəti gətirmiş 32 səhifəlik məşhur məktubunu yazarkan Xristofor Kolumbun, Diyeqo Çankanın, Peru Vaş Kaminyanın gündəliklərindəki abzasları bütünlüklə köçürmüşdü.
Əsərlərə diqqət yetirsəniz, onda görəcəksiniz ki, onların elmi yükü nə dərəcədə mahiyyətlidir və onları Azərbaycandan İspaniya, Portuqaliya, İtaliya, Fransa, İngiltərə, Türkiyə, ABŞ, Braziliya və ümumiyyətlə, bütün Latin Amerikası ölkələrinə verilən bir hədiyyə də hesab edə bilərsiniz. Əsərləri böyük həvəslə sizə təqim edə bilərəm! 

9) Dram əsəri - “Fitva” romanı – 288 səhifə.
Əsərdəki hadisələr, əsasən iki fərqli təbəqədə böyüyüb başa çatmış aşiqlərin arasında cərəyan edir. Mühəndis ailəsində tərbiyə alan Süleyman, var-dövlətlə zəngin olan məmur ailəsində böyüyən Sevdanı sidqi ürəkdən sevməsinə və bunun əvəzində sevgilisinin məhəbbətini qazanmasına baxmayaraq, bir çox insanların, xüsusən də dostların xəyanətkar müdaxiləsindən sonra onların arasına nifaq salınır. Məhz araya salınan nifaqa görə Sevda öz məhəbbətindən imtina etməli olur və atasının təkidi ilə kobud, zalım, ambisioz bir insana ərə gedir. Məqsəd üzərində qurulan ailə davamlı olmur, nəticədə ürəyini Süleymana bağlayır. Sevadnın qardaşı Anarın fitvası ilə ağlını itirmiş Zaur odlu və soyuq silahla bir neçə günahsız insanı amansızcasına qətlə yetirir. Təəssüflə qeyd etmək lazımdır ki, belə bir faciələri taleyin hökmü ilə zəmanənin özü doğurur.

10) Publisistik əsər – “Qəlblərdə yaşayan Mir Cəlal” – 164 səhifə.
Mir Cəlal yaradıcı insan olduğundan təbiətin, insan varlığının sirlərini açmağa can atmışdır. Məhz bütün bu sirlərə yiyələnmək üçün Allah ona qeyri-adi ağlı və zakanı əta etmişdir. O, sözün əsl mənasında əsl insan, dahi şəxsiyyət olmuşdur. Əsl insan isə bu dünyada olan mövcudatın ən şərəflisidir. Mir Cəlal filosoflara, kamil insanlara xas olan qabiliyyətinə - malik idi. O, böyük, müdrik, özü bir aləm olduğundan bir çox hikmət sirlərinə yiyələnmişdir.
Bu kitabda adları hallanan tanınmış şəxsiyyətlər milyardlarla insanın arasında zərrəcik kimi görünsələr də, onların hər biri təmsil etdikləri xalqın mədəniyyətini, ədəbiyyatını, incəsənətini, elmini, təhsilini inkişaf etdirməkdə bütün səy və bacarıqlarını səfərbər edərək, bununla da ölkənin tarixini ən yüksək müstəvidə yaşadırlar.
Azərbaycanın görkəmli ədibi, pedaqoqu, ictimai xadimi professor Mir Cəlal nəsr sahəsində barokko üslubundakı naxışları və göydəki ulduzları xatırladan ölməz əsərlər yaratmış, pedaqoji fəaliyyəti dövründə elə tələbələr yetişdirmişdi ki, onlar çağdaş dövrdə Elmlər Akademiyasında və elmin müxtəlif sahələrində əvəzsiz xidmət göstərirlər. XX əsr Azərbaycan ədəbiyyatının gözəl nümayəndələrindən biri olan Mir Cəlalın həyat və yaradıcılığından bəhs edən bu kitab ictimaiyyətin bütün nümayəndələri üçün maraqlı olacaq. 


11) Qarabağdakı qanlı olaylarla bağlı tarixi-bədii “Həqiqət” romanı – 437 səhifə.
“Həqiqət” romanı Azərbaycan xalqının ağrılı yeri olan Qarabağ problemindən söz açır. Əsərdə əsas məqsəd tarixi həqiqəti ortaya qoymaqdır. Qarabağ hadisələrinin bir hissəsi olan Qaradağlı kəndi sakinlərinin blokada şəraitindəki həyatı, çətinliklərə sinə gərməsi, bütün müasir silahlarla silahlanan daşnaklara müqavimət göstərməsi, nəhayət, kəndin işğalı əks olunur. Preambulada 1991-ci il noyabırın 20-də Azərbaycanın siyasi, dövlət, ictimai xadimləri və beynəlxalq müşahidə missiyası nümayəndələrinin olduğu helikopterin ermənilər tərəfindən vurulması göstərilir və cinayətin necə baş verdiyi açıqlanır.
Roman, bir kənddə uzun müddət yaşamış iki qonşu - azərbaycanlı və erməni ailəsindən bəhs edir. Elə ki, havadarlarına arxalanan erməni millətçiləri və ekstremistləri Azərbaycan ərazisində quldurluq əməllərinə başlayır, qonşular arasına düşmənçilik toxumu səpilir və ermənilər öz məkrli planlarını həyata keçirməyə başlayırlar - azərbaycanlılara məxsus malı-mülkü ələ keçirir, əsir düşənlərə qarşı qeyri-insani işgəncələr tətbiq edir, onların əksəriyyətini fiziki cəhətdən məhv edirlər.
Qaradağlı kəndində baş verən faciəli olaylarda məşhur terroristlər Monte Melkonyan, Manvel Yegizaryan və Aram Toqromyanla yanaşı, Ermənistanın eks-prezidenti Robert Köçəryanın xüsusi rolu nəzərdən qaçırılmır. Qaradağlı qətliamından birtəhər salamat çıxmış Əliyevlər ailəsi qohumları və yurd-yuvasını itirəndən sonra çadır şəhərciyində məskunlaşır; qonşuları Muradyanlar ailəsi isə onların ev-eşiyini mənimsəyərək, Sankt-Peterburq şəhərinə gedir, orada özlərini ev-eşikləri əlindən alınan qaçqın kimi təqdim edirlər.
Ermənilərə yazığı gələn rus ziyalısı dövlət tərəfindən ev verilənə qədər özünün iki sot torpaq və həmin torpaqda tikdirdiyi mənzilini onlara verir. Öz cinayətlərini ört-basdır edən Eduard Sankt-Peterbuqda azərbaycanlıları yerli əhalinin gözündən salmaq üçün ən iyrənc şər-böhtan kompaniyası aparır və uzun illər xeyli sayda adamları aldatmağa nail olur. Lakin 18 ildən sonra həmin rus ziyalısı xüsusi dəvətlə İrəvana, Xankəndinə, Eduardın anadan olduğu Qaradağlıya və xarabazarlığa çevrilmiş digər azərbaycanlı şəhər və kəndlərinə gedib, orada əsl həqiqəti öz gözü ilə görür və ermənilərin necə yırtıcı bir millət olduğunu dərk edir. O, Bakıya qonaq gələndə isə azərbaycanlıların nə dərəcədə ürəyiaçıq, qonaqpərvər, tolerant bir millət olmasının şahidinə çevrilir və doğma şəhərinə qayıdan kimi qarayaxmalarla, iftiralarla məşğul olan erməni ailəsini qovaraq, dərs verdiyi universitetdə təhsil alan, həqiqi mənada qaçqın olan azərbaycanlı tələbəsinə həmin evdə məskunlaşmaq icazəsi verir.
Romandakı obrazlar beynəlmiləl xarakter daşıyır – azərbaycanlı qaçqın ailəsi, həyasız erməni ailəsi, rus ziyalısı, gürcü pedaqoqu, yəhudi biznesmeni, Bakıda əmin-amanlıq şəraitində öz ailəsi ilə birgə yaşayan erməni qadını, Stavropolda məskunlaşan Bakı və Sumqayıt erməniləri. Hadisələrin miqyası da kifayət qədər genişdir: ermənilər tərəfindən həyata keçirilən genosid və vandalizm, çağdaş sivilizasiyaya uyğun olmayan vəhşiliklər, soyğunçuluq, qətl, mənimsəmə və özününküləşdirmə siyasəti, dünyanın bir çox yerlərində Azərbaycana qarşı aparılan iyrənc təbliğat... Əsərdə bir neçə əsr əvvəl Qafqazın cənubunda baş verən olaylardan da danışılır. Hadisələrin kuliminasiya nöqtəsi özlərini məzlum, əzabkeş, əzilmiş, qaçqın kimi təqdim edən erməni ailəsinin planlarının alt-üst olması, onların ifşa olunması epizodlarında öz əksini tapır.
Aktual bir mövzuya həsr olunmuş “Həqiqət” romanı Qarabağda baş verən hadisələrin müəyyən bir dövrünü tarixi obyektivliklə əks etdirməsi baxımından gənc nəslin dünyagörüşünə müəyyən istiqamət verə bilər.

12)    Mənəviyyatla bağlı trilogiya, I cild – “Qismət” romanı - 280 səhifə.
Əsərdə cərəyan edən hadisələr cəmiyyətdə baş verən müəyyən prosesləri özündə əks etdirir. Bir çox ailələrdə, xüsusən də, təlim-tərbiyəyə önəm verilməyən ailələrdə Avropaya inteqrasiya adı altında adət və ənələrdən uzaqlaşma baş verir. Sırtıqlıq, abırsızlıq, həyasızlıq, əxlaq və mədəniyyətə üstün gəlir. Bu, problem başağrısına çevrildiyindən ziyalılar, alimlər, alicənab insanlar, təfəkkür sahibləri həyəcan təbili çalmağa başlayırlar. Burada əxlaq, mənəviyyat uğrunda mübarizə aparan bir müxbir; mənəviyyatı maddiyyatdan üstün tutan rəssam qız, halbuki füsunkar gözəlliyi ilə özünü hər hansı bir sponsora qurban verərək varidat toplamağa imkanı var; pula, zəngin həyata hərisli olan, həya-abırını itirərək bədənini alver mənbəyinə çevirən naşı müğənni; həmin müğənninin sponsoru olan və onunla eşq-macəra həyatı sürən vergidən yayınan, asan gəlir mənbəyi əldə edən yaşlı biznesmen; müğənninin havadarından əldə etdiyi pulları hiylə yolları ilə mənimsəyən, onunla yüngül həyat tərzi keçirən alfons oğlan; əxlaq və tərbiyəyə zidd olan bütün naqis hərəkətlərə sinə gərən ziyalı ailələrin fəaliyyəti maraqlı səhnələrin yaranmasına rəvac verir. Oxucunu diqqət mərkəzində saxlayan o haldır ki, həm müxbirin ailəsi, həm onlarla yaxın olan ziyalı ailəsi, həm də məşuqəsi olan müğənniyə bağ evi alan və vaxtının müəyyən hissəsini onunla bir yerdə keçirən həmin yaşlı biznesmen bir-biriləri ilə yola getməyən bağ qonşularıdırlar.
Bütün bu təzadlar fonunda iki gəncin qeyri-adi məhəbbəti önə çəkilir. İş ondadır ki, yaxın rəfiqələr bir-biriləri ilə qohum olmaq istəyirlər. Lakin bu yerdə anlaşılmamazlıq ucbatından əsl sərgüzəştlər baş verir... 

13)    II cild – “Aqibət” romanı – 276 səhifə.
Dünyaya olan baxışları və aldıqları tərbiyə ilə bir-birindən fərqlənən insanların qonşu kimi yaşaması, istər-istəməz onların arasında böyük ədavətin yaranmasına gətirib çıxarır. Yeni qonşu olan müğənni Zemfira neft sənayesində uzun müddət işləmiş Arif adlı ziyalının və Elmlər Akademiyasının elmi işçisi Xədicənin ailəsi ilə yola getmir və özünün tərbiyəsiz hərəkətlərilə həmin qonşularda ikrah hissi yaradırdı. Bundan əlavə bəlli olur ki, həmin qondarma müğənni əsl havadarını aldadaraq, ona aldığı evdə, tamamilə başqa bir oğlanla görüşüb xəyanət edir. 
Yüngül həyat tərzi keçirən Zemfira adlı naşı müğənnini qəzet səhifələrində ifşa edən Əliyusif adlı müxbir həmin müğənni və onun havadarları tərəfindən kəskin təzyiqllərə məruz qalır. Lakin bütün bu təzyiqlərə baxmayaraq müxbir televiziya kanallarında istedaddan kənar olan “müğənniləri”, mənəviyyata zidd olan hadisələri, mentalitetə təsir edən bazar qalmaqallarını, kənar mədəniyyəti təbliği ilə məşğul olan verilişləri tənqid atəşinə tutur və paralel olaraq istedadları, sənətkarları, əxlaq kodeksinə riayət edən müğənnilərin fəaliyyətini önə çəkib, onları öz adları ilə saf cəmiyyətə təqdim edir.
Neqativ hallara göz yuman bəzi işbazlar və redaksiya rəhbərləri Əliyusifi sıxışdırmağa başlasalar da o, öz əqidəsindən dönməyərək, mübarizəsini davam etdirir. Ondan sonra Zemfira qonşusunu şərləməyə qərara alır. Bunun üçün o, ilk növbədə Əliyusif ilə xoş münasibət quraraq, prinsipial müxbiri öz tərəfinə çəkməyə çalışır. Alfons havadarı olan Namiqin planına əsasən, Zemfira qonşusunun boynuna oğurluq yıxıb onu tutdurur.


Thursday, May 11, 2017

ABUNƏÇİLƏRİN NƏZƏRİNƏ:
DƏK Seriyasından yeni 6 kitabı qarşılayın

1. Qustav Flober. Madam Bovari
2. Marsel Prust. Svana doğru
3. Elfrida Yelinek. Seçilmiş əsərləri
4. Günter Qrass. Mənim yüzilliyim
5. Nadin Qordimer. Seçilmiş əsərləri
6. Dünya dramaturgiyası antologiyası, II cild

Beləliklə, DƏK layihəsindən ümumilikdə 142 kitab çap olunub.
Yolunuzu gözləyirik...


Shah Ismail. Et autres dastans d'Azerbaïdjan
Les dastans (un poème épique/ une épopée) d’Azerbaïdjan en langue française
Traduit de l'azéri par: Novrouz Novrouzov
Quel que soit le pays considéré, la traduction de ses œuvres littéraires en langues étrangères joue un rôle important dans son arrivée sur la scène culturelle internationale.
Ainsi, les traductions de certaines œuvres du folklore d’AzerbaÏdjan, y compris les dastans, en langue française, doivent être considérées comme des piliers essentiels de la réussite sur ce chemin.
En ce sens, récemment publié en français, le livre « Shah Ismaïl et d'autres dastans de l’Azerbaïdjan » peut être apprécié comme un relais de la coopération culturelle entre l’Azerbaïdjan et la France.
Jusqu'à présent, même s’il y a eu certaines publications en français dans le domaine de l’histoire et de la littérature azerbaÏdjanaise, aucune œuvre du genre épique -Dastan n’avait jamais été traduite ou publiée en français.
Parmi les dastans, les lecteurs en France ne connaissent que le poème épique « Koroglu » traduit par George Sand à partir de la version en anglais de ce poème réalisée par A. Chodźko. Cependant, d’une part, il s’agit d’une traduction faite sur la base d’une autre traduction, d’aurte part, dans ce texte les formes et principes du dastan ne sont pas respectés, et par conséquent, le texte se présente comme un simple texte en prose. La version en langue turque de l’épopée « Dede Korkut » a été traduite en français.
Les épopées traduites ont été sélectionnées de l’édition ci-dessous :
“ Les dastans d’AzerbaÏdjan” – en 5 volumes, 102 p. éditions “Lider”, Bakou, 2015
Première édition : 1965
Edithion Shusha
ISBN 978-9952-8277-5-0

Friday, May 5, 2017

İsmixan Yusuf
“Anlatmanın əzabı, sevinci və kədəri”
(düşünmək gözəldir)
   
   Bu kitab müəllifin 2008-ci ildə İstanbulda türk dilində nəşr olunmuş “Anlamanın sevinci və kədəri” kitabının davamı oalraq nəzərdə tutulmuşdur. Burada əvvəlki kitabda olan “Riyaziy-yat”, “Təhsil”, “Elm tarixi”, “Elm fəlsəfəsi” ilə yanaşı, əvvəldə olmayan “Təbiət hekayələri”, “Molla Nəsrəddin”, “Müsahibə” və “Anlatmanın əks-sədası” adlı bölümlər də yer almışdır. Yeni olan  daha bir bölüm “Sait Başer sözü” bölümüdür ki, burada Dr. Sait Başerin türk an-lama modelinə aid düşüncələrinin tərcüməsinə və ona yazılan önsözə yer verilmişdir.
    Kitabın “Riyaziyyat” adlı I bölümündə “Maraqlı zəka problemlərinin zəif nöqtələri” və “Alqoritm və Türinq maşını” haqqında yazılar yer almışdır. “Təhsil” adlı II bölümdə “Mücərrəd anlayışların qavradılması yolları”, “Dərslərdə konsentrasiyanı artırmaq problemi” və “Riyaziyyatdan nümunələr işığında ümumi təlim dərsləri” başlıqlı üç yazı getmişdir. III – “Elm tarixi” bölümü, Eynşteyn, Quranın rus dilinə poetik tərcüməsi ilə məşhurlaşan 100 yaşamış T.A.Şumovski, riyaziyyat dənizinin “mirvariləri” və millenium problemləri-Perelman üsyanına həsr olunmuş dörd yazıdan təşkil olunmuşdur. Növbəti – “Elm fəlsəfəsi” bölümündə elm haqqında düşüncələrə, “Təbiət hekayələri” bölümündə isə əsasən həşaratlardan bəhs edən iki yazıya yer verilmişdir.
    VI – “Molla Nəsrəddin” bölümündə Molladan almalı olduğumuz didaktik dərslərdən və onun saflığının qorunub saxlanması işinə göstərməli olduğumuz diqqətdən bəhs edən iki yazı getmişdir. VII bölümün tamamı, Türkiyənin Sakarya universitetində işlədiyim zaman tələbələrin məndən almış olduğu müsahibəyə həsr olunmuşdur. “Anlatmanın əks-sədası” bölümündə tələbələrimin müəllif haqqımdakı düşüncələrinə, “Əks-sədanın əksi” adlı növbəti bölümdə isə müəllifin bir tələbəsi haqqındakı fikirlərinə yer verilmişdir.
    Nəhayət sonuncu – X bölümdə Türkiyənin tanınmış filosofu və türk tarixi üzrə mütəxəssisi Sait Başerin iki məqaləsinin azərbaycan dilinə tərcüməsi yer almışdır.
    Kitab əsasən gənclər üçün nəzərdə tutulmasına baxmayaraq, ən azından mövzulara yanaşma tərzi və hadisələrə orjinal yozum gətirmə açısından yaşlıların da diqqətini cəkəcəyinə ümid edilir. Xeyirlərə vəsilə olması təmənnilərimizlə.

Müəllif: İsmixan Yusuf
Dil: Azərbaycan
Nəşriyyat: Ecoprint
Nəşr ili: 2017
ISBN: 978-9952-29-109-4
Səhifə: 326 səh.
Format: 60x84 1/16 (140x200 мм)
Cildi: yumşaq
Tiraj: 200 nüsxə