Friday, February 28, 2014

Konan Doyl
Al qırmızı etüd
(ingiliscədən tərcümə: Toğrul Məmmədli)

“Al qırmızı etüd” romanı Konan Doylun Şerlok Holms obrazını yaratdığı ilk əsəridir. Doktor Uotsonun Holmsla tanışlıqları, dolayısıyla gələcək dostluqları və Uotsonun başlarına gələn macəraları qeyd etməsi buradan başlamışdı. Konan Doyl və Şerlok Holmsa məşhurluq qazandıran bu povest ilk dəfə olaraq Azərbaycan dilində nəşr edilir.
2012, 176 səh.


Thursday, February 27, 2014

Bertran Rassel 
Evlilik və əxlaq (tərcümə: Araz Gündüz) 

Bu kitabda XX yüzilin ən böyük düşünürlərindən biri olan ingilis riyaziyyatçısı və filosof Bertran Rasselin etik-pedaqoji baxışları ilə bağlı əsərlərindən seçmələr toplanıb. Kitabda başlıca yeri tutan “Evlilik və əxlaq” əsəri 1950-ci ildə Ədəbiyyat üzrə Nobel ödülü alıb. Nobel komitəsinin qərarında ödülün B.Rasselə: “rasionalizmin və humanizmin ən parlaq simalarından biri kimi və Qərbdə azad söz və azad düşüncənin yayılması uğrunda qorxmaz mübariz olduğu üçün verildiyi” göstərilib. B. Rasselin az qala yüz il bundan öncə, cinsi tərbiyə, cinslərarası ilişkilər və evliliklə bağlı qaldırdığı problemlərin bir çoxu bugünkü Azərbaycan toplumu üçün son dərəcə aktualdır.
ISBN 978-9953-8068-4-6, 2014, 288 səh.



Wednesday, February 26, 2014

Tərtibçi: Tixomir Dimitrov 
50 Nobel mükafatçısı: onlar Allaha inanırdılar

Kitaba dünya şöhrətli alim və yazıçıların Allah haqda
sənədlərlə sübut olunmuş fikirləri daxil edilib. Bu kitab on bir illik tədqiqatların nəticəsidir. Müəllif bu kitabı tərtib etmək üçün yüzlərlə kitab, məqalə və məktubları tədqiq etmiş, əsasən də Bolqarıstan milli kitabxanasının, Milan ictimai kitabxanasının və Avstriya milli kitabxanasının arxivlərindən istifadə edib. Hazırda həyatda olan bir çox Nobel mükafatı laureatlarının da Allah haqqında fikirləri öyrənilib.
ISBN 978-9952-8190-8-3, 2014, 224 səh.



Monday, February 24, 2014

Джамил Гасанлы 
Али Мардан-бек Топчибашев: Жизнь за идею

В книге описан жизненный путь А.М.Топчибашева, подвергнута анализу его общественно-политическая деятельность в течение 50 лет, а также совершен экскурс в двухсотлетнюю историю династии Топчибашевых. На основе богатых архивных материалов в книге получило освещение Азербайджанское национальное движение, развитие российского мусульманства от состояния общинности к нации, образование Азербайджанской Республики и ее выход на международную арену как результат активной деятельности А.М.Топчибашева. В книге впервые использованы документы из личного архива Топчибашева, позволяющие со всей полнотой описать политико-дипломатическую работу Парижского Центра азербайджанской эмиграции.

ISBN 978-5-9765-1757-8, Москва, изд-во Флинта, 2014, 608 стр.



Saturday, February 22, 2014

Gökbey Uluç
Göktürkçe öğreniyorum

Bu betikte oxuyacaqlariniz, yalnızca eski dili öyretmeyecek, günümüzde de nice yazabileceginizi, kullanabileceginizi gösterecektir. Bu bağlamda hem bilimtey öyrencilerine yararlı olacak, hem də özel ilgi gösteren kişilere yol gösterecektir.
ISBN 978-9952-484-88-5, 2014, 340 səh.,14x20, yumşaq, 200


Friday, February 21, 2014

Adıgözəl Məmmədov
Məxfi protokollar: Bağırov və Beriya

Beriya niyə Müsavat agenti oldu? O olmasaydı, Krımı yəhudilərə bağışlayacaqlardı. Bağırov Mikoyanın hansı sirrini bilirdi? Bağırov Beriyanın Müsavata işləməsini necə gizlədib, Qarayev-Mirzoyan cütlüyünün canfəşanlığı... Tarixin bu qaranlıq səhifələrindən agah olmaq istəyirsinizsə, bu kitabı oxumağınız məsləhətdir.
ISBN 978-9952-465-21-1, 2014, 360 səh.


Thursday, February 20, 2014

Prof. Dr.Haydar Baş
İmam Əli (türkcədən tərcümə edən: Rauf Məmmədov)

Bu kitab böyük mütəfəkkir İmam Əli barədə yazılan ən dəyərli elmi əsərlərdən biri hesab oluna bilər. Onun böyük bir dövlət xadimi kimi göstərdiyi xidmətlər və söylədiyi fikirlər şəxsiyyətin formalaşması, cəmiyyətin təlim-tərbiyə, sosial-iqtisadi idarəetmə, hüquqi tənzimlənmə sahələrinin təkmilləşməsi üçün böyük əhəmiyyət daşıyır. Müsəlman cəmiyyətlərində fikir ayrılığının və məzhəblərarası qarşıdurmaların artdığı bir dövrdə belə bir əsərin ortaya çıxması, müsəlman cəmiyyətlərinin mənəvi birliyi və inkişafının təmin olunması istiqamətində atılan ən uğurlu maarifləndirici addımlardan biridir.
2013, ISBN 978-9952-445-26-9, 448 səh.



Tuesday, February 18, 2014

Qari Armstronq, Filip Kotler
Marketinq: ilk addım 7-ci nəşr

“Marketinq: İlk addım” kitabının VII nəşrində marketinq və marketinq prosesinin təyini; bazar məkanının və istehlakçıların dərk olunması; müştəri yönümlü marketinq strategiyasının və marketinq kompleksinin təşkili və marketinqin yeni əhatə sahələri kimi məsələlər müzakirə olunur. Azərbaycan Marketinq Cəmiyyəti tərəfindən tərcümə olunmuş bu nəşr marketinq əsaslarının, anlayışlarının, metodlarının və marketinqlə bağlı dünya təcrübəsinin Azərbaycanın işgüzar dairələri və ictimaiyyəti arasında təbliğ edilməsində köməklik göstərəcəkdir.
Kitab Mündəricat, dörd hissə, 4 əlavə, Lüğət, Qeydlər, Kreditlər və İndeksdən ibarətdir.
2005, 686 səh., 20x27, yumşaq



Monday, February 17, 2014

DƏK Seriyasından yeni 5 kitabı Sizlərə təqdim edirik.
Beləliklə Dünya Ədəbiyyatı Kitabxanası layihəsindən 89 kitab artıq nəşr olunub.

1. Valter Skott, Ayvənhəu
2. Artur Miller, Seçilmiş Əsərləri
3. Ernest Seton-Tompson, Seçilmiş Əsərləri
4. Migel de Servantes,“Lamançlı Don Kixot”
5. Henrix Mann, Seçilmiş Əsərləri

Ətraflı burada: http://kitabklubu.org/arxiv/dak-abune.htm

DƏK seriyasından 60 kitab tərəfimizdən pərakəndə satışa çıxarılıbhttp://kitabklubu.org/index.php/news/dek-25.html



Friday, February 14, 2014

Musa Qasımlı 
“Erməni məsələsi”ndən “erməni soyqırımı”na: gerçək tarix axtarışında (1724-1920) 

Monoqrafiyada Rusiya, Gürcüstan, Azərbaycan, ABŞ, Böyük Britaniya, Türkiyə arxiv materialları, sənədli mənbələri və müxtəlif dillərdə nəşr edilmiş ədəbiyyat əsasında uydurma “erməni məsələsi”, həlli üçün atılan addımlar, nəticələri, ona böyük dövlətlərin münasibəti və s. məsələlər araşdırılır. Mənbələrin əksəriyyəti elmi dövriyyəyə ilk dəfə gətirilib. Kitab əsasən tarixçilər, siyasətçilər və diplomatlar üçün nəzərdə tutulub. 
ISBN 978-9952-28-150-7, 2014, 464 səh.


Thursday, February 13, 2014

Şeyx Səduq
Əməllərin cəzası (tərcümə: Müşfiq Mehdibəyli, Mikayıl Əlizadə) 

“Əməllərin cəzası” kitabı İslam peyğəmbəri və imamlar tərəfindən nəql olunan hədislərin toplusudur. Kitab iki hissədən ibarətdir: Yaxşı əməllərin əvəzi və pis əməllərin cəzası. Oxuculara “Əməllərin cəzası” adı ilə təqdim olunan bu kitab ikinci hissədə qərar tutan hədislərdən ibarətdir. Kitabda pis əməllərə görə verilən dünya və axırət cəzalarından danışılır. 
ISBN 978-9952-8190-7-6, 2014, 136 səh.


Bakı Slavyan Univеrsitеti
Azərbaycanca-rusca lüğət ( 4 cilddə)
(75 minə qədər sözü əhatə еdir)
Səhifə: 896 + 848 + 840 + 984 s.


Wednesday, February 12, 2014

Nazim Məmmədov
Rusca-azərbaycanca fövqəladə hallarla bağlı işlənən terminlərin lüğəti

Oxuculara təqdim olunan, iki mindən çox termin sözü və söz birləşmələrini ehtiva edən izahlı sözlük geoloji, coğrafi, hərbi, tibbi və digər sahələrdə işlənən ifadələri əhatə edir. Lüğət bu sahədə çalışan mütəxəssislər, habelə fövqəladə hallarla bağlı işlənən ifadələrlə tanış olmaq istəyən geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
ISBN 9952-24-027-9, 2003, 232 səh.


Tuesday, February 11, 2014

Güntay Gəncalp 
Tarixin pərdə arxası 

Müəllif Bu kitabda İslam sonrası Yaxın Şərq tarixini fərqli bir görüş acısından baxaraq, önəmli qaynaqlara dayanaraq araşdırıb. Kitabda ikinci xəlifə Ömər tərəfindən devrilən Sasani imperatorluğu qalıqlarının məzhəbi fəaliyyətləri haqda, Sasani kimliyi mehvərli məzhəb oluşdurma çalışmaları haqqında geniş bilgi verməkdədir. Yüz illər boyunca istinad edilən saxta mənbələr ayrıntılı şəkildə araşdırılaraq saxta qaynaqların ortaya qoyduğu tarixi bilgiləri sual altına alınıb. Tarixə fərqli baxış gətirən bu kitab oxucuların, özəlliklə tarixçilərin marağına səbəb olacaqdır. 
ISBN 978-9953-8068-3-9, 2013, 288 səh.


Saturday, February 8, 2014

Əlisa Nicat 
Qızılbaşlar 

Kitaba müəllifin eyniadlı romanı daxil edilib. 
2013, 360 səh.


Friday, February 7, 2014

Бахтияр Мамедов
Разговор с собой (Избранное)

В данной книге собраны мысли и размышления, взятые из первых трех книг автора: «Философия одной Души», «Святой Грешник» и «Разговор с Собой»,
2010, 258 стр.


Thursday, February 6, 2014

Fridrix Nitsşe
"Külliyyatından qızıl seçmələr" (Əlisa Nicatın şərhləri ilə)

Mətbuat və təfəkkür tarixində unikal hadisə olan bu kitabda ətrafda nə varsa və nə baş verirsə onların əsasları barədə heç yerdə rast gəlinməyən fikirlər, mülahizə və qənaətlər toplanıb Bu qənaətlər üçün beyinlərinizdə yer ayrılmadığı üçün kitabı və özünüzü qınamayın Təsəvvür edin ki, beyniniz manqal bitkiləri üçündür, amma siz ora çinar əkirsiniz. Bu işdə heç bir şöhrət, heç bir sərvət və heç cür vəzifə sahibi olmağınız da sizə kömək edə bilməz. Bu kitab atalarınızın deyil. Allahın uzun müddət ərzində yoğurub kiməsə bağışladığı beyinlər üçündür.
2014, 288 səh., 11x17, yumşaq, 500



Wednesday, February 5, 2014

Şəmistan Nəzirli
1920-ci ildə Qarabağ döyüşləri

Ulu və zəngin hərb tariximizin elə öyündürücü, dəyərli səhifələri var ki, indiyədək oxucu nəfəsi duymayıb. Belə unudulmuş səhifələr, ibrətli döyüş epizodları XIX-XX əsrlərdə yaşamış generallarımızın ömür və döyüş yolunda daha çox olub. Bütün bu tarixi həqiqətlər sovet totalitar rejimi illərində “Tamamilə məxfi”dir qrifi ilə arxivlərdə gizlədilib. Bizə maddi və mənəvi yara vuranların məqsədi bəlli idi. Xalqımızı manqurtlaşdırmaq, onun igidlik tarixini saxtalaşdırmaqla qan yaddaşından silmək istəyiblər. Bu kitabda Azərbaycan sərkərdələrinin Port-Artur, Birinci dünya müharibəsi və 1920-ci ilin mart ayında daşnaq ermənilərinə qarşı aparılan ölüm-dirim döyüşləri tarixi faktlar əsasında qələmə alınıb. Əsər qəhrəmanlıq tariximizi yaşatmaq, milli-mənliyimizi qorumaq, yurd eşqi dəyər damarımıza güc vermək baxımından çox dəyərlidir.
2009, 480 səh.



Tuesday, February 4, 2014

Asif Hüseynli 
Qədim türk hökmdarları 

Kitab tarixlə maraqlanan geniş oxucu dairəsi üçün nəzərdə tutulub. “Dünya hökmdarları” silsiləsinə daxil olan kitabda qədim dövrdə mövcud olmuş bir sıra türk dövlətlərinin hökmdarları haqqında məlumatlar toplanılıb. 
“Nərgiz”, 2013, 96 səh., 14x20, yumşaq, 600


Monday, February 3, 2014

Автор: Гаджи Зираддин Тагиев
Три веры, три молитвы

Сборник состоит из трех блоков: 1. Из Священных Писаний, Библии и Корана, извлечены главные Заповеди: «Десять Заповедей» из Торы, «Нагорная Проповедь» из Евангелии и этические нормы из «Священного Корана». Это тот минимум, которому должны следовать иудеи, христиане и мусульмане. 2. Но, поскольку, человек может допустить в жизни промахи, ошибки и грешить и значит, нарушать указанные выше моральные принципы, в сборнике даны наиболее частно творимые молитвы: «Шма, Израил», «Отче Наш» и «Аль-Фатиха». 3. В заключение приводятся три притчи, в которых в разных вариантах приводится «Золотое правило»: мы должны относиться к людям так, как нам хотелось бы, чтобы они относились к нам. Сборник адресован широкому кругу читателей.

Автор: Гаджи Зираддин Тагиев
Языки: Русский
Издательство: «Абилов, Зейналов и сыновья»
ISBN 5-87459-217-2; 2005 г.
Страниц: 52 стр.
Формат: 60x90 1/16 (100x140 мм)
Тираж: 5000 экз.
Переплёт: мягк. обложка


Saturday, February 1, 2014

Vilhelm Reyx
Dinlə, Kiçik Adam (tərcümə: Tural Osman) 

“Dinlə, Kiçik Adam” adlı bu kitab elmi bir əsər deyil, oxucu ilə səmimi söhbətdir. 1946-cı ildə akademik dairələr üçün yazılmış kitabı, müəllifin geniş kütlə üçün çap etdirmək niyyəti olmayıb. Bu sadəcə olaraq, bir naturalist alimin və həkimin, uzun illər boyunca, əvvəlcə uşaqsayağı bir saflıqla, daha sonra böyük bir heyrətlə və nəhayətdəhşət içində araşdırmaqda olduğu “kiçik adam”la bağlı öz daxilindəki qarmaşıq fikirləri sistemləşdirmək cəhdi olub. Küçədəki Kiçik Adam nələrə dözmək məcburiyyətində qalır və buna necə üsyan edir? Düşmənlərini başının üstünə qaldırmasının, dostlarını isə öldürməsinin səbəbləri nələrdir?..Bu Kiçik Adam “xalqın təmsilçisi” olaraq müəyyən bir gücü ələ keçirdiyi anlarda bu səlahiyyəti hansı formada boşa xərcləməklə, ziyan etməklə səhv istifadə edir? Niyə eyni gücü daha əvvəl əlində tutan və onu , Kiçik Adamı əzmək üçün istifadə edən yuxarı təbəqələrin sadist fərdləri kimi davranır, əlinə keçirdiyi o iadəetmə gücünü necə olur ki, mərhəmətsiz bir təzyiq vasitəsi halına gətirir?
2013, 140 səh., 13x20, yumşaq