Saturday, November 24, 2018

Mehriban Vəzir
Gövhər ağa Cavanşir
Tarixi roman

Gövhər ağa Cavanşir xalqımızın ən görkəmli qadın şəxsiyyətlərindən biridir. Qarabağlı İbrahim xanın qızı Gövhər ağa dövrünün ən gözəl, ən zəngin və mütərəqqi xanımlarından biri olmuşdur. Böyük sərvətini xeyriyyə işlərinə xərcləmiş, alimləri və ədibləri himayə etmiş, məscidlər, mədrəsələr, məktəblər, xəstəxanalar, körpülər inşa etdirmişdir. Bu gün əsirlikdə olan Şuşanın rəmzinə çevrilmiş “Gövhərağa məscidi” xanqızının mədəniyyət tariximizə qiymətli töhfəsidir. Qarabağın işğalı Gövhər ağanın taleyini amansızca müəyyən etmişdi. Xanqızının acı həyat hekayəsi və ictimai fəaliyyəti ilk dəfə geniş şəkildə araşdırılmış və qələmə alınmışdır.

Korrektor: Sevinc Rzayeva
Kompüter dizaynı: Elçin Hüseynov
Layihə rəhbəri: Leyla Kərimova
214 səh., 200 tiraj
Çap tarixi: 05.11.2018
Format: 14x20
ISBN: 978-9953-8102-1-8
Kitab Klubu
© Mehriban Vəzir


Friday, November 23, 2018

Əhməd Ağaoğlu
Atəşkəs və sürgün xatirələri
_____________________

Tərcümə, redaktə və korrektə:
Dürdanə Ramazanlı

KitabKlubu.org, 2018, 200 səh

Türk dünyasının nəhəng fikir və əməl adamlarından biri olan, görkəmli Azərbaycan mütəfəkkiri və ictimai-siyasi xadimi Əhməd bəy Ağaoğlunun daha bir kitabını oxucuların ixtiyarına veririk: “Atəşkəs və sürgün xatirələri”. Xatirələr 1919-1921-ci illərdə Əhməd bəy Ağaoğlu Maltada sürgündə olarkən qələmə alınıb. Əsər təkcə sürgün həyatının məşəqqətli və sərgüzəştli xatirələri ilə məhdudlaş¬mayıb. Burada oxucu Birinci Dünya savaşından sonra Osmanlı imperiyasının çöküşü və Türkiyənin gələcək taleyi, eləcə də bu hadisələrin fonunda Avropada, Rusiyada və Orta Asiyada cərəyan edən hadisələrlə bağlı Ağaoğlunun fikir və düşüncələri, ideoloji baxışlarında yaranan ziddiyyətli məqamları ilə tanış ola bilər.
Xatirələrdə həmçinin, Türkiyənin alçaldıcı sülhə sürüklənməsinə etiraz olaraq Anadoluda vüsət alan Qurtuluş hərəkatı, bu hərəkatda Ağaoğlunun tutduğu mövqe və gördüyü işlər də öz əksini tapıb.
“Atəşkəs və sürgün xatirələri” XX əsrin əvvəllərində dünyada cərəyan edən hadisələri öyrənmək baxımından qiymətli mənbə sayıla bilər.


Saturday, November 3, 2018

Arif Tağıyev
Fəlsəfə
(Ali məktəblər üçün dərslik)

Dərslikdə fəlsəfənin əsas mövzuları, anlayışları, prinsipləri və qanunları şərh edilmişdir. Müasir fəlsəfənin başlıca istiqamətləri, təbiətin elmi dərkində onun rolu, insanın, cəmiyyətin və mədəniyyətin dərkində əldə etdiyi nəticələr öz əksini tapmışdır. Kitabda material anlaşıqlı yəğcam formada şərh olunur.
Dərslik Azərbaycan Respublikasının dövlət təhsil standartlarına uyğun yazılmışdır.

Müəllif: Arif Tağıyev
Dil: Azərbaycan
Nəşriyyat:
Nəşr ili: 2018
ISBN -
Səhifə: 504 səh.
Format: 60x84 1/16 (140x200 мм)
Cildi: yumşaq
Tiraj: 200