Thursday, October 31, 2013

Rauf İmranoğlu
Məntiq
İnsanı digər canlılardan fərqləndirən cəhət onun tüfükkürüdür. Sağlam təfəkkür üçün müəyyən qayda-qanunlar var. Bu qanunlara riayət etmədikdə, fikirdə xətalar yaranır.Dərslik kimi nəzərdə tutulan bu kitab da məhz bu cür xətaların qarşısını almaq üçün təfəkkür qaydalarını öyrədir. Kitabda əsasən formal təfəkkür qaydalarından bəhs edilir. Bundan başqa, zehnin xüsusiyyətləri və məntiqin bəzi yerlərdə praktikası, mübahisə, sübut, sofizm və s. nəzəriyyələri araşdırılıb.
Müəllif: Rauf İmranoğlu
Dil: Azərbaycan
Nəşriyyat: "Parlayan günəş"
Nəşr ili: 2011
ISBN: 978-9952-8150-0-9
Səhifə: 464 səh.
Format: 60x90 1/16 (150x210 мм) 
Cildi: bərk
Tiraj: 500 nüsxə

Wednesday, October 30, 2013

Fazil Güney 
Qara Qan (2 hissə) 

Romanın I hissəsində erməni işğalçılarının Dağlıq Qarabağda etnik təmizlənmə apardıqdan sonra xarici qüvvələrin köməyi ilə Düzən Qarabağa hücumundan yerli əhalini öz yurdundan qovub çıxarmasından, əsərin əsas qəhrəmanı gənc jurnalist qız Aysunun girov götürülməsindən, onun düçar olduğu ağır durumdan bəhs edilirsə, II hissədə hadisələr Qarabağın güneyindən mərkəzinə-Şuşa və Xankəndi şəhərlərinə keçir. Əsərin qəhrəmanı Aysu Şuşaya gətirilir. Müəllif Şuşanın işğaldan sonrakı durumu, Şuşa həbsxanasında saxlanılan əsirlərin cəhənnəm əzabı yaşamaları haqqında danışır... 
ISBN 5-87459-154-0, 2009, 456 səh.


Tuesday, October 29, 2013

Sevda Tahirli
"Qanımızın səsi"
(qan qrupunun insan həyatındakı rolu)
Kitabın mövzusu yaşından asılı olmayaraq hər kəsi maraqlandıra biləcək aktual bir məsələyə - 4 fərqli qan qrupunun insanın həyatındakı roluna- onun xarakterinə, karyerasına, uğurlarına, sağlamlığına, eləcə də xəstəliklərinə, həyati seçimlərinə, qarşı cinsə münasibətinə, ailə bağlarına, hətta ana olmaq imkanlarına necə təsir göstərməsinə dair yeni bir təlimə həsr edilib. Yaponiya kimi inkişaf etmiş bir ölkədə artıq bir neçə onilliklər ərzində işə qəbul edilənlərin məhz qan qrupuna görə seçilməsinə üstünlük verilməsi gündoğan ölkəsində bu məsələyə çox ciddi münasibət bəslənilməsi kimi dəyərləndirilir. Belə bir mövqenin əsassız olmadığını vurğulayan bəzi müşahidəçilərin qənaətinə görə qan qrupuyla bağlı son dövrlərdəki araşdırmalardan sonra bu problemin yaxın gələcəkdə dünya əhalisinin də geniş marağına səbəb olacağı fikrini söyləməyə əsas verir.
Müəllif: Sevda Tahirli
Dil: Azərbaycan
Nəşriyyat: “Ozan”, "CBS PP" MMC
Nəşr ili: 2013
ISBN: -
Səhifə: 172 səh.
Format: 70x100 1/16 (170x240 мм)
Cildi: yumşaq
Tiraj: 2000 nüsxə


Monday, October 28, 2013

Şamil Fətullayev
Bakıda şəhərsalma XIX əsr və XX əsrin əvvəllərində

Bakı ölkəmizin ən qədim şəhərlərindən biridir. XIX əsr və XX əsrin əvvəllərindən etibarən şəhər sürətlə inkişaf etməyə başlayır. Kitabda Bakıda şəhərsalmanın mühz bu mərhələsi tədqiq olunmuşdur. Kapitalizm dövrünün digər şəhərləri ilə ortaq cəhətlərinin olmasına baxmayaraq, Bakı öz inkişaf tendensiyası və spesifik planlaşdırma strukturuna malik idi. Məhz bu cəhətlər özünəməxsusluğunu və bədii xüsusiyyətlərini formalaşdırdı. Müəllif tərəfindən Bakıda şəhərsalmanın inkişaf qanunauyğunluğu, şəhərin tikintisindəki xüsusiyyətlərin və onun arxitekturasına təkrarolunmaz töhfələr verən memarların yaradıcılığının aydınlaşdırılmasına cəhd olunub.
ISBN 978-9952-32-020-6, 2013, 352 səh.



Friday, October 25, 2013

Pol Breqq
Sağlam və uzun ömürlü həyat sürmək istəyirsinizsə...
Azərbaycan dilinə çevirən: Eldar Əfəndiyev
Hər bir düşüncəli insan özünə nə vaxtsa sual verir:
"Həyatda mənim üçün daha qiymətli nədir?"...
  • Ac qalmağın möcüzəsi
  • Ürək
  • Sarsılmaz əsəb sistemi
  • Duzsuz turş kələm

Müəllif: Pol Breqq
Dil: Azərbaycan
Nəşriyyat: “Hüquq ədəbiyyatı”
Nəşr ili: 2012
ISBN: -
Səhifə: 520 səh.
Format: 60/90 1/16 (150x210 мм) 
Cildi: bərk
Tiraj: 500 nüsxə


Thursday, October 24, 2013

Jan Gevr
"Xacə Şah"

Farscadan tərcümə edən: Hüseyn Əhədi

XVIII yüzilliyin ortalarından başlayaraq yarım əsrdən də böyük bir tarixi əhatə edən romanla həmin dövrdə Güney,Quzey Azərbaycanımızda və Fars əyalətlərində baş verən ictimai-siyasi hadisələrdən,ən nəhayət Nadir, Ağa Məhəmməd şah Qaçar kimi qüdrətli hökmdarlardan söhbət açılır.

Müəllif: Jan Gevr
Dil: Azərbaycan
Nəşriyyat: “Hüquq ədəbiyyatı”
Nəşr ili: 2012
ISBN: -
Səhifə: 648 səh.
Format: 60/90 1/16 (150x210 мм)
Cildi: bərk
Tiraj: 1000 nüsxə



Uzeyir Hajibayov
Arshin mal alan (The Cloth Peddler)
. A musical Comedy in 4 acts
Translated by Seyran Sanan oghlu Aghabayov

“Arshin mal alan” - “The Cloth Peddler” is a delightful romantic musical comedy created by Azerbaijan’s renowned composer Useyir Hajibayov.
In all centuries the progressive Azerbaijani thinkers always thought about the freedom of Azerbaijani woman and about free love of the youth. By old traditions young people in Azerbaijan would not see each other till the day of marriage/ In the operetta “The Cloth Peddler” U.Hajibayov showed the youth the way of free love. He proved that a man or a woman has to marry of his or her choice.

Author(s): Uzeyir Hajibayov
Translated by Seyran Sanan oghlu Aghabayov
Country: Azerbaijan
Language: English
ISBN: -
Date Publication: 2002
Publisher: "Azerbaijan University"
Format: 60x84 1/8 (210x290 мм)
Cover Type: Paperback
Pages: 160p. (illustrations)
Copies: 200

Beynəlxalq Ekoenergetika Akademiyası
Ekoenergetika terminləri lüğəti
(Rusca-Azərbaycanca-İngiliscə)
Kitaba ekoenergetika sahəsində işlənən əsas terminlər 3 dildə verilir.
Tərtibçilər: Əliyev F.Q., Əliyev F.F.
Dil: Azərbaycan
Nəşriyyat: “BP”
Nəşr ili: 2001
ISBN: -
Səhifə: 400 səh.
Format: 60×84 1/16 (140x210 мм) 
Cildi: yumşaq
Tiraj: 3000 nüsxə

Wednesday, October 23, 2013

Эльдар Исмаилов
Анастас Микоян - он проходил между струй

Фрагменты политической биографии одного Кремлевского долгожителя
Одним из деятелей партии большевиков в Баку был и Анастас Микоян...

От автора:
Политическая биография Анастаса Ивановича Микояна не может не вызывать удивления. К 1978 году стаж его пребывания в рядах КПСС составлял 63 года. Более 40 лет он состоял членом ЦК, Политбюро ЦК ВКП (б) -КПСС. И сегодня читатель вправе задаться вопросом о причинах политического долголетия Микояна. Сторонники простого объеснения этого феномена, наверно , склонны будут сводить это к этническому фактору: армяне, мол, всегда выделялись хитростью, умением лавировать Это, на мой взгляд, наиболее простое , не требующее особого ума обьяснение. Тем не менее, умение ловко отнести к отличительным особенностям поведения Микояна на всех этапах его политической биографии. 

Автор: Эльдар Исмаилов
Редактор: -
Языки: Русский 
Издательство: “Шарг-Гарб” 
ISBN 978-9952-320-94-7,; 2013 г. 
Страниц: 384 стр. 
Формат: 60x84/16 (150x220 мм) 
Тираж: 1000 экз.
Переплёт: тв. обложка


Tuesday, October 22, 2013

Парвин Дарабади
"Военно-политическая история Азербайджана (1917-1920 годы)"

Данная монография представляет собой исследование основных проблем военно-политической истории Азербайджана периода 1917-1920 гг. В ней на фоне «Большой геополитической игры» и острого геостратегического соперничества держав Антанты и Тройственного союза в Кавказско-Каспийском регионе в период Первой мировой войны прослеживаются основные военно-политические процессы, связанные с вооруженной борьбой за Баку до и после провозглашения Азербайджанской Республики в 1918 г, рассматриваются вопросы, связанные с пребыванием в Азербайджане английских войск, а также с нависшей над страной деникинской угрозой. В данном труде анализируются процесс строительства национальных вооруженных сил, их боевые операции против сепаратистских сил на Мугани, в Зангезуре и Карабахе, освещаются военно-политическая обстановка в Азербайджанской Республике и вокруг нее в начале 1920 г, подготовка большевистского переворота в Баку. Значительное место уделяется подготовке и проведению Бакинской операции Х1 Красной армии, а также антиоккупационным вооруженным восстаниям в Азербайджане в 1920 г. Книга рассчитана на ученых и специалистов в области гуманитарных наук, а также на студентов и преподавателей, интересующихся проблемами истории Азербайджана начала ХХ века.

Автор : Парвин Дарабади
Языки: Русский
Издательство: “Шарг-Гарб”
ISBN 9952-432-44-5; 2013 г.
Страниц: 296 стр.
Формат: 60x88 1/16 (150x210 мм)
Тираж: 500 экз.
Переплёт: тв. обложка



Sunday, October 20, 2013

Эльмира Мурадалиева
"Города Кавказа на Великом Шелковом пути"

Книга посвящена истории городов Кавказа с античности до периода их промышленной структуризации. Для определения главных тенденций в развитии городов, особенно столичных, учтена геополитическая и геоэкономическая ситуация в регионе в конкретный исторический период. Спецификой Кавказа было то, что в античный и средневековый периоды он оказался в зоне перекрещивающегося воздействия трех цивилизационных систем: античнохристианского Средиземноморья, ирано-зороастрийской
и мусульманскотюркской. С XI века Кавказ оказался прочно интегрированным в мусульманско-тюркскую цивилизацию. В XIX веке начался индустриальный период в истории городов Кавказа. Если в составе Российской империи Тифлис был административным центром Кавказа, то нефтяной Баку, как крупнейшая промышленная база империи ускорил экономическую модернизацию всего региона, в том числе и его городов.

Автор : Эльмира Мурадалиева
Языки: Русский
Издательство: “Шарг-Гарб”
ISBN 9952-432-42-9; 2011 г.
Страниц: 200 стр.
Формат: 90x60 1/16 (150x210 мм)
Тираж: 500 экз.
Переплёт: тв. обложка


Saturday, October 19, 2013

"Azərbaycan dilində işlənən ərəb və fars sözlərinin qısa lüğəti", Tərt.: Rafiq Məmmədli

Lüğətə müasir Azərbaycan dilində işlənən ərəb və fars mənşəli 5000-dək söz və söz birləşməsi daxil edilmişdir. Bunlar gündəlik həyatda işlədilən söz və ifadələr, islamiyyətə aid kəlmələr, həmçinin Azərbaycan şəxs adlarıdır.
Lüğətdə ərəb və fars sözləri Azərbaycan dilində tələffüz edildiyi qaydada – müasir orfoqrafiya prinsiplərinə uyğun verilmişdir.

© Bakı KitabKlubu, 2007, 208 səh.




Nəsiman Yaqublu
"Qafqaz İslam Ordusu Azərbaycanda"

Kitabda Qaqfqaz İslam Ordusu və Nuru Paşanın Azərbaycanı düşmənlərdən azad etməsi ilə bağlı maraqlı tarixi faktlar açıqlanıb.

Dil: Azərbaycan
Nəşriyyat: “Adiloğlu”
Nəşr ili: 2013
ISBN: -
Səhifə: 350 səh.
Format: 60x84/16 (140x200 мм)
Cildi: yumşaq
Tiraj: 500 nüsxə


Friday, October 18, 2013

Nəsiman Yaqublu 
Ermənilər türklərə qarşı (Rusiya arxivlərinin izi ilə) 

Kitabda ermənilərin türklərə qarşı apardığı soyqırım siyasətindən və onların günahsız insanlara zorakılıqlarından bəhs edilir. Qeyd olunur ki, erBirinci Dünya savaşında könüllü hərbi dəstələr yaradaraq Türkiyə ərazisində yerli əhaliyə qarşı döyüşmüş və qətliamlar törətmişlər. Çar Rusiyasının silahlı qüvvələri ilə yaxınlıq edərək onların tərkibində türklərə qarşı qəddarlıqlar törədən bu ermənilərin digər fəaliyyətləri ilə bağlı da kitabda maraqlı faktlar verilib. Kitab Rusiyanın Hərbi-Tarix Arxivinin materialları əsasında hazırlanıb.
"E.L."NPŞ MMC, 2013, 156 səh., 15x21, sərt, 1000



Thursday, October 17, 2013

Айдын Балаев
Мамед Эмин Расулзаде

В книге рассказывается об Мамеде Эмине Расулзаде. Книга охватывает различные этапы жизни и деятельности М.Э.Расулзаде – от первых его шагов на политической арене до периода эмиграции. Особое внимание в книге уделено деятельности М.Э.Расулзаде в 1917-1920 годах.
ISBN 978-5-9765-0785-2, 2009, 288 стр.


Tuesday, October 15, 2013

Tahir Kazımov
Qisas

“Qisas” dedektiv romanında bir qətl cinayəti ətrafında aparılan əməliyyat-istintaq tədbirləri zamanı aşkar edilmiş bir qrup insanların pozğun həyat tərzi, qisasçılıqları ( həm də mənəvi qisas), onların acınacaqlı aqibəti və məhəbbət macəraları inandırıcı boyalarla təsvir olunub. “Mənəvi xilaskar”, romanın davamı olmaqla kimliyindən və həyat tərzindən asılı olmayaraq, ümumiyyətlə, insana mənəvi qayğıdan söhbət açır...”Qəfil ezamiyyət ”dedektiv povestində isə bir ananın iniltili şikayəti araşdırılarkən on dörd yaşlı Hğmbətin milis işçiləri tərəfindən günahsız və qanunsuz olaraq istintaqa cəlb edilməsi və yeniyetmənin hüquqlarının qorunması ətrafında aparılan humanist tədbirlərə geniş yer verilib.
2011, 348 səh.



Monday, October 14, 2013

Мелик-Бахиш Бабаев, Элвира Тагизаде, Камал Мусаев
Математики Азербайджана ХХ века

Предлагаемый справочник носит биографический характер и включает информацию о математиках Азербайджана, в основном второй половины ХХ века. Приводятся краткие сведения о докторах физико-математических наук, профессорах, ряда кандидатов физико-математических наук, которые внесли определенный вклад в науку и подготовку кадров, по долгу службы связанных с организацией и преподаванием математики. 
2007, 176 стр.


Sunday, October 13, 2013

Beynəlxalq Münasibətlər üzrə bələdçi (tərcümə)
(2-ci nəşr) (Walter Carlsnaers, Thomas Risse və Beth A. Simmons-un redaktəsi ilə)

Beynəlxalq münasibətlər üzrə dünyanın ən tanınmış mütəxəssislərinin üç il ərzində göstərdikləri birgə fəaliyyətin məhsulu olan bu kitab tələbələr, elmi işçilər və sahə ilə maraqlananlar üçün dəyərli bir vəsaitdir. Siz bu kitabda təməl anlayışlardan mövcud problemlərə qədər geniş mövzularla tanış ola bilərsiniz. İngilis dilindən tərcümə edilmiş kitab təbii ki, müəyyən qüsurlardan azad deyildir. İradlarınızı bizə çatdırsanız sizə minnətdar olarıq.

© Bakı KitabKlubu, 2013, 498 səh.


Friday, October 11, 2013

Rafiq Quliyev
Azərbaycan təsviri sənətində tarix və şəxsiyyət

Hər bir xalqın dünyaya tanıdılmasında önəmli rol oynayan tarixi hadisələrin və bu olayların iştirakçısı olan görkəmli şəxsiyyətlərin həyatının zaman-zaman incəsənətin müxtəlif sahələrində çalışan yaradıcıların yaratdıqları sənət əsərlərinin əsas mövzusu olması danılmazdır. Təəssüf ki, indiyə kimi tarix və şəxsiyyətləri birləşdirən bu mövzu sənətşünasların diqqət mərkəzindən kənarda qalıbdır. Odur ki, müəllifin bu tədqiqatının yaranmış boşluğun doldurulmasında mühüm rol oynayacağı birmənalıdır.
2013, 220 səh.


Wednesday, October 9, 2013

Verner fon Simens
“Qafqaz səfərləri”

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A.A.Bakıxanov adına Tarix İnstitutunun təşkilatçılığı ilə Verner fon Simensin Qafqaza səyahət xatirələri ilk dəfə Azərbaycan dilində nəşr olunmuşdur. “Qafqaz səfərləri” adlanan əsəri alman dilindən Azərbaycan dilinə Frankfurt Sülh Araşdırmaları İnstitutunun elmi əməkdaşı Azər Babayev tərcümə etmişdir. Bu kitab Azərbaycan tarixşünaslığına töhfə, xüsusən də bölgələrimizin tarixini öyrənmək üçün mühüm əhəmiyyəti olan əsərdir.
Elektrotexnikanın yaradıcısı kimi dünyada məşhur olan Simens AG-nin qurucusu Verner fon Simens Azərbaycanda həm də başqa bir səbəbdən məşhurdur. Bu da onun qardaşları Karl və Valterlə birlikdə 1864-cü ildə Gədəbəydə mis mədənini alması və özünün də dediyi kimi, uzun müddət bu “cənnət məkanda”kı fəaliyyəti ilə bağlıdır.
Verner fon Simens həyat xatirələrini 1889-1892-ci illərdə qələmə almışdır. “Ömür xatirələri” (alm. Lebenserinnerungen) adlı əsərində o, Qafqaz regionuna səfər xatirələrindən fərəh hissi ilə bəhs etmişdir. XIX əsrin ikinci yarısında üç dəfə - 1865-ci, 1868-ci və 1890-cı illərdə Gədəbəyə səfərləri zamanı rəhbərlik etdiyi firmanın dağ-mədən fəaliyyətindən, Qafqazda, xüsusən də Gürcüstan və Azərbaycanda yaşadıqlarından, habelə başına gəlmiş çox maraqlı və təhlükəli sərgüzəştlərdən söhbət açmışdır.
Əsərdə Verner fon Simensin Gədəbəyin təbiətini və yerli əhalisini ən gözəl sözlərlə tərənnüm etməsi diqqəti cəlb edir.
Bu nəşrlə Verner fon Simensin Qafqaza səfər xatirələri ilk dəfə ana dilimizdə Azərbaycan oxucularının diqqətinə təqdim olunmuşdur.
Yeni nəşrə əsərin alman dilindəki əsli də əlavə edilmişdir.



Aqata Kristi
Şərq ekspresində ölüm (tərcümə: Rasim Qaraca)

Kitaba müəllifin eyniadlı detektiv romanı daxil edilib. 
2013, 200 səh.


Tuesday, October 8, 2013

İdris Abbasov 
Din təhlükəlidir, yoxsa cəmiyyət təhlükəlidir? 

Kitabda texnogen sivilizasiya üçün səciyyəvi olan mənəvi-əxlaqi deqradasiyaya qarşı çoxəsrlik dini ideallar mövqeyindən çıxış edən müəllif zəngin dini-elmi-fəlsəfi mənbələrə istinadən dini inancın mahiyyəti, ayrı-ayrı dinlərin tarixi, dinlərin təsnifatı, çoxsaylı məzhəb və təriqətlər haqqında zəngin məlumat verir. Dini inanc kimi həssas bir mövzudan bəhs edən müəllifin məsələyə yanaşmasında iki cəhət diqqəti cəlb edir: birincisi, hər hansı konkret dini inanc mövqeyinin fövqünə qalxaraq fərqli dinlərə tolerant münasibət bəsləmək. İkincisi, polemikalardan yan keçərək yalnız faktların dili ilə danışmaq və nəticəni oxucunun öz öhdəsinə buraxmaq.
ISBN 978-9952-460-26-1, 2013, 744 səh.



Monday, October 7, 2013

Fazil Qaraoğlu 
Ermənilər və həqiqətlər (rəsmi sənədlərlə) 

Kitabda zəngin arxiv sənədləri və ilkin mənbələr əsasında ermənilərin tarixindən, sosial-iqtisadi həyatından, mədəniyyətindən dinindən, yaşadıqları bölgələrdə ətrafa olan münasibətlərindən və türklərə qarşı törətdikləri soyqırım cinayətlərindən bəhs edilir.Bu kitab xalqımızın bilmək məcburiyyətində olduğu tarixin bəzi qaranlıq səhifələrini oxuculara təqdim edir. 
ISBN 9952-426-70-4, 2007, 400 səh.


Friday, October 4, 2013

Əli Polad
3000 ilin hikməti

Oxucuya təqdim olunan bu hikmətli kəlamlar bəşəriyyətin üç min ildə yaradıb zamanın, tarixin, nəsillərin yaddaşına həkk etdiyi mənəvi sərvətin bu kitaba sığışdırılmış bir hissəsidir. Kitabda əsasən kəlamların məna-məzmunu əsas götürülsə də, görkəmli dövlət xadimlərinin, filosof və yazıçıların şəxsiyyəti, onların tarixi, ədəbi-mədəni xidmətləri də nəzərə alınıb. İnsan Sözlə ünsiyyət saxlayır, Sözlə düşüncəsini, hiss və duyğularını, təcrübəsini zamanın yaddaşına yazır. Dünyanın sirri, həyatın sehri də Sözdür. Bəzən masa başında, bəzən pəncərə qarşısında, bəzən də kitab rəfi önündə baxacağınız, uzun illərin yaxın dostu kimi üz tutacağınız kitab sizinlədir. Bu səkkiz guşəli, doxsan doqquz bağçalı aləmin bir kitabda təcəssüm olunmuş zənginliyi sizin ixtiyarınızdadır.
“Oskar”, 2007, 719 səh., 20x29, sərt, 800


Thursday, October 3, 2013

Hüseynbala Mirələmov
Sonuncu fateh
(tarixi roman)
Müəllifin qələmə aldığı bu tarixi roman XVIII əsrdə dünyanın ən görkəmli sərkərdələrindən biri, Orta Şərqin və Asiyanın sonuncu fatehi sayılan, türk cahangiri Nadir şah Əfşara həsr olunub. Əsərin məzmunu ilə tanış olduqda aydın olur ki, Makedoniyalı İsgəndər, Çingiz Xan, Əmir Teymur, Şah İsmayıl Xətai kimi dünya şöhrətli hökmdarlarla bir sırada dayanan, öz qılıncıyla möhtəşəm Əfşar imperatorluğu qurmuş Nadir şahın hərbi-siyasi fəaliyyətini və faciəvi sonluqla bitən həyatını oxucuların gözləri önündə canlandırmaq üçün müəllifi bu tarixi şəxsiyyət haqqında mövcud olan bir çox qiymətli tədqiqat əsərlərinə və sənədli qaynaqlara müraciət edib.
Müəllif: Hüseynbala Mirələmov
Dil: Azərbaycan
Nəşriyyat: “Nurlar”
Nəşr ili: 2012
ISBN: -
Səhifə: 680 səh.
Format: 60x84/16 (140x210 мм) 
Cildi: bərk, supercild
Tiraj: 1000 nüsxə


Wednesday, October 2, 2013

Əli Həsənov, Adil Vəliyev
Dünya ölkələrinin müasir siyasi sistemləri 

Vəsaitdə Azərbaycanın və xarici ölkələrin siyasi sistemləri, idarəçilik rejimləri, hakimiyyət orqanları, ictimai-siyasi institutları haqqında ümumi məlumat verilir, qədim dövrlərdən başlayaraq günümüzə qədər dünyada dövlət idarəçilik sistemlərinin formalaşması və inkişafı, dövlətlərin siyasi quruluşu, idarəçilik rejimlərinin xüsusiyyətləri və s. məsələlər müqayisəli təhlil edilir. Kitabda , həmçinin Azərbaycanın müasir siyasi idarəçilik sisteminin formalaşması, inkişafı və xarakteristikası , dövlət quruluşunun prinsipləri, ölkənin mövcud ictimai-siyasi institutları və onların fəaliyyəti təhlil olunur.
2013, ISBN 978-9952-460-15-5, 776 səh.



Tuesday, October 1, 2013

Varis
Metamorfoz. Bir gecənin əhvalatı

Roman bir-birini tanımayan müxtəlif taleli beş insanın təsadüfən rastlaşmasından və hər birinin tale hekayətindən bəhs edir. Beş dərdli insanı dərd bir yerə yığır ki, onları nisbətən yüngülləşdirsin. 
ISBN 978-9952-484-38-0, 2013, 200 səh.