Thursday, July 27, 2017

Gi de Mopassan. HƏYAT (roman)

Mopassan «Həyat» romanını otuz üç yaşında yazıb. «Həyat» Mopassanın ilk romanıdı. Əsər Azərbaycan dilinə 1989-cu ildə çevrilib . Romanı gənclər oxusalar çox yaxşı olar. Xüsusən gənc xanımlar. Mopassanın dili çox dinamikdir. Asan oxunur. Təsvirləri çox sadədir. Lakin Mopassanı oxuduqdan sonra adam hər şeyə şübhəylə baxır. Cəmisi 43 il yaşamış bir adamın həyatı bu dərəcədə bilməsi hər səhifədə adamı mat qoyur.

Tərcümə: Əziz Gözəlov

Müəllif: Gi de Mopassan
Dil: Azərbaycan
Nəşriyyat: © Bakı Kitab Klubu
Nəşr ili: 2017
ISBN: -
Səhifə: 316 səh.
Format: 60x84 1/16 (130x200 мм)
Cildi: yumşaq
Tiraj: 50


Wednesday, July 26, 2017

Eldar MƏMMƏDOV
"BİZİM GÖZƏL DİLİMİZ"

Tərcüməçinin stolüstü kitabı
(əlavələr və düzəlişlər edilmiş ikinci nəşr)
Bakı, Kitab Klubu, 2017, 282 səh.

Bu yaxınlarda tanınmış alimlərimizdən biri əlacsızlıqdan elan edib ki, onun feysbuk səhifəsinə göndərilmiş, amma Azərbaycan dilində savadlı yazılmamış ismarıclara qadağan qoyacaqdır.
Bu həyəcan təbili son zamanlar ancaq sınaq imtahanlarını vermək üçün öyrənilən və qısa müddətdən sonra yaddan çıxarılan savadlı Azərbaycan dilinə olan münasibətimizin bir göstəricisidir.
Təqdim etdiyimiz kitab da növbəti həyəcan siqnalıdır. Kitabın müəllifi, tərcüməçi Eldar Məmmədov elə məsələlərə toxunub ki, onlar çoxumuzun yatanda yuxusuna belə girmir.
Kitab həm peşəkarlar, həm də həvəskarlar üçün nəzərdə tutulub.
Onu da qeyd edək ki, müəllifin toxunduğu bir çox məsələlər müzakirə və mübahisə predmeti ola bilər. Amma bu müzakirə və mübahisələr arzu ediləndir, çünki dilimizin xeyrinə olacaqdır.

© E.Məmmədov
© Kitab Klubu


Wednesday, July 19, 2017

Əhməd Cavad. Əzilsəm də susmaram! /Seçilmiş əsərləri/
Tərtibçi: Əli Saləddin

Şair, tərcüməçi Əhməd Cavadın (tam adı: Cavad Məhəmmədəli oğlu Axundzadə) şeirləri 1913-cü ildən çap edilmişdir. Yaradıcılığa lirik şeirlə başlayan şairin 1916-cı ildə "Qoşma" adlı ilk kitabı çap-dan çıxmışdır. 1919-cu ildə isə "Dalğa" adlı kitabı nəşr olunmuşdur. Onun məşhur "İstiqlal uğrunda şeirlər" kitabı isə 1928-ci ildə İstanbulda buraxılmışdır. Azərbaycanı müstəqil, doğma xalqını xoşbəxt görmək istəyən Əhməd Cavad, haqsız olaraq həbs edilmiş, dəhşətli işgəncələrə məruz qalmış, 1937-ci il cəza tədbirlərinin qurbanı olmuşdur.
Kitaba şairin zəngin yaradıcılığının bir hissəsi daxil edilib.

Müəllif: Əhməd Cavad
Dil: Azərbaycan
Nəşriyyat: © Bakı Kitab Klubu
Nəşr ili: 2017
ISBN: -
Səhifə: 326 səh.
Format: 60x84 1/16 (140x200 мм)
Cildi: yumşaq
Tiraj: 50


Monday, July 17, 2017

Mehman Kərimov
Müdrikliyə, ədalətə, uğura 40 çağırış
Bilik biliyə ehtiyac yaradır
Didaktik müntəxəbat

Orta insan 50 il ərzində 2600 kitab oxuyur. Əlbəttə bu oxunanların hamısı yadda qalmır. Amma elə hikmətli və faydalı fikirlər olur ki, onları bir yerə toplamaq və dövri olaraq oxumaq istəyirsən. Bu kitabın tərtibçisi Mehman bəy Kərimov da rastına çıxan və dəyərli hesab etdiyi fikirləri bir yerə toplamış, sonra isə bu fikirlərdən başqalarının da faydalanması üçün onu kitab şəklində nəşr etdirmək qərarına gəlmişdir.
Kitab həqiqətən də çox maraqlı alınmışdır.

Müəllif: Mehman Kərimov
Dil: Azərbaycan
Nəşriyyat: © Bakı Kitab Klubu
Nəşr ili: 2017
ISBN: -
Səhifə: 236 səh.
Format: 60x84 1/16 (130x200 мм)
Cildi: yumşaq
Tiraj: 50


Wednesday, July 5, 2017

Hafiz Şirazinin qəzəlləri
"Qərinələr və əsrlər fəryadı"
(Əbdürrəhim Xalxali nüsxəsindən)

Çevirən: Əkbər-Müdərrisi -Əvvəl Şiva
Bakı, "Mütərcim", 2017, 600 səh. © BSU


Saturday, July 1, 2017

M.R.Tagiyeva
GRANDE DIZIONARIO ITALIANO-AZERBAIJANO
(55 000 VOCE E LOCUZİONE)
BÖYÜK İTALYANCA-AZƏRBAYCANCA LÜĞƏT
(55000 söz və ifadə)

Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu Elmi Şurasının 07 oktyabr 2016-cı il tarxili iclasının 8№-li protokoluna əsasən çap olunmuşdur.
Tağıyeva Mətanət Rafiq qızı, AMEA Nəsimi adına Dilçilik İnstitutunun Tətbiqi dilçilik şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru.
Oxucuların ixtiyarına verilən “İtalyanca-azərbaycanca lüğət”i italyan dilinin geniş yayılmış leksika, ifadə, ictimai-siyasi leksika, jarqon terminologiya, həmçinin danışıq leksikologiyasını əhatə edir. Bundan başqa, lüğətdə atalar sözləri və zərbi-məsəllər də təmsil olunmuşdur. Mötərizə və kursivlə verilmiş aydınlatmalar tərcümə zamanı müvafiq leksik vahidi seçməkdə kömək edir.
Lüğətin sonunda coğrafi adlar ayrıca siyahıda verilmişdir.
Lüğət italyan dilini öyrənən və italyandilli ölkələrin mədəniyyəti ilə maraqlanan bütün şəxslərə dəyərli töhfədir.

Tərtibçi: Mətanət Tagiyeva
Dil: Azərbaycan
Nəşriyyat: «Elm və təhsil»
Nəşr ili: 2017
ISBN: 978-9952-8176-1-2
Səhifə: 556 səh.
Format: 70x100 1/16, (170x240 мм)
Cildi: bərk
Tiraj: 100 nüsxə