Tuesday, December 13, 2016

Asif Şirinov
"Əmək qanunvericiliyinin əlifbası"
Bakı, "Digesta" nəşriyyatı, 2014, 312 səh.
Kitabda qeyd olunanlar AR ərazisində fəaliyyət göstərən, fəaliyyət növündən asılı olmayaraq bütün müəssisə və təşkilatlarda insan resurslarının idarə edilməsi işinin Əmək Məcəlləsinə uyğun aparılmasında böyük rol oynayacaq.


Monday, December 12, 2016

Hüseyn Cavid
"Mənim tanrım gözəllikdir, sevgidir…"

Kitaba Azərbaycan ədəbiyyatının söz və fikir zadəganı, yazıçı və dramaturq, Azərbaycan Şekspiri, gözəllik və sevgi şairi Hüseyn Cavidin (tam adı Hüseyn Abdulla oğlu Rasizadə : 1882–1941) “Peyğəmbər”, “Topal Teymur”, “İblis”, “Şeyx Sənan”, “Knyaz”, “Səyavuş” dramları və şeirləri daxil edilmişdir.

© Kitab Klubu, 2016

Müəllif: Hüseyn Cavid
Dil: Azərbaycan
Nəşriyyat: © Bakı Kitab Klubu
Nəşr ili: 2016
ISBN 978-9952-8260-2-9
Səhifə: 656 səh.
Format: 60x84 1/16 (150x200 мм)
Cildi: yumşaq
Tiraj: 100


Friday, December 9, 2016

Səbuhi Rəhimli
Astro-Proqnoz 2017

Yeni il yanvarın 28-də başlayacaq...
Qitələrarası gərginlik yaranacaq...
21 avqustda hamı diqqət kəsiləcək...
Kiçiklər böyüklərin içində əriyəcək...
Planetar qarşıdurmalar artacaq...
-------------
Kitab Klubundan soruşun
Bakı, 2016, 192 səh.


Sunday, November 27, 2016

ELXAN ELATLI
"Məhəbbətin gizli kodu" (roman)
Məhəbbət romanı - Fərqli detektiv
Romanda yazıçı birbaşa məhəbbət mövzusuna müraciət etsə də, əsər eyni zamanda detektivə xas süjet üzərində qurulub. Bu süjetdə qətl də var, qatilin axtarışı da. Lakin, biz bu romanı "fərqli detektiv" adlandırmaq qərarına gəldik. Çünki, dünya detektiv ənənələrindən fərqli olaraq, burada müəllif cinayəti törədənin kim olduğunu, hətta əsərin sonunda belə, oxuculara açıq şəkildə bildirmir və qatilin tapılmasını oxucuların öhdəsinə buraxır.
Bu səbəbdən də, sevimli yazıçımızın bu yeni romanını əvvəldən daha diqqətlə oxumanızı məsləhət götürük.
Müəllif: Elxan Elatlı
Dil: Azərbaycan
Nəşriyyat: "Elgün"
Nəşr ili: 2016
ISBN: 978-9952-8276-1-3
Səhifə: 312 səh.
Format: 60x84 1/16 (140x200 мм) 
Cildi: yumşaq
Tiraj: 1000

Saturday, November 26, 2016

Kamal Abdulla
Azərbaycan dili sintaksisinin nəzəri problemləri

(Yenidən işlənmiş və əlavələr edilmiş ikinci nəşr)

Bu monoqrafiyada Azərbaycan dili sintaksisinin indiyə qədər tədqiqat obyekti olmamış bir sıra nəzəri və eyni zamanda bəzi praktik məqamları təhlil obyektinə çevrilmişdir. Müəllif öz görüşlərini 3 möhtəşəm sintaktik vahidin-sadə cümlənin, mürəkkəb cümlənin və mürəkkəb sintaktik bütövün öyrənilməsi üzərində qurur. Onları bir-birinə bağlayan izomorfizm prinsipinə əsasən, bu vahidlərə bütöv bir sintaktik baxış müəyyənləşdirir. Monoqrafiyanın bəzi hissələri- sadə cümlənin monopredikativ quruluşu, aktual üzlənmə, mürəkkəb sintaktik bütöv (mətn), onun sərhədləri, kompozisiyası, tərkibi, tədqiqinin əsaslandırılması və b. problemlər Azərbaycan dilçiliyində ilk dəfə olaraq geniş sistemli sintaktik təhlilə cəlb olunur.

Müəllif: Kamal Abdulla
Dil: Azərbaycan
Nəşriyyat: "MTM-İnnovation" MMC
Nəşr ili: 2016
ISBN: 978-9952-28-311-2
Səhifə: 360 səh.
Format: 60x84 1/16 (140x200 мм)
Cildi: bərk
Tiraj: 500


Thursday, November 24, 2016

Çingiz Aytmatov 
"Erkən gələn durnalar"
"Ana tarla"
(povestlər)

Tərcüməçilər:
Vilayət Rüstəmzadə (Erkən gələn durnalar)
Cəmil Əlibəyov (Ana tarla)

“Erkən gələn durnalar” povestində Böyük Vətən müha-ribəsi illərində arxa cəbhədə atalarını, böyük qardaşlarını yüksək vətəndaşlıq qeyrəti ilə əvəz edən, vaxtından əvvəl kişilənmiş yeniyetmələrin igidliyindən bəhs edilir.
“Ana tarla” povestində Ç.Aytmatov öz nəsrində ilk dəfə şərti formadan istifadə etmiş, əsərdəki hadisələri Tolqanay ananın torpaqla söhbəti şəklində göstərmişdir.

KitabKlubu.org, 2016, 252 səh
© Kitab Klubu MMC, 2016



Wednesday, November 9, 2016

"TARİXİ YADDAŞ VƏ QONDARMA ƏHVALATLAR"
esselər (Azərbaycan dilində)
ZÖHRƏ ƏSGƏROVA
Bakı, “Yazıçı” nəşriyyatı - 2015, 276 səh.
Dünyada ateizmin sosial hərəkat kimi formalaşmasının səbəb və nəticələri, cəmiyyətdə din və siyasətin bir-birinə qarşılıqlı təsiri “Tarixi yaddaş və qondarma əhvalatlar” kitabında öz geniş əksini tapmış, bu sahə ilə bağlı zəngin, maraqlı tarixi hadisələr, görkəmli şəxsiyyətlərin siyasi, ədəbi fəaliyyəti müəllif tərəfindən təhlil edilmiş-dır. Yazıçı həmçinin əsrlər boyu Azərbaycan torpağına, onun mədəniyyətinə təcavüz edən siyasi qüvvələrin, ermənilərin işğalçı planlarını tarixi faktlarla araşdırmışdır.
Kitaba daxil olunan esselərdə gənclərimiz milli-mənəvi və ümumbəşəri dəyərlərlə bağlı onları düşündürən suallara cavab tapa bilərlər.


Tuesday, November 8, 2016

S.A.Tolstaya. Mənim həyatım
Tərcümə edən: Araz Dadaşzadə
Lev Tolstoyun arvadı, dostu və köməkçisi Sofya Andreyevnanın bu əlyazması uzun illər arxivdə saxlanmış və oxuculara məlum olmamışdır. Çünki S.Tolstayanın vəsiyyətinə görə əlyazması yalnız onun ölümündən 50 il sonra çap edilə bilərdi. Oxucular kitabdan bu böyük insan, onun ailəsi, yaxın adamlarla münasibəti barədə çox şey öyrənəcəklər. Eyni zamanda xatirələr Lev Tolstoyun məlum obrazının dəqiqləşdirilməsinə, bəzi geniş yayılmış şayiə və dedi-qoduların aradan qaldırılmasına kömək edəcəkdir.
Müəllif: Sofya Tolstaya
Dil: Azərbaycan
Nəşriyyat: © Bakı Kitab Klubu
Nəşr ili: 2016
ISBN -
Səhifə: 232 səh.
Format: 60x84 1/16 (130x200 мм) 
Cildi: yumşaq
Tiraj: 100

Sunday, October 30, 2016

ELXAN ELATLI "Məhəbbətin gizli kodu" /roman/ Məhəbbət romanı - Fərqli detektiv


Thursday, October 27, 2016

ABUNƏÇİLƏRİN NƏZƏRİNƏ:

DƏK Seriyasından çoxdan gözlənilən yeni kitablar bunlardı (8 kitab)

1. Marqaret Mitçell. “Küləklə sovrulanlar” (1 cild)
2. Marqaret Mitçell. “Küləklə sovrulanlar” (2 cild)
3. Artur Konan Doyl. Seçilmiş əsərləri
4. Sol Bellou. Seçilmiş əsərləri
5. Frensis Skott Fitscerald. Seçilmiş əsərləri
6. Romen Rolan. Seçilmiş əsərləri
7. Yapon ədəbiyyatı antologiyası
8. Yunan və Roma əfsanələri antologiyası

Beləliklə DƏK layihəsindən ümumilikdə 118 kitab çap olunub.


Tuesday, October 25, 2016

Самед Байрамзаде
«Южный Азербайджан: от «21 Азер»а до «белой революции» в Иране
(экономическое и социально-политическое положение)

В данной монографии изучается экономическое и социально-политическое положение 30-35 миллионного азербайджанского народа в Иране, который на протяжении длителного периода подвергался национальному гнету и был лишен всех демократических прав и свобод.
В данной издании освещены основные стороны общественно-политической, экономической и культурной жизни современного Южного Азербайджана в период после свержения Национального Правительства Азербайджана (движение «21 Азер»а) до начала «белой революции», т.е. аграрной реформы в Иране начала 60-х гг. В данной монографии раскрываются причины экономического и социального отставания в указанный период азербайджанских районов от центральных (персидских). Автор книги показывает, что этот негативный процесс в значительной степени явился результатом проводимой шахским правительством политики. Данный режим открыто игнорируя национальный вопрос стремился путем проведения целенаправленной ассимиляторской политики в отношении неперсидских народов полностью подавить среди них национальное движение. Пришедшие после крушения шахского режима к власти в Иране религиозно-политические деятели продолжают линию на подавление национально-демократических течений неперсидских народов, хотя их политика в национальном вопросе отличается от шахской некоторыми особенностями; отсюда актуальность изучения национального вопроса в Иране и необходимость исследования социально-политического развития неперсидских районов за последние десятилетия.
Данная монография автора является хорошей инициативой в решении проблем в области изучения тех периодов истории Южного Азербайджана, которые до сих пор не исследованы всесторонне и достаточно.

Баку, "Тарагги", 2016, 336 стр.
ISBN 978-9952-8299-7-6
Цена: 6,00 ман.

Thursday, October 20, 2016

Mustafa Çəmənli
"Ölüm mələyi"

Səfəvilər xanədanının böyük bir dövrünü əhatə edən bu romanda I Şah Təhmasib, II Şah İsmayıl, Pərixan bəyim, Gövhər bəyim, İbrahim mirzə, Hüseynqulu Xüləfa və başqa tarixi şəxsiyyətlərin dolğun bədii obrazları yaradılmışdır.
2012, 296 səh.


Wednesday, October 12, 2016

Azərbaycan rəqs geyimi / Dancing Costumes of Azerbaijan
(layihənin rəh. A. Hüseynov)

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi
mətn. müəl. C. Bayramova ; foto. S. Şalmiyev.
2010, 128 səh. + supercild, rəngli fotolar + CD


Tuesday, October 11, 2016

Saminə Hidayətqızı
"Muğam qəsri", Sarı sim. II kitab
"Muğam qəsri" ensiklopedik toplu müəllifin "Göy qurşağı" layihəsindən olan ikinci kitabıdır. Yazıçı kitabda muğamın tarixinə tədqiqat baxımından yanaşmış, qədim dövrlərdən üzü bəri klassik muğam bilicilərinin yaradıcılığını və onların həyat yolunu araşdırmışdır. Müəllif təkcə Azərbaycan musiqi xadimlərinin deyil, xaricdə yaşayan və muğam sənətinə müəyyən töhfələr verən yaradıcı şəxslərin və sənətşünasların muğam haqqında düşüncələrini özünəməxsus şəkildə topluya gətirmişdir.
2016, ISBN 978-9952-404-36-4, 576 səh.

Saturday, October 8, 2016

Pərvin Gözəlov
“Naxçıvan xanlığına məxsus üç bayraq”


Azərbaycanın qədim dövlətçilik ənənələrinin təbliği baxımından bu kitab xüsusi əhəmiyyətə malikdir. Kitabda təqdim olunan Naxçıvan xanlığının üç bayrağı xanlığın dini, siyasi, ideoloji mənsubiyyətini tam əks etdirir. Bayrağın üzərindəki rəmzlər müasir dövlətçiliyimizin tarixidir. Bunun öyrənilməsi və təbliği çox əhəmiyyətlidir. Hər bir vətəndaş öz dövlətinin tarixini dərindən öyrənməli, onunla fəxr etməlidir. Bu nəşrin hazırlanmasında məqsəd də bu işlərə bir töhfə vermək olub. Kitabda Azərbaycan xanlıqları barədə ətraflı məlumat verilib, əks olunmuş xəritədə onların əraziləri göstərilib. Nəşrdə, həmçinin müasir Azərbaycan bayrağının rəmzləri barədə də məlumatlar əksini tapıb.

Müəllif: Pərvin Gözəlov
Dil: Azərbaycan
Nəşriyyat: “QƏSR”
Nəşr ili: 2016
ISBN: 978-9952-8294-2-6
Səhifə: 80 səh.
Format: 70x100 1/16 (190x280 мм)
Cildi: yumşaq
Tiraj: 500 nüsxə


Friday, October 7, 2016

Əbdürrəhman bin Ömər Əbdül Hüseyn Əl Sufi
"Süvərül kəvakib" (Ulduzların surətləri)
/Fəlsəfi incilər kitabxanası seriyasından/

Kitabın əsli hazırda Azərbaycan Milli Elmlər Akademiyasının M.Füzuli adına Əlyazmalar İnstitutunda saxlanılır. Deməli, türk dünyasının bütün tarixi mədəni mərkəzlərini gəzib yenidən Azərbaycana qayıdan bu nüsxə göstərir ki, böyük coğrafi ərazidə türk xalqlarının elmi, informativ mübadilə əlaqələri orta əsrlərdə inkişaf etməkdə idi.
Kitab bu il təkrar olaraq yenidən nəşr olunub.
2016


Thursday, October 6, 2016

Kərim Tahiroğlu
Python ilə Proqramlaşdırma
(özü öyrənənlər üçün)
İlk dəfə Azərbaycan dilində olan bu kitabla artıq proqramlaşdırma öyrənə bilməyən qalmayacaq!
Siz hələ də proqramlaşdırmanı öyrənə bilməmisiniz?
Kompüter Elmləri, İnformasiya Texnologiyaları və digər İT ixtisasları üzrə ali məktəbdə oxuyan tələbələrin nəzərinə!
- Sizə universitetdə proqramlaşdırmanı öyrətmirlər?
- Proqramlaşdırmanı sərbəst şəkildə öyrənmək Sizə çətin gəlir?
- Bahalı Proqramlaşdırma kurslarına getməyə pulunuz yoxdur?
O zaman bu kitab tam Sizə görədir.
Nüfuzlu TIOBE Proqramlaşdırma İcmasının məlumatlarına görə Python hazırda dünya üzrə ilk onluqda yer alan populyar proqramlaşdırma dili sayılır.
Python dili 1991-ci ildə Guido van Rossum tərəfindən işlənib hazırlanmışdır. Proqramlaşdırmanın müasir tələblərinə cavab verən bu dil universaldır. Bu gün Google, Intel, CISCO, Hewlett-Packard, Qualcomm, IBM və NASA kimi qurumlar bir çox layihələrini Python dilində işləyib hazırlayırlar. Python dili pulsuz olaraq yayılır. Bu dili öyrənmək asan və əyləncəlidir. Odur ki, Python dili nəinki peşəkar proqramçılar tərəfindən istifadə olunur, eləcə də həvəskarlar, məktəblilər də bu dilin imkanlarından geniş surətdə faydalanırlar.
Əgər proqramlaşdırmaya yeni başlayırsınızsa, o zaman Python dili tam Sizə görədir.
Kitab kimlər üçündür?
- Kompüter Elmləri, İnformasiya Texnologiyaları və digər İT ixtisasları üzrə ali məktəbdə oxuyan tələbələr;
- İnformatika müəllimləri; 
- Orta məktəb şagirdləri;
- Proqramlaşdırmanı sərbəst şəkildə öyrənmək istəyənlər.
Kitab nə öyrədir?
- Proqramlaşdırma məntiqi;
- Alqoritmləşdirmə;
- Python dilinin əsasları + Obyektyönümlü Proqramlaşdırma.
Kitabın üstün cəhətləri nədir?
- Özü öyrənənlər üçün nəzərdə tutulub;
- Asan və anlaşıqlı izaholunma dili;
- Sadədən mürəkkəbə mövzu ardıcıllığı;
- Bol-bol misallar (proqramlar)

Müəllif: Kərim Tahiroğlu
Dil: Azərbaycan
Nəşriyyat: “Şərq-Qərb”
Nəşr ili: 2016
ISBN: -
Səhifə: 246 səh.
Format: 60x90 1/16 (150x210 мм) 
Cildi: bərk
Tiraj: 1000 nüsxə


Tuesday, October 4, 2016

Hüquq, Psixologiya və Fəlsəfə ilə maraqlananlar üçün:
 İlham Rəhimov. "Cinayət və cəzanın fəlsəfəsi", 2014, 320 səh.
 İlham Rəhimov. "Cinayətkarlıq və cəza", 2015, 320 səh.
 İlham Rəhimov. "Cəzanın əxlaqiliyi haqqında", 2016, 216 səh.
Hər birinin qiyməti: 14 AZN


Friday, September 30, 2016

Seyid Cəfər Pişəvəri Məqalə və çıxışlarından seçmələr
(Təbriz 1945-1946-cı illər)
Nəşrə hazırlayan ön söz və şərhlərin müəllifi: Əkrəm Rəhimli (Bije)

Oxuculara təqdim edilən topluya Seyid Cəfər Pişəvərinin Cənubi Azərbaycan mətbuatında 1945-1946-cı illərdə çap edilmiş məqalə, çıxış və bəyanatlarından seçmələr daxil edilmişdir. Bu seçmələrdə 1945-1946-cı illərdə Cənubi Azərbaycandakı xalq hərəkatının, o dövrün sosial-iqti sadi və mədəni durumun ayrı-ayrı cəhətləri şərh edilir. Azərbaycan Milli Hökumətinin rəhbəri və 21 Azər inqilabına (nehzətinə) başçılıq etmiş S.C.Pişəvərinin qələminin məhsulu olan bu yazılarda oxucu həmin dövrdə Arazın o tayında baş vermiş olaylarla, dövrün təzadlı cəhətləri və Azərbaycanla şahlıq rejiminin münasibətlərindəki barışmazlıq və Azərbaycandakı xalq hərəkatına bu rejimin düşmən münasibəti, baş vermiş zorakılığa və qanlı olaylara böyük dövlətlərin göz yumması və s. ilə tanış olmaq mümkündür.

Müəllif: Seyid Cəfər Pişəvəri
Tərtibçi: Əkrəm Rəhimli (Bije)
Dil: Azərbaycan
Nəşriyyat: "Nurlar"
Nəşr ili: 2016
ISBN : 978-9952-504-44-4
Səhifə: 432 səh.
Format: 60x84 1/16 (150x210 мм)
Cildi: bərk + supercild
Tiraj: 250


Tuesday, September 27, 2016

Сулейман Сани Ахундов
Страшные рассказы

переводчики с азербайджанского:
Г. Грекин, Б. Шатилов, А. Шариф
Художник: Р.Бабаев

Тема ненависти к угнетателям и призыв к защите угнетенных присутствуют в каждом из этих рассказов, написанных для детей и получивших большую известность под общим названием «Страшные рассказы» (1912-1913).

© Kitab Klubu MMC, 2016
© Детюниздат, 1958

Автор: Сулейман Сани Ахундов
Язык: Русский
Издательство: Kitab Klubu MMC
ISBN - ; 2016 г.
Страниц: 158 стр.
Формат: 60x84 1/16 (140x200 мм)
Тираж: 100 экз.
Переплёт: мягк. обложка



Monday, September 26, 2016

Nikolay Qoqol.
Ölü canlar (roman-poema)
Tərcümə: Beydulla Musayev

Ölü canlar - Ukrayna əsilli rus yazıçısı Nikolay Vasilyeviç Qoqolun 1842-ci ildə ilk cildini tamamladığı amma bitirmədiyi romanıdır. Romanın mövzusu ona Puşkin tərəfindən təklif edilmişdir. Üç cild olaraq düşünülən roman-poema əslində Dantenin İlahi Komedyasından ruhlanaraq yazılmışdır. İlk cilddə romanın baş qəhrəmanı Çiçikovun öz mənfəətləri uğruna etdiyi pisliklər əks olunmuşdur. Qoqol, cəhənnəmi izah etdiyi bu hissədən sonra cənnəti izah edəcəyi, Çiçikovun əxlaq və vicdan sahibi olduğunu göstərəcəyi ikinci cildin əlyazmalarını keçirdiyi böhran nəticəsində yandırmışdır. Daha sonra bir neçə dəfə təkrar yazmağa çalışdığı bu hissələri toplayıb dərc etmişlər.
Çiçikov, Rusiyada şəhər-şəhər gəzib, feodal qanunlara görə torpaq sahiblərinin malı olan kölə kəndlilərini satın alır. Ancaq istədiyi kəndlilər işini yaxşı bilən ya da sağlam olanlar deyil, tam əksinə ölü canlardır. Dövrün tənqid oxlarını üzərinə çəkən, feodal quruluşunun düşüncə tərziylə qarşı-qarşıya qoyan roman, bu baxımdan müəyyən təbəqə insanların həyatında çevriliş etmişdir.

© Kitab Klubu MMC, 2016

Müəllif: Nikolay Vasilyeviç Qoqol
Dil: Azərbaycan
Nəşriyyat: © Bakı Kitab Klubu
Nəşr ili: 2016
ISBN -
Səhifə: 428 səh.
Format: 60x84 1/16 (140x200 мм)
Cildi: yumşaq
Tiraj: 100



Thursday, September 15, 2016

Aydın Kərimov
Mühasibat uçotu, vergilər (nəzəri-praktik vəsait)
On üçüncü nəşr
/İş adamının stolüstü kitabı/

Bu nəzəri -praktiki nəşr mühasiblər, maliyyəçilər, iqtisadçılar, mütəxəssislər, tələbələr, ümumiyyətlə bütün iş adamları üçün nəzərdə tutulub. 
Kitabda mühasibat uçotu, vergi sistemi, gpmrük əməliyyatları, statistik hesabatlar, sosial və digər fondlarla hesablaşmalar, maliyyə hesabat formaları və s. nəzəri və praktiki şəkildə nümunələrlə şəeh edilmişdir.
Kitabda istinad edilən qanun, qərar və təlimatlar 01 sentyabr 2016-cı il tarixinə qədər olan bütün dəyişiklikləri özündə əks etdirir.
2016, ISBN 978-9952-875-85-0, 512 səh.

Wednesday, September 7, 2016

"HƏR SUALA BİR CAVAB" (Ensiklopedik toplu) I cild
Tərtib: İlqar Əlfi
Redaktor: Tamilla Rüstəmova
7-12 yaşlı uşaqlar üçün ensiklopedik kitab.
ARNKYTM, Bakı: 2016, 368 səh. format 20x29
ISBN 978-9952-503-14-2
Qiyməti: 24 AZN

Tuesday, September 6, 2016


TEAS PRESS Nəşriyyatının kitabları
Bizdə daha ucuz qiymətə
  1. Azerbaijan: 100 Questions Answered
  2. Азербайджан: 100 Вопросов и Ответов
  3. Aserbaidschan: 100 Fragen und Antworten
  4. Azerbaidjan Reponse a 100 Questions
  5. İqtisadi və sosial coğrafiyanın əsasları - Ç.İsmayılov
  6. Hun minilliyi - Ə.N.Nəcəf
  7. İz romanı - M.İsmayıl
  8. Azərbaycan mühacirəti tarixi - X.İbrahimli
  9. Ходжалы очевидцы - о военных преступлениях суд над Арменией
  10. Khojaly Witness of a war crime Armenia in the dock
  11. Khodjali Temoin d'un crime de guerre Armenie au banc des accusses
  12. Khojaly Tragedy an international view
  13. The people the world forgot
  14. Ermənistan ərazisində Azərbaycan mənşəli oykonimlər
  15. Азербайджанские ойконимы в армении
  16. The Armenian question in the Caucasus (3 vol set)
  17. Qafqazda erməni məsləsi (3 cilddə)
  18. "Aрмянский вопрос" на Кавказе (том 1-3)
  19. Кровавые годы
  20. Years of blood
  21. Карабах истории в контексте конфликта
  22. Şahə qalxan dalğalar - L.Foks
  23. Ölüm daha gözəldir - M.Niyazi
  24. Odlar Yurdu - G.Mamulia, R.Abutalıbov
  25. Fərqlilər - D.Əhməd
  26. Güney Azərbaycan ədəbiyyatı antologiyası
  27. Quba tarixi - Şahin Fazil
  28. Cənnətin qılıncları
  29. Azərbaycan coğrafiyası
  30. Баку краткий очерк истории города по памятникам зодчества
  31. Qara yol - Jan Kristof Qranje
  32. Şəkərli diabetin nə olduğunu dərk etməli
  33. Sirli Devil Kort Küçəsi - Syuzan Hill
  34. Azərbaycanın Bitki Aləmi - Aydın Əsgərov
  35. Azərbaycan Cümhuriyyəti Tələbələri

Saturday, September 3, 2016

Книга - «Я встретил тебя...»
Название на английском: «I met you»
Жанр: Роман (современная проза)
Автор: Сабина Бабаева – Мамедова
Формат издания: (135x200 мм) (средний формат)
Количество страниц: 260 страниц
Год выпуска: 2016
ISBN: 978-9-952-83032-3
Тираж: 500
Издательство: Китаб Клубу
Переплет: Мягкая обложка
Язык издания: Русский
Вес в упаковке, г: 236

О книге: Роман повествует о жизни успешного и богатого бизнесмена, который пережив личную трагедию огородил себя ото всех, отдавая все свое время и силы своей работе. Но, внезапно, в его жизни появляется молодая и красивая женщина. Сможет ли она растопить тот лед в его сердце, который казалось бы годами только затвердел?
Дружба, любовь, честь и верность - основная линия действия романа, который, мы надеемся, не оставит равнодушными любителей современной прозы.






Wednesday, August 31, 2016

Musa Qasımlı
“Azərbaycan Respublikasının xarici siyasəti" (1991-2003)
II HİSSƏDƏ

Kitabda 1991-2003-cü illərin xarici siyasət tarixi əhatə olunub.
Monoqrafiyada Azərbaycan, Rusiya, Gürcüstan, Türkiyə, ABŞ, Böyük Britaniya və digər ölkələrin ən mötəbər mənbələrinin, Praqada ATƏT arxivinin, Vyanada BMT kitabxanasının materialları əsasında Azərbaycan diplomatiyasının keçdiyi yol araşdırılıb. Müəllif əsərin I hissəsində XX əsrin sonlarında, dağılma ərəfəsində SSRİ-nin daxili ictimai-siyasi və beynəlxalq vəziyyəti, dövlət müstəqilliyinin bərpa edilməsi, Ermənistanın hərbi təcavüzü nəticəsində yaradılmış Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Azərbaycan diplomatiyasının fəaliyyəti, Azərbaycanın enerji diplomatiyası, Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsi istiqamətində Azərbaycan diplomatiyasının səyləri, Azərbaycanın qonşu ölkələr ilə münasibətlərinin qurulması və inkişafı problemlərindən bəhs edir.
Monoqrafiyanın II hissəsində isə Azərbaycanın Avropa dövlətləri, ABŞ, Asiya və Afrika ölkələri ilə münasibətləri, beynəlxalq təhlükəsizlik və əməkdaşlıq sistemində tutduğu yer, xarici siyasətində iqtisadiyyat amilinin rolu və s. məsələlər tədqiq edilib. Əsər diplomatlar, siyasətçilər, beynəlxalq münasibətlər və diplomatiya tarixi ilə məşğul olan mütəxəssislər, bu ixtisaslar üzrə təhsil alan bakalavr və magistrlar, Azərbaycan Respublikasının xarici siyasət və diplomatiya tarixi ilə maraqlanan şəxslər üçün nəzərdə tutulub. Monoqrafiya gələcək tədqiqatlar üçün yeni istiqamətlər açır.
2015, 646 / 660 səh.