Thursday, January 25, 2018

Чингиз Каджар
"Искусство Азербайджана : средние века"

гл. ред. Н.А.Пашаева, 
ред. Д. Гияси, Д. Гасанзаде
Фонд Культуры Азербайджана
В хронологическом порядке в книге-альбоме описывается развитие и становление азербайджанского искусства на территории всего Большого Азербайджана во времена расцвета государства Атабеков Азербайджана, Хулагуидов, Гара Гоюнлу и Аг Гоюнлу, Сефевидов, Ханств Азербайджана и государства Каджаридов.

Автор: Чингиз Каджар
Языки: Русский 
Издательство: -
ISBN -; - г. 
Страниц: 348 стр. + цв.ил.
Формат: (280x200 мм) 
Тираж: -
Переплёт: тв. обложка


Tuesday, January 23, 2018

Eynəli bəy Sultanov
Məqalələr
Toplayanı, tərtib edəni və ön sözün müəllifi: İsa Həbibbəyli
Tərcümə edəni: Qahirə Hüseynova

Naxçıvan - 2017, 288 səh.


Tuesday, January 16, 2018

Məmməd Əmin Rəsulzadə. Məktublar. Şəfibəyçilik tərtib edən, ön sözün və izahların müəllifi t.e.d. Aydın Balayev. Oxuculara təqdim olunan bu topluda Azərbaycan Xalq Cümhuriyyətinin banisi olan M.Ə. Rəsulzadənin bir sıra məktubları, eləcə də onun 1934-cü ildə İstanbulda işıq üzü görmüş “Şəfibəyçilik” əsəri ilk dəfə olaraq latın qrafikası ilə Azərbaycan dilində nəşr edilir. Bu sənədlər həm M.Ə. Rəsulzadə irisinin, həm də Azərbaycan siyasi mühacirəti daxilində ötən əsrin 20-30-cu illərində baş verən proseslərin öyrənilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. © Aydın Balayev Müəllif: Məmməd Əmin Rəsulzadə Dil: Azərbaycan Nəşriyyat: © Bakı Kitab Klubu Nəşr ili: 2017 ISBN: 978-9952-8335-8-4 Səhifə: 196 səh. Format: 60x84 1/16 (150x200 мм) Cildi: yumşaq Tiraj: 300


Monday, January 8, 2018

Nikolay Ostrovski. Polad necə bərkidi (avtobioqrafik roman)

Tərcümə edəni:
Məmməd Arif

“Polad necə bərkidi” romanında müəllif Pavel Korçaginin şəxsində özünün amansız xəstəliklə mübarizəsini, taleyini, şəxsi faciəsini qələmə almışdır. Düşdüyü bütün çətin vəziy-yətlərə baxmayaraq, Korçagin var qüvvəsini toplayıb işləyir, yazıb-yaradır, ölümə qalib gəlir.

© Kitab Klubu MMC, 2018
© Azərnəşr, 1965

Müəllif: Nikolay Ostrovski
Dil: Azərbaycan
Nəşriyyat: © Bakı Kitab Klubu
Nəşr ili: 2018
ISBN: -
Səhifə: 424 səh.
Format: 60x84 1/16 (150x200 мм)
Cildi: yumşaq
Tiraj: 100


Friday, January 5, 2018

“Azərbaycan” qəzeti”
“Azərbaycan Demokratik Firqəsi Mərkəzi Komitəsinin orqanı (1945-1946-cı illər, Təbriz)” adlı kitabın birinci hissəsi (4 cilddə)
Əsərin müəllifi AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Cənubi Azərbaycan şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Səməd Bayramzadədir.
Müəllif: “Azərbaycan” qəzeti cənubi azərbaycanlıların milli şüurunun formalaşması və inkişafında əvəzsiz rol oynayıb: “Azərbaycan” qəzetinin 1945-1946-cı illərdə nəşr edilmiş bütün saylarının kolleksionunu dörd cilddə yenidən çap etməkdə məqsəd Azərbaycan Milli Hökumətinin birillik fəaliyyəti dövründəki olayları, çoxşaxəli islahatları və azadlıq yolunda göstərilmiş qəhrəmanlıq və fədakarlıqları ilk mənbədə oxuculara, o dövrü tədqiq edənlərə və gənc nəslə çatdırmaqdır. Bu məqsəd çərçivəsində də yaxın gələcəkdə əski əlifba ilə çap edilmiş bu qəzetin mövcud olan bütün saylarının latın əlifbasında müasir Azərbaycan ədəbi dilinin qrammatik normalarına uyğun bir şəkildə oxuculara təqdim edilməsinə, eyni zamanda da fars dilində getmiş yazıların Azərbaycan dilinə çevrilməsinə cəhd göstəriləcək”.
Kitabın sponsoru Şimali Kaliforniya Azərbaycan Mədəniyyət Mərkəzidir

Müəllif: Səməd Bayramzadə
Dil: Azərbaycan
Nəşriyyat: "Elm və Təhsil"
Nəşr ili: 2017
ISBN 978-9952-8335-0-8
Səhifə: 292 səh.
Format: 60x84 1/4 (300x430 мм) 
Cildi: bərk
Tiraj: 500