Tuesday, June 22, 2021

 Tadao Yamaquçi / Ticarətin yolu kitabından...

--------
Ən yaxşı şagirdlərdən biri soruşdu: “Müəllim, əgər alıcı məndən çoxdan aldığı malın pulunu vermək istəmirsə nə edim?”
Müəllim sakit dayandı və hətta elə görkəm aldı ki, guya şagirdin sözlərini heç eşitməyib. Şagird sualını təkrarladı. Və yenə də diqqət görmədi.
Şagirdlər təəccüblə pıçıldaşdılar, kimsə təxmin etdi ki, Müəllim bu sualın cavabını bilmir.
Onda Müəllimin bir dəfə də olsun sualı cavabsız qoymadığını bilən Birinci Şagird, soruşan şagirdi kürəyindən itələdi və sualı dəfələrlə təkrarlamağa məcbur etdi.
Vaxt gedir, gün sona yaxınlaşırdı, yorulmuş şagird isə sualı artıq neçənci dəfə idi ki, təkrarlayırdı, Müəllim bütün bu vaxt ərzində öz işləri ilə məşğul olurdu.
Nəhayət, günəş batanda, şagirdlər qərara gələndə ki, bu gün cavabı eşitməyəcəklər, şagird bir də soruşdu:
– Müəllim, alıcı artıq ona verdiyim malın pulunu ödəmək istəmirsə nə edim?
Müəllim ona tərəf döndü, gülümsədi və dedi:
– Təkrarla! – Və cavab zalda olan şagirdlərə aydın oldu.
* * *
Danışırlar ki, o unudulmaz gün Müəllimin evində olan bütün şagirdlər, vaxt keçdikcə özləri də hörmətli Müəllimlər oldular. Onların hamısı, ömürlərinin sonuna kimi, həmin günü “Qızıl gün” adlandırırdı.


Thursday, June 3, 2021

 HƏYATINDAN ŞİKAYƏTÇİSƏNSƏ MƏŞHURLARIN HƏYATINI OXU!

Kitabın adı : Tanımadığımız məşhurlar
Müəllif : Dale Carnegie
Nəşriyyat : Pergament | 2021
Tərcüməçi : Müşfiq Məmmədov
Çəkisi : 250 (qram)
Qiymət : 6 AZN