Monday, March 28, 2016

Nuran Gündüzoğlu
"Baal-Zevulun marionetləri"

Burada müəllif araşdırmaları və şəxsi müşahidələrinin nəticəsi olaraq cəmiyyətimizə, özəlliklə də uşaq və gənclərimizə ABŞ və Avropadan gələn mənfi təsirlədən bəhs edir, onların yayılma yollarını ortaya qoyur, mübarizə üsullarını təklif edir. Cizgi filmi, musiqi sektoru, bədii filmlər, enerji içkiləri, cinsi azlıqlar və s. və i. burada öz əksini tapır. 50-dən çox şəkilləri olan kitabın üz qabığındakı şəkli də müəllif Nuran Gündüzoğlu özü çəkib. Bu, bizləri marionet kimi oynadan Baal-Zevuldur (milçək, iblis və hörümçəyin qarışığından ibarət mifik obraz)...



İÇİNDƏKİLƏR

Proloq ................................................................... 7

Masonların tarixi ................................................ 12

İlluminatların tarixi .......................................... 15

1. Subliminal mesajlar ........................................ 16

Simvollar .............................................................. 19

Masonların məqsədləri ...................................... 27

Narkobiznes ........................................................ 31

1. Enerji içkiləri .................................................... 34

2. Fakultə .............................................................. 40

3. Mərilin Mənsın ................................................ 42

Fahişəlik ............................................................... 46

1. Fahişə ................................................................. 50

Pornofilm sektoru ................................................ 53

LGBT ..................................................................... 58

1. Lezbian .............................................................. 61

2. Ay savaşçısı ....................................................... 62

3. Romada otaq ..................................................... 65

4. Zeyna: Döyüşçü şahzadə ................................ 66

5. Gey ..................................................................... 66

6. Köpəkbalığı hekayəsi ...................................... 68

7. Transseksual ..................................................... 69

8. Rüzgar Ərkoçlar ............................................... 76

9. Bülənt Ərsoy ..................................................... 80

10. Transvestit ....................................................... 85

11. Zəki Mürən ...................................................... 87

12. Hermafrodit ..................................................... 91

13. Androgen hissiyatsızlıq sindromu ............... 92

14. Klinefelter sindromu ....................................... 93

15. Turner sindromu .............................................. 94

16. Androgenital sindrom ..................................... 95

Film sektoru .......................................................... 105

1. Malefisent ........................................................... 106

2. Lara Kroft: Qəbir qarətçisi ............................... 112

3. Lara Kroft: Həyatın beşiyi ............................... 115

4. Xakerlər .............................................................. 117

Cizgi film sektoru ................................................ 119

1. Uolt Disney ........................................................ 120

2. Kvadrat şalvarlı süngər Bob ............................ 123

3. Simpsonlar ......................................................... 125

Musiqi sektoru. Dünya ulduzları ..................... 130

1. Lady Gaga .......................................................... 132

2. Madonna ............................................................ 133

3. PSY ...................................................................... 136

4. Niki Minaj .......................................................... 139

5. Cey-Z və Beyonse ............................................. 141

6. Bitlz (Beatles) ..................................................... 142

İlluminata qarşı çıxanlar .................................... 146

Zəncirlənmiş kral Maykl Cekson ..................... 146

Ölümü özü çağıran Tupak Amaru Şakur ........ 165

Yaşayan mübariz Eminem .................................. 175

Mağazalarımız ...................................................... 181

Altmədəniyyətlər ................................................. 185

Taygöz EMO ......................................................... 190

Qotik. Sənət növündən altmədəniyyətə .......... 192

Pank. Kult altında anarxiya ............................... 195

Satanizm ................................................................ 198

1. Darvinizm və satanizm .................................... 200

2. Faşizm və satanizm .......................................... 202

3. Kommunizm və satanizm ............................... 203

4. Anarxizm və satanizm ..................................... 203

5. Humanizm və satanizm ................................... 204

Sosial şəbəkələr – şəxsiyyət üzərində nəzarət 206

Avropanın görünməyən üzü .............................. 215

İntiharın məsum adı “Evtanaziya” ................... 224

İnsan ələyi – Yevgenika elmi ............................. 229

Beyinyuma maşını – Televiziya......................... 236

Müsabiqələr .......................................................... 242

Epiloq ..................................................................... 250


Friday, March 25, 2016

Saturday, March 19, 2016

Mikayıl Azaflı
"Qoca Azaflıyam"

Kitabda XX əsr Azərbaycan aşıq poeziyasının inkişafında xüsusi yeri və çəkisi olan, çağdaş aşıq sənətinin memarlarından biri, sağlığında klassikləşən ustad aşıq Mikayıl Azaflının (Mikayıl Cabbar oğlu Zeynalov) əsərlərinin bir hissəsi toplanmışdır. 
Kitab geniş oxucu kütləsi və tədqiqatçılar üçün nəzərdə tutulur.
Müəllif: Mikayıl Azaflı
Dil: Azərbaycan
Nəşriyyat: © Bakı Kitab Klubu
Nəşr ili: 2016
ISBN: -
Səhifə: 520 səh.
Format: 60x84 1/16 (150x210 мм) 
Cildi: yumşaq
Tiraj: 100

Thursday, March 17, 2016

Pənahi Makulu
GİZLİ ZİNDAN (roman)
Yazıçı M.Pənahinin «Gizli zindan» romanı İran həyatından bəhs edir. Yazıçı XX əsrin birinci yarısında İran xalqlarını əsarət altına almağa, İranın təbii sərvətlərini qarət etməyə hər bir vasitə ilə çalışan, bu yolda heç bir iyrənc, qeyri-insani əməllərdən çəkinməyən İngiltərə, Amerika imperialistlərinin fırıldaqlarını, İranı qarət etmək üçün həmin imperialistlərin öz aralarında var qüvvələri ilə çəkişdiklərini ifşa edir. Eyni zamanda şahlıq idarə üsulunun vətənpərəstlərə, azadxahlara necə divan tutduğunu bədii şəkildə qələmə alır.
Müəllif: Pənahi Makulu
Dil: Azərbaycan
Nəşriyyat: © Bakı Kitab Klubu
Nəşr ili: 2016
ISBN: -
Səhifə: 496 səh.
Format: 60x84 1/16 (150x210 мм) 
Cildi: yumşaq
Tiraj: 100

Saturday, March 5, 2016

Afərin Şirinov
"Coğrafiyadan məsələlərin izahlı həlli"
(Yenilənmiş 2-ci nəşr)
Bakı - 2015


Thursday, March 3, 2016

Sabir Qaraqoyunlu
QARAQOYUNLU LƏHCƏSİ “DƏDƏ QORQUD” LƏHCƏSİDİR

(seçilmiş elmi-publisistik məqalələr toplusu)

Bakı: “Oğuz eli” nəşriyyatı, 2013, 168 səhifə.

Təcrübəli müəllim və filologiya elminin təəssübkeş mütəxəssisi kimi daim axtarışlar aparan, nəşr edilən elmi və bədii əsərin dilinə, televiziya verilişlərinə, xüsusən də lüğət vəsaitlərinə böyük tələbkarlıqla yanaşan, titulundan və ad-sanından asılı olmayaraq heç bir müəllifə, yaxud da tərtibçiyə, aparıcıya yol verdiyi dil xətalarına görə güzəştə getmədən, ürək ağrısı ilə obyektiv reaksiya verən, etiraz səsini ucaldan Sabir Qaraqoyunlunun (Əfəndiyev) “Qaraqoyunlu ləhcəsi “Dədə Qorqud” ləhcəsidir” kitabı Azərbaycan dilinin saflığına həsr edilmiş filoloq ömrünün yazıya alınmış yaşantılarıdır. Kitaba müəllifin istər dövri mətbuatda, istərsə də elmi-metodiki jurnal və almanaxlarda müxtəlif illərdə dərc olunmuş məqalələrindən seçmələr daxil edilmişdir.


Wednesday, March 2, 2016

Seyfəddin Mənsim oğlu
"METAFORA"
Çoban bulağından başlanan yol
Kitabda tanınmış ağac üzərində oyma ustası Seyfəddin Mənsimoğlunun həyat yolundan, yaradıcılığından, sənətdə qazandığı uğurlardan bəhs olunur. Dostları, tanınmış sənət adamları bu qeyri-adi peşə ustasının sənətinin incəliklərindən söz açır, onun bir insan kimi fərdi və şəxsi keyfiyyətlərini dilə gətirirlər. Kitabda eyni zamanda, Seyfəddin Mənsimoğluya həsr olunmuş şeirlər, ithaflar və özünün məqalə və yazıları da əksini tapmışdır.

Bakı, "Şərq-Qərb", 2011, 336 səhifə
ISBN 978-9952-8144-3-9


Səhər Delicani
“Çakaranda ağacının uşaqları” (roman)
(Children of the Jacaranda Tree)
İngiliscədən tərcümə: Xədicə İsmayılova

“Çakaranda ağacının uşaqları” müəllifin ilk romanı olsa da, dərhal şöhrət qazanaraq 28 dilə tərcümə edilib və 75-dən çox ölkədə nəşr olunub. Əsər bir çox ədəbi mükafatlarla təltif olunub və nüfuzlu dünya KİV-lərində onun barəsində yüksək rəylər dərc edilib.
Əsər İrandakı siyasi rejimlə mübarizə aparanların ağır taleyindən, ağuşuna düşdükləri işgəncə və ölümlərindən, onların işini davam etdirən övladlarının sarsıntılarından və sönməyən azadlıq arzularından bəhs edir. Müəllif müxtəlif dövrlərə aid kəskin süjetləri çarpazlaşdıraraq, fərqli nəsillərin vahid dramını yaradır.

2016, 278 səh. ISBN 978-9952-494-77-8
Qiyməti: 7.00 AZN