Friday, January 29, 2016

Tərcümə edənlər: Vilayət Quliyev, Vəli Həbiboğlu
Lev Qumilyov. Qədim türklər
Kitabda qədim türk dövlətinin yaranması, inkişafı və süqutu tarixi tədqiq edilir. Müəllif türklərin siyasi həyatını, onların məişətini, dini görüşlərini və mədəniyyətini zəngin materiallar əsasında araşdırır, iki dövrün qovşağında — qədim və orta əsrlərdə Orta Asiyada köçərilərin həyat tərzini işıqlandırır.
© “Kitab klubu”, 2016
© “Gənclik”, 1993

Müəllif: Lev Qumilyov
Dil: Azərbaycan
Nəşriyyat: © Bakı Kitab Klubu
Nəşr ili: 2016
ISBN -
Səhifə: 544 səh.
Format: 60x84 1/16 (140x200 мм) 
Cildi: yumşaq
Tiraj: 100

Daha yazısını çap etdirə bilməyən qalmayacaq...
      Diqqət: imzasını tanıtmaq istəyən bütün qələm sahiblərinin çap olunma çətinlikləri aradan götürülür! Belə ki, “Azərbaycan nəşrləri” jurnalı, kitabın maya dəyərinin artdığı, çapının bahalaşdığı və kitab alanların maliyyə imkanlarının azaldığı bir şəraitdə, ədəbi fəaliyyətın zəifləməsinin qarşısını almaq məqsədi ilə yeni formatda çap olunacaq.
      Yeni formatın devizi “Ödənişdən qonorara”dır. Yəni hələ tanınmamış yazarların və tərcüməçilərin əsərləri səhifəhesabı ödənişlə (müəllif və ya onun əsərini təqdim edən tərəfindən) çap edilir və internet səhifəsindəki reytinq cədvəlinə daxil edilir. Sonra, yazıçının reytinqi artdıqca, növbəti əsərlərinin çapı üçün etdiyi ödəniş azalır, son nəticədə əsərləri jurnalda pulsuz çap edilir və kitabı nəşrə hazırlanır.
      İstedadınıza və yaradıcılıq qabiliyyətinizə inanırsınızsa, bu imkandan yararlanıb yaradıcılıq aləmində varlığınızı təsdiq edin.
      Əsərlərinizi göndərmək üçün yubanmadan aznesh2016@gmail.com e-mail ünvanına müraciət edin.
      Müraciətinizə cavab olaraq “Azərbaycan nəşrləri” jurnalının yeni formatı, əsərlərin göndərilmə qaydaları və ödənişlə bağlı daha ətraflı məlumat alacaqsınız. 
http://kitabklubu.org/nesriyyat-xidmetleri.html

Monday, January 25, 2016

Gülarə Munis
"MUNİSİN DEYİMLƏRİ"
Kitaba G.Munisin müxtəlif vaxtlarda dediyi ana sözü, nənə öyüdü, ibrətli və hikmətli kəlamları, gənclərə tövsiyyə və nəsihətləri cəm olunub.
ISBN 978-9952-29-099-8
Bakı, "MBM", 2015, 120 səh.

Saturday, January 23, 2016

Məhəmməd Əsəd Bəy
MUHƏMMƏD. SON PEYĞƏMBƏR
/Tarixi-publisistik roman/
Alman dilindən tərcümə edən : Çərkəz Qurbanlı
Kitabda Ərəbistanın islamdan öncəki cahiliyyət dövrü, dünyanın yeni düzənini yaratmış Peyğəmbərimizin uşaqlığı, gəncliyi və peyğəmbərliyi eləcə də islamın XX əsrin əvvəlinə kimi olan durumu gözəl bədii boyalarla təsvir olunur.
© Kitab Klubu MMC, 2016
KitabKlubu.org, 2016, 392 səh.


Wednesday, January 20, 2016

BAKI KİTAB KLUBUNDA ENDİRİM KAMPANİYASI (-30%)


“20 Yanvar - Tariximizin qanlı və şanlı səhifəsi” /Kitab-albom/
Bu kitab-albom Azərbaycan tarixinin unudulmaz və qanla yazılmış səhifəsi olan 20 yanvar hadisələri Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin və "AzərTAc”ın birgə layihəsidir.
Layihənin rəhbərləri Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri, professor Əli Həsənov və "AzərTAc”ın baş direktoru Aslan Aslanovdur.
Nəşrdə 20 Yanvar hadisələrinin miqyasını, Azərbaycan xalqının 26 il əvvəl yaşadığı faciəni əks etdirən yüzlərlə fotoşəkil toplanıb. Tərtibçilər 20 yanvar hadisələrinin səbəblərini, həmin hadisələr ərəfəsində Azərbaycanda yaranmış gərgin ictimai-siyasi vəziyyəti, Ermənistanın əsasız ərazi iddiaları və Dağlıq Qarabağı Azərbaycandan ayırmaq cəhdləri ilə əlaqədar baş qaldırmış etiraz dalğasını, keçmiş sovet rəhbərlərinin xalqımıza qarşı məkrli siyasətini və digər mühüm məqamları xronoloji ardıcıllıqla təqdim ediblər. Həmin dövrdə cərəyan edən hadisələri və faciəni əks etdirən fotosənədlər "20 Yanvara aparan yol”, "İnformasiya blokadası”, "Qanlı statistika”, "Vida günü”, "Şəhidlər”, "Şəhidlər Xiyabanı - müqəddəs məkan” başlıqları altında toplanıb. Bu fotoşəkillər AzərTAc-ın və bir çox tanınmış fotoqrafların arxivlərindən götürülüb.
"20 Yanvar - Tariximizin qanlı və şanlı səhifəsi” kitab-albomu 1987-ci ildən başlayan bir dövrü əhatə edir. Nəşrdə keçmiş sovet ordusunun Bakıda törətdiyi hərbi cinayətlərlə yanaşı, Azərbaycan xalqının azadlıq mübarizəsinə, şəhidlərin xatirəsinin əbədiləşdirilməsi istiqamətində görülən işlər, ulu öndər Heydər Əliyevin həmin ağır günlərdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək qanlı qırğına ilk olaraq etiraz səsini ucaltması və siyasi-hüquqi qiymət verməsi, eləcə də ölkəyə rəhbərliyi dövründə şəhid ailələrinə göstərdiyi diqqət və qayğı, prezident İlham Əliyevin şəhidlərin xatirəsinin əbədiləşdirilməsi istiqamətində atdığı sonrakı addımlar da öz əksini tapır. Kitab-albom 20 Yanvar faciəsinə 26 ildən sonra baxış kimi də səciyyələndirilə bilər.
Layihədə daha bir əsas məqsəd 20 Yanvar hadisələrinə dair fotoşəkilləri və sənədləri küll halında təqdim etmək, oxucuda, xüsusən dünya ictimaiyyətində faciə barədə aydın və obyektiv təsəvvür yaratmaqdır. Bununla bağlı əsl həqiqətlərin daha geniş auditoriyaya çatdırılması üçün kitab-albom dörd dildə - Azərbaycan, ingilis, rus və ərəb dillərində nəşr olunub.


Thursday, January 14, 2016

Qaçaq Nəbi
Tərtib edəni: Əhliman Axundov
Azərbaycanın xalq qəhramanı Qaçaq Nəbi daim haqqıədaləti qorumuş, haqlının yanında olmuş, ona görə də xalqımızın xatirəsində daim yaşamaqdadır. Sevilə-sevilə oxunan dastanın növbəti nəşrini oxuculara təqdim etməyə məmnunuq.
Tərtib edəni: Əhliman Axundov
Dil: Azərbaycan
Nəşriyyat: © Bakı Kitab Klubu
Nəşr ili: 2016
ISBN -
Səhifə: 504 səh.
Format: 60x84 1/16 (140x200 мм)
Cildi: yumşaq
Tiraj: 100
© Kitab klubu, 2016
© Azərnəşr, 1961
--------------------------
Qiyməti: 8.00 manat


Wednesday, January 13, 2016

"Azərbaycan dilinin frazeologiya lüğəti"
Tərtibçilər: Qulu Məhərrəmli, Rafiq İsmayılov
Nəşr ili: 2015
Kitabın ölçüləri: 170 mm x 240 mm
Səhifələrin sayı: 288
Qiyməti: 6.00 AZN

Lüğətdə yazılı və şifahi nitqdə işlənən 7000-ə yaxın frazeoloji ifadənin izahı verilmişdir. Mətbuatda, televiziya və radio verilişlərində, həmçinin şifahi və yazılı ədəbiyyatda tez-tez rast gəlinən bu ifadələrin ümumişləkliyi əsas prinsip kimi götürülmüşdür.




Monday, January 11, 2016

Alipiyeva M., Vasilyeva V.
«Həvəskar tərəvəzçiliyə 666 məsləhət»

Kitab həvəskar bağban, üzümçü və gülçülər üçün təcrübi məsləhətlərdən ibarət seriya ilə buraxılan kitablardan biridir.
Kitab ona göstərilən böyük maraqla əlaqədar bolqar dilində üç dəfə nəşr olunmuşdur.
Sualların və cavabların orijinal forması ilə müəlliflər kitabda müxtəlif tərəvəz bitkilərinin becərilməsinə dair qiymətli məsləhətlər verirlər. Oxucu tərəvəz bitkilərinin ətraf mühitə tələbatı, ilin müxtəlif fəsillərində onların becərilmə üsulları, tərəvəz bitkilərinin becərildiyi örtülü tikililərlə, vegetasiya və çoxlama vaxtı onlara edilən qulluqla, daha yararlı sortlarla, müxtəlif tərəvəzin saxlanma üsulları, həmçinin əsas xəstəlik və zərərvericilər və onlarla mübarizə tədbirləri ilə tanış ola bilər.
Geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

Bakı, Azərnəşr, 2014. 312 səh.

Zaur Tahirsoy
"Xoşbəxt ailə notları"

Ailə quracağınız şəxsdə sevgi və gözəlliyə xörəyin duzu miqdarında önəm vermək lazımdır. Ailə çox mürəkkəb bir strukturdur. Onun hisslər üzərində qurulması doğru və keyfiyyətli olmaz. Çünki insan hissi dəyişkən, gözəllik isə zamanla məhv olub gedəndir.
Bakı, 2016, 176 səh.


Wednesday, January 6, 2016

"Mühasibatlığa dair məsələlər toplusu"
Müəlliflər: Radil Fətullayev, İbad İbadov, Fərid Abbaslı
Nəşr ili: 2016
Səh.: 192
ISBN 978-9952-508-28-4
Qiyməti: 12 AZN

Kitabda müasir dövrdə kommersiya müəssisələrində tətbiq olunan beynəlxalq mühasibat uçotuna dair praktiki nümunələr və onların bəzilərinin həlləri, o cümlədən maliyyə bərabərliyində əməliyyatların əks etdirilməsi, onların jurnalda qeydiyyatı, sınaq balansının (dövriyyə cədvəlinin) və maliyyə hesabatı formalarının hazırlanması, həmçinin ayrı-ayrılıqda uzunmüddətli və qısamüddətli aktivlərin, öhdəliklərin, kapitalın, gəlir və xərclərin uçotuna aid 100-dən çox məsələ və tapşırıqlar verilmişdir.
Bu kitab maliyyə və mühasibatlıq sahəsində çalışan ekspertlər, mütəxəssislər, mühasiblər və müəllimlər üçün nəzərdə tutulmuşdur. Bununla yanaşı kitabdan müəssisə rəhbərləri, menecerlər, bank sektorunda çalışan ekspertlər, mühasibatlıq üzrə təhsil alan tələbələr, magistrlər və doktorantlar da istifadə edə bilərlər.