Tuesday, November 21, 2017

Зодчество Апшерона : монография
Шамиль Фатуллаев-Фигаров

В книге исследованы градостроительная структура населенных мест Апшерона, обмерены 71 мечетей, 55 хамамов, более 15 мавзолеев, 10 овданов, мардакянские замки и, наконец, знаменитые виллы Муртузы Мухтарова, Шамси Асадуллаева, Теймур-бека Ашурбекова, Кербалаи Исрафила Гаджиева, Таги-бека Сафаралиева, Мамед-бека Ханларова и других. Весь этот ценный архитектурно-планировочный материал, выявленный в процессе многолетней научной работы, положен в основу типологической классификации культовых сооружений, хамамов, овданов, мавзолеев и вилл, и представлен в виде монографического исследования, которое в какой-то степени восполнит существующий пробел по градостроительству и архитектуре Апшерона.

Баку, Шарг-Гарб, 2013, 526 стр. : цв.ил., планы; 18х22см. - 1000 экз., ISBN 978-9952-32-020-6 / ISBN 978-9952-32-027-5


Saturday, November 18, 2017

AVESTA

Avesta dilindən tərcümə edən və şərhlərin müəllifi: prof. İ.M. Steblin-Komenski
Rus dilindən tərcümə edən: Xanlar Həmid

Kitaba ilk dəfə tam şəkildə Azərbaycan dilinə poetik tərcümə olunan seçilmiş "Avesta Yəştləri" daxil edilib.
"Avesta" zərdüştiliyin müqəddəs kitabıdır. "Yəştlər"də zərdüştiliyin mənşəyi, onun təlimi, Ali Tanrı-Ahura Mazdaya inancın erkən dövrü və tarixi haqqında məlumat tapmaq mümkündür.
2017, ISBN 978-9952-404-44-9, səh. 236, 17x24


Friday, November 10, 2017

"Amerika prezidentləri"
müəllif: Elşən Bayramzadə
(II nəşr)

Kitabda dünyanın superdövlətinin prezidentləri və onların fəaliyyət tarixinə nəzər salınıb. Qeyd etsək ki, 2-ci dəfə müstəqillik qazanan Azərbaycan da dövlət quruluşuna görə respublikadır, o halda 200 illik respublika idarəetmə forması ilə idarə olunan ABŞ-ın təcrübəsi, prezidentlik institutunun uğur və uğursuzluqları, böhran və nailiyyətləri Azərbaycan oxucusu üçün maraqlı olacaq. Ümid edirik ki, Amerika tarixinin «əsas» personajlar qalereyası ilə tanışlıqdan sonra, oxucu özü bu şəxsiyyətlərin fəaliyyətini müstəqil şəkildə dəyərləndirə biləcək.

Əziz oxucu, ABŞ tarixini bilmək istəyirsənsə, Elşən Bayramzadənin, “AMERİKA PREZİDENTLƏRİ”ni oxu. Çünki bu kitab lider dövlətin tarixidır. Kitabın satış və yayım hüquqları Bakı Kitab Klubuna məxsusdur.. Buyurun alın, oxuyun, münasibətinizi bildirin. Şəhərimizin kitab dükanlarından əldə edə bilərsiniz.

Bakı Kitab Klubu, 2017, 264 səh.


Monday, November 6, 2017

Təmsillər

Təmsil — epik növün ən qədim janrlarından biridir. Təmsil həcmcə kiçik olur, lakin dərin məna ifadə edir. Təmsilin əsas xüsusiyyəti tənqidi və satirik məzmunda olmasıdır. Sənətkar insanlara xas olan nöqsanları, eyibləri ayrı-ayrı əşya, bitki və heyvanların timsalında əks etdirir. Təmsildə təbiət cismləri və heyvanlar şəxsləndirilir - insan kimi danışdırılır. Ədəbiyyatşünaslıqda buna təşxis deyilir.

Təmsil əxlaqi-tərbiyəvi və nəsihətli səciyyə daşıyır. Adətən, təmsilin sonunda müəllif öz fikrini kiçik nəsihət şəklində bildirir. Məsələn, M.Ə.Sabir "Qarğa və tülkü" təmsilinin sonunda belə bir əxlaqi-tərbiyəvi fikir bildirir:

Olmasaydı cahanda sarsaqlar,
Ac qalardı yəqin ki, yaltaqlar.

Təmsil əsasən nəzmlə yazılır. Dünya ədəbiyyatında nəsrlə yazılmış təmsillər də vardır.

© Kitab Klubu MMC, 2017

Dil: Azərbaycan
Nəşriyyat: © Bakı Kitab Klubu
Nəşr ili: 2017
ISBN -
Səhifə: 152 səh.
Format: 60x84 1/16 (130x200 мм)
Cildi: yumşaq
Tiraj: 50