Friday, May 29, 2015

TEZLİKLƏ

Azərbaycan xalq yazıçısı və Bakı tarixinin 
bilicisi Qılman İlkinin "Bakı və bakılılar" 
kitabında Bakı və onun qədim tarixi haqqında  
çox maraqlı məlumatlar əldə edəcəksiniz.


Monday, May 25, 2015

Самедов, Вячеслав Алиевич
Каспийский нефтеналивной флот : 1874-1917 (монография)
ред. Ф. Джаббаров
Национальный Музей Истории Азербайджана НАНА
Баку : Зия, 2013, 192 с. ; 20 см. 100 экз.


Rövşən Abdullaoğlu
Bu şəhərdə kimsə yoxdur 
(gerçək hadisələr əsasında yazılmış psixoloji roman)

Bu şəhərdə kimsə yoxdur! İnsanlarla dolu kimi görsənir, ancaq başını çiyninə qoyub ağlayacağın biri yoxdur. Səni anlayacaq, yıxılanda əl uzadaraq səni qaldıracaq biri yoxdur. Bu şəhərdə milyonlarla insanın içində sən təksən, kimsəsiz və gözəgörünməz! Bütün şəhərlər eynən bu cürdür. Ölkələr də elə şəhərlərdən təşkil olunduğuna görə nəticədə bütün dünyada sən təksən. – Qoca mənə tanış fikirləri elə içdən dedi ki, elə hesab etdim ki, düşüncələrimi oxuyur. Həqiqətən də, mən on beş il idi ki, bu şəhərdə kimsənin olmadığını hesab edirdim. Mənə elə gəlirdi ki, şəhərlər tamamilə boş və sakinsizdir. Və mən ucsuz-bucaqsız bir səhrada tənha yaşayıram....
ISBN 978-9952-8246-1-2, 2015, 376 səh.


Saturday, May 23, 2015

Lev Nikolayeviç Tolstoy
Şeytan (povestlər)

Tərcümə edənlər: Rafiq Ağayev, Qılman İlkin
Transliterasiya korrektoru: Dürdanə Ramazanlı,
Rauf Həmidov
KitabKlubu.org, 2015, 176 səh.
Kitaba L.Tolstoyun 2 povestini daxil etmişik.
İnsanı yolundan azdıran Şeytan əməlinə Tolstoyun bir çox əsərlərində rast gəlmək olar. Görünür, Tolstoy, öz keçirdiyi hissləri təhlil etmək üçün «Şeytan» əsərini yazmalı olub. Əsər həddən artıq dramatik ruhdadır. Sanki hər an əsərin qəhrəmanının başına qeyri-adi əhvalat gələcəyi gözlənilir. Nəhayət gəlir də... Povestin iki sonluğunun olması isə onu göstərir ki, Tolstoy sonadək də Şeytana qalib gəlmək yolunu seçə bilməmişdi...
«Ailə səadəti» povestində gızın öz qəyyumu olan rəhmətə getmiş atasının dostuna olan məhəbbətindən və onların evlənəndən sonra ailə həyatlarının ilk enişli-yoxuşlu illərindən danışılır. Ailə həyatı Tolstoyun digər əsərlərindən onunla fərqlənir ki, bu əsərdə qəhrəmanların ətraf mühitdən bir növ təcrid olunmuş şəxsi həyatından bəhs edilir. Hadisələr birinci şəxsin adından (ümumiyyətlə bu priyomdan Tolstoyun əsərlərində çox az istifadə olunubdur), özü də qadının adından aparılır.
© Kitab Klubu MMC, 2015
© Yazıçı, 1980, 1984
ISBN 978-9952-8278-2-8


Wednesday, May 20, 2015

Ağıl mücrüsü (Qədim Çin Rəvayətləri)
Tərcümə edəni Həsən Qasımov
Transliterasiya korrektoru: Rauf Həmidov
KitabKlubu.org, 2015, 112 səh.
Bu kitabda toplanmış rəvayətlər Çin xalqı tərəfindən yaradılmışdır. Bu dərin mənalı və hikmətli parçaların bir qismi təəccüb ediləcək dərəcədə qədim — iki min illik ömrə malikdir. Bu rəvayətlər yarandığı vaxtdan geniş xalq kütləsinin dərin məhəbbətini qazandığı üçün dillər əzbəri olmuş, nəsildən-nəslə keçərək uzun əsrlər boyu yaşamışdır. Bunlar Çin kəndlisinin ən səmimi söhbətlərinə zinət verən, Çin uşaqlarının dərsliklərində özünə görkəmli yer tutan, gənc döyüşçülərə və qoca fəhlələrə ilham verən bədii əsərlərdir.
Bu rəvayətlər (təmsillər) insanları mərdliyə, namuslu olmağa və əməyi sevməyə çağırır. Burada özünü öymək, tənbəllik, yalançılıq, xəsislik və başqa mənfi sifətlər kəskin tənqid olunur.
© Kitab Klubu MMC, 2015
© “UŞAQGƏNCNƏŞR”, 1962


Friday, May 15, 2015

Ənvər Çingizoğlu
Cavanşir eli: Sarıcalılar

Kitab Azərbaycan xalqının etnogenezisində, siyasətində, iqtisadiyyatında və mədəniyyətində mühüm rol oynayan Cavanşir elinin ən böyük qollarından biri Sarıcalı camaatının yaşam yolundan bəhs edir. XVIII, XIX, XX yüzilliklərdə Azərbaycanda, Qarabağda baş verən önəmli olaylar bəlgələrin bəlirtisi, tanıqların bilgisi ilə qələmə alınəb. Kitabda Cavanşir elinin Sarıcalı oymağının demoqrafik mənzərəsi yaradılıb. Kitabda Sarıcalı oymağının soykökünün son 500 ili əhatə edən dövrü ilk dəfə tarixi-bioqrafik səpkidə araşdırılmışdır. Qarabağda xanlıq etmiş hakim sülalənin, eləcə də oymağın digər üzvlərinin şəcərələri verilib.
ISBN : 978-9952-28-215-3, 2015, 352 səh.


Thursday, May 14, 2015

Rasim Qaraca
АZƏRBАYCАN АRQО DЕYİMLƏRİ (18+)

Аrqо dеyimlər bizim dilimizin tərkib hissəsidir, cəsarətlə dеmək оlаr, оnun mаyаsıdır, bu dеyimlərin tоplаnmаsı və nəşr еdilməsi, bеləliklə yеnidən dilə qаzаndırılmаsı оnun dаhа dа möhkəmlənməsi və yаşаmаsı qаyğısındаn irəli gəlmişdir. (Rasim Qaraca)
3-cü nəşr. 2005 və 2009-cu illərdə “Türkün Məsəli” adıyla basılmış kitabların artırılmış və yenilənmiş variantı
200 səh. Qiyməti 6 manat. Çap tarixi: 10.05.15, Format: 13x20, ISBN: 978-9952-8278-1-1
Dаhа mükəmməl təkrаr nəşr üçün qеyd və təkliflərinizi rasim.karaca@gmail.comаdrеsinə göndərmənizi хаhiş еdirik.
© Alatoran, 2015


Wednesday, May 13, 2015

Vəli Həbiboğlu
Maştağa
Ensiklopedik məlumat kitabında Bakının qədim və ən böyük kəndlərindən biri olan Maştağanın qısa tarixi, mədəniyyəti, maarifin inkişafı barədə məlumat verilir, bu kənddən çıxmış din xadimlərinin, elm və mədəniyyət nümayəndələrinin, səhiyyə, incəsənət işçilərinin, habelə başqa sahələrdə çalışan görkəmli şəxslərin həyat və fəaliyyəti işıqlandırılır. 

ISBN 5-89600-386-2, 2003, 1236 səh.


Rasim Niyaz
Yoqa. Onurğa problemlərin həlli (öz-özünə əlac)
Müəllifin oxuculara təqdim etdiyi üçüncü kitabda onurğa xəstəliklərinin səbəbləri, diaqnostikası və problemlərin həlli müfəssəl şəkildə verilib. Kitabda oxucu sadə və təsirli asanalarla tanış edilir. Bundan başqa kitabda maraqlı və faydalı məlumatlar var. Kitabda verilən tövsiyələrə riayət etsəniz və məşqləri müntəzəm şəkildə həyata keçirsəniz lazımi nəticəni, yəni səhhətin yaxşılaşmasını əldə edə bilərsiniz. Burada verilən üsullar müalicə edən həkimin məsləhətlərini və göstərişlərini əvəz etmir. Yaxşı olar ki, həkimin məsləhətlərindən sonra kitabda verilən praktiki informasiyalardan istifadə edəsiniz.
ISBN 5-86874-171-0, 2015, 116 səh.


Tuesday, May 12, 2015

Nəsiman Yaqublu
MƏHƏMMƏD ƏMİN RƏSULZADƏ. BİBLİOQRAFİYA
(3 dildə)
Bu biblioqrafiyada Azərbaycanın görkəmli dövlət xadimi M.Ə.Rəsulzadənin həyat və fəaliyyətini əks etdirən əsərlərinin ümumi siyahısı verilib. Üç dildə - Azərbaycan, Türkiyə türkcəsi və rus dillərində hazırlanmış bu biblioqrafiyadan elm adamları, siyasi xadimlər, diplomatlar və tədqiqatçılar faydalana bilər.
ISBN: 978-9952-8278-0-4
Kitab Klubu, 2015, 464 səh.


Monday, May 11, 2015

"ƏLFƏCİN" MMC )) / foto sərgidən
Kitabları Kitab Mağazalarından soruşun!..


Friday, May 8, 2015

Təyyar Salamoğlu
M.Ə. Sabirin milli intibah idealı
Kitabda Azərbaycan satirik şeirinin böyük nümayəndəsi M.Ə. Sabirin irsinə böyük sevgi və həssaslıqla yanaşılaraq şairin elmi tərcümeyi-halı, yaradıcılıq bioqrafiyası, klassik ədəbi irslə , dünya ədəbiyyatı ilə əlaqəsi, novator keyfiyyəti müəllifin məqalələrində geniş şəkildə şərh olunmuşdur. Bu məqalələri M.Ə. Sabirin poetik irsinə yeni baxışın elmi ifadəsi kimi də dəyərləndirmək olar.
2015, 144 səh.

Bədirxan Əhmədov
XX yüzil Azərbaycan ədəbiyyatı: mərhələlər, istiqamətlər, problemlər
Monoqrafiyada XX yüzil ədəbiyyatının mərhələ və problemləri təhlil edilir. Tədqiqatda Azərbaycan ədəbiyyatının milli hərəkat dövrü və onun realizm, romantizm, maarifçi realizm, Cümhuriyyət ədəbiyyatı, sosrealizm və 60-cı illər mərhələləri, ədəbi prosesin xarakteri, nəsr, poeziya, dramaturgiyanın inkişaf yolları, eləcə də repressiyanın genezisi, mühacirət və legion ədəbiyyatı və s. problemlər çağdaş meyarlarla araşdırma obyekti olur. Monoqrafiyada yüzilin ədəbi prosesinə, mərhələ və problem təsnifatına elmi-nəzəri, konseptual baxış ifadə olunur.
“Elm və təhsil”, ISBN 978-9952-8176-0-7, 2015, 552səh., 17x24, yumşaq, 500


Kitab Sərgi-Yarmarkası - 2015
Bakı. Filarmoniya Bağı. 06.05.2015
FOTOSESSİYAMIZ:
https://www.facebook.com/media/set/?set=a.881672898565439.1073741838.601510713248327&type=1
Photos by E.Huseynov

Video: https://www.youtube.com/watch?v=COdS3K3Jafs



Saturday, May 2, 2015

Teymur Əzizov
Ölümə gedənlərin son rəqsi
Əsər 90-cı illərdə yaşayanlar və Dağlıq Qarabağda döyüşənlərinin həyat hekayətlərindən bəhs edir. Bayıl türməsi, “odinoçka” deyilən otaq. Otaqda bir məhbus var. O dörd divar arasında tək-tənha idi. Gözəl səsi olmasa da, yanıqlı-yanıqlı oxuyur. Mahnı oxuyarkən, birdən hirslə yumruğunu divara vururdu. O mahnını oxuyub qurtarandan sonra ayağa qalxaraq dəli kimi rəqs etməyə başlayır...O məhbusluq həyatından qorxmurdu. Çünki bu insan heç qorxunun və peşimançılığın nə olduğunu bilmir. Bəs onda, onun kamerada etdiklərinin səbəbi nə ola bilərdi?
2014, 288 səh..