Tuesday, September 30, 2014

Aydın Qarabağlı 
Qarabağ onun qədim tayfaları və toponimləri

Kitab Qarabağın keçmişinə, onun qədim türk mənşəli tayfalarına və bu boyların bizə torpaqlarımız qədər qədim, son dərəcə mənəvi dəyəri olan yaddaş-yadigar qoyduqları coğrafi adlara (toponim, etnonim, oronim...) həsr olunmuşdur. Kitaba əlavə olunmuş izahlı toponimik lüğətlər də əski dövrlərdən adıçəkilən ərazilərdə türk mənşəli tayfaların məskunlaşmasına dəlalət edir. Kitabda xəritələr və şəkillər verilib.

2008, 480 səh.




Monday, September 29, 2014

Cabua Amirecibi 
"Data Tutaşxia"
(Tərcüməçi: Emin Elsevər (Mahmudov)

Romanın müəllifi Cabua Amirecibi 1921-ci ildə Gürcüstanda anadan olub. Dissident həyatı yaşayan C. Amirecibi Tiflis Dövlət Universitetinin hüquq fakültəsinə daxil olmuş, bir ildən sonra filologiya fakültəsinə keçmişdir. 1941-ci ildə müharibə başlanan günün səhəri dərhal cəbhəyə aparılmışdır. Lakin valideynləri 37-ci ilin repressiyasına məruz qaldıqları üçün C. Amirecibi “düzgün çağırılmamış” kimi ordudan tərxis edilmişdir. O, qeyri-leqal “Tetri Giorgi” antisovet təşkilatının banilərindən biri olmuş, 1943-cü ildə silahlı üsyana hazırlıq ittihamı ilə tutularaq 25 il azadlıqdan məhrum edilmişdir.

Sonra bu cəza güllələnmə ilə əvəz edilmiş, nəhayət, bu da yenidən 25 il azadlıqdan məhrumetmə ilə əvəz olunmuşdur. Həbsdə olduğu zaman 3 dəfə qaçmışdır. C. Amirecibi məhbusluqdan 1959-cu ildə qayıtmışdır. 1970-74-cü illərdə Gürcüstan-ABŞ birgə müəssisəsi olan “Amsakfilm”in yaradıcısı və direktoru, “Kino” almanaxının banisi və redaktoru olmuş, “Gürcfilm”də bir sıra rəhbər vəzifələrdə çalışmışdır. Bədii yaradıcılığa 1960-cı illərdən başlayan C. Amirecibinin məşhur romanı “Data Tutaşxia” 1972-ci ildə “Siskari” (Göyqurşağı) jurnalının bir aneçə nömrəsində çap olunmuşdur. Əsər bir neçə dilə tərcümə edilmiş, elə həmin ildə bu romanın ssenarisi əsasında eyniadlı çoxseriyalı kinofilm çəkilmiş və 1981-ci ildə filmin yaradıcı heyəti ilə birlikdə C. Amirecibiyə SSRİ Dövlət mükafatı verilmişdir. Beynəlxalq mükafatlara və titullara layiq görülən C. Amirecibinin tərcümeyi-halı Kembricin və ABŞ-ın bioqrafik məlumat kitabçalarına daxil edilmişdir.
Əsərdə bir-birinə qarşı duran qəhrəmanların - Data Tutaşxianın və Muşni Zarandianın mübarizəsini hər bir insanın öz daxili aləmindən süzülüb gələn özünün-özünə qarşı mübarizəsi kimi qəbul etmək olar. Xeyirlə Şərin mübarizəsi, vicdan, güc, dostluq, qardaşlıq, millət, xalq, bizi qoynunda yaşadan Dünya barədə fəlsəfi düşüncələr romanın məhək daşlarını, dayaq nöqtələrini təşkil edir.

“Tiflis”, 2010, 626 səh., 14x20, bərk
ISBN 978-9941-400-48-3





Saturday, September 27, 2014

Əhsən Rəhmanlı
“Səhnəmizin məcnunu Baba Mahmudoğlu”

Kitabın bütün bölmələri görkəmli el sənətkarının ayrı-ayrı xarakterik xüsusiyyətlərini, daxili aləmini, milli musiqimizə, muğama, saz-söz sənətinə, Vətənə olan hədsiz məhəbbətini, el yanğısını üzə çıxaran faktlarla zəngindir. Azərbaycan musiqi ifaçılığı tarixində öz yeri olan unudulmaz sənətkarımızla bağlı kitabda yer alan dolğun məlumatlar hər bir oxucu tərəfindən maraqla qarşılanacaqdır. Kitabda xanəndənin ömür yolu, vaxtı ilə bir çox mətbu orqanlarında dərc olunmuş müsahibələri və Azərbaycan Dövlət Opera və Balet Teatrının səhnəsində yaratdığı maraqlı obrazların fotoşəkilləri əks olunmuşdur. Kitab sənətkarın ömür-gün yoldaşının (Amaliya Cəfərzadə) dəstəyi ilə işıq üzü görüb.

“Araz”, 2012, 560 səh



О.А.Холодова
"За три месяца до школы"
(готовимся к школе)

Развитие познавательных способностей.
/рабочая тетрадь/


Friday, September 26, 2014

Söhrab İsayev, Səbuhi Tanrıverdiyev
İqtisadi hüquq (ilk buraxılış) 

Dərs vəsaitində “İqtisadi hüquq” kursu çərçivəsində tədrisi nəzərdə tutulan mövzular, o cümlədən iqtisai münasibətlər sistemində hüquq, iqtisadi hüququn mənbələri və normativ-hüquqi bazası, iqtisadi hüquqda müqavilə münasibətləri, rəqabət hüququ, maliyyə hüququnun əsasları, vergi hüququ, enerji hüququ, kommersiya hüququ, informasiya hüququ, nəqliyyat hüququ, gömrük hüququ və beynəlxalq iqtisadi hüquq əhatə edilmişdir.
2013, 360 səh.



Thursday, September 25, 2014

Mehman Süleymanov
Gülüstan müqaviləsi (I və II hissə)

Kitab XVIII əsrin sonu və XIX əsrin əvvəllərində Azərbaycan xanlıqları ərazisində və bütünlükdə Cənubi Qafqazda baş verən hərbi-siyasi proseslərə həsr olunmuşdur. Nadir şah dövlətinin dağılmasından sonra Azərbaycan xanlıqlarının yaranması, xanlıqlar və qonşu xalqlar arasındakı qarşılıqlı münasibətlər, bu xanlıqların hərbi potensialı, xanlıqların işğalçı hücumlara qarşı mübarizəsi, xanlıqlar əhalisinin işğala qarşı mübarizəsi və “Gülüstan” müqaviləsinin imzalanmasına qədər bölgədə baş vermiş digər hərbi-siyasi hadisələr geniş şəkildə tədqiq edilmişdir.

2014, ISBN 978-9952-8176-4-5, 624 səh.


Wednesday, September 24, 2014

Riçard Brenson
"Hər şeyi kənara qoy! Giriş və et!"

Tərcüməçi: Fəxriyyə Rzayeva

Bakı «Kitab Klubu» Riçard Brensonun «Hər şeyi kənara qoy! Giriş və et!» kitabını Azərbaycan dilində təqdim edir. Bu əsər biznesin ilk - 10 kitabından biridir. 
Şotland mənşəli Britaniya iş adamı, 400-dən artıq müəssisəni birləşdirən “Virgin” şırkətlər qrupunun sahibi Riçard Brenson öz fəaliyyətini, ona uğurlar qazandırmış prinsipləri, həyatdan aldığı dərsləri səmimi bir dillə təsvir etmişdir.

KitabKlubu.org, 2014, 136 səh.
ISBN 978-9952-8252-3-7
(012) 492-12-38, (050) 404-91-13



Monday, September 22, 2014

A.P. Çexov
«Qeyd dəftərçələri. Məktubları»

Cəmi 44 il yaşamış görkəmli rus yazıçısı və dramaturqu Anton Pavloviç Çeхоvun yaradıcılığı haqqında Lev Tоlstоy belə deyib: «Əgər bütün rus ədəbiyyatı təsadüf ucbatından yохa çıхsaydı və təkcə Çeхоvun hekayələri qalsaydı, bunlar əsl rus həyatı barədə bütün dünya хalqlarında aydın təsəvvür yaratmaq üçün kifayət edərdi».
Əlinizdə tutduğumuz kitabda isə Çexovun hekayələri deyil, qeyd dəftərçələrindəki qısa qeydləri və məktubları toplanıb. Tolstoyun sözlərinə biz də onu əlavə edərdik ki, təsadüf ucbatından Çexovun qalan əsərləri yoxa çıxsaydı o elə bu qeydlərlə də yadda qalardı...

ISBN 978-9952-8202-7-0
KitabKlubu.org, 2014, 112 səh.


"GƏNCƏ RƏSSAMLARI"

"Xalq Əmanəti" layihəsi çərçivəsində nəşr olunan növbəti, sayca doqquzuncu buraxılış - "Gəncə rəssamları" bədii albomu Nizami yurdunda yaşayıb-yaratmış 5 sənətkarın - rəssamlar Rza Məmmədov (1918-1994), Xalidə Səfərova (1926-2005), Gennadiy Brijatyuk (1935-2008), Fazil Əliyev (1947-1993) və heykəltəraş Qorxmaz Sücəddinovun həyat və yaradıcılığına həsr olunub.


А. Майданский
"Старейшее жизнеописание Спинозы: Б. Спиноза "Трактат об очищении интеллекта

Книга включает трактат Спинозы "Об очищении интеллекта", изданный в 1914 году, комментарии к нему и другие исследования, посвященные логике и теории познания Спинозы, а также впервые переведенную на русский язык старейшую биографию Спинозы, написанную его другом и учеником, которому пришлось скрыть свое имя.

2007, 978-5-222-12481-9, Стр. 525



Saturday, September 20, 2014

Çinarə Köçəriyeva 
"Ərəb əlifbasını yazmağı öyrənirəm"

Kitabda ərəb hərflərini tanıdıb, öyrətmə üsulu kiçik yaşlı uşaqların yaş xüsusiyyətləri nəzərə alınaraq seçilmişdir. Hər bir səhifədə verilmiş şəklin baş hərfi öyrədilən ərəb hərfi ilə eyni səsi ifadə edir. Verilmiş şəkilləri rəngləmək uşaqların matorikasının inkişafına səbəb olmaqla yanaşı, şəklin adındakı ilk hərfə uyğun olaraq ərəb hərfinin yadda saxlanılmasına kömək edəcəkdir. Qırıq xətləri birləşdirməklə öyrəndikləri hərfin müxtəlif yazılış formalarını da tanıyacaq, düzgün yazmağı öyrənəcəklər.
“Şərq-Qərb”, 2014, 88 səh., 19x27, yumşaq
4 AZN



Метанет Тагиева, Анар Джафарханлы 
Читай в транспорте 

Дорога длинная? Путь долгий? Вот маленький сборник рассказов, который отвлечет от автомобильных пробок, привычного монотонного ландшафта и поможет сократить расстояние от дома на работу и обратно. Герои предлагаемых вам, дорогие читатели, рассказов очень похожи на нас с вами.

ISBN 978-9952-28-168-2, 2014, 40 cтр.



Friday, September 19, 2014

Nəşrə hazırlayan: Mehmet Rıhtım
Qırxlar - Azərbaycanın sufi pirləri 

“Qırxlar -Azərbaycanın sufi pirləri” adı verilən bu kitabdakı sufilərin Azərbaycan ilə bağlılığı bir neçə cəhətiylə təsbit edilməkdədir. Əvvəla, Azərbaycanda doğulmuş və burada yaşayıb vəfat etmiş olanlar, ikincisi, Azərbaycanda doğulmuş, başqa yerlərdə yaşamış olanlar, üçüncüsü başqa yerdə doğulmuş, Azərbaycana gələrək burada yaşamış və vəfat etmiş olanlar, dördüncüsü uzun müddət Azərbaycanda yaşamış olanlar. Bunlardan birinci və ikinci qrupdakı çoxluq, ikinci və üçüncü qrupdakılar isə azlıq təşkil edir. Kitabın adının “Qırxlar” olmasının səbəbinə gəldikdə isə 40 sayının təsəvvüfdə xüsusi mənası ilə bərabər Ləməzatda adları keçən və məlumat verilən Azərbaycanlı sufi şeyxlərinin sayının qırx civarında olması ilə bağlıdır. Qırxlar sufilikdə qəbul edilən və hər dövrdə var olduqlarına inanılan müqəddəs övliya şəxsiyyətlərdir. Ədəbiyyatımıza, folklorumuza, toponimlərimizə daxil olmuş sirli bir rəqəmdir.
2014, ISBN 978-9952-468-28-1, 176 səh



Mehman Süleymanov
Nuri Paşa və silahdaşları

20-ci əsrin əvvəllərində Azərbaycanın müstəqilliyi uğrunda başladılan mücadilə hərəkatında , qədim və gözəl Bakı şəhərinin, Şərqin mədəni, ictimai-siyasi mərkəzlərindən biri olan Bakının birləşmiş düşmən qüvvələrindən azad edilməsində Qafqaz İslam Ordusunun və bu ordunun komandanı Nuru Paşanın böyük xidmətləri olub. Bu kitabda böyük sərkərdənin və onun silahdaşlarının keçdiyi şərəfli yol öz əksini tapıb.
2014, ISBN 978-9952-468-38-0, 536 səh.



Seyid Yəhya əş-Şirvani əl-Bakuvi
Risalələr II (nəzm əsərlər) 
Kitaba böyük mütəfəkkirin “Mənazilül-aşiqin”, “Məqamat”, “Ətvarül-qəlb”, “Şərhi-məratibi-əsraril-qülüb”, “Şərhi-əsmai-səmaniyə”, “Salavatun-Nəbi”, “Qəzəliyyat” və “Qisseyi-Mənsur” nəzm əsərləri daxil edilib. 

2014, ISBN 978-9952-468-34-2, 290 səh. +190 səh. çorum nüsxəsi əlyazmasının fotosurətləri


Thursday, September 18, 2014

Mehmet Rıhtım
Seyid Yəhya Bakuvi

Azərbaycanın ictimai-siyasi və mədəni tarixində mühüm rol oynamış gerçəkliklərdən biri də təsəvvüfdür. Azərbaycan təsəvvüfünün yetişdirdiyi ən görkəmli şəxsiyyətlərdən biri olan Seyid Yəhya Bakuvi olub. Onun təsis və inkişaf etdirdiyi Xəlvətiyyə təriqəti XV əsrdən etibarən ədəbi, fəlsəfi, ictimai və siyasi sahələrdə böyük təsirə malik olmuş və müsəlman aləmində geniş şəkildə yayılmışdır. Azərbaycan mədəniyyət tarixinin mühüm bir hissəsi olaraq, iyirmidən artıq əsər qoyub getmiş, "Seyid" təxəllüsü ilə şeirlər yazmış bu mütəfəkkirin həyatı və düşüncə sistemi bu kitabda geniş şəkildə təhlil edilmişdir.

2013, ISBN 978-9952-8176-4-5, 216 səh.



Tuesday, September 16, 2014

National Geographic Azərbaycan.
"Azərbaycanın rəngləri"  
ABŞ-ın Milli Coğrafiya Cəmiyyətinin populyar “National Geographic” jurnalı Azərbaycan dilində də nəşr olunub. Azərbaycan dili jurnalın nəşr olunduğu sayca 40-cı dildir. Jurnalın əsas materialları ingilis dilindən tərcümə olunub. Jurnalda eyni zamanda, Azərbaycan oxucusu üçün maraq kəsb edən materiallar da yer alıb.
Jurnalda dünyanın ən maraqlı yerləri, qədim tayfaları, vəhşi təbiəti, məşhur alimlərin elmi yenilikləri haqqında oxumaqla yanaşı, peşəkar fotoşəkillər də görə bilərsiniz. Dərgidə Azərbaycan, onun tarixi və mədəniyyəti ilə bağlı maraqlı yazılar da var.
1888-ci ildən dərc olunan ingilisdilli "National Geographic" jurnalı hərtərəfli və aktual məqalələr, əfsanəvi fotoillüstrasiyalar və xəritələr vasitəsilə mədəniyyət, təbiət, elm və texnologiya sahələrini dərindən əhatə edir. Jurnal hər ay dünyanın 60 milyon oxucusu tərəfindən oxunur. Artıq jurnal ingilis dilindən əlavə, 40 yerli dildə dərc olunur. Azərbaycan versiyasından əvvəl 2013-cü ilin mart ayında jurnalın Ukrayna versiyası ilk dəfə işıq üzü görüb, həmin ilin iyul ayında isə Tayvan versiyasına Honkonq versiyası əlavə olunub.
İnsanları planetimizin qayğısına qalmağa təşviq etmək missiyasına sahib olan 126 yaşlı Milli Coğrafiya Cəmiyyəti dünyanın ən böyük qeyri-kommersiya elm və təhsil təşkilatlarından biridir. Üzvləri tərəfindən dəstəklənən, təşviq etmək, maarifləndirmək və öyrətmək üçün fəaliyyət göstərən cəmiyyət hər ay KİV platformaları, məhsul və tədbirləri vasitəsilə dünyada 600-dən artıq insana müraciət edir. Milli Coğrafiya Cəmiyyəti 11 mindən artıq tədqiqat, mühafizə və araşdırma layihəsini maliyyələşdirib və onun təhsil proqramları vasitəsilə coğrafi biliklər genişləndirilir.
Ətraflı məlumat üçün: www.nationalgeographic.com
"Garant" Media Holding


Monday, September 15, 2014

İradə Musayeva
Vaqif Səmədoğlu

Kitabda ilk dəfə olaraq çağdaş Azərbaycan şeirində mühüm hadisə hesab olunan Vaqif Səmədoğlu poeziyası, bu poeziyanın mövzu və problematikası, poetika məsələləri araşdırılır, "qərib", "tənha", "qəribə"-əslində isə qeyri-adi poetik istedad və intellektual şəxsiyyət olan Vaqif Səmədoğlu fenomeni açıqlanır, şairin lirik "mən"i ilə mühit arasındakı barışmazlığın, zərurətlərin səbəbləri və mahiyyəti göstərilir. Təkrar nəşrdə müəllifin bir neçə dram əsəri haqqında mətbuatda çap olunmuş məqalələr yer alıb.

2014, 184 səh.



Saturday, September 13, 2014

Çingiz Qacar
Azərbaycan qədim və orta əsrlərdə. Görkəmli şəxsiyyətlər

Kitabda qədim və orta əsrlər Azərbaycanının səksənə yaxın görkəmli alim, rəssam, xəttat, şair, musiqiçi,sərkərdə, dövlət və din xadiminin tərcümeyi-halları xronoloji qaydada verilmişdir. Kitab Azərbaycanın çoxəsrlik tarixini, mədəniyyətini və incəsənətini öyrənənlər üçün maraqlı vəsaitdir.
2012, ISBN 5-86110-096-9(033), 448 səh.


Thursday, September 11, 2014

Vaqif Səmədoğlu
Müdriklərlə üz-üzə

Topluda Azərbaycanın böyük qələm sahibi Vaqif Səmədoğlunun deyimləri və aforizmləri təqdim edilmişdir. 
Ədəbiyyat həmişə həyata qarşı müxalifətdə olmalıdır...
Qələm yola düşəndə onun dalınca ya Allah su atır, ya Şeytan...
Millət heç zaman nə müsbət, nə mənfi qəhrəma ola bilməz...




Шовкет Керамова
"После меня останется море..."

Бог, Земля, Море, Смерть, Любовь... Всем этим наполнены поэзия и драматургия Вагифа Самедоглу. Иногда он кажется непонятен. Но он скорее непривычен. Его яркое творчество бувут чувства, мысли и воображение читателя...

2012, ISBN 5-8020-1453-9, стр. 404,


Tuesday, September 9, 2014

*** ABUNƏÇİLƏRİN NƏZƏRİNƏ ***
DƏK Seriyasından yeni 2 kitabı Sizə təqdim edirik.
Beləliklə Dünya Ədəbiyyatı Kitabxanası layihəsindən 100 kitab artıq nəşr olunub.
1. Fransuaza Saqan, S/Əsərləri
2. Fransua Rable, "Qarqantua və Pantaqruel"


Monday, September 8, 2014

Тофик Агаев
Листопад слов
(Сентенции, аллюзии, мотто)

второе дополненное издание

Автор: Тофик Агаев (ТофАг)
Языки: Русский 
Издательство: © Kitab Klubu
ISBN 978-9952-8087-6-8; 2014 г. 
Страниц: 144 стр. 
Формат: 60x84 1/32 (100x150 мм) 
Тираж: 100 экз.
Переплёт: мягк. обложка

E-mail: Tofik-Agayev@rambler.ru

***

Сборничек ТофАга великолепен, стихи-притчи, стихи-заповеди, афоризмы и парадоксы, они по мне, есть шедевры, хотя каждый стих по-своему хорош...
Передайте, пожалуйста, мою благодарность Тофику! Спасибо!.. Ч.Г.
Чингиз Гусейнов, писатель. Москва

Несколько слов об авторе:

Тофик Агаев

Родился в 1933 году в Баку. Поэт, драматург, хайдзин, афорист, переводчик.

По образованию – филолог.

Автор более 30 книг для взрослых и детей, изданных в Сыктывкаре, Москве, Баку, а также пъес для кукольных театров и сценария мультфильма.

Публиковался в поэтических журналах «Дети Ра», «Арион», в детских –  «Мурзилка», «Миша», «Веселые картинки», «Барвинок», «Колобок» и др.

Как хайдзин – он автор 8 сборников. Его хайку вошли в антологию русского трёхстишия «Сквозь тишину» /Санкт-Петербург/.

Общий тираж книг свыше 300 тысяч.

Стихи и сказки переведены на ряд языков народов мира.

Постоянный автор журнала «Литературный Азербайджан» и газеты «Мир литературы».

Член Союза писателей Азербайджана.


Литература о Тофике Агаеве


1. Журнал «Детская литература», Москва, № 3, 1989
2. «Слезинка твоя - море», Р. Миркин, газета «Вышка», 27 августа, 1999.
3. «Как мало слов, как много сказано», Владимир Кадров, газета «Бакинский рабочий» , 12 Февраля 2000.
4. «Песчинка в глазу затмила белнй свет», Ибрагим Шукюров, газета «Бакинский рабочий», 3 мая 2001.
5. «Чересполосица», Марат Шафиев, 2006, издательство Мутарджим
6. «Хокку Тофика Агаева», Акшин Кязимзаде, газета «Каспий», 11 июля 2007.
7. «Для детей надо писать легко и играючи», газета «Неделя», 4 апреля 2008.
8. «Изысканный аромат хайку», Елизавета Касумова, газета «Мир литературы», апрель 2009
9. «Миг с привкусом вечности», Марат Шафиев, газета «Мир литературы», август 2010.
10. «Кусочек неба в поэзии Тайку», Франгиз Ханджан-бекова, газета «Бакинский рабочий», 22 апреля 2009.
11. «Не ржавеет золото молчания», Марат Шафиев, газета «Азербайджанские известия», 25 август 2010.

12. «Где по радуге гуляет слон», Людмила Николаева, газета «Мир литературы», октябрь 2014.

 ______________________________
https://www.facebook.com/notes/bak%C4%B1-kitab-klubu/%D0%B0%D0%B2%D1%82%D0%BE%D1%80-%D0%B1%D0%BE%D0%BB%D0%B5%D0%B5-%D1%82%D1%80%D0%B8%D0%B4%D1%86%D0%B0%D1%82%D0%B8-%D0%BA%D0%BD%D0%B8%D0%B3-%D0%B4%D0%BB%D1%8F-%D0%B4%D0%B5%D1%82%D0%B5%D0%B9-%D0%B8-%D0%B2%D0%B7%D1%80%D0%BE%D1%81%D0%BB%D1%8B%D1%85-%D1%82%D0%BE%D1%84%D0%B8%D0%BA-%D0%B0%D0%B3%D0%B0%D0%B5%D0%B2/650179438381454

http://prochtenie.ru/keywords/%D0%A2%D0%BE%D1%84%D0%B8%D0%BA%20%D0%90%D0%B3%D0%B0%D0%B5%D0%B2

http://deptehlibrary.ru/avtori_Aga.htm

http://magazines.russ.ru/ra/2006/7/ag6.html

http://www.baku.ru/frmpst-view.php?frmpst_id=6661093

http://subscribe.ru/archive/lit.poetry.azeri/200309/15015117.html



Friday, September 5, 2014

Фархад Агамалиев
Большое время Ордубада

В документально-публицистической книге о древнем азербайджанском городе Ордубаде рассказывается о его истории и современности. 

Москва, 2008, ISBN 978-5-87902-144-8, стр. 208


Thursday, September 4, 2014

Bəhram Basqallı, Nazim Qaraməmmədli
"Qazaxlı astronomlar"

Kitab ölməz şairimiz Ağamalı Sadiqin işıqlı xatirəsinə həsr olunur. Kitabda əslən Azərbaycanın Qazax bölgəsindən olan astronomlar haqqında elmi-bədii oçerklər toplanıb.
Kitab Klubu, 2014, 72 səh.