Wednesday, October 25, 2017

Məhəmməd Tağı Sidqi. Əsərləri

Kitabda görkəmli mütəfəkkir, maarifçi şair və pedaqoq Məhəmməd Tağı Sidqinin ədəbi, pedaqoji, elmi əsərləri və məktubları öz əksini tapıb.

Müəllif: Məhəmməd Tağı Sidqi
Dil: Azərbaycan
Nəşriyyat: © Bakı Kitab Klubu
Nəşr ili: 2017
ISBN -
Səhifə: 286 səh.
Format: 60x84 1/16 (130x200 мм)
Cildi: yumşaq
Tiraj: 50


Friday, October 20, 2017

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi
2017, 396 səh.
Kitaba 29 dekabr 2015-ci il tarixində qəbul edilmiş və 19 yanvar 2017-ci il tarixinədək edilmiş bütün əlavə və dəyişikliklərlə Azərbaycan Respublikasının yeni İnzibati Xətalar Məcəlləsi, həmin Məcəllənin təsdiq edilməsi haqqında Qanun və Məcəllənin tətbiqinə dair Azərbaycan Respublikası Prezidentinin Fərmanı daxil edilmişdir.
Kitab inzibati xətalara baxan orqanların əməkdaşları, habelə bu sahədə qanunvericiliyin tətbiqi və öyrənilməsi ilə əlaqədar fəaliyyət göstərən digər şəxslər, eləcə də geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
2017, 396 səh.

Azərbaycan Respublikasının Cinayət Məcəlləsi
Kitaba 1 fevral 2017-ci il tarixinədək edilmiş bütün əlavə və dəyişikliklərlə Azərbaycan Respublikasının Cinayət Məcəlləsi, həmin Məcəllənin təsdiq edilməsi və qüvvəyə minməsi ilə əlaqədar Qanun, Məcəllənin tətbiqinə dair Azərbaycan Respublikası Prezidentinin Fərmanı, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əlavə və dəyişikliklər etmiş qanunların siyahısı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumlarının qərarlarının tam mətnləri daxil edilmişdir. Məcəlləyə edilmiş düzəlişlərlə əlaqədar maddələrin qüvvədə olan mətnləri ilə bərabər, qüvvədən düşən, yəni ilkin mətnləri də kitabda yer almışdır.
Kitabdan cinayət qanunvericiliyinin tətbiqi və cinayət hüququnun tədrisi fəaliyyətinin əhatə etdiyi şəxslər, habelə maraqlanan digər şəxslər istifadə edə bilərlər.
2017, 686 səh.

Azərbaycan Respublikasının Vergi Məcəlləsi
Kitaba 1 fevral 2017-ci il tarixinədək edilmiş bütün əlavə və dəyişikliklərlə Azərbaycan Respublikasının Vergi Məcəlləsi, həmin Məcəllənin təsdiq edilməsi və qüvvəyə minməsi ilə əlaqədar Qanun, Məcəllənin tətbiqinə dair Azərbaycan Respublikası Prezidentinin Fərmanı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikasının Vergi Məcəlləsinin müxtəlif müddəalarının tətbiqi və şərhi ilə bağlı qərarları daxil edilmişdir.
Kitab vergi qanunvericiliyinin tətbiqi və öyrənilməsi ilə əlaqədar fəaliyyət göstərən şəxslər, habelə geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.


2017, 394 səh. 


Thursday, October 19, 2017

S. Ə. Məmmədov, A. İ. Nemətli
Asfalt-beton örtüklü avtomobil yolları

Vəsaitdə avtomobil yolları haqqında məlumat, avtomobil yolunun elementləri və planı, torpaq yatağının en kəsik profilləri, yoldan suyun kənarlaşdırılması, avtomobil yolu üçün torpaq yataöının tikintisi, yol geyimlərinin tipləri, yol geyimlərinin konstruksiyalaşdırılmasının əsasları, avtomobil yollarında körpülər və borular, əsasların və örtüklərin tikintisi, asfalt-beton qarışıqlarının hazırlanması, döşənməsi və sıxlaşdırılmasıtexnologiyası, keyfiyyətə nəzarət, həmçinin asfalt-beton örtüklərinin təmiri zamanı təhlükəsizlik qaydaları barədə qısa məlumat öz əksini tapmışdır.
2017, ISBN 978-9952-8787-95-95, 270 səh.


Monday, October 16, 2017

Mətanət Tağıyeva / Təxəllüs: Basira Saraeva 
(gözdən və qulaqdan əlil xanım)

bu kitabların müəllifidir:

  • Библейско-коранические имена в разносистемных языках
  • Böyük italyan-azərbaycanca lüğət
  • A.Puşkin. Ölmüş Şahzadə qız və 7 bahadır haqqında nağıl (uşaq kitabı)
  • Tülkü və canavar (uşaq kitabı)
  • İki ürəyin nağıl aləmi
  • İki ürəyin sözü
  • Читай в транспорте
  • Моя единственная
  • Читайте маленьким (uşaq kitabı)
  • və başqaları

Monday, October 2, 2017

V Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası
28-30 sentyabr 2017 | Bakı İdman Sarayı
https://youtu.be/5ybgr2AiAzY