Friday, May 30, 2014

Ötərxan Eltac
Ayrı adam 

İnsan sözdən böyük ola bilməz. İnsanı böyük edən sözdür. Söz sözə dayaqdı, dayaq olanlar sözdən güc alar. Söz günəşdir-insanın ruhunu işıqlandırar, işıqlı ruhdan ətrafa nur paylanar. Sözün qədir-qiymətini bilənlər o nurdan pay götürər, bəs oluncaya qədər...Söz silahdı-nişan alınmasa da hədəfə dəyəcək. “Sözü at, sahibi tutacaq” kəlamı əbəs yerə deyilməyib. Çox az yazıçı tapılar ki, əlli yaşda yaradıcılıq enerjisini, bədii qüvvəsini bir neçə yerə parçalaya bilsin. Çox az şair tapmaq olar ki, əlli yaşda sözünün çəkisi, düşüncələrinin işığı ədəbiyyatın bütün janrlarında qəbul oluna bilsin. Amma var! Zakir Sadatlı belə insanlardandır. Həqiqətən də Zakir Sadatlı AYRI ADAM idi-sözü-söhbəti, ədəb-ərkanı, Vətənə sevgisi, dünyaya baxışı, dosta sədaqəti və elmi, savadı ilə...
2014, 384 səh.


Wednesday, May 28, 2014

Robin Şarma
"Uğur qazanmaq üçün 200 məsləhət"

Tərcümə: Dürdanə Ramazanlı
Redaktor: Elxan Rzayev 

Bakı «Kitab Klubu» Robin Şarmanın «Uğur qazanmaq üçün 200 məsləhət» (özünü formalaşdırmanın təməlləri) kitabını Azərbaycan dilində təqdim edir. Bu əsər özünü-inkişafla bağlı dünya bestsellerlərindən biridir.
Uğurlu insan olmaq üçün riayət etməli olduğunuz əsas həyat prinsipləri kitabda qısa məsləhətlər şəklidə verilmişdir.
Bu məsləhətlərin içərisindən məhz sizə lazım olanları da var. Düzdür, onlar sizə yal¬nız o halda kömək edəcək ki, ancaq oxumaqla kifayətlənməyib, istifadə etməyi sınayacaqsınız.
Sadəcə oxuyun, özünüz üçün mütləq nə isə tapacaqsınız.

Bakı Kitab Klubu, 2014, ISBN: 978-9952-812-51-0, 104 səh.



Thursday, May 22, 2014

NƏŞRLƏRİMİZDƏN YARARLANIN


Mir Cəlal
Əsərləri (hekayələri, felyetonlar, şeirlər, oçerklər, tərcümələr, xatirələr)
/5 cilddə/

Beşcildliyə görkəmli ədəbimiz Mir Cəlalın kiçik janrlarda yazılmış əsərləri daxil edilib. Cildlərdəki janrların hər biri ilk dəfə olaraq xronoloji ardıcıllıqla verilib. Hekayə Mir Cəlalın yaradıcılığında əsas yer tutduğundan dörd cilddə onun hekayə yaradıcılığı ardıcıl izlənilib. Son cilddə ədibin yaradıcılığında epizodik xarakter daşıyan janrlar-oçerklər, şeirlər, tərcümələr, xatirələr və felyetonlar verilib.
ISBN 978-9952-25-128-9, 2013, 442 səh.


Tuesday, May 20, 2014

Sübhan Musayev
"MÜASİR İNFORMATİKA"
Kitabdakı materiallar Dövlət Qulluğuna Qəbul proqramı əsasında hazırlanmışdır.

Mövzular və testlər
Dövlət Qulluğuna və Vakant iş yerlərinə hazırlaşanlar üçün
Kitab Prestij-S tədris mərkəzinin dəstəyi ilə hazırlanmışdır

Bakı - 2014, 160 səh, 21x29
Qiyməti: 10.00 AZN




Monday, May 19, 2014

Süleyman Əlisa
Təklə eli. Tərəkəmə dünyası

Bu kitab Azərbaycan xalqının etnik tarixinin öyrənilməsi baxımından maraqlı tədqiqat əsəridir. Kitabda etnogenezimizdə mühüm rol oynayan ən böyük tayfalardan birinin-Təklə tayfasının nümunəsində xalqımızın tarixi, etnoqrafiyası, folkloru və bu sahədə həmin tayfanın yeri və rolu, etnoqrafik özünəməxsusluğu, ədəbi-bədii yaradıcılıq xüsusiyyətləri geniş araşdırılır. Bundan əlavə xalqımızın etnogenezində iştirak edən türk tayfalarının tarixi münasibətlərinin ümumi mənzərəsinə işıq salınır. Ümid edirik ki, aranı dağa, dağı arana daşıyan, ürəkləri yurd yerlərinin həsrəti ilə çırpınan təkləlilərin-tərəkəmələrin ömür yolu, həyat yaşantıları, acılı-şirinli xatirələri yaddaşları təzələyəcək, oxucuda Vətənə, torpağa məhəbbət hissini daha da gücləndirəcəkdir. 
ISBN 978-9952-8024-2-9, 2014, 312 səh.


Sunday, May 18, 2014

Mikayıl Müşfiq
Mən sirin ləhcəli bir bülbüləm...

Mikayıl Müşfiqin seçmə əsərlərindən ibarət olan bu kitabda müxtəlif illərin şeirləri, poemaları, eləcə də uşaqlar üçün şeir və mənzum nağılları toplanmısdır.

Müəllif: Mikayıl Müşfiq
Dil: Azərbaycan
Nəşriyyat: © Bakı Kitab Klubu
Nəşr ili: 2014
ISBN: 978-9952-824-50-6
Səhifə: 400 səh.
Format: 60x84 1/16 (150x210 мм)
Cildi: yumşaq
Tiraj: -


Friday, May 16, 2014

Адиль Алиев 
От корней до кроны 

В книге собраны пять повестей азербайджанского прозаика Адиля Алиева. Все они, одновременно и о нем нет самом из нас. События, пропущенные через призму чувств...герои, становящиеся персонажами и персонажи перерастающие в героев...Каждая из повестей-это судьба еще одного Человека, сумевшего остаться самим собой в мире жестокости и боли. Казалось бы, про Великую отечественную войну написано много, очень много, но автор и здесь находит особую нишу- н тонко вплетает свои собственные нити-воспоминания в драматичное полотно истории.
ISBN 978-9952-485-12-7, 2013, 456 стр.



Monday, May 12, 2014

Vəli Əlibəyov
Baxış bucağı

Kitab müəllifin 1997-2014-cü ilin ilk 4 ayı ərzində müxtəlif KİV-lərdə yer almış 40 seçilmiş məqalə, müsahibə və şərhlərindən ibarət bir topludur. Burada geosiyasət, Qarabağın işğalı kimi praktik mövzularla yanaşı, ictimaiyyətlə əlaqədar və seçkilərə dair nəzəri-praktik yazılar yer alıb.
ISBN 978-9952-28-167-5, 2014, 136 səh.



Zemfira Hacıyeva
AMEA prezidentləri. Şanlı yolun mərhələləri (azərbaycan, rus və ingilis dillərində)

Kitabda Azərbaycan Milli Elmlər Akademiyasının tarixi inkişaf mərhələləri öz əksini tapıb,ölkənin əsas elmi mərkəzinə rəhbərlik edən prezidentlərin həyat və yaradıcılığına dair unikal faktlar mövcuddur. 1923-cü ildə “Azərbaycan Tədqiq və Tətəbbə Cəmiyyəti”, sonra Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunun- AzDETİ (1929-1932-ci illər) yaranması 1932-ci ildə SSRİ Elmlər Akademiyası Zaqafqaziya filialının Azərbaycan bölməsinin yaradılmasına vəsilə oldu. 1935-ci ildə həmin bölmə SSRİ EA-nın Azərbaycan filialına çevrildi. 1945-ci ildə artıq Azərbaycan öz Elmlər Akademiyasını yaratdı. İlk dövrdə Azərbaycan Elmlər Akademiyasının 15 həqiqi üzvü vardı. Azərbaycan EA Rəyasət Heyətinin ilk üzvləri məşhur cərrah Mir Əsədulla Mirqasımov, xalq şairi Səməd Vurğun, dahi bəstəkar Üzeyir Hacıbəyov, energetik İosif Yesman, bioloq Aleksandr Qrossgeym, cərrah Mustafa Topçubaşov, kimyaçı Yusif Məmmədəliyev, yazıçı Mirzə İbrahimov, filosof Heydər Hüseynov və geoloq Mirəli Qaşqay idi.
2014, 392 səh., 17x24, sərt




Saturday, May 10, 2014

Rixard Vaqner
MƏNİM HƏYATIM (3 hissədə)
memuar
/R.Vaqnerin 200 illiyi münasibətilə /

Heydər Əliyev Fondu və Heydər Əliyev Mərkəzinin birgə layihəsi çərçivəsində dahi alman bəstəkarı Rixard Vaqnerin (1813-1883) Azərbaycan dilinə tərcümə olunan "Mənim həyatım" kitabı yalnız avtobioqrafik deyil, həmçinin XIX əsrin kaleydoskopudur: "XX əsrin əvvəllərində Vaqnerə məhəbbət çox böyük idi. Bilirəm ki, o dövrdə Azərbaycanda da ona məhəbbət çox yüksək idi. 1920-ci ildə Bakıda onun operaları təqdim olunmuşdu. Vaqner alman idi, ancaq o, dünya mədəniyyətinin dahisidir. Çox şadam ki, bu kitabla bir çox azərbaycanlı tanış olacaq".
"Çaşıoğlu", 2013, 644 səh., tiraj 500
ISBN 978-9952-483-50-5


Ceyhun Bayramlı
Təhrif edilmiş tarix: Babək və Hürrəmilər olduğu kimi

Əsərdə Azərbaycan milli dövlətçilik tarixində ilk dəfə Hürrəmilər dövlətinin mövcud olması haqda konkret faktlar sadalanır, Babəkin öndəri olduğu bu hərəkatın tarixinə dair çoxsaylı mənbə məlumatlarına yer verilir, Hürrəmiyyə cərəyanının dini-fəlsəfi dünyagörüşü İslami baxış prizmasından ətraflı təhlil edilir, eləcə də, Hürrəmilər hərəkatı dönəmində erməni-hayların fəaliyyəti və Babəkin onlara qarşı yürütdüyü siyasətlə bağlı yeni faktlar təqdim olunur. Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulur.   
“Elm və təhsil”,2014, 256 səh., 14x20, yumşaq, 500


Friday, May 9, 2014

Xanım Aydın
Yağış olmaq istəyirəm

Kitaba xanım şairənin müxtəlif illərdə qələmə aldığı şeirlər daxil edilib. Qeyd edək ki, müəllif indiyə qədər 300-dən çox şeirə imza atıb. Mahnı janrında müxtəlif bəstəkarlarla işləyib. 2012-ci il 5 iyun şairlər günüdə Mikayıl Müşfiq, 2014-cü ildə isə “Qızıl qələm” mükafatlarına layiq görülüb.
ISBN 978-9952-404-18-0, 2014, 176 səh.



Thursday, May 8, 2014

[artıq satışda, əldə etmək istəyənlər Bakı Kitab Klubuna və şəhərin kitab mağazalarına 
baş çəkə bilərlər]



Т.Г.Шукюрбейли
Русско-азербайджанский комплексный словарь

Русско-азербайджанский комплексный словарь включает около 11 000 наиболее употребительных слов и устойчивых выражений современного русского языка. Он предназначен широкому кругу читателей - тем, кто учит русскому языку и тем, кто изучает его, но прежде всего учащимся общеобразовательной школы, лицеев и гимназий, студентам высших и средних учебных заведений Республики. Словарь, отражающий произносительную норму и ударение русского языка, имеющий расширенный грамматический аппарат, может быть полезен и для тех, кто самостоятельно изучает русский язык или хочет совершенствовать свои знания по русскому языку.
"Мутарджим", 2014, 560 стр., 15x20, твердый, 200





Tuesday, May 6, 2014

М. Асад Бек
"Белая Россия. Россия на перепутье"
(Ответственный редактор: Э.Исмайлов)

Книга представляет события Гражданской войны и революции, противостояние между большевиками и монархическими силами, оказавшимися на чужбине в результате победы советской власти. Она отражает широкую панораму жизни "белой гвардии" в странах Европы, Кавказа и Турции, содержит ряд интересных и ценных фактов о видных деятелях этой эмиграции.

Автор : М.Асад Бек
Языки: Русский
Издательство: “Кавказ”
ISBN 978-9952-489-09-5; 2013 г.
Страниц: 288 стр.
Формат: 60x90 1/16 (150x210 мм)
Тираж: 1000 экз.
Переплёт: тв. обложка



Sunday, May 4, 2014

Musa Quluzadə 
"Xatirələrdən boylanan ömür
"Mütərcim", 2013, 400


Thursday, May 1, 2014

C.Bokaçço - Dekameron
(Rus dilindən tərcümə edən: Beydulla Musayev)

İlk dəfə XIV-XV əsrlərin italyan ədəbiyyatında yaranmağa başlamış novella adi hekayədən süjetinin müəyyən dərəcədə qeyıi-adi bir tərzdə qurulması ilə, əks etdirdiyi əhvalatın qəribə, gözlənilməyən bir şəkildə tamamlanması ilə fərqlənir. Dünya ədəbiyyatında novellanın parlaq nümunələrini XIV əsrin məşhur italyan yazıçısı C.Bokaçço özünün "Dekameron" əsərində yaradıb. "Dekameron" xalq arasında yayılmış azad sevgi haqqında şirin novellalardan ibarətdir. Bu əsərdə Bokaçço yüz novelladan istifadə etmişdir. O, novellalarımn süjetini İtaliya lətifələrindən götürmüşdür.

© Azərbaycan Dövlət Nəşriyyatı - 1966 il

Müəllif: Covanni Bokaçço
Dil: Azərbaycan
Nəşriyyat: © Bakı Kitab Klubu
Nəşr ili: 2014
ISBN: 978-9952-824-55-1
Səhifə: 640 səh.
Format: 60x84 1/16 (150x210 мм)
Cildi: yumşaq