Thursday, April 9, 2020

TAĞI ŞAHBAZİ [SİMURĞ]
H E K A Y Ə L Ə R
ТАГИ ШАХБАЗИ [СИМУРГ]
Р А С С К А З Ы
“Pergament”, 2020, 256 səh.

KİTAB FİRİDUN BƏY KÖÇƏRLİ ADINA RESPUBLİKA UŞAQ KİTABXANASININ SİFARİŞİ ƏSASINDA ÇAP OLUNMUŞDUR.


Min Bir Gecə Nağılları
(SEÇMƏLƏR)
Tərtibçi: Mustafa İsgəndərzadə
Bakı, Pergament, 2019, 456 səh.


Hacı Zeynalabdin Tağıyev: Öz dövrünün aynasında
Mətni transfoneliterasiya və tərtib edənlər: Əbülfəz Haşimoğlu, Әkrəm Bağırov, Paşa Әlioğlu

Məşhur mesenat, maarifpərvər Bakı milyonçusu Hacı Zeynalabdin Tağıyevin tariximizin 1920-ci ilə qədərki dövründə apardığı abadlıq işləri, incəsənət və elm qarşısındakı xidmətləri, şəxsi vəsaiti ilə ən görkəmli ziyalılarımıza təhsil verdirməsi hamımıza məlumdur. Lakin təəssüf ki, bu görkəmli şəxsiyyətin həyatı, mütərəqqi fəaliyyəti hələ də öz layiqli qiymətini almayıb.
Təqdim olunan kitab hələ yüz il bundan əvvəl Bakı neftindən gələn pulların qeyri-neft sektoruna yönəldilməsinin zəruriliyini dərk etmiş və bu işi həyata keçirən Hacını millətə tanıtmaq istiqamətində atılmış ilk ciddi adımlardan biridir. Kitaba N.Nərimanovun böyük maarifçi haqqında yazdığı əsər, A. Şaiqin qardaşı Axund Yusif Talıbzadə tərəfindən yazıldığı ehtimal olunan kitabın mətni, həmçinin əsrin əvvəllərində nəşr olunmuş “Himəm ər-rical” (“Kişilərin himməti”) kitabından H.Z.Tağıyevin gördüyü işləri əks etdirən bir sıra tarixi sənədlər, ona ithaf olunmuş şeirlər və ona gələn məktublar daxil edilmişdir.
“Pergament”, 2020, 216 səh.