Wednesday, April 30, 2014

Dilbər Axundzadə
Müşfiqli günlərim
Redaktoru: filologiya elmləri doktoru Qulu Xəlilov

Əziz oxucu, Dilbər Axundzadənin «Müsfiqli günlərim» xatirə əsərini heç bir nöqtə-vergülünə toxunmadan transliterasiya edərək sizin ixtiyarınıza veririk. Bəri basdan qeyd edirik ki, əsər Sovet dövrünün «qəddar və kəskin» təbliğatı ruhunda yazılıb. Çox güman cavan nəslin nümayəndələri əsərin bəzi yerlərini oxuyub «şoka» da düsəcəklər. Əsəri sovet təbliğatı əlamətlərindən təmizləmək üçün «senzura» da etmək olardı.
Amma biz əsəri olduğu kimi sizin ixtiyarınıza veririk ki, o dövrün ab-havasını, təbliğat yönünü, saxta beynəlmiləlçiliyini özünüz hiss edəsiniz. İndiki dövrdən baxanda «Müsfiqli günlərim» əsəri pafosdan da əskik deyil, bəzən sənə elə gəlir ki, «xatirələr» deyil, 37-ci ilin Sovet qəzetini oxuyursan. Bununla belə əminik ki, diqqətli oxucu əsərdə həddən artıq maraqlı məqamlara rast gələcək. İllah da ki, müəllif Azərbaycanın ən görkəmli səxsiyyətlərindən biri olmus sairimizin cəmi 10 illik, «dağ uçqunu kimi dağıdıcı gücə malik» yaradıcılığını çox gözəl diqqətə çatdırıb. Əsərin hər bir səhifəsində Müsfiqin həyat sevgisi özünün dediyi kimi hiss olunur:


Ah, mən gündən-günə gözəlləşən,
İşıqlı dünyadan neçə əl çəkim!
Bu yerlə çarpısan, göylə əlləsən,
Dostdan, aşinadan necə əl çəkim!


Əsərin bir maraqlı cəhəti də budur ki, Dilbər Axundzadə xatirələr içərisində də xatirələrə yer ayırıb, bu da o dövr üçün az xarakterikdir, əsərdə Müsfiqi yaxından tanıyan bir çox insanların da xatirələrindən söz açılır...


"Kitab Klubu", ISBN: 978-9952-824-56-8, 2014, 152 səh.


Tuesday, April 29, 2014

Teodor Drayzer
Cenni Herhardt


Cenni Herhardt — Amerika ədəbiyyatında realizmin ən görkəmli nümayəndələrindən biri, tanınmış yazıçı, ictimai xadim Teodor Drayzerin romanıdır. (1911)

Teodor Drayzer bu romanında pulun, kapitalın, var-dövlətin cövlan etdiyi bir dünyada Cenni kimi sadə insanların taleyini, davranışını, həyatını, mənəviyyatını pozan Amerika həyat tərzi, inhisarçı kapitalizm tənqid edilir. Burjua cəmiyyətinin mənəvi faciəsi yazıçının sosial-realizm prizmasından dolğun boyalarla əks olunur.

Kitabı www.kitabklubu.org saytından və ya (012) 492-12-38 və (050) 404-91-13 nömrələrinə zəng etməklə əldə edə bilərsiniz

© Kitab Klubu 2014, 400 səh.




Monday, April 28, 2014

İrvinq Stoun
Yaşamaq yanğısı
Ruscadan tərcümə edəni: Fərhad Qəmbəroğlu

Həyatı ərzində Van Qoq cəmi bir rəsmini (“Arlda qırmızı üzümlüklər”) sata bilmisdi. Bundan düz yüz il sonra isə onun “Doktor Qasenin portreti” əsəri Nyu-Yorkda, Kristi Hərracında rəsm əsərləri arasında rekord qiymətə – 82,5 milyon dollara alınmısdı. Van Qoq 37 il ömür sürmüs və onun yalnız son yeddi ilini təsviri incəsənətə həsr etmisdir. Bu müddətdə o, min rəsm və bir o qədər də səkil çəkmisdir. Öz məqsədinə çatmaq üçün mümkün olmayanı belə etmis bu şəxsin kitabda təsvir edilmis ömrü bu gün də həyatda yerini tapmaq istəyənlər üçün bir örnəkdir.

Kitabı www.kitabklubu.org saytından və ya (012) 492-12-38 və (050) 404-91-13 nömrələrinə zəng etməklə əldə edə bilərsiniz

© Kitab Klubu 2014, 472 səh.
ISBN 978-9952-824-53-7


Friday, April 25, 2014

Z. Bünyadov adına Şərqşünaslıq İnstitutu
«İslam - ensiklopedik lüğət»

Professor Gövhər Baxşəliyevanın elmi redaktorluğu ilə nəşr olunan kitabda ölkənin müstəqillik dönəmində dini maarifçiliyin genişləndiyi, plüralizm və söz azadlığının bərqərar olduğu, İslama marağın artdığı hazırkı vaxtda İslam haqqında məlumatlar öz əksini tapıb.

Lüğət «İslam. Ensiklopediçeskiy slovar» Moskva, «Nauka», QRVL, 1991 kitabının tərcüməsi əsasında bir sıra yerli mənbə və ədəbiyyat, Azərbaycanın şeyxüslamları, müftiləri, axundları və s. din xadimləri haqqında məlumatlar, habelə, bəzi istilahlar haqqında əlavələrlə hazırlanıb.

Kitab dünşünaslar, filosoflar, şərqşünaslar və ümumiyyətlə, islamla maraqlananlar üçün nəzərdə tutulub.



Thursday, April 24, 2014

Ş.S.Qasımova
Nəzəri mexanika
(Qeyri-mexanik ixtisasları üçün)

Kitab ali texniki məktəblərin qeyri-mexanik ixtisaslarının bakalavr pilləsində tədris olunan “Nəzəri mexanika” fənni proqramına əsasən yazılıb.
Kitabda, yığcam şəkildə öz əksini tapmış, nəzəri materialı aydınlaşdıran məsələlər və onların həlli də verilib.
Kitab digər ixtisaslar üzrə təhsil alan tələbələr və müəllimlər üçün də faydalı ola bilər.
“Çaşıoğlu”, 2000, 168 səh., 15x21, sərt, 500


İmadəddin Nəsimi (azərbaycan dilində)
"Şeirləri" İmadəddin Nəsimi

Əziz oxucu, Böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin (1370-1417) şeirlərindən ibarət olan bu kitab sizi sehrli poeziya dünyasına mistik bir səyahətə aparacaq. Kitabda şeirləri həm orta əsrlərə xas Azərbaycan (türk) dilində orijinalı, həm də müasir Alman dilində tərcüməsi yanaşı yerləşdirilmişdir. Bu. Almandilli türkoloq və nəsimişünas tədqiqatçılar üçün, habelə Alman dilinin gözəl incəliklərini öyrənən türkdilli oxucular üçün ümumiyyətlə, hər iki dili bilən həm poeziya, həm də fəlsəfə həvəskarları üçün əlavə bir üstünlükdür. Ümid edirik ki, bu kitab tarixi köklərə malik Azərbaycan-Almaniya humanitar əlaqələrinə əhəmiyyətli töhvə olacaqdır.
"Şərq-Qərb“ Nəşriyyat Evində nəşr olunan bu kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

Bakı, „Şərq-Qərb“ Nəşriyyat Evi, 2012, 264 səh.
______________________________
İmadeddin Nesimi (alman dilində)
Einer der bedeutendsten Vertreter der klassischen turksprachigen aserbaidschanischen Poesie, İmadeddin Nesimi (1370-1417), wird hier das erste Mal einem breiteren deutschen Publikum vorgestellt. Nesimi hatte grossen Einfluss auf die Literatur Aserbaidschans und vieler Länder des Nahen und Mittleren Ostens. Nesimi war Anhänger des Hurufismus-Anhänger den Koran als Dokument der İneinssetzung Allahs mit dem geläuterten Menschen. Diese offensichtliche Herausforderung herrschender Koranauslegung bezahlte Nesimi mit dem Leben: Er wurde von einem Scharia-Gericht in Aleppo zum Tode verurteilt und hingerichtet. Seine Werke sind jedoch bis heute stehengeblieben. Für Freunde der Poesie, an orientalisch-islamischer Kultur İnteressierte, Turkologen, Orientalisten, vergleichende Literatur und Religionwissenschaftler.
Das Buch wurde in „Scharq-Qarb“ Verlagshaus veröffentlicht undfür eine breiteLeserkreisgedacht.

Baku, Verlagshaus “Sharq-Qarb”, 2012, 392 p.




Wednesday, April 23, 2014

“Azize Caferzade: Hayatı, edebi şahsiyeti, hikayelerinin incelenmesi”

Ankaradakı Gazi Universitetinin müəllimi, həmyerlimiz Dr. Pərvanə Bayramın türkcə yazdığı “Əzizə Cəfərzadə: Həyatı, ədəbi şəxsiyyəti, hekayələrinin incələnməsi” adlı monoqrafiyası "Akçağ" nəşriyyatında işıq üzü görüb..



Monday, April 21, 2014

Çinarə Köçəriyeva
Ərəb əlifbası (üçüncü nəşr)
Uşaqlar üçün ərəb əlifbasının tədrisinin asanlaşdırılmasına səbəb olan vəsaitin bu III-cü nəşridir.
Kitab ərəb hərfləri və rəqəmləri, İslam dini və ətraf aləm haqqında ümumi bilikləri öyrədir. 
Kitab 6 yaşından yuxarı uşaqlar, valideynlər, tərbiyəçilər və müəllimlər üçün nəzərdə tutulub.

Dil: Azərbaycan
Nəşriyyat: "Şərq-Qərb"
Nəşr ili: 2014
ISBN: -
Səhifə: 160 səh.
Format: 64×90 1/8 (200x280 мм) 
Cildi: bərk
Tiraj: 1000 nüsxə

Saturday, April 19, 2014

Elçin Əhmədov
Ermənistanın Azərbaycana təcavüzü: təhlili xronika (1987-2011). Ensiklopedik nəşr

Kitabın giriş hissəsində elmi mənbələr əsasında ermənilərin Dağlıq Qarabağda, eləcə də tarixi Azərbaycan torpaqlarında məskunlaşdırılmasının ayrı-ayrı mərhələləri haqqında geniş məlumat verilir. Həmçinin erməni millətçilərinin əsassız ərazi iddialarından, azərbaycanlılara qarşı həyata keçirilən terror, etnik təmizləmə və soyqırımı siyasətindən ətraflı bəhs olunur.
XX əsrin 80-ci illərinin ikinci yarısından başlayaraq Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və işğalçılıq siyasətinin araşdırılması və baş verən hadisələrin xronoloji ardıcıllıqla təhlili kitabda əsas yer tutur ki, bu da müasir dövrdə problemin daha dərindən öyrənilməsi üçün olduqca zəruridir. Eyni zamanda, müəllif 1987-2011-ci illər ərzində Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə yanaşı, dünya birliyinin bununla bağlı mövqeyini və beynəlxalq təşkilatların münaqişəyə dair qəbul etdiyi sənədləri də təhlil edilib.
ISBN 978-9952-452-38-9, 2012, 912 səh.




Friday, April 18, 2014

Ramiz Faseh
Seyyid İmadəddin Nəsiminin seçilmiş bəzi şeirlərinin şərhi

Kitab – Şərq ədəbiyyatının, o cümlədən Azərbaycan klassik poeziyası və əruz vəzninin, həmçinin muğam sənətinin mahir bilicisi Ramiz Fasehin 4-cü kitabıdır. Azərbaycan klassik poeziyasının ən mürəkkəb və mücərrəd təzahürlərindən olan Nəsimi poeziyasından seçilmiş 44 şeir ilk dəfə olaraq Quranın ayələri, hədislər, çoxlu Quran təfsirləri və dini tarixlər əsasında böyük məharətlə misra-misra, beyt-beyt şərh olunub.
2007, 392 səh.



Tuesday, April 15, 2014

Əbülhəsən Abbasov
Milli maraqlar və milli ideologiya
Monoqrafiyada ölkəmizin dinamik inkişafı və tərəqqisi baxımından olduqca aktual və əhəmiyyətli olan, lakin az işlənilmiş milli maraqlar və milli ideologiya problemlərindən bəhs olunur. Mövzu ilə bağlı bir sıra zəruri anlayışlar, mövcud baxışlar, spesifik və ümumi cəhətlər təhlil edilir. İctimai və qlobal transformasiyalar şəraitində Azərbaycan Respublikasının milli maraqlarının məzmun-mahiyyəti açıqlanmaqla, onların reallaşmasına yönəlmiş müəllif fikirləri, təklif və tövsiyələri irəli sürülür. Milli maraqların adekvat və dolğun ifadə olunmasında, onların həyata keçirilməsində əvəzsiz missiya daşıyan milli ideologiyanın mühüm struktur elementləri, funksional-fəaliyyət şərtləri, aparıcı ideya və prinsipləri təqdim edilir. Təhlil və ümumiləşdirmələrdə, məsələlərin qoyuluşunda və həllində, anlayış və prinsiplərin şərhində, elmi-nəzəri əsaslandırmalarda postneoklassik epistemologiyaya və onun təməl daşıyıcılarından olan mürəkkəblik fəlsəfəsinə, tənqidi-sinergetik təfəkkür konsepsiyasına, sistemli və sinergetik yanaşmaya üstünlük verilir.
Kitab alim-mütəxəssislər, siyasi və ictimai xadimlər, dövlət məmur-ları, QHT rəhbərləri, biznes təşkilatçıları, siyasi partiya fəalları, tələbə və doktorantlar, mövzu ilə maraqlanan bütün oxucular üçün nəzərdə tutulmuşdur.

Müəllif: Əbülhəsən Abbasov
Dil: Azərbvaycan
Nəşriyyat: "Təknur"
Nəşr ili: 2012
ISBN: 978-9952-445-05-5
Səhifə: 240 səh.
Format: 60×84 1/16 (140x210 мм) 
Cildi: yumşaq
Tiraj: 100 nüsxə


Friday, April 11, 2014

Mehman Süleymanov
Azərbaycan Xalq Cümhuriyyətinin Hərb tarixi (I-II cild) 

Kitab XX əsrin əvvəllərində Şərqdə ilkin olaraq müstəqilliyini əldə etmiş və demokratik dövlət quruculuğuna başlamış Azərbaycan Xalq Cümhuriyyətinin istiqlaliyyətinin hərbi müdafiəsinin təşkili problemlərinə həsr olunub. Ölkənin hərb tarixi üçün xüsusi əhəmiyyət kəsb edən Osmanlı Türkiyəsi ilə hərbi əməkdaşlıq və bunun nəticəsi kimi Qafqaz İslam Ordusunun təşkili, bu Ordunun mürəkkəb beynəlxalq şəraitdə Azərbaycanın istiqlaliyyəti uğrunda fəaliyyəti kitabda geniş şəkildə araşdırılıb.
Kitabın II cildində Osmanlı qoşun hissələri Azərbaycanı tərk edəndən sonra Cümhuriyyət ordusunun formalaşması, bu ordunun kadr, təchizat və təminat məsələlərinin həll edilməsi və ölkənin ərazi bütövlüyü uğrunda apardığı mübarizə geniş şəkildə araşdırılıb.
ISBN 978-600-90616-7-9, 2014, 745, 686 səh., 17x25, sərt, 2 cildin qiyməti 25 man.



Nüsrəddin Məmmədov
Xatirələr və müşahidələr 

Kitabda müəllifin uzun illər rastlaşdığı çoxlu acılı-şirinli hadisələr xatırlanır və müşahidə etdiyi hadisələr yaddaşda canlandırılır. Bunlardan çıxarılan ümumi nəticə ondan ibarətdir ki, xoşbəxt və ərəfli yaşamağın ən düzgün yolu ağıldan yaxşı istifadə etmək, ədalətli olmaq və halal zəhmətlə yaşamaqdır. Kitabdan bütün yaş qruplarından olan insanlar istifadə edərək faydalana bilər.
2014, 528 səh.



Tuesday, April 8, 2014

Varis
Son məktub 

“Son məktub” romanı vətənini tərk etmək məcburiyyətində qalmış bir qadının iztirabla dolu yaşantıları barədədir. “Min günah törədib bir savabla günahlarını yumaq istəyənlərdən fərqli olaraq,bir günah törədib min savabla belə onu yuya bilməyəcəyi qorxusuyla yaşayan” bu xanım həyat filminin bitdiyini zənn edir. Amma gözlənilmədən sonluq titrləri qırılır, filmin davamı başlayır... Roman real faktlara əsaslanır. 
ISBN 978-9952-484-79-3, 2014, 264 səh.


Elxan Elatlı 
Mərtəbələr (roman) 

Roman günümüzdə hər bir kəsi düşündürən pul, qazanc və bununla bağlı formalaşan maddi həyat səviyyəsindən bəhs edir. Lakin, eyni zamanda, əsərdə müxtəlif insanların namus, vicdan, düzlük kimi mənəvi dəyərlərə olan fərqli baxışlarına da rast gələcəksiniz. 
ISBN 978-9952-29-081-3, 2014, 248 səh.


Monday, April 7, 2014

Almaz Əliyeva 
NATO-da hərbi-siyasi islahatlar və Azərbaycan Respublikası 

Monoqrafiyada “soyuq müharibə”nin başa çatmasından sonra NATO-nun saxlanılmasını şərtləndirən amillər müəyyən edilib və yeni şəraitdə alyansda baş verən hərbi-siyasi islahatlar hərtərəfli tədqiq olunub. Tədqiqat prosesində hərbi-siyasi blokun inkişaf strategiyasının iki əsas istiqamətinə-qloballaşma və universallaşmaya xüsusi diqqət yetirib. Eyni zamanda NATO-da qeyri-hərbi əməkdaşlıq məsələləri, xüsusilə onun “Aralıq Dənizi Proqramı” geniş təhlil olunub və elmi nəticələr əldə edilib. Kitabda NATO-nun Cənubi Qafqaz regionunda yeri və rolu, xüsusilə də onun Azərbaycan Respublikası ilə münasibətləri bir sıra parametrlər üzrə elmi təhlillər predmetinə çevrilib və müvafiq təklif, tövsiyə və proqnozlar irəli sürülüb.
ISBN 978-9952-8028-8-9, 2012, 280 səh., qiyməti 10 man.



Thursday, April 3, 2014

Aşıq Murad Niyazlı 
Harda türk var, mən ordanam (redaktor- Əli Həsən) 

Hazırda ömrünün xəzan çağını yaşayan, Şəmkir rayonunda yazıb-yaradan Aşıq Murad Niyazlı sazın-sözün əsl ustadı kimi el arasında çox məşhurdir. O, aşıq şeirinin ən yaxşı ənənələrini özündə yaşadan ustad aşıqlardan sayılır. Bu gün də Murad Niyazlı öz sazıyla xalqına xidmət edir. Bu kitab onun oxucularla ikinci görüşüdür. Kitabda Aşığın müxtəlif illərdə yazdığı şeirlər və bir qəhrəmanlıq dastanı yer alıb.
2004, 256 səh.



Beynəlxalq münasibətlər və Rusiyanın xarici siyasəti tarixi 1648-2005 
A.S.Protopopov, V.M.Kozmenko, N.S.Yelmanova ;  
Tərc. A. M. Əliyeva


Wednesday, April 2, 2014

Исмаил Умудлу
История дворянского рода Дилбази 
(историко-биографический ракурс) 

Это издание – русская версия «Дилбази. Историко-биографическое исследование», изданное автором в 2007 году в Баку на азербайджанском языке. В нее вошла составленная автором родословная фамилии Дилбази, насчитывающая ее представителей на протяжении несколько столетий. Автором впервые подробно описана история этого известного дворянского рода бывшего Газахского уезда Елизаветпольской (Гянджинской) губернии. Книга получила положительные оценки специалистов по генеалогии истории и этнографии. Данное издание на русском языке является очередным вкладом автора в изучение истории азербайджанской аристократии. 
ISBN 978-9952-404-44-9, 2014, 176 стр.