Thursday, May 30, 2019

İnayətullah Kanbu
VƏFALI VƏ VƏFASIZ QADINLAR HAQQINDA KİTAB VƏ YA BİLİK EHRAMI
Rus dilindən tərcümə: Nizami MƏHƏRRƏMOV
İnayətullah Kanbunun “Bahar-e daneş”ini fars dilində yazılmış bir çox əsərlər kimi, eyni dərəcədə həm fars, həm də hind mədəniyyət abidələrinə aid etmək olar. “Bahar-e daneş”, “mərkəzində” şahzadə Cahandar sultan və gözəl Bəhrəvar banunun məhəbbət əhvalatı və bu əhvalata “haşiyə” olan hekayələr, rəvayətlər və nağıllar toplusudur. Bu cür əsər quruluşu qədim Hindistanda geniş yayılmış, oradan isə İran və başqa islam ölkələrinə keçmişdir. 
Özünəməxsus fars “Dekameronu.
Müəllif: İnayətullah Kanbu
Dil: Azərbaycan
Nəşriyyat: © Bakı Kitab Klubu
Nəşr ili: 2019
ISBN -
Səhifə: 404 səh.
Format: 60x84 1/16 (140x200 мм) 
Cildi: yumşaq
Tiraj: 100

Thursday, May 16, 2019

Məhəmməd Əmin Rəsulzadə
Azərbaycan şairi Nizami
Nizaminin yaradıcılığı hissiyyat, duyğu, düşüncə, şüur və şüuraltı varlığı ilə öz yetişdiyi mühitə dərindən bağlıdır. Bu bağlılıq onu bizim gözümüzdə azərbaycanlı bir şair olmaqdan başqa, bir Azərbaycan şairi də etmişdir.
Nizami əsərlərini gözəl fars dilində yazması bizə yuxarıda qeyd etdiyimiz mülahizə və mühakiməmizdən imtina etməyə əsas vermir və Nizamini xüsusi görüş nöqtəsindən tədqiq edib incələməkdən əl çəkdirə bilməz; çünki onun zamanında fars dilinin Yaxın Şərq və Orta Asiya üçün millətlərarası bir ədəbi dil olduğunu yaxşı bilirik. Xüsusi qeyd etmək lazımdır ki, İran ədəbiyyatının ustad və böyük sənətkarları arasında farslar qədər (bəlkə də daha çox) türklərin də mühüm bir yer tutduğu bizə yaxşı məlumdur.
Əsərlərini araşdırdıqca Nizaminin fars millətçiliyindən uzaq olub, türk sevgisi ilə dolu, Zaqafqaziya mühit və şəraitinə bağlı, yurdunun tarixi müqəddərat və geosiyasətindən doğan daimi qayğılarda məşğul olduğu aydın görünür ki, beləliklə də o, əlbəttə, bir Azərbaycan şairidir. Nizami öz mühitinin onun qədrini bilməyib, böyüklüyünü qiymətləndirmədiyi haqda söz açarkən əsərlərinin bir yerində (“Yeddi gözəl”də - red.) “türkcəsinin” (“torkiyəmra” – “mənim türklüyümü”) anlaşılmadığından şikayət edir. “Türklüyü” burada məcazi şəkildə yüksək söz mənasında işlədən dahinin danışıq dilinin həqiqətdə türkcə olmadığını heç kimsə isbat edə bilməz. Şairin o zaman Azərbaycanda artıq böyük və geniş kütlələr təşkil edən türklər arasında yetişmiş olduğunu, boya-başa çatdığını bilirik. Bunun izlərini əsərlərində rast gəldiyimiz və dəfələrlə işlədilmiş “türklük” söz və məfhumundan da hiss edirik.
Təkrar edirik: əsərlərini farsca yazdığına baxmayaraq, Nizaminin, qeyd etdiyimiz kimi, məzmun və hissiyyat nöqteyi-nəzərindən azərbaycanlı bir türk təfəkkürünə malik olduğunu kitabı vərəqlədikcə açıqca görəcəksiniz.
Bilim düzənləyicisi: Yadigar Türkel fəlsəfə elmləri doktoru
Ərəb dili məsləhətçisi: Əmirşah Babaşah oğlu
Fars dili məsləhətçisi: Saleh Əlidostu

Bakı, “Kitab Klubu” nəşriyyatı, 2019, 370 səh.
ISBN: 978-9952-445-12-63
© Azərnəşr, 1991
© Çıraq, 2008
© Təknur, 2011
© Kitab Klubu, 2019
© Yadigar Türkel


Thursday, May 2, 2019

HAFİZ BAXIŞ
"Ana layla deyir"
Bakı, "Zərdabi LTD" MMC, 2012, 296 səh. bərk cild
Hafiz Baxışın bu poetik toplusuna sevgi duyğuları ilə süslənmiş, yurdsevərlik, elsevərlik düşüncələri ilə bəstələnmiş şeirlər, nəğmələr və poemalar daxil edilmişdir. Bu topluda yer alan bəzi şeirlər ilk dəfədir ki, nəşr olunur.
Qiyməti: 8 AZN