Monday, June 29, 2015


Fərman Kərimzadə. Çaldıran döyüşü (3-cü nəşr)
Kitab Klubu, 2015, 368 səh.

Roman görkəmli dövlət xadimi, sərkərdə və şair, ulu tarixi­mizdə xüsusi yeri olan Şah İsmayıl Xətainin həyatından, çox­cəhətli ictimai fəaliyyətindən bəhs edən "Xudafərin körpüsü" dilogiyasının ikinci hissəsidir. Siyasət meydanına yenicə qədəm qoyan Şah İsmayılın vahid və qüdrətli Azərbaycan uğrunda apardığı gərgin mübarizələr, ağıllı dövlət xadiminin mədəniyyətin və sənətin yüksəlməsinə göstərdiyi qayğı, xalqımızın orta
əsr məişət tərzi romanın əsas mövzusudur.

ISBN 978-9952-8278-7-3
© “Kitab Klubu”, 2015
© “Yazıçı”, 1987


Saturday, June 27, 2015

DƏK / "Dünya Ədəbiyyatı Kitabxanası" Seriyası
----------------------------------------------
Tezliklə çapdan çıxacaq kitablar bunlardır..

Tomas Vulf. Seçilmiş əsərləri
Antuab de Sent Ekzüperi. Seçilmiş əsərləri
Ərəb ədəbiyyatı antologiyası
Latın Amerikası ədəb. antologiyası
Samuel Bekket. Seçilmiş əsərləri






Thursday, June 25, 2015

Mir Möhsün Nəvvab
"Təzkireyi-Nəvvab"
Redaktor Vasif Quliyev
Burada XIX orta əsrlərdə Qarabağdan çıxmış 100-dən artıq şairin həyatı və yaradıcılığı haqqında məlumatlar toplanmışdır. Təzkirə ilk dəfə 1913-cü ildə Bakıda kitab şəklində nəşr olunmuşdur.
"Azərbaycan" Nəşriyyatı, 1995

Wednesday, June 24, 2015

Vaqif Əlixanlı
Əkmə qəm ağacı...

Kitab müəllifin atasına ithaf olunub.
Kitaba müəllifin esseləri, publisistik yazıları və kinossenariləri daxil edilib.
Rəsmlər Səhhət Veysovundur.

"Hüquq ədəbiyyatı" nəşriyyatı
Bakı, 2013, 824 səh. tiraj 300
ISBN 978-9952-8182-7-7


Мехрибан Тагирова
«ЛАРЕЦ ЧУДЕС» (3 книги)
Дуб и Муравей
Сказка о Мудрой Ширин
Королевство Цифр

В комплект входят красочные 3 книги, изданные со вкусом и напечатанные с большим качеством печати.
Книги предназначены детям от 6 лет.
В книгах на примерах сказок детям прививается любовь, дружба, доброта, честность, щедрость, бескорыстие, благородство, великодушие и другие правильные и хорошие чувства и поступки.
Заметим, что это первая книга из серии «Ларец чудес». / 1

Художник цветных иллюстраций: сам автор
© Тагирова Мехрибан, 2013
Изд-во: TЕКНУР, тираж 1000



Çexovdan Markesə qədər
Seçmə hekayələr toplusu
Tərcümə Mərkəzinin kitabları seriyasından

Bu toplu XX əsr dünya ədəbiyyatının mənzərəsini “yığcam” janrın-hekayə və novellalar vasitəsilə işıqlandırmağa cəhd edir. Ayrı-ayrı mədəniyyətlərin ədəbiyyatını təmsil edən görkəmli ədiblər dünyagörüşləri, bədii üslubları ilə bir-birindən fərqləndiyi kimi, topluya daxil edilmiş kiçik ədəbiyyat nümunələri də mövzu və yanaşma baxımından çox müxtəlifdir.
ISBN 978-9952-503-03-6, 2015, 408 səh.


Tuesday, June 23, 2015

Səfurə Çərkəzqızı
And olsun atlara! (hekayələr)
“And olsun atlara!” müəllifin işıq üzü görən ilk kitabıdır. Kitabda müəllifin hekayələri və müxtəlif illərdə “Həyat hekayələri” adı altında dövri mətbuatda dərc olunmuş yazıları toplanıb. Dövrünün ictimai münasibətlərini, xarakterlərini özündə cəmləmiş bu hekayələr oxucuların marağına səbəb olacağına inanırıq.
ISBN 978-9952-82-81-1-5, 2015, 96 səh.

Qənimət Əlisaoğlu
«HƏBSXANA» Kriminal trilogiya
Lənət qapısı. Bayıldan başlayan yol. Qırmızı türmə

Kitaba müəllifin müxtəlif illərdə qələmə aldığı üç sənədli romanı salınıb. Hər biri özünün müxtəlif illərdəki məhbəs həyatından bəhs edir.
Oxucuları bəri başdan xəbərdar edirik: «HƏBSXANA» trilogiyasını içərisində çoxlu açıq-saçıq və qəddarlıq səhnələri olduğuna görə yaşı 18-dən aşağı olanların, həmçinin əsəbləri zəif olan şəxslərin oxuması məsləhət deyil!
Kitabda ilk dəfə müəllifin çox tez-tez işlətdiyi, əksəri rusca olan 500-dək türmə jarqonlarının azərbaycanca açması verilib.


Əyilməzləri əyən, sınmazları sındıran, sınmağa layiq olanları başıuca edən Azərbaycan!
Qənimət Əlisaoğlu İsayev
(1950-2001)


* * *

Tanıyanlar müəllif haqqında bunları deyib:

– O çox riskli işlərə baş vuran bir «avtoritet» olub. Həbsxana həyatından nə yazıbsa da həqiqətdir...
Rövşən Yerfi

– O çox ciddi və mənalı adam idi. Oğru aləmində «avtoritet» sayılırdı. Həddən artıq mütaliəli adam idi. Ölümü isə çox müəmmalı oldu. Türmə həyatının «mət­bəx»ini verə bilən nadir yazıçılardandır...
Murad Köhnəqala

– Müəmmalı, qəribə, sözübütöv adam üçün yanmaq istəyən, nurlu, bir sözlə möhtəşəm insan idi. Qalmaqallı işlərə meyli vardı...
Əlisəmid Kür

  
Qənimət Əlisaoğlu 2001-ci ilin 18 oktya­br­ın­da – müs­təqillik günündə özünü güllələyib (rəsmi məlumatlara görə).


˜ ˜ ˜ ˜
© Q.ƏLİSAOĞLU
© Kitab Klubu MMC, 2015
ISBN 978-9952-8278-5-9
KitabKlubu.org, 2015, 528 səh.


Thursday, June 18, 2015

İsgəndər Tağıyev
Şirvanşahlar sarayı yaxud Seyid Yəhya Bakuvinin xanəganı
Seyid Yəhya Bakuvinin Azərbaycan tarixində rolu həddən ziyadı böyükdür. Onun elmi, yaratdığı məktəb həm öz dövründə, həm də onun vəfatından sonra demək olar ki, bütün Şərq aləminə yayılmışdır. Bu böyük şəxsiyyətin ömür boyu yaşadığı, vəfat etdiyi və nəhayət dəfn olunduğu məkan müqəddəs ocaq olaraq uzun əsrlər xalqın inanc yeri olmuşdur. İ. Tağıyev diqqətli araşdırmaları, məntiqli hesablamaları ilə tariximiz iki əsas amili tədqiq edə bilmişdir. Əvvəla, o, Bakuvinin doğum ilini dəqiqləşdirmişdir ki, həmin tarix bizə bu böyük şəxsiyyətin anadan olmasının ildönümünü qeyd etməyə imkan verir. İkincisi, İ. Tağıyev Seyid Yəhyanın dəfn olunduğu yeri müəyyən etmiş və Seyidin məhz həmin yerdə basdırıldığını sübuta yetirmişdir.
2014, 152 səh.

Wednesday, June 17, 2015

Чингиз Каджар
Выдающиеся сыны древнего и средневекового Азербайджана
В книге в хронологическом порядке приводятся биографии выдающихся богословов, ученых, поэтов, художников, каллиграфов, музыкантов, государственных деятелей и полководцев.
Написанные в увлекательней форме биографии помогут читателю лучше узнать многовековую историю, культуру и искусство Азербайджана. 
2014, 384 стр.

Tuesday, June 16, 2015

Patrik Modiano
MÖCÜZƏLİ BALACA
/roman/

On səkkiz yaşlı qəhrəman qız, yeni Paris sirlərinin qeyri-müəyyənliyində keçmiş illərin dolanbacını dolaşaraq dünyaya gəlmə sirrini axtarır.

Rus dilindən tərcümə: Araz Gündüz
Qaynaq: “Иностранная Литература” 2003 г. №7
Redaktor: Həmid Piriyev
Kompüter dizaynı: Turqut
Çap tarixi: 15.03.15
120 səh.
Format: 14x20
© Alatoran Yayınları
© Bakı KitabKlubu, 2015

Qiyməti 3 manat.




Tadao Yamaquçi
"TİCARƏTİN YOLU"
-------------------------
Tərcüməçi: Fəxriyyə Rzayeva
Redaktor: Elxan Rzayev
Kitab Klubu, 2015, 144 səh.
“Ticarətin Yolu” – biznesi sevənlər üçündür. Bu, hər bir müəssisə və bazarı çulğamış münasibətlərə baxış sistemidir. “Yol” qaynağını şərq etikası və fəlsəfəsindən götürsə də onun müddəaları bütün dünyada indi də aktualdır. Bu kitab bizneslə bağlı olan hər kəs – rəhbər, satıcı, təchizat işçisi və başqaları üçündür. “Ticarətin Yolu”nun yeganə tələbi oxucunun hər gün məşğul olduğu işi sevməsidir.
ISBN 978-9952-8278-6-6
© “Kitab Klubu”, 2015
Qiyməti: 4.00 AZN

Monday, June 15, 2015

Nailə Şahverdi
Ömür yolları (seçmə şeirlər)
Kitab müəllifin ilk yaradıcılıq işidir. Buraya onun 137 şeiri (90 Azərbaycan dilində və 47 rusca) daxil edilib.
Kitab «MADO» kafelər şəbəkəsinin maliyyə dəstəyi ilə işıq üzü görüb.
© Nailə Şahverdi
ISBN 978–9952–8245–5–1
Satış üçün nəzərdə tutulmayıb.

Azerbaijani Literature
Azerbaijan is a country of not only rich natural resources. Since ancient times Azerbaijan continuously bestowed talented writers? poets, musicians and scientific figures on the world and took great pride them.
This book provides information about life and creative activity of a number of well-known Azerbaijani writers. Alongside with classics such as Fuzuli, Nizami, Jalil Mammadguluzadeh, Abdurrahim bey Hagverdiyev, you will have possibility to learn much about the contemporary men of letters such as Anar, Elchin, Kamal Abdullah. 

2015, ISBN 978-9952-405-99-6



Friday, June 12, 2015

Kamil Hüseynoğlu
Elmi mübahisələr
Kitabda müəllifin bir sıra elm və ədəbiyyat nümayəndələri ilə elmi mübahisələri toplanmışdır. Bu mübahisələr tarix və filologiyamızın müxtəlif məsələlərini əhatə edir. Kitabda yalançı elmin və ədəbi saxtakarlığın xalqımız üçün nə qədər zərərli olması konkret faktlar və lmi dəlillərlə sübuta yetirilir.
2015, 160 səh.

Wednesday, June 10, 2015

Ələsgərova İradə
Azərbaycan kitabının bədii və texniki tərtibat tarixi / + PDF
(monoqrafiya)

Kitabın bədii və texniki tərtibatı mövzusunda azərbaycan dilində ilk dəfə nəşr olunan bu dərs vəsaitində nəşrin texniki tərtibat xüsusiyyətlərindən söz açılır, bədii tərtibat üsullarının ətraflı təsnifatı verilir. Dərs vəsaitində, həmçinin kitabın kompozisiya və bədii poliqrafik forması: daxili elementlərin kompozisiyası, titul (avantitul, frontispis, şmustitul, kolontitul) tərtibatı, illüstrasiyaların növləri və rolu, format anlayışının kitab tərtibatında yeri: maddi-texniki bazanın xüsusiyyətləri haqqında da metodiki cəhətdən geniş və əsaslandırılmış məlumat verilir.
Monoqrafıya Azərbaycanda hazırlanan əlyazma və çap kitablarının tədqiqat obyektinə çevrilərək araşdırıldığı ilk təcrübə, Azərbaycan kitabının bədii-texniki tərtibat tarixinə həsr olunmuş ilk əsaslı elmi-tədqiqat işidir. Əsərdə, kitab ilk dəfə tədqiqata yazar, ədəbi, bədii və texniki redaktorun, poliqrafıya mütəxəssislərinin birgə əməyinin məhsulu kimi cəlb olunub mərhələlərə bölünməklə öyrənilmiş,səciyyəvi tərtibat xüsusiyyətləri, hazırlandığı çap üsullarının texniki imkanları, poliqrafiya texnika və texnologiyasının inkişaf səviyyəsi ilə bağlı araşdırılmış, bədii tərtibat üsullarının təsnifatı verilib ifadə vasitələri, başlıca tərtibat meyarları dəqiqləşdirilmiş, maddi-texniki bazanın kitab tərtibatında rolu və yeri, eləcə də nəşrin kompozisiya və bədii poliqrafik forması müəyyənləşdirilmişdir.
Monoqrafiya müvafiq ali məktəblərin müəllim və tələbələri (bakalavr və magistr), naşir, redaktor (ədəbi, bədii, texniki) və müəlliflər, redaksiya, mətbəə işçiləri, kitabşünaslıq, sənətşünaslıq və mətbuat sahəsində çalışan mütəxəssislər, həmçinin kitab həvəskarları üçün nəzərdə tutulmuş dəyərli mənbə, dərs vəsaitidir.

Kitabı alana əlavə olaraq (PDF) elektron versiyası verilir

Müəllif: İradə Ələsgərova
Dil: Azərbaycan Nəşriyyat: "Təhsil"
Nəşr ili: 2015 ISBN:-
Səhifə: 280 səh.
Format: 60x90/16 (150x225 mm)
Cildi: bərk
Tiraj: 300 nüsxə


Tərifə Kəngərlinskaya / Burulğanlı İrəvan

Nəşr ili: 2010
Səh. sayı: 100 + foto
Çap keyfiyyəti: nəfis



Юнус Огуз
"Жена шаха и колдун" / роман
Перевод: Али Саидова

Роман написан в популярном сегодня жанре исторического романа с элементами магии, эротики и приключений. События происходят в XVI веке в Сефевидской империи. Чтобы добиться власти, жена принца Мухаммеда Мирзы, персиянка Хейраниса, не останавливается ни перед чем. В ход идут интриги, убийства, подкуп... Но главное оружие этой "Леди Макбет" - Колдун. Двадцать лет исполняющий любые её желания, он приводит мужа Хейранисы к шахскому престолу, а ее саму - к фактической власти.
Роман захватывает с первых страниц и держит читателя в напряжении до самого финала.

"OL", 2015, 272 стр.
ISBN 978-9952-494-58-7


Tuesday, June 9, 2015

Cəmil Həsənli
“İkinci Dünya Müharibəsi illərində Azərbaycan hərbi, siyasi və diplomatik münasibətlərdə (1939-1945)”

Kitabda müharibə illərində Azərbaycanın ətrafında cərəyan edən diplomatik mübarizə, Bakı neftinin dünya siyasətində rolu, SSRİ-nin İran siyasətində Sovet Azərbaycanının iştirakı, respublikanın regional siyasətdə yeri, Cənubi Azərbaycan məsələsinin dövlətlərarası münasibətlərə gəlməsi, Azərbaycan mühacirətinin siyasi, hərbi və diplomatik addımları geniş şəkildə araşdırılmışdır.
"Yazıçı", 2015, 540 səh.
ISBN 978-9952-8274-8-4



"Азербайджан в годы второй мировой войны"
(каталог выставки, посвященной 70-летию Победы над фашизмом)
Национальный Музей Истории Азербайджана НАНА


Sunday, June 7, 2015

Qılman İlkin. "Bakı və bakılılar" (dördüncü nəşr)
Kitab Klubu, 2015, 440 səh. + 24 səh. fotolar

Redaktor: Ayaz Musayev

Azərbaycan xalq yazıçısı və Bakı tarixinin bilicisi Qılman İlkinin “Bakı və bakılılar” kitabında Bakı və onun qədim tarixi haqqında çox maraqlı məlumatlar əldə edəcəksiniz. Bakı milyonçuları və ziyalıları, ruhaniləri, qoçuları və hambalları, Bakı mətbuatı, təhsil və maarifin səviyyəsi xanlıqlardan tutmuş bu günümüzə qədər paytaxtımızın mənzərəsini ustalıqla təsvir edən yazıçımızın bu əsəri Sizi boş buraxmayacaq. Oxunaqlı dillə qələmə alınmış bu əsəri yaşı çox olan fotolar bəzəyir.
Sizi bu maraqlı kitabla baş-başa buraxırıq.

ISBN 978-9952-8278-4-2                  
© “Kitab Klubu”, 2015


Saturday, June 6, 2015

Ali Məhkəmənin təşəbbüsü ilə hazırlanan
Azərbaycanca-rusca izahlı hüquq lüğəti
Azərbaycanca-ingiliscə hüquq lüğəti
Русско-Азербайджанский толковый юридический словарь
Müəllifləri : Ramiz Rzayev – Ali Məhkəmənin sədri, Rafiq Novruzov – filologiya elmlər doktoru, Bakı Slavyan Universitetinin professoru, Könül Əliyeva – Ali Məhkəmənin məsul işçisi
Redaksiya heyəti : Ali Məhkəmənin hakimləri Azər Hüseynov, Şahin Yusifov, Tapdıq Mahmudov, Ələsgər Əliyev, Bağır Əsədov, Fərhad Kərimov, Vəfaddin İbayev
Elmi redaktorlar : İsmayıl Məmmədov – filologiya elmləri doktoru, professor, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Lüğətçilik şöbəsinin müdiri və Aynur Ağazadə – Azərbaycan Dillər Universitetinin müəllimi
Hər iki kitab “Nurlar” Nəşriyyat-Poliqrafiya Mərkəzi tərəfindən 2012-ci ildə nəşr olunub.
18 (on səkkiz) minə yaxın söz və söz birləşməsini özündə əks etdirən “Azərbaycanca-rusca izahlı hüquq lüğəti" adlı kitab Ali Məhkəmə tərəfindən hüquqşünasların, eləcə də digər oxucu kütlələrinin soraq-məlumat tələbatını ödəmək üçün buraxılmışdır. Lüğət həm məhkəmə işçiləri, həm də biznesin müxtəlif sahələri, hüquq sistemləri, təşkilatları ilə əlaqələr quran müasir istifadəçilərin tələblərinə uyğun, həmçinin işgüzar məktubların, sorğuların, ərizələrin və bank sənədlərinin hazırlanması ilə bağlı yaranan sualların həll olunması məqsədilə tərtib olunub.
"Azərbaycanca-rusca izahlı hüquq lüğəti"ndən sonra geniş oxucu kütləsinə təqdim olunan, 19 (on doqquz) minədək söz və söz birləşməsini özündə əks etdirən "Azərbaycanca-ingiliscə hüquq lüğəti" hüquqşünaslar, müvafiq sahədə çalışan alimlər, müəllimlər, tələbələr, hüququn inkişafında maraqlı olan bütün oxucu kütləsi, eləcə də sahibkarlıq fəaliyyəti ilə məşğul olanlar üçün çox faydalı məxəz rolunu oynayır.
"Azərbaycanca-rusca izahlı hüquq lüğəti"ndə olduğu kimi bu lüğətdə də qanunvericilikdə işlənən və hüquq elminin bütün sahələrini əks etdirən söz və terminlərin, ifadələrin əksəriyyəti öz əksini tapıb.
Lüğətlərin fərqləndirici cəhətlərindən biri də odur ki, burada hüquqi terminlər ilə yanaşı hərbi, vergi, maliyyə, gömrük, sahibkarlıq fəaliyyəti ilə əlaqədar yaranan yeni terminlərə geniş yer verilmişdir.