Monday, February 29, 2016

A. Dante
"İlahi komediya"
tərc.ed. Ə. Kürçaylı

"İlahi komediya" Dante yaradıcılğının zirvəsi sayılır. "Röya" formasında yazılmış əsərdə dini təsəvvürlərə görə üç hissədən ("Cəhənnəm", "Əraf(Təmizlik)", "Cənnət") ibarət axirət dünyasına səyahət təsvir edilir.
Bakı : Öndər, 2004. - 592 s. ; 21 sm. ISBN 9952-416-24-4


ALFRED RENYİ
Riyaziyyat haqqında dialoqlar

İSMİXAN YUSUF
Elm və metafizika haqqında monoloqlar

Ruscadan tərcümə edən: İsmixan Yusuf

Bakı, 2016, "Ecoprint", 108 səh.
ISBN: 978-9952-29-101-8

Kitabda riyaziyyatın mahiyyəti və onun tətbiqləri haqqında A.Renyinin "Dialoqlar"ının rus dilindən tərcüməsinə və tərcüməçinin elm-metafizika mövzusunda bəzi düşüncələrinə yer verilmişdir. Kitab əsasən gənclər üçün nəzərdə tutulmuşdur.


Thursday, February 25, 2016

Zəlimxan Yaqub
"Dünyadan köçən mənəm" (seçilmiş şeirləri)
Çağdaş Azərbaycan poeziyasının görkəmli nümayəndələrindən biri olan Xalq şairi Zəlimxan Yaqub yaradıcılığının poetik vüsəti, incə lirizmi və xüsusi pafosu, həmişə xalq yaradıcılığına, xüsusən aşıq şeirinə bağlılığı ilə seçilib. Əslində, onun şair ilhamı həmişə bu iki tükənməz çeşmənin qovşağında qərar tutub. Hər sözündə xalq ruhunu yaşatması, el ədəbiyyatını və klassik irsimizi dərindən bilməsi, yaxşı hafizəsi, iti yaddaşı, geniş bədii duyumu, bulaq kimi çağlayan parlaq və cazibədar nitqi, fərqli dil duyğusu bir şair kimi Zəlimxan Yaqubu fərqləndirən və onu sevdirən əsas əlamətlər idi.
Oxucuların ixtiyarına verilən kitaba şairin sevilib‐seçilən, az qala dillər əzbərinə çevrilən poetik nümunələri daxil etmişik.
Müəllif: Zəlimxan Yaqub
Dil: Azərbaycan 
Nəşriyyat: © Bakı Kitab Klubu 
Nəşr ili: 2016 
Səhifə: 408 səh. 
Format: 60x84 1/16 (150x210 мм) 
Cildi: yumşaq 
Tiraj: 100

Tuesday, February 23, 2016

İsmayıl Şıxlı
Dəli Kür (roman)
Oxucunun mənəvi ehtiyacından və bədii zövqündəndir ki, böyük yazıçıların yaradıcılığına bütün dövrlərdə ehtiyac hiss edilib və zaman-zaman bu zəngin ədəbi nümunələrə müraciət olunub. İ. Şıxlı da belə şəxsiyyətlərdən, onun yaradıcılığının zirvəsi sayılan «Dəli Kür» romanı da bu qəbildən olan əsərlərdəndir.
«Pedaqogika» nəşr., 2004, 15x21, rəngli, sərt


Mahmud Kaşğari. Divanü lüğat-it-türk. Bakı, Ozan, 2006, I cild, 512 s.
Mahmud Kaşğari. Divanü lüğat-it-türk. Bakı, Ozan, 2006, II cild, 400 s.
Mahmud Kaşğari. Divanü lüğat-it-türk. Bakı, Ozan, 2006, III cild, 400 s.
Mahmud Kaşğari. Divanü lüğat-it-türk. Bakı, Ozan, 2006, IV cild, 752 s.
(Tərcümə: Ramiz Əskər)

Divanu Luğati-t-Türk (ərəbcəديوان لغات الترك - Türk dilləri lüğəti) - türk dünyasının ilk ensiklopedik əsəri. XI əsrdə yaşamış böyük türk alimi Mahmud Qaşqarlı tərəfindən Bağdadda 1072 - 1074-cü illər arasında yazılan ərəbcə - türkcə lüğətdir.
Bir mədəniyyət xəzinəsi olan Divanü lüğat "t-Türk (DLT), bir tərəfdən XI. əsrdə söz varlığının genişliyini və müxtəlifliyini gözlər önünə sərməkdə, bir tərəfdən də o dövrdə insan və cəmiyyət həyatıyla, maddi və mənəvi mədəniyyətimizlə əlaqədar, maraqlı qeydlər ortaya qoymaqdadır. Bu baxımdan zamanımızdan təxminən min il əvvəl yazılan DLT, Türkcənin ilk lüğəti olmaqdan kənar bir çox araşdırmaçının təslim etdiyi üzrə tarixi və mədəni müraciət qaynaqlarımızın da ilklerindendir. Cəmiyyətlərin həyat formaları, dünyanı algılayışları o cəmiyyətin dilində də özünü göstərir. DLT, təxminən bir əsrdir Türklük elminin başlıca araşdırma mövzularından biri olmuşdur. Bu əsər, ədəbiyyat baxımından əhəmiyyətli olduğu qədər mədəniyyət xüsusiyyətlərini əks etdirməsi baxımından da qiymətlidir.[1]
Türkçənin bizə məlum ən qədim lüğətidir, qiymətli və əhəmiyyəyli topludur. Kitab ərəblərin türk dilini öyrənməsi üçün yazılmışdır. Quruluş etibarı ilə lüğətdir. Lakin, hikmətli sözlər, atalar sözləri, şeir, nəsr kimi nümunələrlə zəngindir. Səkkiz bölmədən (əsərdə "kitab") ibarət əsər ərəb dilinin lüğət qaydalarına uyğun yazılmışdır.



Monday, February 22, 2016

Nazim Hikmət 
Dənizə dönmək istəyirəm! (şeirləri)
Nâzım Hikmet Ran (1902 –1963), qısaca Nazim Hikmət, Türk şair, dramaturq, romançı və xatirə yazarıdır. Siyasi düşüncələri üzündən dəfələrlə həbs edilmiş və yetkin həyatının böyük hissəsini həbsdə, ya da sürgündə keçirmişdir. 
Şeirləri əllidən çox dilə çevrilmiş, əsərləri bir çox mükafatlara layiq görülmüşdür. Türkiyədə sərbəst nəzmin ilk tətbiqçisi ve çağdaş türk şeirinin ən önəmli simalarındandır. Adı 20-ci yüzilin ən sevilən şairləri arasında yer almaqdadır. 
Kitaba Nazim Hikmətin şeir və poemalarından seçmələr daxil edimişdir.
Müəllif: Nazim Hikmət
Dil: Azərbaycan
Nəşriyyat: © Bakı Kitab Klubu
Nəşr ili: 2016
ISBN: -
Səhifə: 384 səh.
Format: 60x84 1/16 (150x210 мм) 
Cildi: yumşaq
Tiraj: 100

"Bank sistemi və Bank əməliyyatları testlərlə"
Ramin Bayramov
Odlar Yurdu Universitetinin Elmi Şurasının qərarı ilə çap olunub.
Test kitabı bank işçiləri, bank sistemində işləmək üçün hazırlaşan namizədlər, bank sahəsi üzrə təhsil alan tələblər, magistrlər, doktorantlar və bank işini müstəqil öyrənmək istəyən şəxslər üçün nəzərdə tutulmuşdur. İstfadəçilər test kitabını öz nəzəri bilik və bacarıqlarının yoxlanılması, təkminləşdirilməsi məqsədləri üçün istifadə edə biləcəklər. Eyni zamanda banklarda keçirilən Attesstasiya imtahanlarına hazırlıq məqsədləri üçün əlverişli vəsaitdir.
Müəllif: Ramin Bayramov
Dil: Azərbaycan
Nəşriyyat: “ADMİU”
Nəşr ili: 2016
ISBN: 978-9952-753-43-1
Səhifə: 152 səh.
Format: 60x90 1/16 (150x210 мм) 
Cildi: bərk
Tiraj: 300 nüsxə

Monday, February 15, 2016

Рамиз Гумбатов
Биби-Эйбат: Судьба и дело Павла Потоцкого
(Исторический очерк: на русском, азербайджанском и польском языках).
Издание Бакинской высшей школы нефти, Баку, 2015, стр. 84, илл. 61. источники-83

В книге представлена история жизни польского инженера Павла Николаевича Потоцкого, «который совершил в нефтяном хозяйстве победу над Каспием». Его жизнь была неразрывно связана с историей  засыпки Биби-Эйбатской бухты (Азербайджан). Он разработал уникальные проекты, реализованные под его непосредственным руководством, что позволило открыть ворота для добычи нефти на дне Каспийского моря. Приводятся  сведения о  предках и потомках  рода Потоцких, о жизни и деятельности выдающихся представителей этой семьи. Вспоминаются  другие  личности, выступившие в разные времена, начиная с 1803 года, с инициативами осуществлять добычу нефти на территории Биби-Эйбатской бухты.
В работе использованы новые архивные документы и материалы периодических изданий XIX и XX столетий. Представленные материалы могут быть интересны как специалистам, так и широкому кругу читателей. Замечания и пожелания будут приняты с благодарностью.