Saturday, November 30, 2013

Əkrəm Rəhimli
Seyid Cəfər Pişəvəri

Kitabda Cənubi Azərbaycan inqilabçısı, demokrat Seyid Cəfər Pişəvərinin həyatından və mübarizəsindən bəhs olunur. Çoxsaylı mənbələr və sənədlər əsasında Seyid Cəfər Pişəvərinin Güneydəki milli-demokratik hərəkatda xidmətləri və rolu, Milli Hökumətin süqutundan sonra onun həyatının son günləri tədqiq və təhlil olunur.

Müəllif: Əkrəm Rəhimli
Dil: Azərbaycan
Nəşriyyat: “Nurlar”
Nəşr ili: 2009
ISBN: 978-9952-450-06-4
Səhifə: 400 səh.
Format: 60x84/16 (150x210 мм)
Cildi: bərk, supercild
Tiraj: 1000 nüsxə


Friday, November 29, 2013

Məktəbəqədər yaşlı uşaqlar üçün 
Öz əlinlə düzəlt (1-ci kitab) 

Bu kitab valideynlər, məktəbəqədər tədris müəssisələrində çalışan tərbiyəçilər və ibtidai sinif müəllimləri üçün əyani bir vəsaitdir. Kitabda valideynin və ya tərbiyəçi-müəllimin köməyilə kiçik yaşlıların hazırlaya biləcəkləri xırda əl işləri göstərilib. Bu işlər rəngli kağız və kartondan, uşaqların təbiətə ekskursiyası zamanı topladıqları cürbəcür qozalar, yarpaqlar, ağac budağı və s. hazırlanır. Çalışmaq lazımdır ki, düzəldilən işlərin görünüşü estetik cəhətdən gözəl və səliqəli olsun. Hazırladıqları əl işlərini qorumaqla uşaqlara həm öz əməklərinə, həm də başqalarının əməyinə qiymət vermək bacarığı aşılanır.
“Kitab Klubu”, ISBN 978-9952-820-26-3, 2013, 32 səh., 21x29, yumşaq, 

Qiyməti 1.90 AZN



Thursday, November 28, 2013

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işçisi Samirə Gəncəlinin tərtib etdiyi “Əlabbas Müznib. Türkcə qəzəllər” antologiyası “Elm və təhsil” nəşriyyatında çapdan çıxıb. İlk dəfə 1917-ci ildə “Orucov qardaşları” mətbəəsində çapdan çıxmış bu əsərdə Azərbaycan, Türkiyə, Orta Asiya klassiklərinin şeirləri toplanıb.


Wednesday, November 27, 2013

Həmid Herisçi
Konspiroloq

Postmodernin də bir qənimi tapılıb. Bu, adına konspirologiya deyilən yeni estetik, fəlsəfi nəzəriyyədir. Konspiroloji təfəkkür bütün modern anlayışları yenidən dirildir. Postmodernin pərdəarxasına bircə an göz atıb, bu klassik məfhumları ordan üzə çıxarır. Konspirologiya artıq postmodernin qəbrini qazıb. Diqqətinizə çatdırılan bu kitabda müəllif oxucunu postmodern xaosdan qurtaqmağa cəhd edir.
“Qanun”, 2010, 488 səh., 15x21, sərt, 500


Tuesday, November 26, 2013

Elcin Aslanov
AZƏRBAYCAN TOYU


Ensiklopedik kitabda azı 730 toy termini, ad və deyimi əksini tapıb və mumkun olduğu qədər acıqlanıb.

♦ Qədim adət-ənənələrimizin qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsi baxımından  bu kitab yeni ailə quranlara gözəl hədiyyə olardı.
ISBN 9952-410-00-4, “Tutu”, 2003, 240 səh., 20x28,
yumşaq
Qiyməti 10 AZN


Monday, November 25, 2013

New Kindle Paperwhite

Wi-Fi, All-New Paperwhite Display, High Resolution, High Contrast, Next-Gen Built-in Light
Unlike tablets, Kindle Paperwhite is designed to deliver the best reading experience
No screen glare in bright sunlight
Read with one hand — over 30% lighter than iPad mini
Battery lasts weeks, not hours
Next-gen built-in light — read without eyestrain
Qiyməti: 140,00 man.


Saturday, November 23, 2013

Çarlz Bukovski 
"Makulatura" (tərcümə: Ramil Rahiboğlu) 

Bukovskinin əsərlərində insanı düşünməyə vadar edən nələrsə mütləq qarşımıza çıxır. Onun yaradıcılığı ideal deyil, təkrarsızdır. Bəzən abırsızdır, bəzən uşaqcasına sadə və təsirlidir, lakin hər zaman özünün təcrübəsi və həyatın içindən gələn müdrikliyi ilə qiymətlidir.
ISBN 978-9953-8067-4-7, 2013, 208 səh., qiyməti 5 man.


Friday, November 22, 2013

Alber Kamyu
"Kaliqula"
(çevirəni: Xan Rəsuloğlu) 

Alber Kamyu (1913-1960) böyük fransız yazıçı və filosofu Nobel mükafatı laureatıdır. Bu kitabda onun “Kaliqula” pyesi, Nobel mühazirəsi və gündəliklərdən kiçik olsa da, az qala bütün “əbədi suallar”a yazıçı öz baxış bucağını yönəldə bilib, insanı silkələyən, düşündürən nəticələrə gəlib çıxıb. 
2013, 160 səh.



Thursday, November 21, 2013

Kitab Klubunun HƏBSXANALARA hər il olduğu kimi ənənəvi kitab hədiyyəsi >>



Layihənin baş redaktoru - Qardaşxan Əzizxanlı 
Azərbaycan türkcəsinə uyğunlaşdırdı: Əvəz Zeynallı 
Fikir antologiyası Seriyası
Daniel Yergin - Neft fəlsəfəsi I cild 

Oxuyacağınız bu kitab XX əsrin tarixidir. Çünki neftin müasir mənadakı tarixi inkişafı XIX əsrin ikinci yarısında başlasa da, bütün mənalarda təsir etdiyi və dəyişdirdiyi əsr XX əsr olub. 
ISBN 10 9952-8080-2-X, 2006, 844 səh.


Tuesday, November 19, 2013

Limunət Əmrahlı
Eksperimental psixologiya


Əsərdə eksperimental psixologiyanın nəzəri-tarixi məsələlərindən bəhs olunur. Eksperimental- psixoloji tədqiqatların ilk inkişaf mərhələləri, inkişaf istiqamətləri göstərilir. Burada eksperiment metodunun nəzəri-praktik problemləri açıqlanır. Müasir psixoloji biliklərin əldə olunmasında bu metodun rolu və əhəmiyyəti, onun təşkili qaydaları izah edilir. Kitabda G.N. Ebbinhauz, T.Ribo, U.Ceyms, D.BUotson, F.Qize, J.Piaje, P.Fress, R.Şuls, S.S.Stivens, R.Qottsdanker kimi eksperimentatorların tədqiqatlarından geniş istifadə olunub.
“ADPU”, 2008, 326 səh., 15x21, sərt, 200



L.Əmrahlı
Şəxsiyyət və cəmiyyət

Əsərdə yeni demokratiya yolu tutmuş cəmiyyətlərdə şəxsiyyətin sosial-psixoloji problemlərdən bəhs olunur. Şəxsiyyətin struktur təhlili aparılır, onun təbii və sosial məzmunu araşdırılır, özünüaktuallaşdırma yolları göstərilir. Azərbaycan cəmiyyətinin qadın şəxsiyyətinə münasibəti əsərdə klassik irs və müasir gender tədqiqatları kontekstində araşdırılır. Əsərdə dəyişən cəmiyyətlərdə yeni münasibətlər sisteminin əmələ gəlməsi məsələləri nəzərdən keçirilir.
ISBN 9952-29-073-5, 2007, 202 səh.



Noyabrın 15-də Bakı Kitab Klubunda (M.Sübhi 13) Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin oğlu rəssam Azər Rəsulzadəyə həsr olunmuş "Azərbaycan həsrəti" adlı kitabın təqdimatı keçirildi

http://www.youtube.com/watch?v=uPvPGVarQMA

Monday, November 18, 2013

Kamilə Məmmədzadə
İngiliscə-Azərbaycanca-Rusca frazeoloji lüğət

Bu lüğət müasir ingilis və amerikan ədəbiyyatını, publisistikasını oxuyan geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur. Lüğət həmçinin ingilis dilinin tədrisində də istifadə oluna bilər. Kitaba hər üç dildə ayrıldıqda 5000-dən yuxarı
ingilis və amerikan frazeoloji birləşmələri daxil edilmişdir. Bu birləşmələrə dəfələrlə müasir mətnlərdə rast gəlmək olar. Onlar müxtəlif dövrlərdə yaranmış və bu günə qədər söz qiymətini itirməyib. Frazeoloji birləşmələrin əksəriyyətinin qarşısında onların yaranma mənbəyi ixtisarla göstərilmişdir.

Müəllif: K.Məmmədzadə
Dil: Azərbaycan
Nəşriyyat: Qafqaz Universiteti
Nəşr ili: 2008
ISBN: -
Səhifə: 323 səh.
Format: 60x84 1/16 (150x210 мм)
Cildi: bərk
Tiraj: 500 nüsxə



Samir İmanov
"Hədəfdəki insan" 

...Əlil olmasına və cinayətkarlara əsir düşməsinə baxmayaraq onları məhv etməyi qarşısına məqsəd qoyur və əlil insanları zirvəyə qaldırmaq istəyən Samirlə, dünyanı əlillərdən təmizləməyi qarşısına məqsəd qoyan cinayətkar qrup arasında amansız mübarizə başlayır. Sonda polislərin köməkliyi ilə Samirin qalib gəldiyi əsərdə hadisələr Azərbaycan, Türkiyə, Rusiya, Argentina və İspaniyada cərəyan edir.
ISBN 978-9953-8066-5-58, 2013, 320 səh.



Saturday, November 16, 2013

Teyyub Qurban 
Düşmənlərindən güclü şəxsiyyət
(birinci kitab)

Kitabda Mircəfər Bağırovun çoxcəhətli siyasi fəaliyyəti arxiv sənədləri əsasında şərh edilir, Kremlin daşnak-rus hakimlərinin göstərişi ilə 1956-cı ildə qurulmuş qondarma məhkəmənin bütün ittihamları ifşa olunur. Müəllifin fikrincə, M.C.Bağırov Azərbaycan xalqının ən nəhəng və əyilməz tarixi şəxsiyyətlərindəndir.
"OL" MMC, 2013, 600 səh.
Qiyməti: 10.00 AZN


Noyabrın 15-də Bakı Kitab Klubunda Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin oğlu rəssam Azər Rəsulzadəyə həsr olunmuş "Azərbaycan həsrəti" adlı kitabın təqdimatı keçirildi

Təqdimatdan görüntülər:
https://www.facebook.com/kitab.klubu/media_set?set=a.10201720586288548.1073741837.1597219671&type=1

Thursday, November 14, 2013

Ариф Юнусов 
"Азербайджан в начале XXI века: конфликты и потенциальные угрозы" 
(на русском и английском языках) 

В монографии, подготовленной автором на основе многолетних полевых исследований, мониторинга СМИ и социологического опроса рассмотрены все конфликтные ситуации и проблемы, с которым столкнулся Азербайджан в постсоветский период. Одновременно проанализированы и потенциальные угрозы, с которыми может столкнуться Азербайджан в ближайшей перспективе. Основное внимание уделено таким проблемам, как ситуации вокруг Карабахского конфликта, взаимоотношениям Азербайджана с Россией и Ираном, США и другими западными странами. Немало внимание уделено также внутренним проблемам страны - роли политического ислама, межнациональным отношениям и политической системе.
Издание адресовано всем, кто интересуется современной ситуацией в Азербайджане и будущими перспективами развития региона.
ISBN 978-9952-8052-2-2, 2007, 276 səh., 14x21, твердый


 


Tuesday, November 12, 2013

Bəhmən Sultanlı
"Düzün sözü"

Bəhmən Sultanlı imzası oxuculara yaxşı tanışdır. Təqdim olunan kitabda müəllifin müxtəlif mətbu orqanlarında dərc edilmiş həm özəlliklərinə, həm də məzmununa görə bir-birindən seçimli 30-a yaxın yazısı toplanıb.
2013, 280 səh.


Kərəm Məmmədov 
Antropologiyanın əsasları
Kitab antropologiyaya həsr edilmiş ilk dərslikdir. Tələbələr, araşdırıcılar, həm də geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
Müəllif: Kərəm Məmmədov 
Dil: Azərbaycan
Nəşriyyat: “Qanun”
Nəşr ili: 2013
ISBN: -
Səhifə: 192 səh.
Format: 60x84 1/16 (130x210 мм) 
Cildi: bərk
Tiraj: 300 nüsxə


Rövşən Abdullaoğlu 
Çətin olsa da, həyat davam edir

Çətinliksiz həyatı təsəvvür etmək mümkün deyildir. Hər şəxsin özünə görə çətinliyi, problemi vardır. Bəzən çətinliklər insanları elə bir həddə gətirir ki, onların yaşamağa olan istəklərini, gələcək arzu və xəyallarını tamamilə yuyub aparır. Bu cür insana bəzən kiçik bir istiqamət belə kifayətdir ki, həyatı tamamilə dəyişsin. Qarşınızda olan bu kitab hər mövzusunda bu cür həyati istiqamətlərlə doludur. Bu kitab çoxlu elmi mütaliələrin, bu sahədə olan təhsilin, araşdırmaların nəticəsidir. Həyat mümkündür ki, çətindir, lakin çətin olsa da, bilmək lazımdır ki, o davam edir. 
ISBN 978-9952-8190-6-9, 2013, 272 səh., qiyməti 6 man.


Monday, November 11, 2013

Möhsün Qiraəti 
"Dəvət və çəkindirmək" (nəzəri hissə) 

Yaxşı işlərə dəvət etməkdə səhlənkarlıq edən və günahkarların etdiklərinin müqabilində etinasız olan susqun insanlar dirilər arasında yaşayan ölülərdir. İnsanlıq qarşısındakı vəzifələrini bilməyən, insanlara qarşı etinasız olan cəmiyyətdə əxlaqi problemlərin olması mütləqdir. Gələcəyimizi fərqli görmək istəyiriksə, mütləqdir ki, bu günümüzə biganə qalmamalı və insanları yaxşı işlərə dəvət etməkdə bacardığımız qədər aktiv olmalıyıq. Pis cəmiyyət günlük səhvlərin və yaxşı işlərə dəvət etməməyimizin təkrarlanan ardıcıllığı və cəmidir. Ona görə də cəmiyyətdə mövcud olan hər hansı pis bir əməl üçün ilk növbədə özümüü qınamalıyıq.
ISBN 978-9952-8190-4-5, 2013, 176 səh.



Friday, November 8, 2013

Elman Rüstəmov
"Dürmək restoranı" 

Kitab E.Rüstəmovun sayca beşinci kitabıdır. Kitabda müəllifin son illərdə yazdığı, müxtəlif qəzet səhifələrində dərc olunan 12 hekayəsi, 7 publisistik məqaləsi, üç şeiri toplanıb. Müəllif bu kitabında cəmiyyəti narahat edən müxtəlif problemlərə toxunub, dövrümüzün eybəcərliklərini öz satirik qələmi ilə tənqid edib. 
2012, 168 səh.


Thursday, November 7, 2013

Elçin Ələkbərzadə 
Vanqa 

Kitabda Vanqadan miras qalmış müalicəvi reseptlərdən ibarət bütöv bir sağlamlıq ensiklopediyası və şəfaverici meyvələrin , bitkilərin, otların əhəmiyyəti haqqında geniş məlumat verilib. Bundan əlavə kitabda Vanqanın özünəməxsus yuxuyozmaları da yer alıb. 
2013, 304 səh.


Wednesday, November 6, 2013

Elxan Elatlı 
"Adsız tablo"

Bakıda amansız qətl hadisəsi baş verir. Bu qətl bəzi intim sirləri üzə çıxarsa da, qətlin öz sirrini açmaq mümkün olmur. Cinayət axtarışı üzrə məşhur ekspert Qanbay Qasımlı təhqiqata cəlb edilir. Onun qarşıda üç gündən az vaxtı var. İşə başlayır və o da müstəntiq kimi səhv yola düşür. Əslində, ona görə ki, diqqətini qətlin sirrinin açılmasından daha çox bir namuslu qadının böhtan ləkəsindən xilas edilməsinə verir. Amma son nəticə başqa cür olur. Qasımlı bu yolda elə bir şeyə rast gəlir ki, o hər şeyi alt-üst edir və əsl qatilin kimliyi üzə çıxır. Görəsən, buna təsadüf demək olarmı?.. 
ISBN 978-9952-29-085-1, 2013, 272 səh.


Tuesday, November 5, 2013

Mətləb Əlizadə, Fərhad Eminov
İnformatika və geoinformatika


Dərslikdə informatika, fərdi kompüterlər və noutbuklar, onların iş prinsipi, daxilində yerləşən qurğular, həmçinin onlarla birgə işləyəcək periferiya qurğuları  haqqında, həmçinin coğrafi informasiya sistemləri və internet, bu sistemlərin qarşılıqlı əlaqəsi haqında məlumatlar verilib.
“Səda”, ISBN 5-86874-133-1 , 2013, şəkilli,  520 səh., 15x21, sərt, 500



DƏK Seriyasından yeni çapdan çıxan 5 kitab bunlardır

(abunəçilərimizin nəzərinə)
1.  Jorj Simenon, S/Əsərləri
2.  Moris Meterlink, S/Əsərləri
3.  Mixail Şoloxov, S/Əsərləri
4.  İvan Bunin, S/Əsərləri
5.  Redyard Kipling, S/Əsərləri
Beləliklə Dünya Ədəbiyyatı Kitabxanası Seriyasında kitabların sayı 84 oldu.
Qeyd: Abunə yazılma qaydaları - http://kitabklubu.org/arxiv/dak-abune.htm


Monday, November 4, 2013

Георгий Заплетин, Гюльнара Ширин-заде
«Русские в истории Азербайджана»

В книге раскрывается история переселения и проживания граждан русской национальности в Азербайджане, насчитывающая почти 200 лет. На конкретных примерах показано их участие в развитии экономики, сельского хозяйства, науки и культуры в становлении суверенного Азербайджана, в государственном строительстве и общественно-политической жизни страны.
Архивные материалы и фотодокументы, которыми воспользовались авторы, позволили им успешно выполнить свою задачу и предоставить читателям богатую информацию о прошлом, да и настоящем нашей страны.
Книга приуроченна к 15-летию Русской общины Азербайджана.

Авторы: Георгий Заплетин, Гюльнара Ширин-заде
Языки: Русский
Издательство: "Ганун"
ISBN - ; 2008 г.
Страниц: 368 стр.
Формат: 60x90 1/8 (220x290 мм)
Тираж: 1000 экз.
Переплёт: тв. обложка



Saturday, November 2, 2013

Nail Əliyev 
"1917-1920-ci illərdə Azərbaycanda türk-müsəlman soyqırımları ilk mənbələrdə"

Mənbəşünaslıq sahəsində ilk monoqrafik olan bu kitab xalqımızın həyatında baş vermiş soyqırımlar və deportasiya dövrlərində soydaşlarımızın faciələrindən, düçar olduqları müsibətlərdən, AXC-nin təşkil etdiyi FİK-nin tədqiqatlarından, azərbaycan diplomatlarının bu sahədəki çoxsahəli fəaliyyətindən və s. tarixi sənədlərin dili ilə ətraflı söhbət açır. Kitab uydurulmuş “erməni genosidi” təbliğatı ilə məşğul olan erməni lobbisinin təbliğatının beynəlxalq miqyasda zərərsizləşdirilməsi sahəsində faydalı vəsait kimi istifadə edilə bilər. 
2009, 204 səh.


Rövşən Yerfi 
"Penitensiar lövhələr" 

Kitaba uzun illər Penitensiar Xidmətin əməkdaşı olmuş müəllifin cəzaçəkmə müəssisəsinin həyatına dair əhvalatlarla bağlı hekayələri, “Həbsxana bənövşəsi” adlı pyesi və bir müsahibəsi toplanıb. 
ISBN 978-9952-484-68-7, 2013, 96 səh.
Qiyməti 2.00 man.

Friday, November 1, 2013

Məsumə Şahmərdanlı 
Sağlam və saleh övlad

Kitabda evlənmək, toy gecəsi, hamiləlik dövrü, bu dövrdə xanımlarda yaranan dəyişikliklər və bu haqda faydalı məsləhətlər, doğumdan öncə və sonrakı çətinliklər və onlara uyğun tövsiyyələr, yeni körpəyə qulluq və uşaq psixologiyası, hər gün yavaş-yavaş boy atan övladın qidalanması və inkişafı ilə bağlı tövsiyyələr, südvermə dövrü və onu başa vurmaq yolları xoşagəlməz hallar zamanı ilk yardım, böyüməkdə olan uşaqda baş verən dəyişikliklər, onu anlamaq, təlim-tərbiyə zamanı düzgün davranmaq yolları və daha neçə-neçə gənc ata-anaları maraqlandıran məsələlərə toxunulub, dəyərli məsləhətlər verilib. 
ISBN 978-9952-8025-5-9, 2013, 232 səh., qiyməti 5 man.

http://kitabklubu.org/saglam-ve-saleh-ovlad.html