Saturday, August 31, 2013

Çingiz Qacar
"MIZANDARLIQ"

Kitabda fiziki kəmiyyətlərin ölçü vahidləri və onların öıçmə metodlarının yaranma və inkişaf tarixi qısa halda öz əksini tapmışdır. Azərbaycanın orta əsrlərdə metrologiya (mizandarlıq) əsasları haqqında ilkin məlumat oxucu maraqlı olacaq.

Şərq- Qərb, 2010, 136 səh., ISBN 978-9952-342-51-2


Friday, August 30, 2013

Tərtibçi-müəllif: Mələk xanım Quliyeva 

Evdarlıq


(cehizlik kitab)

Azərbaycan dilində evdarlığa dair ilk təşəbbüs olan bu kitab yeni ailə quran gənc qızların, bir növ cehizlik kitabıdır, çünki indi gənclər yeni ailə qurarkən müstəqil yaşamağa üstünlük verirlər, belə gənclərdə isə ailə təsərrüfatını idarə eləmək səriştəsi olmur. Bu kitab onlara həmin səriştəni əldə elmək bacarığı verə bilər. Kitabda məişət gigiyenası, ev təsərrüfatını idarə etmək, körpə uşağa qulluq, təzə öyrənmlər üçün toxuma, xörəklər, pəhriz yeməkləri, dərman bitkilərinin müalicəvi xassələri, kosmetika, qonaqların qəbul edilməsi qaydaları və bir çox digərləri haqda gündəlik həyatda lazım olan dəyərli məsləhətlər verilir.

Tərtibçi-müəllif: Mələk xanım Quliyeva
Dil: Azərbaycan
Nəşriyyat: “Çaşıoğlu”
Nəşr ili: 2008
ISBN: 978-9952-27-107-2
Səhifə: 272 səh.
Format: 70x90/16 (170x250 мм) 
Cildi: bərk
Tiraj: 1000 nüsxə


Thursday, August 29, 2013

Tərtibçi: Ofeliya Bayramlı
"Füyuzat"
(1906-1907)

ikinci nəşr

Ə.Hüseynzadənin baş mühərrirliyi və H.Z.Tagıyevin maddi vəsaitilə 1906-1907-ci illərdə nəşr olunan “Füyuzat” məcmuəsinin 32 sayı bu kitabda toplanmış, çağdaş latın əlifbasında, yenidən nəşr olunmuşdur. Bu məcmuə, XX əsrin əvvəllərində Azəri və türk xalqlarının siyasi və ədəbi fikrinin ən möhtəşəm abidəsidir. O bu mövqeyini yeni əsr üçün də qoruyub saxlamışdır.

Tərtibçi: Ofeliya Bayramlı
Dil: Azərbaycan
Nəşriyyat: “Çaşıoğlu”
Nəşr ili: 2007
ISBN: 9952-27-036-4
Səhifə: 672 səh.
Format: (220x300 мм)
Cildi: qalın
Tiraj: 250 nüsxə


Wednesday, August 28, 2013

Mədəniyyət və Turizm Nazirliyi - Naşirlər, Poliqrafçılar və Kitab Yayım Təşkilatları ilə birlikdə 2013-cü ilin 23-25 sentyabr tarixində III Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçirəcək..

Sərgi Opera-Balet Teatrının qarşısında (üstüörtülü olmaqla) Nizami küçəsi ərazisində təşkil olunacaqdır..

HAMINIZ DƏVƏTLİSİNİZ!



Monday, August 26, 2013

Рудольф Николаeвич Иванов
"Гeнeрал — адъютант eго вeличeства"

Генерал-адъютант Гусейн-Хан Нахичеванский был одним из последних рыцарей Императорской России, кто честью, верой и правдой служил Престолу и Отечеству. За 20 лет службы в Конном полку прошел путь от корнета до полковника.

Генерал-адъютант Хан Нахичеванский — кавалер 20 российских наград, в числе которых два ордена Святого Георгия, Золотое оружие «За храбрость» и 9 иностранных орденов. Сказание — не только жизнеописание Хана Нахичеванского. Герой книги показан в окружении крупных фигур, на фоне и в гуще эпохальных событий того времени. Книга рассчитана на широкий круг читателей, в том числе на солдат и военачальников армии. Может оказаться полезной военным историкам и студентам исторического профиля.

“Гeрои Отeчeства”, 2009, ISBN 5-91017-020-1, 312 стр., 60 илл.,15x22, твeрдый, 1000


Saturday, August 24, 2013

E. Şahinoğlu, Dağlıq Qarabağ: statussuz status

Dünyanın 10 muxtariyyət təcrübəsi” adlı kitabı 2010-cu ildə işıq üzü görüb. Kitabda Aland adaları, Tatarıstan, Krım, Kvebek, Cənubi Tirol, Triest, Şimali İrlandiya, Kataloniya, Honkonq, Puerto-Riko modelləri haqda müfəssəl bilgi verilir.


Friday, August 23, 2013

Plutarx | Siseron haqqında
Siseron | Tuskulan söhbətləri
(Fəlsəfi incilər kitabxanası)
Kitaba siyasi xadim, filosof, natiq Siseronun (b.e.ə. 106-43) "Tuskulan söhbətləri" (b.e.ə. 45) və filosof, yazıçı Plutarxın (46-127) "Siseron haqqında" əsərləri daxil edilmişdir. İlk dəfə Azərbaycan dilinə tərcümə olunmuş bu əsərlər bəşəriyyətin yaratdığı böyük ədəbi irsin nümunələrinin Azərbaycan oxucusu tərəfindən mənimsənilməsinə və Siseronun həyat və yaradıcılığı ilə yaxından tanış olmasına kömək edəcək.
Müəllif: Plutarx, Siseron
Red. F. Naci ;
Tərc. Ş. Əbusəttar, Z. Əbusəttar, M. Məmmədova ;
Tərt. İ. Nəcəfov
Dil: Azərbaycan
Nəşriyyat: "Adiloğlu"
Nəşr ili: 2006
ISBN: -
Səhifə: 248 səh.
Format: 60x90 1/16 (150x210 мм)
Cildi: bərk
Tiraj: 1000 nüsxə


Bahadır Lətifli
"Dünyada vahid söz mədəniyyətinin iki qolu" (filologiya elminə yeni töhvə)
(2-ci kitab)
İnsan və onun tarixi kökləri, o cümlədən dili və mədəniyyəti barədə bilmək istəyirsinizsə, tarixlər boyu həyatın dirçəlməsində baş vermiş bütün real həqiqətləri bu kitabda tapa bilərsiniz. Bu kitab yaşadığımız bu dünyada nə varsa bütün reallıqları ilə öyrədəndir. Necə deyirlər “oxuyan bilər və öyrənər”. Odur ki, oxuyun, bilin və öyrənin! Bunu öyrənmək üçün şifahi xalq ədəbiyyatında insanlar səslərə verilmiş mənalar əsasında bütün sözlərin sirrini aça bilərsiniz. Bu barədə mövzuda şifahi xalq ədəbiyyatına məxsus əlifba tərtib olunub və bütün səslərin mənaları da əlifbada göstərilir.
“Victory”, 2012, 156 səh., 15x21, yumşaq, 150

İsmayıl Umudlu
Salahlı eli: tarix, etnoqrafiya, insanlar, yurd bilgisi

Uzun illər sürmüş ciddi araşdırmaların məhsulu olan bu kitabda Qazax mahalında orta yüzilllərdən məskun olan Salahlı elinin və onların yaşadıqları kəndlərin inkişaf yolu, salahlıların mədəni-sosial həyatı, mənəvi dünyası, təsərrüfat ənənələri haqda söz açılır. Əsərdə Salahlı övladlarının son dörd yüz ildəki tarixi hadisələrdə iştirakları, bu eldən parlamış işıqlı insanların ibrətli ömür-gün yolu, millətimiz qarşısında dəyərli xidmətləri haqda geniş bilgi verilir.

Müəllif: İsmayıl Umudlu
Dil: Azərbaycan
Nəşriyyat: “Apostroff”
Nəşr ili: 2011
ISBN: 978-9952-404-25-8
Səhifə: 912 səh.
Format: 70x100 1/16 (180x250 мм)
Cildi: bərk
Tiraj: 500 nüsxə


Thursday, August 22, 2013

Мамед Джафарли
Политический террор и судьбы Азербайджанских немцев

В книге на основе малоизвестных фактов и впервые публикуемых документов, в частности из рассекреченных фондов государственных и ведомственных архивов, рассматривается механизм политического террора в отношении азербайджанских немцев (немцев, переселившихся в начале ХIХ века из Германии в Азербайджан.), обнародуются имена и фотографии подвергнутых репрессиям в сталинские годы. Биографические данные (в алфавитном порядке) о немцах, проживавших в Азербайджане, является своего рода справочником, по которому родные могут узнать фактическую информацию о судьбах своих близких.

Автор: Мамед Джафарли
Редактор:
Составитель:
Языки: Русский
Издательство: «Ватан»
ISBN : 5-7225-0074-7; 2003 г.
Страниц: 320 стр.
Формат: 70х90 1/16 (170x240 мм)
Переплёт: тв. обложка
Тираж: 300 экз.


Ариф Юнусов
«Исламский фактор в Азербайджане»

В монографии, подготовленной автором на основе многолетних полевых исследований, мониторинга СМИ и многочисленных интервью рассмотрена роль исламского фактора в современном Азербайджане. Дана информация о тех исламских партиях, организациях и структурах, которые играют в современной жизни Азербайджана основную роль и именуются или воспринимаются как часть "политического ислама". Особое место уделено анализу государственной политики в религиозной сфере, а в завершении публикуются материалы проведенного социологического опроса.
Издание адресовано всем кто интересуется проблемами ислама в Азербайджане и будущими перспективами развития региона.

«Адильоглу», 2013, 270 стр. тираж 500 экземпляров




Wednesday, August 21, 2013

Deyl Karnegi
Dostu necə qazanmalı və insanlara necə təsir etməli

(Tərc.: Aqil Hacıyev)

Bu kitab satış üçün yazılmamışdır, lakin çox maraqlıdır ki, bu gün o ən sürətlə satılan kitabdır. İnsanlara psixoloji təsir metodlarını özündə əks etdirən bu kitab cəmiyyətdə, eləcə də, cəmiyyətin kiçik bir hissəsi olan ailədə və iş yerində hörmət qazanmağın forma və metodları öz əksini tapmışdır.

“Adiloğlu”, 2009, 224 səh., 13x20, yumşaq, 500


“Ulu xalq, ulu inam, ulu dil”, Qurban Ozanlı

Müəllif bu gün danışdığımız Azərbaycan dilinin yaranma tarixinə nəzər salır, Azərbaycan türkcəsinin söz yaratma qabiliyyətini açıqlayır. Kitabı oxuyanlar Babil qülləsi tikintisinin yarımçıq qalmasının heç də əsassız olmadığını hiss edə bilərlər.

"Kitab Klubu", 2008, 32 səh., 13x20, yumşaq, tiraj 99


Tuesday, August 20, 2013

"Между прошлым и вечностью"
Фарид Багирлы

Основная цель данного труда - завести разговор на некоторые, связанные с культурой или религией темы и попутно отвечать на конкретные вопросы или хотя бы предлагать читателю иную точку зрения.
«Адильоглы», 2007, 168 стр.


Monday, August 19, 2013

"ICQ. Mən səni axtarıram"
Rafiq Məmmədli

Kitabda İnternet istifadəçilərinə yaxşı tanış olan, dünyada məşhur Chat proqramı olan ICQ-nun son – 6.0-cı versiyasından söhbət açılır: ICQ-nu yüklə və qeydiyyata düş! Kitab yaşından asılı olmayaraq bütün İnternet, mobil telefon istifadəçiləri, eləcə də İKT mütəxəssisləri üçün nəzərdə tutulub.

© Bakı KitabKlubu, 2008, 120 səh.

Saturday, August 17, 2013

"Azərbaycan dilində işlənən ərəb və fars sözlərinin qısa lüğəti",
Tərt.: Rafiq Məmmədli

Lüğətə müasir Azərbaycan dilində işlənən ərəb və fars mənşəli 5000-dək söz və söz birləşməsi daxil edilmişdir. Bunlar gündəlik həyatda işlədilən söz və ifadələr, islamiyyətə aid kəlmələr, həmçinin Azərbaycan şəxs adlarıdır. Lüğətdə ərəb və fars sözləri Azərbaycan dilində tələffüz edildiyi qaydada – müasir orfoqrafiya prinsiplərinə uyğun verilmişdir.

Tərtibçi: Rafiq Məmmədli
Dil: Azərbaycan
Nəşriyyat: “Kitab Klubu” MMC,
Nəşr ili: 2007
ISBN: 978-9952-8087-4-2
Səhifə: 208 səh.
Çildi: qalın
Tiraj: 500 nüsxə


Friday, August 16, 2013

"Baron Münhauzenin macəraları"
Qotfrid Avqust Bürger, Rudolf Erix Raspe

Kitaba Münhauzenin ilk 14 sərgüzəşti daxil edilib. “Baron Münhauzenin macəraları” dünya macəra ədəbiyyatının ən parlaq nümunələrindən biridir. Əsər yalançılığı ifşa edir. Tərcüməçilər Yusif Yanar və Pərvan kitabı Azərbaycan dilinə nəzmlə çeviriblər. Tərcüməçilər əsərin nəzmlə tərcüməsinin onu daha da cazibədar edəcəyi qənaətindədirlər. Tərcümədə hər macəraya məzmuna uyğun ad verilib. Kitab uşaqlı-böyüklü bütün yumor, satira və fantastika həvəskarları üçün nəzərdə tutulub.
Bakı KitabKlubu, 2009, 20 səh. Rəngli-illüstrasiyalı

Thursday, August 15, 2013

 
Robin Şarma | "FERRARI"SINI SATMIŞ RAHIB

Robin Şarmanın dünyanın bir çox ölkələrində bestsellerə çevrilmiş kitabı mənəvi böhran keçirmiş milyoner vəkil Culian Mentlin qeyri-adi hekayəsini danışır. Qədim bir mədəniyyətə dalması onun həyatını dəyişir...
5 000 000 çox satılıb..

Müəllif: Robin Şarma
Nəşriyyat: Bakı Kitab Klubu
Nəşr ili: 2012
Səh.: 288
ISBN: 978-9952-812-51-0

http://kitabklubu.org/arxiv/Sharma-maket-rassilka.jpg



Wednesday, August 14, 2013

Müzəffər Məmmədov, Elçin İbadov
"Beynəlxalq iqtisadi təşkilatlar"

Ali məktəblərdə beynəlxalq iqtisadi münasibətlər, beynəlxalq hüquq və beynəlxalq münasibətlər ixtisasları üzrə təhsil alan tələbələr üçün nəzərdə tutulmuş tədris vəsaiti dünyada kifayət qədər mövqeyə malik olan müxtəlif beynəlxalq təşkilatlar haqqında geniş məlumat verir. Kitabda beynəlxalq təşkilatlar universal və regional xarakterli təsnifləndirməyə uyğun olaraq sıralanmışdır.


"CBS", 2008, 248 səh., 21x30, sərt
Ron Koleman, Giles Barrie
Daha yaxşı menecer olmağın 525 yolu

“Hər şey haqqında hər şey” seriyasından olan bu kitab 12 fəsildən ibarətdir. Kitab menecerlər, menecer olmaq istəyənlər və menecmentlə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

“CBS”, 2008, 144 səh., 21x26, sərt, 200 

Seyran Ağabəyov | "Ağabəylilər"

Kitabda Salyanın Kür Qaraqaşlı kəndinin əsasını qoyan Ağabəylilər nəslindən, bu nəslin Azərbaycan xalqına bəxş etdiyi igid oğullarından, istedadlı sənətkarlarından, görkəmli elm, incəsənət xadimlərindən və nəhayət sadə, zəhmətkeş övladlarından bəhs edilir.

Kitab Klubu, 2008, 248 səh.

Tuesday, August 13, 2013


Rövşən Yerfi | "Günahsız qatil"

Qadın səadəti… Qadını o səadətə yetişdirəcək sevgi uğrunda uğursuz cəhdləri, çarpışması… Sevgidən yaranan qısqanclıq zəminində cinayətin törənməsi. Və nəticədə sevgi umduğu insanların etinasızlığı üzündən qadının “günahsız” qatilə çevrilməsi…




Bakı, Qanun, 2010, 140 səh.

Monday, August 12, 2013

"Kitabı necə satmalı", 
Alison Baverstock (tərcümə)

Bu, tamamilə yenidən işlənilmiş nəşr, kitab işinə cəlb edilmiş hər bir kəs üçün zəruri bələdçidir. Ticarətlə məşğul olmaqda israrlısansa, işini daha yaxşı yerinə yetirmək üçün baxmağa bir şey axtarırsansa, öz nəşriyyatını qurmağı planlaşdırırsansa və ya, sadəcə olaraq, bütün prosesin necə işlədiyi haqqında daha çox məlumat almaq istəyirsənsə Alison Baverstockun bu oxunaqlı kitabı sənə əlüstü yardım göstərmək üçün daim yanında olacaq.

Bakı Kitab Klubu, 2006, 306 s. ; 20,5 sm, Əbilov Zeynalov və oğulları, yumşaq cild..  ISBN 978 9952 8087 0 4

Saturday, August 10, 2013

"MOLLA NƏSRƏDDİN" 8 cilddə (1906-1931)
AMEA Nizami ad. Ədəbiyyat İn-tu

"Molla Nəsrəddin"jurnalının nəfis kitab şəklində nəşrinin 8 cildinə 1906 - 1931-ci illərdəki nömrələri salınmışdır. Müstəqil dövlətçiliyimizin get-gedə möhrəmləndiyi hazırki dövrdə "Molla Nəsrəddin"jurnalı mənəvi və mədəni tərəqqimizdə özünəməxsus rol oynamaqda davam edir.

AMEA Nizami ad.Ədəbiyyat İn-tu:

1906-1907 /tərt. ed. T. Həsənzadə; cildin red. və ön sözün müəl. Ə.Mirəhmədov; cildin bədii tərt. F.Fərəcov; AMEA, Nizami ad. Ədəbiyyat İn-tu.- I cild.B.: Azərnəşr, 1996. 712 s.

1908-1909 /transliterasiya və tərt. ed. T. Həsənzadə; red. Ə. Mirəhmədov; cildin bədii tərt. F.Fərəcov.- II cild.- B.: Azərnəşr, 2002.- 720 s.

1909-cu ilin saylarının transliterasiya ed. və çapa haz. T.Həsənzadə; 1910-cu ilin saylarının transliterasiya ed. və çapa haz. E. Qasımova; ön sözün müəl. İ.Həbibbəyli; red. T.Kərimli; naşir. Q.İsmayıloğlu.- III cild.- B.: Çinar-Çap, 2005.- 700 s.

1911-cu ilin saylarının transliterasiya ed. və çapa haz. Əliheydər Hüseynov; 1912-1913-cu ilin saylarının transliterasiya ed. və çapa haz. Turan Həsənzadə; naşir. Q.İsmayıloğlu. IV cild(1911-1914-cü illər).- B.: Çinar-Çap, 2008.- 884 s.

Haqqımızda

“Kitab Klubu” Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) 25 fevral 2003-cü ildə yaradılıb və mart ayının 10-da Ədliyyə Nazirliyində qeydiyyatdan keçib. 2002-ci ilin əvvəlində Açıq Cəmiyyət İnstitutu-Yardım Fondunun təşkilatçılığı ilə Bakıda polşalı məşqçilər tərəfindən BMR – Book Marketing Research adlı treninqlər keçirilir. Treninqin sonunda “Kitab Klubu” adlı cəmiyyətin yaradılması üçün niyyət protokolu imzalanır. Sonradan bu qrup Açıq Cəmiyyət İnstitutu-Yardım Fondunun kiçik bir qrantı ilə “Azərbaycanın nəşrləri” adlı rəngsiz kataloq buraxılışına başlayır. Bu işin uğurlu alındığını görən Fond 2003-cü ilin sonunda cəmiyyətə daha bir qrant vermək qərarına gəlir. 2003-cü ilin sonundan başlayaraq Klubun “Azərbaycan nəşrləri” jurnal-kataloqu tam rəngli və rüblük oldu. 26 noyabr 2004-cü ildə “Azərbaycan nəşrləri” kataloqunun növbəti nömrəsi və Klubun www.kitabklubu.org  ünvanlı internet səhifəsinin təqdimatı keçirildi.
Klub tərəfindən çoxlu sayda kitab təqdimatları, müəlliflərlə görüşlər, ənənəvi respublika kitab satış-sərgiləri, nəşriyyatların konfransları keçirilir. Kitab Klubu Bakı şəhərində kitab bazarının öyrənməsi ilə əlaqədar 2004-cü və 2006-cı illərdə sorğular keçirmişdir. Sorğular naşirlər, kitab satıcıları və oxucular arasında keçirilmişdir. Sorğuda 400 respondent iştirak etmişdir. Nəticələr dövri mətbuatda və Klubun internet səhifəsində verilmişdir.
Təşkil olunmuş bütün tədbirlər dövri mətbuatda geniş işıqlandırılır.
Bu gün Klub öz fəaliyyətini uğurla davam etdirir.

Kitab klubunun məqsədi Azərbaycanda nəşriyyat işinin səmərəli qurulması və kitab bazarının normal qaydalar üzrə işləməsinə yardım göstərməkdir.
Birinci növbədə
- Kitab bazarının vəziyyətini öyrənilə, bu barədə məlumatları naşirlərə və
müəlliflərə,
- Yeni nəşr olunmuş və olunacaq kitablar haqqında məlumatı isə potensial oxuculara çatdırmaqdır.
Bunu həyata keçirmək üçün seçilmiş yollar:
- kitab bazarının öyrənilməsi üçün sorğuların keçirilməsi;
- yeni kitab kataloqlarının buraxılması və yayılması;
- kitab sərgilərinin keçirilməsi;
- kitabların elektron variantlarının internet səhifəsində yerləşdirilməsi;
- yeni kitabların təqdimatının, müzakirəsinin, müəlliflərlə görüşlərin
keçirilməsi;
- müəlliflərə kitabın tərtibatı və çapında yardım göstərilməsi;
- müəlliflər haqqında məlumatların yayılması;
- yeni kitabların satışı üçün sifarişlərin toplanması;
- kitab işi üzrə mütəxəssislərin və müəlliflərin iştirakı ilə dövrü görüşlərin, seminarların, konfransların keçirilməsi;
- digər ölkələrin kitab klubları və kitabxanaları ilə kitab mübadiləsi;
- kitabxana və oxu zalı xidmətinin göstərilməsi və s. 
Bunu etmək üçiin əldə olan imkanlar:
- 3000 nüsxə ilə dərc edilən, ölkəmizin bütün rayonlarına və xarici ölkələrə yayılan rəngli «Azərbaycan nəşrləri» kitab kataloqu;
www.kitabklubu.org  ünvanlı internet səhifəsi;
- 1000 kitablıq daimi işləyən 2 sərgi salonu;
- təqdimatların və görüşlərin keçirilməsi üçün 40 kv. metrlik  və 60 kv. metrlik zallar.
Bizim devizimiz:

Kitabını dünyaya tanıtmaq istəyirsənsə, bir nüsxəsini Kluba gətir
BAKI KİTAB KLUBU
Bizim ünvan: Bakı şəhəri, Mustafa Sübhi küçəsi, 13 (Təzə Pir Məsçidinin yanı)
Telefon: (012) 492-12-38, (055) 674-11-38
                (012) 511-61-86, (050) 404-91-13
Faks: 492-12-38
Tərtibçi: Ofeliya Bayramlı
"Füyuzat"
Ə.Hüseynzadənin baş mühərrirliyi və H.Z.Tagıyevin maddi vəsaitilə 1906-1907-ci illərdə nəşr olunan “Füyuzat” məcmuəsinin 32 sayı bu kitabda toplanmış, çağdaş latın əlifbasında, yenidən nəşr olunmuşdur. Bu məcmuə, XX əsrin əvvəllərində Azəri və türk xalqlarının siyasi və ədəbi fikrinin ən möhtəşəm abidəsidir. O bu mövqeyini yeni əsr üçün də qoruyub saxlamışdır.
ISBN 9952-27-036-4, “Çaşıoğlu”, 2006, 672 səh., 22x30, sərt, 250