Thursday, July 28, 2016

Eldar Əmirov
“Orta əsrlər Azərbaycanının görkəmli dövlət xadimi Fəzlullah Rəşidəddin əl-Həmədani”
Görkəmli dövlət xadimi və mütəfəkkiri Fəzlullah Rəşidəddin əl-Həmədaninin (1247-1318) siyasi fəaliyyətindən bəhs edən monoqrafiya həm milli tarixşünaslığımızda, həm də dünya tarixşünaslığında mövzuya dair kitab həcmində qələmə alınmış ilk tədqiqat işidir.
Kitabda Rəşidəddinin Elxanilər dövlətinin baş vəziri qismində keçdiyi 20 illik keşməkeşli, lakin şərəfli yol çoxlu sayda klassik mənbənin, həmçinin müasir araşdırmaların materialları əsasında müfəssəl şəkildə işıqlandırılıb. Eyni zamanda monoqrafiyada Fəzlullah Rəşidəddinin siyasi və maarifçilik fəaliyyəti ilə sıx bağlı olan bir sıra tarixi şəxsiyyətlərə, hadisə və anlayışlara dair maraqlı faktlar öz əksini tapıb, Azərbaycan, İran və həmçinin İslam tarixinə aid mühüm məqamlara toxunulub. “Orta əsrlər Azərbaycanının görkəmli dövlət xadimi Fəzlullah Rəşidəddin əl-Həmədani” əsəri müəllifin üç illik elmi axtarışlarının nəticəsidir.
Kitabın elmi redaktoru akademik Vasim Məmmədəliyev, redaktoru fəlsəfə elmləri doktoru, professor Məmməd Əliyevdir. Rəssam Vüqar Həziyev xüsusi olaraq bu kitab üçün “Fəzlullah Rəşidəddin” portretini yaradıb.
2014, ISBN 978-9952-489-90-3, 616 səh.

Saturday, July 23, 2016

- İlk peşə-ixtisas təhsili - seriyasından vəsaitlər
----------------------
Materialşünaslıq və elektrik materialşünaslığı
Estetika, peşə estetikası və psixologiya
Ərzaq və qeyri-ərzaq malları ticarətinin təşkili və reklam işi
Materialşünaslıq (Dülgər-xarrat işi üzrə)
Məişət cihazlarının təmiri texnologiyası
Təsərrüfat fəaliyyətinin təhlili
Unlu qənnadı məmulatlarının hazırlanması
Video çəkilişi texnologiyası
Avtomobil çilingəri
Dülgər-xarrat işi
Xalçaçılıq texnologiyası
və s.

Bakı, “Şərq-Qərb” Nəşriyyat Evi, 2012, 128 səh.



Friday, July 22, 2016

 
MURAD ADCI
"Qıpçaq çölünün yovşanı"


Tərcümə və redaktə: prof. Tofiq Hacıyev

Kitabda türk-qıpçaq Attilanın Altaydan Avropaya apardığı mədə-niyyətin təşəkkülündən danışılır. Burada uzunluğu 8 aylıq at yolu olan əzəmətli Dəşti-Qıpçaq dövlətinin gizli saxlanan tarixinin səhifələri mühüm yer tutur. Avropa və rus tarixçilərinin bu tarixin üstünə çəkdikləri qara örtük açılır, saxtakarlıq damğaları pozulur. Qıpçaqların dini, adət-ənənələri aşkarlanır, obyektiv tarixi siması göstərilir.

Kitab Tofiq Hacıyevin əziz xatirəsinə ithaf olunur

ISBN 5-8020-1320-6
© Murad Adcı, 1994
© Tofiq Hacıyev, 1997
© Kitab Klubu MMC, 2016

Müəllif: Murad Adcı
Dil: Azərbaycan
Nəşriyyat: © Bakı Kitab Klubu
Nəşr ili: 2016
ISBN 5-8020-1320-6
Səhifə: 216 səh.
Format: 60x84 1/16 (140x200 мм)
Cildi: yumşaq
Tiraj: 100


Saturday, July 16, 2016

Karl Marks
KAPİTAL. Siyasi iqtisadın tənqidi
I kitab - Kapital istehsalı prosesi
KitabKlubu.org, 2016, 652 səh.
Tərcüməçilər: M.Ağamirov, A.Gülməmmədov, S.Məlikov, C.Cabbarov

Alman filosofu, siyasətçisi, marksizm nəzəriyyəsinin banisi, Karl Marks bütün həyat işi hesab etdiyi «Kapital» əsərində kapitalizmin bütün əsas iqtisadi kateqoriyalarının təhlilini vermiş və bununla da dünya istehsal tarixində misli görünməmiş kəşf etmişdir. Əsərin birinci cildində bilavasitə kapital istehsalı prosesini, ikinci cilddə tədavül prosesini, üçüncü cilddə bütövlükdə götürülmək şərtilə kapitalist istehsalı prosesini öyrənmişdir. 
«Kapital» - müasir kapitalizm cəmiyyətinin iqtisadi quruluşunu, yəni kapitalist istehsal üsulunun anatomiyasını öyrədən bir kitabdır.
Əsərin əsası sayılan birinci cildini Sizə təqdim edirik.


Karl Marksın «Kapital» əsəri haqqında 
ən səmimi sitatlar

İqtisadiyyat üzrə Nobel mükafatı laureatı 
Vasili Leontev (1938):
Əgər kimsə mənfəət, əməkhaqqı və ya kapitalist müəssisəsinin nə demək olduğunu öyrənmək istəsə – ona nə müasir dövrün bir düjün iqtisadiyyat kitabı, nə Amerikanın onlarla siyahıyaalınma üzrə hesabatları, və hətta Torsteyn Veblen-in əsərləri lazım deyil, ona «Kapital» əsəri kifayətdir.
ABŞ prezidenti 
Franklin Ruzvelt:
Biz bu ağıllı əsəri heç bir kommunistə verməməliyik!
Rusiya Statistika komitəsi sədri 
Vladimir Sokolin:
Statistikada gərək adamın təcrübəsi olsun, çox şeyi bilsin. ÜDM-i hesablamaq üçün isə gərək «Kapital»ı əzbərdən biləsən.
Almaniya maliyyə naziri 
Per Steinbrück (2008):
Gərək boynumuza alaq ki, Marksın nəzəriyyəsinin müəyyən hissəsi heç də pis deyil.
«Kapital»ın əlyazması daxil edilmiş (2013) 
«Dünya mirası» layihəsi (UNESCO):
«Kommunist partiyasının manifesti» və «Kapital» əsərləri 19-cu əsrin ən vacib 2 əsəridir ki, bu günə qədər də təsiri qalıb.
***
2008-ci ilin payızında dünyada baş verən növbəti iqtisadi böhrandan sonra bütün Almaniya üzrə «Kapital»ın satışı 3 dəfə artıb.

© AZƏRNƏŞR, 1969
© Kitab Klubu MMC, 2016

Kitabı əldə etmək üçün:
KitabKlubu.org: (012) 489-84-69, (050) 404-91-13

Monday, July 4, 2016

Oqtay Əfəndiyev
Azərbaycan Səfəvilər Dövləti
Oqtay Əfəndiyevin «Azərbaycan Səfəvilər dövləti» kitabı Osmanlıların «Möhtəşəm yüz il» adlandırdıqları XVI əsri (1500-1600-cü illəri) əhatə edir. Müəllif xronoloji qaydada addımbaaddım tarixi hadisələri təqib edərək o zamanın tarixini indiki oxucu üçün asan dildə xarakterizə etməyə çalışıb. Kitabda I Şah İsmayıl Xətayinin yaratdığı Səfəvilər (Qızılbaşlar) dövlətinin zəfər və eniş illəri ardıcıl əks etdirilib. Kitab fəsillərə, başlıqlar və yarımbaşlıqlara bölündüyündən asan qavranır.
Müəllif həm fars həm də Avropa mənbələrindən məharətlə istifadə edərək Səfəvilər (Azərbaycan) dövlətinin təşəkkülü, etnik, ictimai-siyasi quruluşu, idarəetmə sistemi, ordu quruculuğu və hətta vergi sistemi kimi məsələləri şərh etmiş, Səfəvilərin dünya tarixində rolunu açıb göstərmişdi.
Kitab tək tarixçilər deyil, həm də geniş oxucu kütləsi üçün faydalıdır.
© Kitab Klubu MMC, 2016
© Azərnəşr, 1993
Müəllif: Oqtay Əfəndiyev
Dil: Azərbaycan
Nəşriyyat: © Bakı Kitab Klubu
Nəşr ili: 2016
Səhifə: 296 səh.
Format: 60x84 1/16 (14
Cildi: yumşaq
Tiraj: 100

0x200 мм)


Friday, July 1, 2016

İsmixan Yusuf. "Cəlilabadnamə" (gündəlikdən sətirlərdə)
Bakı. "Ecoprint", 2016, 72 səh.

Kitabça müəllifin məzun olduqdan sonra 1970-71 tədris ilində riyaziyyat və fizika müəllimi kimi işləmiş olduğu Cəlilabad şəhər 7 saylı beynəlmiləl internat məktəbi, əsasən rəhbəri olduğu 9a sinif şagirdləri və özünün yaxın çevrəsi haqqında səmimi, bəzəksiz-düzəksiz xatirələrdən əmələ gəlmiş, əsasən onlar və onlardan sonra gələnlər üçün bir xatirat dəftəri olaraq nəzərdə tutulmuşdur.