Monday, November 23, 2020

 Mehriban Vəzir

"Cümhuriyyət Qadınları: xidmətlər... aqibətlər..."
____________________________________________
“Cümhuriyyət qadını: xidmətlər... aqibətlər...” kitabı Azərbaycan qadınının Cümhuriyyət quruculuğunda iştirakçılığına, milli azadlıq davasına həsr edilib. Tariximizin bu qürur səhifəsi, əlbəttə, bir kitaba sığacaq qədər deyil, bu işi davam etdirmək, xidməti olan hər kəsin adını anmaq arzusundayıq. Tariximizin məhz fərdlər – ictimai xidməti olmuş şəxsiyyətlər üzərindən öyrənilməsi, təbliğ edilməsi yolunda çalışmalarımız davam edəcək. Çünkü tarixin yaradıcıları fərdlərdir. Tarix fərdlər üzərindən yürüyüb və yürüməkdədir.
____________________________________________
152 səh.
Çap tarixi: 05.11.2020
Format: 14x20
ISBN: 978-9952-8407-3-5
JekoPrint Çap Evi



Thursday, November 5, 2020

 AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi şurasının 6 aprel 2020-ci il tarixli 3 saylı iclasının qərarı ilə nəşr edilib.

AĞLAYA-AĞLAYA GÜLƏN ŞAİRLƏR
(Dəxil, Qumri, Raci, Sərraf, Şükuhi, Şüai,
Nəbati, Fəqir, Dilsuz, Aciz, Pürqəm, Rayiz)
Redaktor: MƏMMƏDAĞA SULTANOV
Tərtib edib çapa hazırlayan: ƏKRƏM BAĞIROV
Mətnləri transfoneliterasiya edənlər:
ƏKRƏM BAĞIROV, MAHİRƏ QULİYEVA, ARİF RAMAZANOV, FƏRRUX FƏRMANOV, NAZİM RİZVAN
Mətni yığdı: Elmira Manafova
Korrektor: Nəzrin Atabəyli
Kitaba Sovetlər dönəmində mərsiyə şairləri kimi təqdim olunan və tədqiqatlardan kənarda qalmış XIX əsr Azərbaycan müəlliflərinin əsərlərindən nümunələr daxil edilmişdir.
Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
© Əkrəm Bağırov, 2020
© AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu, 2020
© Pergament Yayın Evi, 050/070 4049113



Friday, October 30, 2020

 Maqnit  İnsanlar

Sirləri və Onlar kimi olmağın yolları

Rocer Frits


Tərcümə:  Müşfiq Məmmədov

Bakı, “Pergament” Yayın Evi, 2020, 150 səh.


Kitabın nəşr və yayım hüquqları “Pergament” Yayın Evinə məxsusdur. Nəşriyyatın razılığı olmadan kitabın təkrar nəşri və yayımı qadağandır.

© Pergament Y.E., 2020

ISBN: 978-9954-0101-0-5


Kitabı əldə etmək üçün:


Zəka Kitab Evi: (012) 599-01-54, (050) 519-04-54

Baku Book Club: (012) 489-84-69, (050) 404-91-13


-------------------------------

Kitabdan 1 parça:


Problemləri həll edərkən nəzərə alınması vacib olan üsullar 

Problem həllində aşağıdakı 7 addımı məsləhət görürəm:

Birinci addım: Problemi təyin edin. Pis xəbərləri gizlətməyin! Gizli qalan problemləri həll etmək olmur. 

İkinci addım: Düzgün suallar verin. Problemi həll etmək və ya bir işi görmək üçün lazım olan bütün informasiyanı öyrənin. Bunu düzgün suallar verərək edin, yanlış suallarla deyil. 

Yanlış sual – Bu xaosun səbəbi kimdir? 

Düzgün sual – Sizin təklifiniz nədir?

Yanlış sual – Con və ya Syudan soruşmalıyıq?

Düzgün sual – Növbəti addımımız nədir

Üçüncü addım: Həqiqətə etibar edin, fikirlərə deyil. Əgər insanlar sizə həqiqəti demək yerinə məsləhət verərək yola verəcəklərini  düşünürlərsə, hər dəfəsində eyni şeyi təkrar edəcəklər. Sizin informasiyaya və sənəd, sübuta ehtiyacınız var. Həqiqəti öyrəndikdən sonra fikirlərə qulaq asın. Həqiqətdən əvvəl fikirləri dəyərləndirmək ölümcül xəta olar! Fikir və düşün-cələri dəyərləndirəcək çox vaxtınız olacaq. 

Dördüncü addım: Bəhanələri görməməzliyə vurun. Problem yarandığında, bəhanələri müzakirə edərək vaxt itirməyin. Bəhanələri bir tərəfə qoyub problemə fokuslanın. Əgər biri sizə problemin həllinə maneə yaradıldığını söyləyərsə, ona: ”Niyə maneə yaranmasına imkan verdin” sualını verməyin. Bunun yerinə: ”Yaxsı. Bəs indi vəziyyət nədir və nə zaman həll edəcəksən?” – deyə soruşun. 

Beşinci addım: Səlahiyyətlərini paylaş. Qəribə səslənə bilər, amma səlahiyyəti paylaşaraq qazana bilərsiniz. Problem yarandığında, bundan birbaşa təsirlənəcək insanlara həll tapmaqda iştirak etməyə şərait yaradın. İşin içində olanlar, problemin səbəbləri haqqında daha çox məlumat sahibidirlər. Həm də şəxsi xeyirlərinə görə – işə hakim olmaq və müvəffəq olmaq arzusu – həll yolu tapmaqda səy göstərməyə könülləri var. Problemin həlli qarşılarına hazır şəkildə sərilməz: fəaliyyətlərinə özləri qərar verməlidirlər. Əksər hallarda qarşımıza daha optimal həll yolları ilə çıxarlar. Onların təkliflərinə qulaq asın. 

Altıncı addım: Əsas problemi həll edin, əsas olmayanı deyil. İlk düşüncəniz bir işə yaramasa, məyus olmayın. Sizi həllə aparacaq addımları bir-bir kağıza yazın. Birincini bacarsanız, ikinci rahatca arxasından gələcəkdir. 

Yeddinci addım: Problemdən qaçmayın. Ən ciddi problemlər belə yavaş-yavaş həllini tapır! 

Futbol qarşılaşmalarında tez-tez baş verən və həll tələb edən çətin vəziyyətlərdə məşqçilərin maraqlı bir həll üsulu var. Duke  Universiteti basketbol məşqçisi Mayk Krjijevski deyir: “Böyük miqyaslı dəyişiklik etmək lazım olduğunda, əlimizdəki imkanlara baxaraq bu problemi necə həll edə bilərik deyə düşünürəm. Hava günəşli, yağışlı və ya necə olursa olsun, oyunda qalib gəlmənin yolunu tapa bilərsiniz. Pessimizmlə vaxt itirirsinizsə, deməli əsl axmaqsınız”. Problemlərə münasibət tərzi hərbi akademiyada oxuduğu illərdə formalaşmışdır. 

Problemlər niyə həllini tapmır

Əməkdaşlar müdirlərini tənqid etməkdən çəkinirlər.

İnsanlar hazırkı vəziyyətlərini və ola biləcək vəzifə artışını xilas etmək üçün özlərini qoru-yurlar.

Texniki mənada professionalların olmağı, məlumatsızlığını qəbul etməkdən qorxanlar üçün sakitliyə qərq olmaq səbəbidir.

Tələsmək səhv mühakimələrə səbəb olur.

Şəxsi anlaşılmazlıqlar, müsbət düşünməyə və həll axtarmaqda ortaq hərəkət etməyə mane olur.

İnsanlar problemləri daha geniş perspektiv-dən görmək yerinə öz nöqteyi-nəzərlərindən baxarlar.

Diqqəti xoşagəlməz vəziyyətə yönəltmək gər-ginliyə, qorxuya və hər iki tərəf üçün qeyri-müəyyənliyə səbəb olur.


Hər insan bir neçə dəfə müvəffəqiyyətsizliyə uğraya bilər, amma başqalarını günahlandırmağa başlayana qədər məğlub sayılmaz.

- C. Pol Getti -




Friday, September 11, 2020

Kitabın adı : Kəlilə və Dimnə (Qədim hind eposu)

Nəşriyyat : Bakı Kitab Klubu | 2017
Tərcüməçi : Rəhim Sultanov
Çəkisi : 550 (qram)
Qiymət : 6.5 AZN

Qısa təsvir :

Kəlilə və Dimnə (Qədim hind eposu)

Kəlilə və Dimnə — e.ə. I əsrdə yaşadığı düşünülən Bəydəba tərəfindən qələmə alınmış təmsil şəklində hekayələrdən ibarət olan kitabdır. Kitabın Depşelem adlı bir hind hökmdarına ithaf edildiyi və hökmdara məsləhət və nəsihət səciyyəsi daşıması fikri mövcuddur. “Kəlilə və Dimnə"dəki hekayələr siyasətdən xeyirxahlığa qədər bir çox fərqli mövzunu özündə birləşdirmişdir. Əsər adını ilk bölümündəki bir hekayənin qəhrəmanları olan iki çaqqaldan almışdır - “doğrunun və dürüstlüyün” simvolu “Kəlilə” ilə “yanlışın və yalanın” simvolu “Dimnə”. Kitabda hekayələr “Min bir gecə” nağıllarında olduğu kimi bir-biriylə əlaqəli və qarışıq hekayələrdən ibarətdir. Beş fəsli və bir girişi vardır. Hər fəsildə bir əsas hekayə, onun içində də kiçik hekayələr, nəzm şəklində nəsihətlər vardır. Hekayənin yazılış məqsədi Mehapur hökmdarının tənbəl üç şahzadəsini doğru yola yönəltməkdir.

Səhifə sayı : 344 / Dil : Az






Friday, August 14, 2020

"QARTALLAR SINIR TANIMAZ"
ALİ KAFKASYALI
Roman

Türkcədən çevirən:
İsmayıl UMUDLU

Üz qabığındakı rəsm:
Kübra Şahin ÇEKEN
[Aloy Hacı, Qızıl Ordunun şəhid etdiyi – atası Məmməd Babanın qəbri önündəki rəsm]

Nəşriyyat:
“Pergament” Y.E.
ISBN 978-9952-8387-6-3



Wednesday, June 17, 2020

BAKU BOOK CLUB
Baku, AZERBAIJAN AZ1008,
Talat Shikhaliyev 14
Tel: + 994 12 4898469
+994 77 4551258
+994 50 4049113
+994 70 4049113
E-mail: kitabklubu@gmail.com
kitab-klubu@hotmal.com
www.bbclub.az

BBCLUB YAYIN EVİ
PERGAMENT NƏŞRİYYATI
Ünvan: Tələt Şıxəliyev 14
Tel: + 99412 4898469
Mob. + 994 55 6741138,
+ 994 50/70 4049113
E-mail: kitabklubu2@gmail.com
http://bbclub.az/

JEKOPRİNT ÇAP EVİ
Tel.: 077 4659467, 050 3649265
E-mail: jekoprint@mail.ru
ceyhun674@mail.ru









.

Thursday, April 9, 2020

TAĞI ŞAHBAZİ [SİMURĞ]
H E K A Y Ə L Ə R
ТАГИ ШАХБАЗИ [СИМУРГ]
Р А С С К А З Ы
“Pergament”, 2020, 256 səh.

KİTAB FİRİDUN BƏY KÖÇƏRLİ ADINA RESPUBLİKA UŞAQ KİTABXANASININ SİFARİŞİ ƏSASINDA ÇAP OLUNMUŞDUR.


Min Bir Gecə Nağılları
(SEÇMƏLƏR)
Tərtibçi: Mustafa İsgəndərzadə
Bakı, Pergament, 2019, 456 səh.


Hacı Zeynalabdin Tağıyev: Öz dövrünün aynasında
Mətni transfoneliterasiya və tərtib edənlər: Əbülfəz Haşimoğlu, Әkrəm Bağırov, Paşa Әlioğlu

Məşhur mesenat, maarifpərvər Bakı milyonçusu Hacı Zeynalabdin Tağıyevin tariximizin 1920-ci ilə qədərki dövründə apardığı abadlıq işləri, incəsənət və elm qarşısındakı xidmətləri, şəxsi vəsaiti ilə ən görkəmli ziyalılarımıza təhsil verdirməsi hamımıza məlumdur. Lakin təəssüf ki, bu görkəmli şəxsiyyətin həyatı, mütərəqqi fəaliyyəti hələ də öz layiqli qiymətini almayıb.
Təqdim olunan kitab hələ yüz il bundan əvvəl Bakı neftindən gələn pulların qeyri-neft sektoruna yönəldilməsinin zəruriliyini dərk etmiş və bu işi həyata keçirən Hacını millətə tanıtmaq istiqamətində atılmış ilk ciddi adımlardan biridir. Kitaba N.Nərimanovun böyük maarifçi haqqında yazdığı əsər, A. Şaiqin qardaşı Axund Yusif Talıbzadə tərəfindən yazıldığı ehtimal olunan kitabın mətni, həmçinin əsrin əvvəllərində nəşr olunmuş “Himəm ər-rical” (“Kişilərin himməti”) kitabından H.Z.Tağıyevin gördüyü işləri əks etdirən bir sıra tarixi sənədlər, ona ithaf olunmuş şeirlər və ona gələn məktublar daxil edilmişdir.
“Pergament”, 2020, 216 səh.