Wednesday, February 28, 2018

DƏK Seriyasından Olan Son Doqquz Kitabı Sizlərə Təqdim Edirik:
Bununla da layihə sona çatır.

Edqar Po. S/Əsərləri
Con Faulz. S/Əsərləri
Fridrix Dürrenmatt. S/Əsərləri
Herbert Uells. S/Əsərləri
Umberto Eko - Qızılgülün adı
Boris Pasternak. Doktor Jivaqo
Eyvind Yonson. S/Əsərləri
Stendal. Parma monastırı
Elias Kanetti. Korlaşma


Tuesday, February 27, 2018

Yusif Vəzir Çəmənzəminli. "Cənnətin qəbzi"

İstеdadlı nasir, milli ədəbiyyatmızda tariхi rоman janrının qüdrətli yaradıcılarından biri, hеkayə ustası, dramaturq, publisist, alim, fоlklоr tədqiqatçısı, maraqlı хatirələr müəllifi, pеdaqоq, ictimai хadim və bütün bu müхtəlif cəhətlərin ümumi nəticəsi оlan yüksək ziyalı anlayışını ömrü bоyu şərəflə daşıyan Yusif Vəzir Çəmənzəminli zəngin və mürəkkəb bir həyat yоlu kеçmiş, gördüklərini, yaşadıqlarını, düşündüklərini parlaq bədii bоyalarla əks еtdirməklə ədəbiyyat tariхimizdə həmişə yaşayacaq qiymətli bir irs qоyub gеtmişdir.
Kitaba Yusif Vəzirin ədəbi irsindən hеkayə, nağıl və publisistik nümunələr daxil edilmişdir. Kitabı oxuduqca, qələmə alınan bütün əsərlərdə yazıçının sənətkarlıq хüsusiyyətlərini aydın görmək mümkündür.

Müəllif: Yusif Vəzir Çəmənzəminli
Dil: Azərbaycan
Nəşriyyat: © Bakı Kitab Klubu
Nəşr ili: 2018
Səhifə: 156 səh.
Format: 60x84 1/16 (130x200 мм)
Cildi: yumşaq
Tiraj: 100


Monday, February 26, 2018

Nikkolo Makiavelli. Hökmdar
Tərcümə edəni: Fikrət Təbibi

İntibah dövrünün görkəmli italyan siyasi xadimi, yazıçısı, tarixçisi, hərb nəzəriyyəçisi Nikkola Makiavelli ən çətin anlaşılan və şərh edilən mütəfəkkirlərdəndir. Artıq beş əsrdir ki, onun ən məşhur əsəri olan «Hökmdar» əsəri ətrafında qızğın mübahisələr gedir, mütəfəkkirin siyasi nəzəriyyəsi və baxışları isə çoxsaylı rəqibləri tərəfindən dəhşətli dərəcədə təhrif edilir və onun baxışları «makevializm» termini altında siyasi, habelə insana xas olan hiyləgərliyin, ikiüzlülüyün, yaltaqlığın, satqınlığın, mənəviyyatsızlığın, qəddarlığın və bu kimi şeylərin sinonimi kimi qələmə verilir.
Müəllif sözü gedən əsərdə tarixi dəlillərə söykənərək cəmiyyətin inkişaf qanunlarını aşkar etməyə və real faktlar əsasında insanın psixoloji aləmini üzə çıxarmağa cəhd göstərir.

© Fikrət Təbibi, 2018

Müəllif: Nikkolo Makiavelli
Dil: Azərbaycan
Nəşriyyat: KitabKlubu.org
Nəşr ili: 2018
ISBN: -
Səhifə: 150 səh.
Format: 60x84 1/16 (140x200 мм)
Cildi: yumşaq
Tiraj: 100


Friday, February 9, 2018

Aydın Kərimov
"MÜHASİBAT UÇOTU, VERGİLƏR"
(nəzəri-praktiki vəsait)
---------------------
İş adamının stolüstü kitabı

Bu nəzəri-praktiki nəşr mühasiblər, maliyyəçilər, iqtisadçılar, mütəxəssislər, tələbələr, ümumiyyətlə, bütün iş adamları üçün nəzərdə tutulub. Kitabda mühasibat uçotu, vergi sistemi, gömrük əməliyyatları, statistik hesabatlar, sosial və digər fondlarla hesablaşmalar, maliyyə hesabat formaları və s. nəzəri və praktiki şəkildə nümunələrlə şərh edilib. Kitabda istinad edilən qanun, qərar və təlimatlar 2018-ci il tarixə qədər olan bütün dəyişiklikləri özündə əks etdirir.

• Vergi Məcəlləsi, nümunələr
• Bəyannamələrin tərtibi
• Hesabatların tərtibi
• Maliyyə qoyuluşları
• Qiymətli kağızlar
• Sosial sığorta
• İcarə, lizinq
• Gömrük əməliyyatları
• Özəlləşdirmə və uçotu
• Maliyyə hesabatları
• Bank, valyuta əməliyyatları
• Hesabatların yoxlanılması
• Yeni hesablar planı
• Qeyri-maddi aktivlər və s.
____________________
Müəllif: Aydın Kərimov
Dil: Azərbaycan
Nəşriyyat: "Ozan" / “CBS”
Nəşr ili: 2018
ISBN: -
Səhifə: 466 səh.
Format: 60x84 1/16 (210x290 мм)
Cildi: yumşaq
Tiraj: 500 nüsxə
Qiyməti: 30 AZN


Tuesday, February 6, 2018

Qurban Səid. "ALTUNSAÇ" (roman)
Alman dilindən çevirən: Çərkəz Qurbanlı

Adı Avropada XX yüzilin 100 ən çox oxunan yazarları siyahısına düşmüş Azərbaycanın emiqrant yazıçısı Qurban Səidin (bu, Məhəmməd Əsəd Bəyin ikinci təxəllüsüdür) «Altunsaç» romanının süjeti həyata Şərq-Qərb baxışının toqquşmaları və ziddiyyətləri üzərində qurulmuşdur. Tarixi qaynaq və məlumatlarla zəngin olan bu romanı müəllif özünəməxsus bir üslubla alman dilində yazmışdır.

Müəllif: Qurban Səid / Məhəmməd Əsəd Bəy
Dil: Azərbaycan
Nəşriyyat: © Bakı Kitab Klubu
Nəşr ili: 2018
ISBN: -
Səhifə: 272 səh.
Format: 60x84 1/16 (150x200 мм)
Cildi: yumşaq
Tiraj: 100


Monday, February 5, 2018

Sabir Azəri
Dalanda (roman)

"Dalanda" romanı 90-cı illərdə Moskvada rus dilində "Sovetski pisatel" jurnalında və onun əlavəsi ""Roman-qazeta" da kütləvi tirajla buraxılmışdır. Romanın sovet dövründə ayrıca kitab halında 3 milyondan çox nüsxə ilə çap olunması böyük marağa səbəb olmuşdur.
Əsərləri keçmiş sovet xalqlarının, habelə ingilis, alman, ispan, fin, hind, türk dillərinə tərcümə edilmiş Sabir Azərinin bu əsərinə müraciətimiz oxucu rəyinə əsaslanır.

Müəllif: Sabir Azəri
Dil: Azərbaycan
Nəşriyyat: © Bakı Kitab Klubu
Nəşr ili: 2018
ISBN: -
Səhifə: 256 səh.
Format: 60x84 1/16 (150x200 мм)
Cildi: yumşaq
Tiraj: 100


Friday, February 2, 2018

Sərxan Carçıyev (Carçı)
"Bir kəndin repressiyası"
(Məxfi sənədlər əsasında)

Redaktorlar:
Akif Aşırlı
Məlahət Həsənli
Korrektorlar:
Əminə Göyüşova
Nuranə Carçıyeva

Kitab müəllifin 1920-50-ci illərdə xalqımızın yaşadığı tarixə bir baxışıdır.
Bu kitab təkcə bir kəndin nakam taleli insanlarının həyatına işıq salmır, 1937-ci illər repressiya dövrünün mənbəşünaslığının zənginləşməsinə də xidmət edir, yeni sənədlər, fotolar elmi dövriyyəyə gətirilir. Məhz buna görə də kitabı repressiya qurbanlarının 80 illiyinə həsr olunan dəyərli mənbələrdən bir hesab etmək olar.
Nərmin Yayın Evi / Kitab Klubu MMC
2018, 150 səh.