Friday, April 29, 2016

“На имя Багирова, за подписью Багирова”
Теюб Гурбан
Новое издание о деятельности выдающегося государственного деятеля Азербайджана представляется читателям без каких-либо комментариев и разъяснений, что позволит читателям формировать собственные отзывы об исторических событиях тех лет.
"OL", 2016, 492 стр., тв. переплет


Monday, April 25, 2016

"MÜSYÖ İBRAHİM və "QURAN" ÇİÇƏKLƏRİ"
Erik-Emmanüel ŞMİTT
(Tərc.: Azad Yaşar)
Bu, çağdaş Fransa ədəbiyyatının ən məşhur yazar və dramaturqlarından sayılan Erik-Emmanüel ŞMİTTin Azərbaycan oxucusu ilə ilk görüşüdür.
Kitabdakı bədii əsərlərin, müsahibə və bioqrafik materialların E.E.Şmittin yaradıcılığına ölkəmizdə də maraq doğuracağı şübhəsizdir.
"Nurlar", 2015, 200 səh., 60x90 1/16, 500 tiraj

Saturday, April 23, 2016

 
Sevil Abbasoğlu İrevanlı
Kafkaslardaki Kıyım ve Sürgünler 

/Batı Azerbaycan’da Rus ve Ermenilerin yaptığı soykırım/

Türk Dünyası Araştırmaları Vakfı’nın yayınladığı kitap giriş bölümü ile birlikte sekiz bölümden oluşuyor. Kitabın ön kapağında İrevan Hanlığının Alay Bayrağı yer alırken arka kapağında İrevan kalesinin Çar Rusyası orduları tarafından kuşatılmasının resmi yer alıyor.
İrevanlı, kitabının önsözünde şöyle diyor: “Tarihi gerçekleri belgelerle ortaya koyarak kapsamlı bir araştırma yapmak birkaç araştırmacının altından kalkabileceği bir konu değildir. Prof. Kâmil Veli’nin söylediği gibi bu araştırmaların alanı genişletilmeli, ortak araştırma organizasyonları yapılmalıdır.”
Kitabın sunuş yazısını Türk Dünyası Araştırmaları Vakfı Genel Başkanı Közhan Yazgan yazarken, Takdimi kaleme alanın Prof. Dr. Kâmil Veli Nerimanoğlu olduğu görülüyor.

ISBN 978-975-498-231-2
Türk Dünyası Araştırmaları Vakfı
İstanbul - 2015


Friday, April 22, 2016

Süleyman Sani Axundov
“Qaraca qız” /povest/
Tərtibçi: Könül Aydın Nəhmətova
Kitabda Süleyman Sani Axundovun "Qaraca qız" povestinin üç variantı: 1913, 1927, 1934 il nəşrlərinin çap nüsxələri geniş oxucu kütləsinə təqdim olunur. Əsərin dəyişdirilmə səbəbi və mərhələlərlə aparılan təhrif prosesi araşdırmaçı tərəfindən nəzərdən keçirilmiş, nüsxələr arasındakı fərqlər müəyyənləşdirilmişdir.
Bakı, 2016, 172 səh., 15x21, bərk cild

Wednesday, April 20, 2016

Kamil Fərhadoğlu
Bakı: İçərişəhər / biblioqrafiya üç dildə /
"Ş-Q" & "Çinar-Çap", 2006, 256 səh., rəngli il. ; 23x31
ISBN 5-565-00380-6
Qiyməti: 25.00 AZN
Kamil Fərhadoğlunun təqdim etdiyi ümumiləşdirilmiş monoqrafiyada Bakının çoxəsrlik tarixi, arxeoloji qazıntılar nəticəsində əldə edilən maddi-mədəniyyət nümunələri, etnoqrafik müşahidələr, yazılı mənbələr, numizmatik və epiqrafik tədqiqatlar əsasında qələmə alınmışdır. Kitabda orta əsrlər dövrünün tarixçi, alim, çoğrafiyaşünas, tacir, diplomat və səyyahlarının Bakının sənətkarlıq, ticarət, ticarət yolları və xüsusilə də neft və duz hasilatı haqqında xeyli dəyərli məlumatları toplanmışdır. Qala divarları içində aparılan son arxeoloji qazıntı işləri zamanı aşkar olunmuş qiymətli sənətkarlıq nümunələri ilə bərabər Şirvan memarlıq məktəbinin şah əsəri olan Şirvanşahlar sarayı kompleksi və eləcə də İçərişəhərdəki bütün memarlıq abidələrinin tarixi kitabda öz əksini tapmışdır. Əsərdə Qız qalasının daha qədim dövrə aid olması haqqındakı ehtimallar araşdırılır.

Tuesday, April 19, 2016

Руфат Аджалов
«Баку. Краткий очерк истории города по памятникам зодчества»
Автор книги известный азербайджанский архитектор, член Союза архитекторов и художников, член-корреспондент Международной академии архитекторов восточных стран Руфат Аджалов.
В книге повествуется краткая история Баку, воссоздается картина средневекового города через призму памятников архитектуры. Читатель познакомится с самим городом, в архитектурном облике которого своеобразно переплетается «старое» и «новое».
В крепости «Ичеришехер» сохранились многочисленные памятники зодчества. Феодальная архитектура Баку – это подлинный свидетель его прошлого, позволяющий документально воссоздать историю той эпохи.
Перелистывая страницы истории, на которых с большим талантом и творческой смелостью «писали» опытные зодчие и народные мастера-умельцы, можно многое «прочесть».
Сравнивая данные археологии, сведения письменных источников, картографические и архивные материалы, автор высказывает очень интересные предположения об изменениях в планировочной структуре и объемно-композиционном характере застройки, которые прослеживаются на различных исторических этапах.
Автор, умело перелистывая страницы истории, написанные талантливыми мастерами, зодчими, каллиграфами, воссоздает живую картину жизни средневекового города.
Читатель словно переносится в иной мир, слышит отзвуки отгремевших сражений, голоса мастеров и подмастерьев ремесленного города, торговцев, расхваливающих свои товары. В исследовании привлечено огромное количество фактологического материала, которое доказывает, что история города Баку уходит своими корнями в глубокую древность, дается анализ названия города в различных его вариантах, встречающихся в источниках.
Подробно исследуются структурные видоизменения старого Баку в VII-XVIII веках и описывается, как этот портовый город, не выходя за рамки крепостных стен до XİX века, соединяя разные страны по суше и морю.
Произведение, представленное Р.Аджаловым - это взгляд архитектора на культурное наследие, сохраненное в «Ичеришехер». Это совершенная научно-исследовательская работа, которая нацелена на общественный интерес и стоит особого внимания читателей.
Книга может быть интересна как специалистам, так и широкому кругу читателей, являясь путеводителем по городу к заповеднику «Ичеришехер».


Wednesday, April 13, 2016

“Qərbi Azərbaycan (indiki Ermənistan)  Yazarlar”  / I kitab /

Kitabın tərtibçiləri Mirzə Ənsərli (Ləmbəli), Telman kərimli, İradə Məmmədova, Könül İbrahimova və Toğrul Ənsərlidir. 
Kitabda Qərbi Azərbaycan (İndiki Ermənistan) əsilli yazıçılar, şairlər və publisistlər haqqında yığcam məlumat verilir. Onlar mahallar, nahiyələr, rayonlar və kəndlər üzrə qruplaşdırılır. Burada Qərbi Azərbaycanın (İndiki Ermənistan) bütöv xəritəsi, rayonlar haqqında xəritələri verilməklə qısa məlumat da öz əksini tapmışdır.

"Elm və təhsil", 2016, 512 səh., + 20 səh. şəkil


Monday, April 11, 2016

"The Art of Azerbaijan"
------------------------------
Z. Aliyev, A. Khalilov ; project head N. Mehdiyev ; eng. trans. S. Ibrahimova ; ed. staff A. Huseynov [et al.] ; chief ed. Z. Aliyev ; The Ministry of Youth and Sport's of the Republic of Azerbaijan.
Vol. I : Fine Art Decorative Applied Art Architecture. - Baku : Letterpress, 2012. - 176 p. : ill. ; 70x100 1/16
Vol. II : Fine Art Decorative Applied Art Architecture. - Baku : Letterpress, 2013. - 184 p. : ill. ; 70x100 1/16
(Encyclopaedia for Children and Youth).
1700 copies, ISBN 978-9952-452-35-8

The book contains information about the art of Azerbaijan, which has an ancient history and rich artistic traditions. This information embraces fine art, architecture and decorative applied art and covers the outstanding elements of these artistic genres.




Vahid Qazi
"Çöl Qala" (povest)

Öz dünyasını qurmağa can atanların hekayəti

“Burada virtuallıqla reallıq bir-birinin güzgüdəki simmetrik əksi kimidir, hansının orijinal, hansının proyeksiya olduğu bəlli olmur. Qoy, buna hər oxucu özü qərar versin. Sənətin ustalığı məhz budur: çoxyozumluluq. Bu mənada “Çöl Qala” əsəri bədii sənətin “sartrean” şərtini bütünlüklə ödəyir”.
Ağalar Məmmədov

“Vahid Qazi “Çöl Qala” əsərində günümüzün, bəlkə də bütün zamanların insan mahiyytinə aid ağrılı bir məqamına toxunub; İnsan yalnızlığına. Öz evində, ailəsində, çevrəsində yalnız qalan insanın kədərli çırpıntısına, məyusluğuna. Və bütün yazıların son acı nöqtəsinə”.
Mehriban Vəzir

“Çöl Qala”da qəhrəmanlar çağdaş cəmiyyətimizin  “onlayn sevgi oyunları” iştirakçılarına parodiya kimi verilmir, əksinə, yazar “onlayn” qeyri-reallığından, “mifikliyindən” ideyasını reallaşdırmaq üçün məqsədəuyğun bir vasitə kimi istifadə edir”.
İradə Musayeva

“Canlı həyatla dialoq, müasir həyatın qarşımıza çıxardığı problemlərə həssas, təfərrüatlı münasibət, məhz təfərrüatlarda həyatın nəfəsini qoruyub-çatdırmaq bacarığı  Vahid Qazinin yazı tərzinə xasdır”.
Tehran Əlişanoğlu

Bakı, "Kitab Klubu", 2016, 184 səh., 12x18


Friday, April 8, 2016

Nərgiz Ağayeva
"İnteryer mühitinin dizaynı"
"Дизайн интерьерной среды"
(Dərs vəsaiti / Учебное пособие)

N.Ə.Ağayeva
"İnteryerin dizayn tərtibatı və avadanlığın təşkili"

Fənnindən bakalavr pilləsi üçün metodik vəsait

Bakı, 2007, 116 səh, "Memar NP" MMC, tiraj 300


Nərgiz Ağayeva
İNTERYER QRAFİKASI
Интерьерная графика

(azərbaycan və rus dilində)

Metodik vəsait Memarlıq fakültəsi "Dizayn" ixtisasında təhsil alan tələbələr və fəaliyyətə yeni başlayan memar, peşəkar səviyyədə interyer tərtibatı ilə məşğul olan dizayner və dekoratorlar üçün nəzərdə tutulmuşdur.

ISBN 978-9952-8253-3-6
Bakı, 2014, 108 səh.
Mega Print / Printed in Turkey




Thursday, April 7, 2016

Fərman Kərimzadə. Qarlı aşırım (tarixi roman)
Kitab Klubu, 2016, 400 səh.

Fərman Kərimzadənin «Qarlı aşırım» əsərində sinfi mübarizənin kəskin xarakter aldığı 30-cu illər kəndinin canlı mənzərəsi verilmişdir. .
Yazıçı romanda zəngin xarakterlər qalereyası yaratmışdır. Abbasqulu bəy Şadlinski, Xəlil, Şıxəlioğlu, Şabanzadə, Talıbov, Kərbəlayı İsmayıl, Qəmlo kimi surətlərin fonunda qarşı-qarşıya duran iki cəbhənin mübarizəsi real səhnələrlə işıqlandırılmışdır.

© “Kitab Klubu”, 2016
© “Gənclik”, 1987


Tuesday, April 5, 2016

Fərəh Pəhləvi, Xatirələr (memuar)
Yıxılan rejimin və bitməyən eşqin hekayəti
KitabKlubu.org, 2016, 432 səh.

Çevirəni: Nəriman Əbdülrəhmanlı
Redaktor: Əsgər Rəsulov, filologiya elmləri doktoru, professor

Sonuncu İran şahı Məhəmməd Rza Pəhləvinin xanımı, əslən azərbaycanlı olan Şahbanu Fərəh Pəhləvinin (Diba) xatirələri bu ölkənin az qala 60 illik tarixinə işıq salır.
Bu əsər memuar və tarixi janrda olsa da dramatik bir sevgi dastanını xatırladır, bu baxımından geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
Əsərin tərcümə və redaktə tərzi tərcüməçinin təqdim etdiyi qaydada saxlanmışdır.


“Kenquru” olimpiada məsələləri
------------------------------
3-cü və daha böyük siniflər üçün riyaziyyatdan çalışmalar dərsliyi
Qiyməti: 6.00 man.


Friday, April 1, 2016

Təranə Bəkirova
"DİZAYN TARİXİ"
Nəfis şəkildə tərtib edilən dərslik əsasən memar və dizaynerlər üçün nəzərdə tutulmuşdur.
Bakı, 2012, 336 səh., 137 rəngli ill., 21x21
ISBN 978-9952-8073-9-4