Tuesday, August 20, 2019

Ənvər Zeynaloğlu Mustafayev
"Sirli əbədiyyətin astanasında" 
(xatirələr və düşüncələr)

Axır ki, gəlib Böyük Qafqaz sıra dağlarının tam zirvəsinə çatdıq. Burada ətraf dümdüz idi. Buralar əsl alp çəmənlikləri idi, ətrafda ağaca bənzər heç nə görsənmirdi. Yayın ən isti vaxtı olmasına baxmayaraq hər tərəf yam-yaşıl ot və gül-çiçəklə dolu idi. Büllur kimi su çeşmələri qaynayırdı. Göylə yer sanki biri-birinə bitişmişdi. Gül-çiçək ətrindən və ətraf mənzərənin gözəlliyindən adam bihuş olurdu. Göy üzü buludsuz və günəşli olsa da havanın soyuqluğu hamını isti geyinməyə məcbur edirdi. Burada qaynayan bulaqların əmələ gətirdiyi dumduru çayların bir hissəsi cənuba – aran tərəfə, digər hissəsi isə şimala – Dağıstan tərəfə axırdı. Həmin vaxtlar vahid Sovet Sosialist Respublikaları İttifaqı adlı dövlətdə yaşadığımıza görə Azərbaycanla Rusiyanın tərkibində olan Dağıstan arasında heç bir sərhəd xətti yox idi. Hazırda isə iki ölkə arasındakı sərhəd xətti məhz bu yerlərdən keçir. Xalq arasında bu yerin adına “Dindi” deyilirdi. Bu sözün dəqiq mənasını heç kəs bilməsə də yəqin ki, “çox soyuq yer”, “şaxtalı yer” mənasını verirdi. Belə ecazkar məkanda bir daha və axırıncı dəfə olaraq atlara və özümüzə istirahət verdik və nahar etdikdən sonra yola düşdük. 
* * *
Kitabda bir insanın keçdiyi enişli-yoxuşlu həyat yollarından bəhs olunur. Müəllif uşaqlıq və gənclik illərində gəzdiyi, gördüyü yerlər haqqında maraqlı məlumat verir, dünyada və ölkədə cərəyan edən hadisələrə öz münasibətini bildirir.
“Pergament” N.E., 2019, 222 səh.


Friday, August 16, 2019

Исмихан Юсубов
Моя армейская одиссея и латышские друзья (1964-1967)

Баку, "Ecoprint", 2019, 60 стр. ISBN 978 9952291035
Данная книга состоит из воспоминаний бывшего солдата Исмихана Юсубова о своей воинской службе и о своих латышских армейских друзьях.
Возвращение Одиссея или путь длиною в 55 лет (2019-1964)
Баку, "Ecoprint", 2019, 104 стр.
В данной книге описываются встречи бывшего солдата Исмихана Юсубова со своими латышскими армейскими друзьями, предыстория и постистория этих встреч, а также его планы на будущее в этом направлении.