Tuesday, May 31, 2016

“MİNOR“
Xaqani Hass 
-----------
Üçüncü kitabım çapdan çıxdı: “Minor”. Əslindǝ kitabın çapı çox gecikdi, keçǝn il (2015-ci ildǝ) çap olunmalı idi. Ancaq ölkǝdǝki iqtisadi böhrana görǝ nǝşriyyatlar çǝtinliklǝrlǝ üzlǝşdi; bununla yanaşı kitabın çapıyla bağlı başqa problemlǝr dǝ yaranmışdı. Nǝticǝdǝ “Minor”un çap olunması planladığımdan da gec hǝyata keçdi. Eybi yoxdur, nǝhayǝt yenidǝn oxucularımın qarşısındayam.
Bu kitabı Rafiq Tağının xatirǝsinǝ ithaf etdim. Onun qǝtl edilmǝsindǝn bǝri fikrim bu idi, növbǝti kitabımı mütlǝq ona ithaf edǝcǝkdim, etmǝliydim. Bu, bir şair/bir yazar/bir mütǝfǝkkir kimi mǝnim borcum idi, gec dǝ olsa borcumu yerinǝ yetirdim.
“Minor”, mǝnim qırxıncı yaşımın ǝsǝridir; qırx yaşın şeirlǝridir onlar. Kitabda formaca eyni tipdǝ yazılmış qırx şeir var. Şeirlǝr qısadır, hamısı üç misradan ibarǝtdir. Mǝn bu şeirlǝri yaradıcılığımın xüsusi bir mǝrhǝlǝsi hesab edirǝm. Bu şeirlǝr üslub, tǝrz, forma cǝhǝtdǝn ǝvvǝlki şeirlǝrimdǝn nisbǝtǝn fǝrqlidir. Oxucular yǝqin ki, özlǝri dǝ bunu müşahidǝ edǝcǝklǝr.
“Minor” oxunası kitabdır; “Minor” - 40 yaşın 40 şeiridir.

/kitabdan 1 parça/
“qırılmış budağın gözündə ölüm son deyil
bilməzdim budaq olanadək qollarım
kölgəsi qırx yaş uzunluğunda və lal”
---------------
Xaqani Hass

Гошгар Гошгарлы
"Типология погребальных памятников античного периода на территории Азербайджана"

Книга - комплексное и обобщающее исследование всех типов погребений античного периода, выявленных на территории Азербайджанской республики за более чем вековую историю их исследований.
В работе исследованы семь основных типов погребений, определены ареалы их распространения, время функционирования, дан анализ могильного инвентаря и т.д.
Книга рассчитана на историков и археологов, исследующих античный период истории Азербайджана, всего Кавказа и Передней Азии.

Баку, "Елм", 2012, 248 стр. 17х24, тираж 300
ISBN 978-9952-453-43-0


"DİVANİ-NAKAM"
İsmayıl bəy Nakam
Sədrəddinbəyzadə
Tərtibçi: Şəfiqə Abdullayeva
--------------------------
AMEA, Əlyazmalar İnstitutu
Bakı-2015, "Avropa", 264 səh.



Friday, May 27, 2016

Jamila Hasanzadeh, Agaselim Efendiyev "Four century of glory: Azerbaijan miniature painting of XIII-XVI centuries" C.Həsənzadə, A.Əfəndiyev "Dörd əsrin şöhrəti. XIII-XVI əsr Azərbaycan miniatür sənəti" 

Ministry of Culture and Tourism of the Republic of Azerbaijan
This book reflects brief history of the development of one of the brightest phenomena in the world figurative art. We can traces basic stages of the evolution of Medieval Azerbaijanian miniature painting and its intact on the other schools. The author bases upon reliable facts and opinions of the leading western and Azerbaijanian scholars. It is also the first research of development of classical period of Azerbaijan Miniature Painting from his first steps in XIII century till its blossom at Safavi period in XVI c.
Bakı, "Aspoliqraf", 2011, 400 p.



Azərbaycanca-Tükcə, Türkcə-Azərbaycanca lüğət
Azerbaycanca-Türkçe, Türkçe-Azerbaycanca sözlük
Genişlənmiş 5-ci nəşr

Bu sözlüyün beşinci nəşri hazırlanarkən yazılı qaynaqlar təkrar gözdən keçirilmişdir, söz ehtiyyatı zənginləşdirilmişdir. 30000-dən artıq kəlməni özündə ehtiva edən bu lüğət oxucular üçün çox faydalıdır.
"Azərbaycan-Türkiyə Özəl Liseyləri", 2009, 462 səh., 11x15


Wednesday, May 25, 2016


İ.Nəsimi. Seçilmiş əsərləri (2 cilddə)
Bakı, "Şərq-Qərb" Nəşriyyat evi, 2010, 376 səh.

I cildə İmadəddin Nəsiminin doğma dilimizdə əsasən lirik tonda qələmə alınmış qəzəlləri daxil edilmişdir. Ədəbi dilimizin formalaşmasında mühüm rol oynamış bu şeirlərdə insan gözəlliyinin tərənnümü, lirik aşiqin qəlb çırpıntıları aparıcı yer tutur. II cildə doğma dilimizdə qələmə aldığı, əsasən ictimai-fəlsəfi məzmunun üstünlük təşkil etdiyi müxtəlif janrlı poetik örnəklər daxil edilmişdir. Bu şeirlərdə humanist ideyalar, xeyirə, ədalətə və kamilliyə çağırış motivləri aparıcı yer tutur.


“İlk günündən 1 yaşına qədər körpələrin qidalandırılması”
Tərtibçi: Marina İsayeva
/VIB.AZ bə BUTA Design birgə layihəsi/
Beləliklə, layihəmiz kitabda əhatə olunun aşağıdakı mövzuların elmi məsləhətçisi kimi çıxış etmişdir:
Ana südü ilə qidalandırmanın əhəmiyyəti və onun düzgün tənzimlənməsi.
Əmizdirmə mövqeləri.
Ana südünün artırılması üsulları.
Yarana bilən problemlər və onların həlli yolları.
Əmizdirmənin başa çatdırılması və s.
Uşağın rasionuna əlavə qidaların (sıyıqlar, meyvə-tərəvəz, ət və s.) düzgün daxil edilməsi sxemi (nə vaxtdan, hansı miqdarda və s.).
“Buta dizayn” nəşriyyat evi məlumatlandırıcı xarakter daşıyanwww.saglamolun.az saytının tərtibatçısı və müəllifidir.
----------------
“Buta dizayn”, 2014, 80 səh., 3000 ədəd
ISBN 978-9952-8240-8-7


Monday, May 23, 2016

Əyyub Abasov | “Zəngəzur” (roman)
(2 cilddə)

“Zəngəzur” romanı hər şeydən əvvəl XX əsrin əvvəlindəki Zəngəzur mahalının, onun sakinlərinin yaşam mənzərəsidir. Burda daha çox qara, acı lövhələr üstünlük təşkil edir; kasıbçılıq, aclıq, səfalət, yoxsulluq içində üzülən, hakimiyyət, torpaq, var-dövlət sahiblərinin azğınlığı, ərşə dayanan zülmü, heç bir əxlaq, ölçü-biçiyə sığmayan qudurğanlığı, acgözlüyü, hərisliyi, harınlığı...Və bir də gecə-gündüz fikri, xəyalı ancaq acından ölməmək üçün çalışan zəhmətkeş insanların mənəvi dünyası, əxlaqi təmizliyi, abır-həyası, dostluğa, duz-çörəyə sədaqəti, ailə dəyərlərini, namus, ismətini qorumaq üçün hətta, ölümə getməyə belə hazır olmaları, övlada, valideynə məhəbbəti bu insanları birləşdirən səciyyəvi cəhətlərdir, ağır töycü, biyar altında inləsələr də ancaq yenə də gələcəyə inamlarını itirmirlər. Onlar sidq ürəklə bir olan Allaha inanır, ürəkdən tapınır, başlarına gələn qəza-qədəri, kasıbçılığı da o gözəgörünməzin alın yazısı hesab edir, ona görə də yaxşı-pis hər şeyi ondan yalvarıb diləyirlər, içlərindəki etirazı da bu qorxu səbəbilə boğmağa çalışırlar. Bu əsər Zəngəzur kəndlilərinin əxlaq, mənəvi dəyərlər toplusudur. Zəhmətkeş kəndli Nəbi, həyat yoldaşı Güləndam, qızı Növrəstə, oğlu Yusif yaşadıqları dağların havası kimi təmiz, saf insanlardır, sadə, səmimi ailədirlər. Onlar nə qədər əziyyət çəkib əkib becərsələr də, yenə səfalət içində yaşayırlar, çünki əldə etdikləri məhsulun çox hissəsini var-dövlət xəstəsi mülkədar Hacı Atakişi, yaxud erməni qolçomaq Baqrat qamarlayıb əllərindən alır. Onların hər ikisi yoxsul kəndlilərə qarşı nə qədər amansızdırsa, çar hökumətinin yerli nümayəndələrini görəndə quzuya dönürlər, onların xoşuna gəlmək üçün hər dona girir, yaltaqlanır, əyilir, rüşvət verir, yalan danışırlar. Ailə üzvləri də onların əlindən beziblər, ancaq qarın dolusu yemək xatirinə qorxudan susurlar, yoxsul Nəbinin, Aşotun ailəsində olan mehribançılıqdan bunlarda əsər-əlamət yoxdur. Hacı Atakişinin oğlu Fərman da atasının tökdüyün yığışdırıb, ona nifrət edən saf qəlbli Növrəstənin bütün etirazlarına baxmayaraq onu ələ keçirməyə çalışır.

Təbii ki, o dövrün qanun-qaydaları elə idi ki, «Zəngəzur»un sovet sezurasından keçməsi üçün müəllif əsərində dostluq, qonşuluq motivlərinə geniş yer verməli idi. Əslində elə müharibəni pisləmək, fitnə-fəsada bais olanları tənqid etmək hər bir yazıçının vəzifəsidir, mənəvi borcudur. Bu mənada Əyyub Abbasov bütün xalqların sülh, əmin-amanlıq şəraitində yaşamasını arzulayırdı. O bilirdi ki, öz millətini qırğına, fəsada, cinayətə təhrik edən birinci növbədə elə öz xalqının düşmənidir. Yazıçı fakt və dəlillərlə, eləcə də öz gözləri ilə gördüyü hadisələrin köməyi ilə daşnakların məkrli siyasətlərini sərrast qamçılayaraq, onların rəhbərlərinin rəzil portretlərini realist lövhələrlə təqdim edib.
Zəngəzurun ötən əsrin əvvəllərində real mənzərəsi belə idi ki, burada müsəlman türklər və kürdlər xristian ermənilərlə qonşu, dost olaraq yaşayır, birlikdə əkir, biçir, çörəyini, suyunu, ayran-qatığını bölüşür, dilləri, dinləri ayrı olan müsəlman, erməni ağalarının zülmündən cana doyur, təngə gəlir, ağır gündə bir-birinə arxa olur, dərdlərini, xoş günlərdə, xeyir xəbərlərdə sevinclərini bölüşürlər. Bu onların yaşam tərzi idi, hər millətin özünün gendən, mentalitetdən gələn sənət, peşə qabiliyyətləri mövcud idi. Sənətkarlığı ermənilər yaxşı bacarırdısa, heyvandarlığı kürdlər, əkin-biçini müsəlmanlar daha yaxşı bilirdilər.

Növrəstə ilə Şahmərdanın, Surenlə Siranuşun saf məhəbbəti, çətinliklərə sinə gərmələri, bir-birilərinə qovuşmaq həsrəti, bu yolda göstərdikləri cəsarət, gənclərin səmimi duyğuları, könül çırpıntıları romanda lirik, bədii detallarla təsvir olunub. Suren rus strajniklərinin əlindən qurtulub qaçanda ən etibarlı sığınacaq yeri kimi Şahmərdangilin evin seçir, həbsdən xilas olur.

Ancaq zaman dəyişir, daha aşağılar köhnə qayda ilə yaşaya bilmir, yuxarılar da idarə edə bilmirlər, narazılıq kortəbii də olsa, aşıq-aşkar büruzə verir, Peterburqdan gələn xəbərlər əyalətlərə də çatır, fəhlə və kəndlilərin öz haqları uğrunda mübarizəyə başlaması ucqarlardakı insanlarda da mübarizə əzmi yaradır. Xüsusilə Birinci Dünya Müharibəsində dünyaya hökm edən Çar Rusiyasının, Romanovlar sülaləsinin əbədi, məğlubedilməz imicinin dağılması onları da ruhlandırır, şimaldan əsər küləklər ucqar dağ kəndlərini də oyadır. Böyük dövlətlərin siyasətinin, dünyanı yenidən bölmək planlarının acı nəticəsi olan müharibənin gətirdiyi faciələri gözləri ilə görüb salamat geri qayıdan, eləcə də Bakı neft mədənlərində işləmiş Vahan, Suren, Şahmərdan yeni cəmiyyət uğrunda mübarizənin ilk müjdəçiləridir. Yazıçı romanda həyat həqiqətinə sadiq qalıb, görüb müşahidə etdiyi gerçəklikləri qələmə alıb.

“Zəngəzur”un dili o qədər sadə, aydın, rəvandır ki, sanki şirin bir nəğmə dinləyirsən, ya səlis, həzin musiqili, zəngin təbii gözəlliklərlə dolu şeir dinləyirsən. Bu cümlələrdən yazın, gül-çiçəklərin ətri gəlir, quşların cəh-cəhi eşidilir, gözlər önündə lövhə canlanır, özünü təbiətin qoynunda sanırsan.

Bakı, "Nağıl Evi", 2013, 532 / 448 səh. 15x21, bərk cild
ISBN 978-9952-21-079-8


Saturday, May 21, 2016

RUSDİLLİ OXUCULARIMIZ ÜÇÜN
-----------------------------------------
КНИГИ НА РУССКОМ


"İNSANIN ANATOMİYASI VƏ FİZİOLOGİYASI"
Ş.Q.Vəliyev, V.B.Şadlinski, A.C.Məmmədova
(tibb məktəbləri üçün dərslik)
Dərslikdə insan orqanizminin quruluşu, funksiyası haqqında biliklər insan antonomiyasının və fiziologiyasının son nailiyyətləri əsasında izah olunur.
"Çaşıoğlu", 2001, 392 səh. şəkilli, 15x21, bərk cild


Friday, May 20, 2016

Əmin Rihani | Seçilmiş incilər

Tərcüməçi, ön söz və şərhlərin müəllifi:
Əfsanə İbad qızı Məmmədova


Azərbaycan oxucularına təqdim olunan kitab Amerikada 20-ci əsrdə intişar tapmış ərəb məhcər ədəbiyyatının görkəmli nüməyəndələrindən hesab olunan Əmin Rihaninin elmi, bədii və publisist yazılarından ibarət olan "Rihaniyyat" külliyyatından seçilmiş incilərin Azərbaycan dilinə tərcümə edilərək toplu şəklində hazırlanmış ilk məcmusudur. Ümidvarıq ki, dahi mütəfəkkirin 140 illik yubileyi ərəfəsində ərsəyə gələn bu toplu Azərbaycan şərqşünaslığına qiymətli töhfə kimi geniş oxucu kütləsinin və elm mühitinin marağına səbəb olacaqdır.

Bakı, "Ecoprint", 2016, 320 səh. 15x21, bərk cild, tiraj 200
ISBN : 978-9952-29-102-5


Thursday, May 19, 2016

"Naxçıvanın orta əsrlər metalişləmə sənəti" (IX-XVII əsrlər)
Rəşid Bəşirov

Kitab IX-XVII əsrlərdə Azərbaycanın siyasi, iqtisadi və mədəni həyatında mühüm rol oynayan Naxçıvanın metalişləmə sənətinə həsr olunub. Diyarda mühüm metal yataqları olduğundan ən qədim dövrlərdən metallurgiya inkişaf etmiş, metalişləmənin dəmirçilik, misgərlik və zərgərlik kimi müstəqil sahələr yaranmışdı.
Bakı, Nafta-Press, 2015, 232 səh. bərk cild, 250 nüsxə
Аттила /пьеса/
Юнус Огуз
пер. А. Саидов
ред. О. Буланова
События происходят в V веке н. э. Аттила - каган гуннов с 434 по 453 год, объединивший под своей властью тюркские, германские и другие племена, создавший державу, простиравшуюся от Рейна до Волги.
Баку, "Ol" MMC, 2015, 112 стр., 12х19 см. 1000 экз
ISBN 978-9952-494-61-7

Monday, May 16, 2016

Vidadi Babanlı
"ZƏMANƏ ADAMI"
(roman içində roman)
Roman yaxın keçmişimizdən - bir ictimai-siyasi quruluşdan digərinə keçid dövrünün hadisələrindən bəhs edir. Həmin dövrdə xalqımızın azadlığı və müstəqilliyi uğrunda çarpışan həqiqi vətənpərvər mübarizlərlə yanaşı, bu hərəkata öz şəxsi məqsədləri, cılız mənafeləri üçün qoşulanlar da az olmamışdır. Belələri qarışıqlıqdan maksimum bəhrələnərək lotuluq, dələduzluq, fırıldaqçılıq, cilddən-cildə girmək üsulları ilə yeni quruluşda mövqe, bolluca gəlir qazandılar, cəmiyyətin "liderlərinə" çevrildilər.
Romanın dırnaqarası qəhrəmanı Əfsun Zamanlı həmin adamların timsalı kimi qələmə alınmışdır...
Əsər canlı və dəqiq müşahidələr, gerçək həyat hadisələri əsasında yazılmışdır.
Bakı, "Elm və təhsil", 2015, 412 səh.
ISBN 978-9952-8024-3-6
Qiyməti: 7.00 AZN


Seyid Əhməd Cəmaləddin İbn Mühənna
"Hilyətül-insan və həlbətül-lisan"
(Filoloqun kitabxanası - 100)
Tərt. T. İ. Hacıyev, elmi red. M. Qarazadə
------------------
Bakı, Kitab aləmi NPM, 2008, 160 səh.; 12x20, 500 nüsxə



Friday, May 13, 2016

Bakıətrafı ərazilərə və rayonlara kitab sifarişi çatdırırıq

Kitab(lar)ınızı hələlik Sizə poçt vasitəsilə çatdıra bilərik..
Kitab(lar)ın pulunu (+ çatdırılma) 5 yolla ödəyə bilərsiniz:
 paytaxtda tanış adamınız varsa nağd əməliyyat edə bilərik; (bizə gəlməyi vacibdir)
 saytımızın milli kart xidməti vasitəsilə; (bank kartıniz varsa - MilliKart; əlavə komissiya tutulmur)
 milliön ödəmə terminalı vasitəsilə; (AGBanka / əlavə komissiya tutulmur)
 azərpoct rabitə xidməti vasitəsilə; (+ 3% elave komissiya tutulur)
 hər-hansı bankın pulköçürmə xidməti vasitəsilə ("Monex" təcili pul köçürmə sistemi - ölkədaxili komissiya haqqı 0.2%)
QEYD: ödəməyiniz öncədən gərəkdir.
Seçiminizi edin: ona uyğun ətraflı məlumat göndərək..

Thursday, May 12, 2016

3-çü 1-ndə
---------------
Qloballaşmaya Doğru
Qloballaşma və xarici investisiyalar
Kapitalizm kapitalizmə bənzəməz


Müəllif-tərtibçi: Səlahəddin Xəlilov
Əbu Turxanın hikmət dünyası
Kitabda “Əbu Turxanın hikmət dünyası” adı altında min illərin sınağından çıxmış və bu gün həqiqət yolunu nişan verən, düzü əyridən, haqı nahaqdan seçməkdə bizə bələdçi olan müdrik fikirlər toplanmışdır.
İnsan həyatının müxtəlif sahələrinə aid olan hər bir fəslə giriş mətni yazılmış, mövzular sadəcə aforizmlər vasitəsilə deyil, həm də fəlsəfi təhlil səviyyəsində işıqlandırılmışdır.
Müəllif: Səlahəddin Xəlilov
Dil: Azərbaycan
Nəşriyyat: "Çaşıoğlu"
Nəşr ili: 2012
ISBN: 978-9952-8147-1-2
Səhifə: 448 səh.
Format: 60x84 1/32 (150x220 мм)
Cildi: bərk
Tiraj: 1000


Monday, May 9, 2016

Сеймур Байджан
"Закат одной красоты" (сборник)
перев. с азерб. А. Алиева
Баку, "Ol" MMC, 2014, 118 стр. 13х18 см., 500 экз.

отрывок:
http://newcaucasus.com/nc-other/13185-zakat-odnoy-krasotyi.html


Friday, May 6, 2016

Т.М. Худазаров
Самоучитель азербайджанского языка
(Курс обучения разговорному азербайджанскому языку)
Данное (переработанное издание) пособие предлагает упрощенное изучение и овладение азербайджанским языком с помощью лексических моделей, снабженных грамматическими пояснениями, изложенными на простом, легко воспринимаемом русском языке и оптимальными упражнениями для практического овладения языком, буквально, с первых уроков Курса.
Языки: Русский
Издательство: “Муаллим”
ISBN -; 2014 г.
Страниц: 496 стр.
Формат: 60x84/16 (140x200 мм)
Тираж: 500 экз.
Переплет: мягк. обложка

Thursday, May 5, 2016

Oruc Türksevər (Musayev) İngilis dilinin qrammatikası (PRAKTİK VƏ NƏZƏRİ) Əsaslı şəkildə yenidən işlənmiş və genişləndirilmiş dördüncü nəşri Dərslik üç hissədən ibarətdir: morfologiya, sintaksis və tapşırıqlar. Kitabın morfologiya bölməsində nitq hissələrindən, sintaksis bölməsində söz birləşməsi və cümlə məsələlərindən bəhs olunur. Üçüncü hissədə kitabın ümumi məzmununu əhatə edən tapşırıqlar. verilmişdir. Dərslik Azərbaycan Dillər Universitetinin tələbələri üçün yazılmışdır. Kitabdan özəl ali məktəb tələbələri, orta məktəb müəllimləri, aspirantlar, filoloqdilçilər, tərcüməçilər və habelə ingilis dilini öyrənən hər bir kəs istifadə edə bilər. Kitab müəllifin şəxsi vəsaiti hesabına çap edilmişdir. “Qismət” nəşriyyatı, Bakı, Qismət, 2007. 608 səh.



Wednesday, May 4, 2016

LOKALMARKETİNQ 2 ‪#‎lm2‬ - SATANİZM
Rəhman Əhmədov
--------------------------
Kitabı oxuduqdan sonra anladım ki, marketinq ixtisasından və vəzifəsindən asılı olmayaraq hər kəsə lazımdır. (Dr.Ənvər Raufoğlu / həkim-ortodont)
Bakı, 2016, 197 səh.
Qiyməti: 6.66 AZN


Ginekologiya (dərslik) Kitab ginekologiya fənni üzrə Azərbaycan dilində latın qrafikası ilə yazılmış ilk dərslikdir. Dərslik ali tibb məktəbləri proqramına uyğun tərtib olunmuş və tələbələr, mama-ginekoloqlar üçün nəzərdə tutulmuşdur. Ümidvarıq ki, dərslik Tibb Universitetinin tələbələrinə ginekologiya fənninə dair lazımi və kifayət dərəcədə bilik toplamağa kömək göstərəcək, ümumi praktik həkimlər gündəlik fəaliyyətlərində bu kitabdan faydalanacaqlar. Ginekologiya (yunanca gine - qadın. loqos - elm) "qadın haqqında elm" deməkdir. Təbabətin mühüm əhəmiyyət kəsb edən sahəsi olan ginekologiya qadın cinsiyyət üzvlərinin anatomik-fizioloji xüsusiyyətlərini öyrənən, qadın xəstəliklərini və onların diaqnostika, profilaktika, müalicə, bərpa üsullarını hazırlayan, tətbiq edən bir elmdir. Ginekologiya fənni üzrə Azərbaycan dilində latın qrafikası ilə yazılmış dərslik, demək olar ki, mövcud deyildi. 1951-ci ildə A.İ.Serebrovun orta tibb məktəbləri üçün ginekologiya üzrə dərs vəsaitinin ruscadan tərcümə edilmiş variantı nəşr olunmuş, 1964-cü ildə S.M.Axundovun tibb institnun tələbələri üçün "Ginekologiya" dərs vəsaiti, 1987-ci ildə isə V.İ.Bodyajinanın, K.N.Jmakinin "Ginekologiya" dərsliyi dosent Ə.M.Rəştiyev tərəfindən Azərbaycan dilinə tərcümə olunaraq çap edilmişdir. Bakı, 2012, 600 səh. bərk cild ISBN 978-9952-34-757-9


Monday, May 2, 2016

"В ПОИСКАХ ПРОШЛОГО"
Диляра Агамуса Нагиева
Перевод с азербайджанского Кенуль Мухтаргызы
Книга посвящена деятельности такой значимой и прогрессивной личности, как Ага Муса Нагиев.
Изд. "Эльм", 2015, 230 стр. тв. переплет

Nizami Gəncəvi. 7 cilddə
"Leyli və Məcnun"
"Xosrof və Şirin"
"Sirlər xəzinəsi"
"Yeddi gözəl"
"İqbalnamə"
"Şərəfnamə"
"Lirika"
---------------------------------
Bakı, "Lider" nəşriyyatı, 2004, 160-432 səh.