Monday, December 28, 2015

Qabusnamə
Farscadan tərcümə edən: Rəhim Sultanov
Fars ədəbiyyatının qiymətli nümunələrindən olan “Qabusnamə” özünün məzmun rəngarəngliyinə görə geniş şöhrət qazanmışdır. Dünyanın bir çox xalqlarının dillərinə tərcümə edilmiş bu hikmət kitabı dövranın acısını-şirinini dadmış qoca atanın öz oğluna nəsihəti və vəsiyyətindən bəhs edir. Qabusnamə həyatın müxtəlif sahələrinə həsr edilmiş 44 fəsildən ibarətdir. Allahın vəsfinə həsr olunmuş birinci fəsil və peyğəmbərlərin yaranmasına həsr edilmiş ikinci fəsil nəzərə alınmazsa, “Qabusnamə” başdan-ayağa həyati məsələləri öyrətmək, yaşamaq qayda-qanunlarını təbliğ etmək arzusundan ibarətdir.
Kitab “Qabusnamə” (Bakı, Azərnəşr”, 1961) nəşri əsasında təkrar nəşrə hazırlanmışdır
Müəllif: Keykavus
Dil: Azərbaycan
Nəşriyyat: © Bakı Kitab Klubu
Nəşr ili: 2015
ISBN -
Səhifə: 256 səh.
Format: 60x84 1/16 (140x200 мм) 
Cildi: yumşaq
Tiraj: 100

Friday, December 25, 2015

CÜRCÜ ƏDƏBİYYATI SİLSİLƏSİ
------------------------------------------
Kote Candieri. "Qloballaşma"
Kitabda müəllifin iki hekayəsi, bir povesti və bir epostolyar novellası təqdim olunur.
"Kitablar arasında, insanlar arasında olduğu kimi, yaxşı və pis mühitə düşmək olar"
2015, ADK Publishing House
Qiyməti: 6.00 AZN


Thursday, December 24, 2015

Kamran Nəzirli. "Dördüncü Möhür" (roman)
"Dördüncü Möhür" qısa hekayələr müəllifi kimi tanınan yazıçı Kamran Nəzirlinin ilk iri həcmli əsəridir. Roman 33 fəsildən ibarətdir. Maraqlı süjet xətti olan bədii-fəlsəfi-psixoloji məzmuna malik bu əsərdə yazıçı tarixi faktlardan və sənədlərdən də istifadə edib.
Romanın əsas qəhrəmanı Banu iki dəfə qaçqınlıq həyatı yaşamış gənc azərbaycanlı qızıdır. Yeniyetməlik çağlarından bəri taleyin bütün ağır zərbələrini – baba, ata, əmi, oğul və digər qohumların itkisini yaşamış bu gənc qız sınmır, Türkiyədə tibbi təhsil alır, Vətənə dönür, klinikada işə düzəlir, inadla elmin dalınca düşür; birinci evlilik həyatı, sevgisi uğursuz olur, doğma balasını itirir... Taleyin yeni zərbələri onun elmi araşdırmalarına mane olmur... dünyanın qibtə edə biləcəyi həkim-psixiatr kimi tanınır. Bundan sonra o, anlayır ki, insanların psixoloji durumunda böyük problem var, dünya əhalisinin yarıdan çoxunun psixoloji durumu acınacaqlıdır...müharibələr, etnik münaqişələr, qaçqınlıq, xəstəliklər, terrorlar... bəlkə elə bütün bunlar psixoloji pozuntularla bağlıdır? Bu qlobal problemi aradan qaldırmaq üçün gənc alim qız yollar axtarır, təlim proqramı hazırlayır. Onun psixo-analitik mülahizələri yenidir, dünya alimləri tərəfindən maraqla qarşılanır. O, dünyanın xilas olunmasının yollarını göstərməyə çalışır.
Bunlar nədən ibarətdir? Ümumiyyətlə, bu mümkündürmü? Romanda bu suallara cavab tapmaq olar.
Müəllif: Kamran Nəzirli
Dil: Azərbaycan
Nəşriyyat: “Mütərcim”
Nəşr ili: 2015
ISBN: 4702060000-292-15/026
Səhifə: 464 səh.
Format: 60x84/16 (130x200 мм)
Cildi: yumşaq
Tiraj: 2000 nüsxə
Kitabı Bakı Kitab Klubundan əldə etmək olar.


Tuesday, December 22, 2015

Fərman Eyvazlı
Qaçaq Kərəm
(2‐ci hissə)
KitabKlubu.org, 2015, 224 s.
Kitaba görkəmli yazıçımız Fərman Eyvazlının ʺQaçaq Kərəmʺ romanının ikinci hissəsindən parçalar olan ʺDüyünlü günlərʺ və ʺBir kisə qızılʺ povestləri, İsrafil ağanın həyatla vidalaşması səhnəsinə həsr olunmuş ʺAğanın ölümüʺ hekayəsiʺ və ədibin İran səfəri əsasında yazılmış ʺXoy səfəriʺ publisistik yazısı daxil edilmişdir.

© Kitab Klubu MMC


Seyfulla Aslanov
"İBTİDAİ İSTİNTAQ" (dərs vəsaiti)
Kitabda təhqiqat və ibtidai istintaq aparılmasının prossesual qaydalarından bəhs olunur. Kitabda ibtidai araşdırmanın anlayışı və mahiyyəti, formaları, cinayət prosesinin ilk mərhələsi kimi cinayət işi başlanması, ibtidai istintaqın ümumi şərtləri və əsasları, konfidensiallıq, sübutların toplanması, təqsirləndirilənşəxs qismində cəlb etmə, qətimkan tədbirlərinin tətbiqi, bəzi kateqoriyalı şəxslər barəsində ibtidai istintaqın xüsusiyyətləri, cinayət işi üzrə icraatın dayandırılması və ona xitam verilməsi, ittiham aktının tərtib edilməsi və cinayət işinin məhkəməyə göndərilməsi kimi məsələlər şərh edilir.
2015, 608 səh. tiraj 500
ISBN 978-9952-36-067-7


Tuesday, December 15, 2015

Azərbaycan Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi
Saday Budaqlı
“Yolüstü söhbət”
Saday Budaqlının 60 yaşı münasibətilə nəşr olunan “Yolüstü söhbət” kitabına yazıçının “Zədə” romanı, povestləri, 1990 və 2000-ci illərdə yazdığı hekayələri toplanıb.
2009-cu ildə Azərbaycan Mədəniyyət Nazirliyinin “Qızıl Kəlmə” mükafatına layiq görülüb.
Hekayələri ingilis, yapon, litva, türk və başqa dillərə tərcümə olunub. M.Bulqakov, E.Kabavata, Q.Markes, M.Lyosa, X.Onetti, Kamilo Xose Sela, Migel Delibes və digər yazıçıların əsərlərini dilimizə tərcümə edib.
“Yolüstü söhbət” S.Budaqlının latın qrafikasında nəşr olunan ilk kitabıdır.
"Aspoliqraf", 2015, 320 səh., 13x20, bərk, tiraj 500

Sunday, December 13, 2015

Ceyms Corc Frezer / "Qızıl budaq"

(Maqiya və dinin tədqiqi)



Kitab klubu bəşəriyyət tarixinin ən dəyərli kitablarından biri olan «Qızıl budaq» kitabını nəşr etməyi planlaşdırır. 

Kitabın müəllifi şotland antropoloqu ser Ceyms Corc Frezerdir. 
Tərcüməçisi Yusif Rəhimoğludur. 


Bu kitab

- qədimlərdən bəri yer üzündə olmuş və olan ən inanılmaz, ən qəribə, ən maraqlı adət-ənənələri təsvir
və bunların əsasında
- magiya, din və elm haqqında edilmiş fundamental fərziyyələr və çıxarılmış qlobal nəticələri əhatə edən köklü elmi-tədqiqat əsəridir.

Macəra ədəbiyyatı qədər maraqlı, dünyaya baxışınızı dəyişdirəcək qədər təsirlidir.
Kitabı hər şeylə maraqlanan həvəskar səviyyəsində oxuyub ləzzət almaq, tədqiqatçı səviyyəsində – əldə qələm – öyrənib, elmi fayda götürmək olar.

Adət-ənənələr, magiya, din və elmin yaranması ilə maraqlananlar və bu fenomenləri öyrənənlər – etnoqrafiya, filologiya, tarix … fakültələrinin tələbələri, magistrlər, aspirantlar, elmi işçilər üçün nəzərdə tutulub.
Yüz ildən artıqdır ki, «Qızıl budağa» olan tələbat azalmır və o, dövri olaraq nəşr edilir.
Əziz oxucu. İstəyimiz belə məzmunda kitabın sizi nə dərəcədə maraqlandırdığını öyrənməkdir. Verəcəyiniz hər səs (LİKE) kitabın nəşrini tezləşdirəcək və onun satış qiymətini aşağı salacaqdır. Uğurlu və xeyirli olsun.
Kitabda təsvir edilmiş yüzlərlə adətdən bir neçəsi ilə tanış olun:
Madam ki, kölgə insan və ya heyvanın həyati vacib hissəsidir, demək ona toxunma bəzi hallarda elə onların bədənlərinə toxunma qədər təhlükəli ola bilər. Buna görə də vəhşi adam hansı səbəbdənsə təhlükəli saydığı bəzi şəxslərin kölgələrindən bir qayda olaraq qaçınmağa çalışır. Bu cür insanlar sırasına o, bir qayda olaraq, ağıçıların hamısını, qadınları və xüsusən də qaynanasını aid edir. Şusvap hinduları inanırlar ki, ağıçının kölgəsi insanın üzərinə düşsə, o, dərhal azarlayar. Avstraliya aborigenlərinin kurnai qəbiləsində (Viktoriya) inisiasiya (kişiliyə qəbul,- tərc.) zamanı gəncləri xəbərdar edirlər ki, üzərlərinə qadın kölgəsi düşməməlidir, yoxsa onlar arıq, tənbəl və axmaq olarlar. Belə söyləyirlər ki, bir avstraliyalı aborigen ağac altında yatarkən ayaqlarına qaynanasının kölgəsi düşdüyünü biləndə az qalıb qorxudan ölsün. Vəhşi insanın qaynanasına münasibətindəki bu xurafatçı xof ən çox bəlli olan antropoloji faktlardan biridir. Yuin tayfalarında (Yeni Cənubi Uels) kişinin öz qaynanası ilə hər cür təmasına ciddi yasaq qoyulurdu. O, nəinki qaynanasına, ona tərəf belə baxa bilməzdi. Kişinin kölgəsi təsadüfən qaynanasının üzərinə düşürdüsə, bu, boşanma üçün bir əsas olurdu. Be halda ər arvadını buraxmalı, arvad isə öz ata evinə qayıtmalı idi. Yeni Britaniya sakinlərinin təxəyyülü kişinin təsadüfən öz qaynanası ilə danışmasının dərhal törədə biləcəyi fəlakətlərin miqyasını təsəvvür etməkdə acizdir; belə kişi üçün ən yaxşısı özünü öldürməkdir. Yeni Britaniya aborigenlərinin ən təntənəli andı belədir: “Ser, yalan deyirəmsə, qoy qaynanamla əl verib görüşməli olum.”

Qallaslarda qadın təsərrüfat qayğılarından usananda rabitəsiz sözlər danışmağa və özünü qəribə aparmağa başlayır. Bu onun əlamətidir ki, ona müqəddəs ruh Kallo nazil olmuşdur. Əri dərhal onun ayaqlarına düşür. Bundan belə kişi ona“arvadım” yox, “hökmdarım” kimi müraciət etməlidir. Daha qadın ev işlərinin qeydinə qalmır və hər bir buyruğu ilahi qanuna çevrilir.

Saçları qırxdırmaq zərurətə çevrilirsə, bu əməliyyat ilə bağlı riskləri minimuma endirmək üçün tədbirlər görülür. Fici adasındakı namosi tayfasının başçısı saçını qırxdırmaq zərurəti qarşısında qalanda, saçını qırxan adamı, hər ehtimala qarşı, yeyirmiş.
Malay cadugərliyinin, ocibveylərin  cadugərliyini daha çox xatırladan başqa bir forması boş pətəkdən götürülmüş mumdan ayaq pəncəsi boyda oxşarın (kuklanın) düzəldilməsindən ibarətdir. Onun gözlərini çıxarın ­– düşməniniz kor olacaq; qarnını deşin –xəstələnəcək, başına iynə batırın – baş ağrıları başlanacaq, sinəsini deşin – xəstə düşəcək. Amma düşməndən biryolluq can qurtarmaq istəyirsinizsə neştəri elə sancın ki, kuklanın başından girib ayağından çıxsın, onu meyit kimi kəfənə bükün; üstündə cənazə duası oxuyun; yolun ortasında, qurbanınızın onu mütləq tapdalayacağı bir yerdə basdırın. Qanın boynunuzda qalmasını istəmirsinizsə belə deyin:
Onu mən basdırmıram,
Müqəddəs Qavriil (Cəbrayıl) basdırır.
(Xristianlarda ölüm mələyi kimi Əzrayıl deyil, Cəbrayıl qəbul edilir.)

Beləliklə, qətlin vəbalı mələk Cəbrayılın boynunda qalacaqdır ki, onun da bu məsuliyyət yükünü daşıması çətin olmayacaq.


İsmayıl Bağırov, Təbiət Tağıyev
Vergi məcəlləsinin xüsusi hissəsinin praktiki izahı (dərs vəsaiti)

Dərs vəsaitində Azərbaycan Respublikasının vergi sisteminin strukturu, ölkədə fəaliyyət göstərən bütün vergi növləri madələrlə izah edilmiş, vergilərin hesablanması sahəsində müxtəlif məsələlərin həlli nümunələri öz əksini tapmışdır. Hər bir fəslin sonunda isə istifadəçilərin xüsusən də vergi orqanlarında işləmək arzusunda olan namizədlərin sərbəst hazırlığı üçün mövzulara aid, test tapşırıqları və praktiki məsələlər verilmişdir.

Bakı: Zərdabi LTD MMC, 2015, 576 s. ; 25 sm
ISBN 978-9952-504-13-4: Qiyməti: 20.00 AZN


Saturday, December 12, 2015

Mənzərə Sadıqova
“Qadınlar və kişilər”
Yazıçı-publisist, filologiya üzrə fəlsəfə doktoru Mənzərə Sadıqovanın “Qadınlar və kişilər” adlı yeni kitabında müəllifin nəsr əsərləri toplanıb.
İnternetdə oxucuların böyük maraqla qarşıladıqları “Azadlıq qoxusu... və qorxusu”, “Eşq”, “Kişi”, “Sıfır nöqtəsində”, “Ehtiraslar labirintdə”, “Karusel”, “Tale oyunu” və s. hekayələri ilə yanaşı, müəllif bu kitaba “Üçbucaqda gedişlər” adlı povestini də daxil edib.
Əsərlərin hamısında XXI əsrin reallıqları zəminində İNSANın yaşantıları, psixoloji təlatümləri ön plana çəkilir. M.Sadıqova hisslərin zəngin çalarlı palitrasına elə rənglər vurur ki, oxucu sanki baş verənləri oxumur, gözü ilə görür. “Üçbucaqda gedişlər” adlı povest dramatik süjet xətti və yazıçının insan ruhunun dərinliklərinə enməsi baxımından xüsusilə diqqət çəkir.
“Qadınlar və kişilər” adlı yeni kitabında yazıçı ustalıqla xarakterlərin psixoloji dərinliyinə baş vurur, sürətlə dəyişən dünyamızda yeni çalarlar kəsb edən milli-mənəvi, əxlaqi dəyərlərimizə güzgü tutur. Bu baxımdan “Tale oyunu” hekayəsi çox xarakterikdir.
Müəllif: Mənzərə Sadıqova
Dil: Azərbaycan
Nəşriyyat: "Nurlan"
Nəşr ili: 2014
ISBN: -
Səhifə: 272 səh.
Format: 60x84 1/16 (140x200 мм)
Cildi: yumşaq / bərk
Tiraj: 1000


Thursday, December 3, 2015

Elmi redaktor: Kamal Abdulla
Henrix Fridrix fon Dits 

Homerinki ilə müqayisədə yeni aşkar edilmiş Oğuz siklopu
Kitabi-Dədə Qorqud.
Basat Təpəgözü öldürdüyü boyu bəyan edər. 
(Azərbaycan dilində nəşrə məsul: Sərraf Hüseynov)
Oxucuya təqdim edilən bu kitaba 1815-ci ildə fon Ditsin yazdığı önsöz və “Dədə Qorqud” kitabındakı 12 hekayədən biri-fon Ditsin seçdiyi “Basat Təpəgözü öldürdüyü boy” daxildir. İlk Berlin nəşrindən 200 il keçməsinə baxmayaraq alman aliminin “Kitabi-Dədə Qorqud” dastanının timsalında Azərbaycan xalqının mənəvi potensialına verdiyi yüksək qiymət bu gün də aktualdır. Bəşəri dəyərlər sisteminə daxil olan ölməz Dastanımızın bir parçasının və fon Ditsin qiymətli önsözünün tərcüməsi aparıcı dünya dillərində işıq üzü görür. Böyük alim “Homerinki ilə müqayisədə yeni aşkar edilmiş Oğuz siklopu” adlı giriş sözünün sonunda belə yazırdı: “Bu heç də itirilmiş zəhmət sayıla bilməz. Keçmişdəki qaranlıqların işıqlandırılması naminə bizdən sonra bu zəhmətdən istifadə edənlər bizə az da olsa minnətdar olacaqlar.”
2015, ISBN 978-9952-28-245-0, 80 səh.


Şəms Təbrizi
Məqalat (söhbətlər)
Çevirəni və redaktoru: Rəsul Mirhəşimli

Şəmsəddin Təbrizinin «Məqalat» əsəri təsəvvüf (sufilik) irsində qiymətli xəzinələrdən sayılır. Əsər Şəmsin xütbələri və söhbətlərindən toplanıb. İrfan aləmində Cəlaləddin Ruminin müəllimi kimi mühüm yer tutan Şəmsəddin Təbrizinin bu əsəri sufilik barədə geniş məlumatlar verir və Qurani-kərimin bəzi ayələrini təfsir edir. Əsər Şərqin bir çox övliyaları və mütəfəkkirləri barədə də məlumatlarla zəngindir.

© Kitab Klubu MMC, 2015

Müəllif: Şəms Təbrizi
Dil: Azərbaycan
Nəşriyyat: © Bakı Kitab Klubu
Nəşr ili: 2015
ISBN: 978-9952-8176-7-6
Səhifə: 496 səh.
Format: 60x84 1/16 (140x200 мм)
Cildi: yumşaq
Tiraj: 100


Tuesday, November 24, 2015

Xacə Nəsirəddin Tusi. Əxlaqi-Nasiri

Dünya şöhrətli mütəfəkkir, ensiklopedik biliyə malik görkəmli Azərbaycan alimi Xacə Məhəmməd Nəsirəddin Tusinin “Əxlaqi-Nasiri” (1235) əsərini latın qrafikası ilə yenidən nəşr etməyi özümüzə şərəf duyuruq.
Əsrlər boyu Orta və Yaxın Şərqdə mənəviyyat və əxlaq qaynağı hesab olunan “Əxlaqi-Nasiri” kitabında Məhəmməd Nəsirəddin Tusinin insan, ailə, cəmiyyət, əxlaq, din, ictimai münasibətlər barədə dolğun təsəvvürləri, etik-fəlsəfi fikirləri yer alıb. Əsərin tərcüməsində müəllifin yazı ruhu mümkün qədər qorunub saxlanıb.
Hesab edirik bu kitabımız oxuculara Nəsirəddin Tusi dühasını tanıtmaqla yanaşı, həm də müasir cəmiyyət həyatında aktuallığını itirməyən mövzulara diqqət çəkmək baxımından müstəsna əhəmiyyət daşıyır.

Müəllif: Xacə Nəsirəddin Tusi
Dil: Azərbaycan
Nəşriyyat: © Bakı Kitab Klubu
Nəşr ili: 2015
ISBN: -
Səhifə: 336 səh.
Format: 60x84 1/16 (140x200 мм)
Cildi: yumşaq
Tiraj: 100


Kitabi - Dədə Qorqud (dastan)
Qədim turk eposunun növbəti nəşrini oxuculara təqdim etməkdən məmnunuq.
«Kitabi-Dədə Qorqud” dilimizin, ədəbiyyatımızın, dastan yaradıcılığımızın, ümumiyyətlə mədəniyyətimizin tarixini öyrənməkdə böyük əhəmiyyətə malikdir.
Dastanın mətni iki variantda – orijinala tam uyğun və müasirləşdirilmiş şəkildə verilir.
© Kitab Klubu MMC, 2015
Müəllif: -
Dil: Azərbaycan
Nəşriyyat: © Bakı Kitab Klubu
Nəşr ili: 2015
ISBN: 978-9952-8245-1-3
Səhifə: 432 səh.
Format: 60x84 1/16 (140x200 мм) 
Cildi: yumşaq
Tiraj: 100

Friday, November 20, 2015

Qaçaq Nəbi
Azərbaycan xalqının milli azadlıq hərəkatında özünəməxsus iz qoymuş yüzlərlə qəhrəmanlardan biri də Nəbi Alı oğludur. Xalq arasında Qaçaq Nəbi kimi məşhur olan bu Azərbaycan oğlu zalımlara, xalqı talayıb son tikəsini onların əlindən alan çar üsul idarəsinə, onun hökumət dairələrinə qarşı mübarizə apararaq xalqın milli qəhrəmanına çevrilmişdir.
“Çıraq”, 2009, 440 səh., 15x21, sərt, 500


Thursday, November 19, 2015

Qəzənfər Paşayev
Altı il Dəclə-Fərat sahillərində
KitabKlubu.org, 2015, 312 s.
Görkəmli şərqşünas, dilçi alim Qəzənfər Paşayevin adı çəkiləndə istər-istəməz keşməkeşli tarixi olan, indiyə kimi də çalxalanıb durulan İraq yada düşür. Bu da onunla bağlıdır ki, Q. Paşayev 1960-70-ci illərdə Yaxın Şərqin ən qədim dövləti olan İraqda 6 il tərcüməçilik fəaliyyəti ilə məşğul olmuş, bu müddət ərzində ”Dəclə və Fərat sahillərində” yaşayan xalqların, ictimai həyatını, tarixini, adət-ənənələrini, mədəniyyətini, ədəbiyyat və incəsənətini mükəmməl şəkildə qələmə alaraq yığcam şəkildə elmi-bədii-sosioloji salnamə yarada bilmişdir.
Bu kitab bu gün də oxunaqlıdır. Ən azından İraqın dünəni və bu gününü müqayisə etmək baxımından. Bundan başqa soyumuz-kökümüz bir olan türkmanların maddi-mənəvi varidatını öyrənmək, o dövrün türkman yazarlarının yaradıcılığı ilə tanış olmaq üçün burada kifayət qədər məlumat əldə etmək olar.
© Kitab Klubu MMC, 2015
© Yazıçı, 1987

Thursday, November 12, 2015

"İnformasiya-kommunikasiya texnologiyaları üzrə ingiliscə-rusca-azərbaycanca izahlı lüğət"
(AMEA İnformasiya Texnologiyaları İnstitutu)
Tərtibçilər: S.Kərimov, N.Rəhimova, N.Vəliyev, T.İbrahimzadə və N.Cəfərovdur.
Lüğətdə İKT sahəsində istifadə olunan 12 min termin əhatə edilib. Sözügedən sahənin bütün istiqamətləri - kompyuter texnikası, kommunikasiya vasitələri, alqoritmləşdirmə və proqramlaşdırma, sistem və tətbiqi proqram təminatı, əməliyyat sistemləri, informasiya sistemləri, verilənlərin operativ analizinə yönəlmiş sistemlər, süni intellekt sistemləri, informasiya təhlükəsizliyi, kompyuter şəbəkələri, İnternet şəbəkəsi üzrə ingiliscə-rusca-azərbaycanca terminlər toplanıb və onların Azərbaycan dilində izahı verilib.
Terminoloji lüğət İKT sahəsində çalışan mütəxəssislər, müəllimlər, tələbələr, magistrlar, doktorantlar, proqramçılar və tərcüməçilər üçün nəzərdə tutulub.

İbn Hişam
Muhəmməd Peyğəmbərin (s.) həyatı (birinci kitab)
(tərcümə edən: Elmira Qafarova)

Oxuculara təqdim olunan bu kitab Muhəmməd Peyğəmbərin (s.) həyatı haqqında ən etibarlı mənbədən tərcümə olunub. Kitab Elmira Qafarovanın tərcüməsində 4 cilddə təqdim olunacaq.
2015, ISBN 978-9952-494-67-9, 192 səh.


Wednesday, November 11, 2015

Microsoft PowerPoint təqdimat redaktoru 2013 : dərs vəsaiti
M. N. Əlizadə, M. Z. Əhmədov, M. N. Musayev
Microsoft PowerPoint 2013 proqramı peşəkar səviyyədə təqdimatların hazırlanması və tərtibatı üçün nəzərdə tutulmuşdur.
Bakı : Bilik, 2015. - 120 s. : cədvəl, .şək., foto ; 21 sm


Monday, November 9, 2015

AMEA Tarix Muzeyi
Azərbaycan bayraqları (kataloq)
Elmi redaktor: Nailə Vəlixanlı
Bu kataloq Milli Azərbaycan Tarix Muzeyinin fondlarında saxlanılan 90-dan artıq bayrağı əhatə edir. Azərbaycanın xanlıq və respublikalar dövrü bayraqları ilə yanaşı katraloqa XIX əsrdə Rusiya imperatorları tərəfindən rus ordusunda xidmət edən Azərbaycan generallarına və hərbi birləşmələrinə təqdim edilən bayraqlar da daxil edilmişdir. Kataloqda II Dünya müharibəsi cəbhələrində vuruşan Azərbaycan diviziya və alaylarına verilən bayraqlar, eləcə də ölkədə baş verən mühüm hadisə və tədbirlər münasibətilə təsis edilən müxtəlif xarakterli bayraqlar haqqında məlumat vardır.
2005, ISBN 5-8066-1709-2, 88 səh.

Monday, November 2, 2015

Minaxanım Təkləli
Türk kitabı
Kitabda tarixən türk xalqları yaşayan böyük ərazilərdə, eləcə də indi digər respublikaların hüdudları içərisində qalan ulu türk torpaqlarında bir neçə yüz illər boyunca adı dəyişdirilən, başqa yad adlarla əvəz edilən əski türk məskənlərindən bəhs edilir. Əldə olunan nəticələr vasitəsilə Altaylardan Balkanlara və Cənubi Qafqazlaradək olan əzəli Türk torpaqlarının həqiqi mənzərəsi əks olunur.
Müəllif: Minaxanım Təkləli
Dil: Azərbaycan
Nəşriyyat: “Nurlar”
Nəşr ili: 2009
ISBN: -
Səhifə: 320 səh.
Format: 60x84/16 (140x210 мм)
Cildi: yumşaq
Tiraj: 500 nüsxə

Saturday, October 31, 2015

“QABUSNAMƏ”
“Qabusnamə” tərbiyəyə və etikaya aid mühüm məsələləri özündə ehtiva edən etik-didaktik əsərdir. Bu əsəri 1082-1083-cü illərdə Azərbaycanın cənubunda, indiki İranın şimalında yerləşən Gilan dövlətinin padşahı Ünsürülməali Keykavus oğlu Gilanşaha müraciətlə yazıb.
Nəsihət janrında yazılmış əsər üslubu sadə olmaqla yanaşı, canlı və əyləncəli ifadə edilmiş hekayələrdən, müdrik müəllif kəlamlarından ibarətdir.
“Qabusnamə” orta əsrlərdə hökmdarların, din xadimləri, elm adamları və müəllimlərin masaüstü kitabı olub. Bu əsər əsrlər boyu gənc nəslin tərbiyəsində mühüm rol oynayıb.


Aydın Qarabağlı
Azərbaycanın qarqar uruqları və amazonlar
Oxucuya təqdim olunan bu toplum 2008-ci ildə nəşr olunmuş elmi-kütləvi “Qarabağ, onun qədim tayfaları və toponimləri” adlı kitabın bir növ tarixi-coğrafi və məntiqi davamıdır. O Qarabağın ən qədim aborigen və iri türk tayfalarından biri olan Qarqar uruqları və və Amazonlara ( döyüşçü qadınlara) həsr olunmuşdur. Müəlif ulu baba və nənələrimizin iziylə Böyük Qafqaza, onun quzeyinə, Dəsti-Qıpçaq çölünə (indiki “Böyük Rus çölü”) səyahətə çıxmış, sonra Güney-İran Azərbaycanında (Ərdəbil, Təbriz) səfərdə olmuş, zəngin təəssüratını qələmə almışdır. Kitabda ulu türk babalarımızın ilk dövlət qurumlarına, onların axın etdikləri uzaq ölkələrdə; İtaliya (Roma şəhərinin), Ukrayna(Kiyev şəhərinin) və Rusiyada ( Moskvada məşhur Kreml divarı və qüllələrinin) yaradıcısı, qurucu əməyinə, özləri ilə apardıqları mədəniyyətə toxunulmuşdur.
Qarqar uruqlarilə Turova (Troya) uğrunda çiyin-çiyinə vuruşmuş Amazonlarla yanaşı, onların çağdaş davamçıları; II Cahan müharibəsində və Qarabağ savaşında fərqlənmiş qeyrətli döyüşçü ana və bacılarımız haqqında yazılara yer ayrılmışdır.
Nəhayət, kitaba əlavə olunan toponimvə etnonimlərin etimologiyasınıelmi surətdə açıqlayan izahlı lüğət isə onu daha məzmunlu və maraqlı etmişdir.
2015, ISBN 978-9952-28-232-0, 384 səh.

Friday, October 30, 2015

ELXAN ELATLI
"Xəstə ruhlar"
(tarixi-detektiv roman)
Romanda artıq geniş oxucu kütləsi tərəfindən sevilib qəbul edilmiş xəfiyyə Qanbay Qasımlı yenidən oxucuların görüşünə gəlir. Roman təxminən yüz əlli illik bir dövrü əhatə etdiyi və bu dövrdəki hadisələrin təsvirinə detektiv janrın tələblərilə yanaşıldığı üçün bir qədər mürəkkəb görünə bilər. Lakin, ustalıqla qələmə alınmış bu əsərin də Elxan Elatlının digər əsərləri kimi maraqla, birnəfəsə oxunacağına əminik.
Bakı, "Elgün", 2015, 304 səh.
ISBN 978-9952-827-61-3



Tuesday, October 27, 2015

Hacı Mail. Qәzәllәr
Yeni nәşrin tәrtibçisi vә redaktoru:
Hacı Mustafa Mailoğlu

Kitaba görkәmli füzulişünas-alim, qәzәlxan-şair, ustad Hacı Mailin yaradıcılığının müxtәlif illәrindә qәlәmә aldığı qәzәllәr daxil edilmişdir.

Müəllif: Hacı Mail
Dil: Azərbaycan
Nəşriyyat: © Bakı Kitab Klubu
Nəşr ili: 2015
ISBN 978-9952-8210-5-5
Səhifə: 380 səh.
Format: 60x84 1/16 (140x200 мм)
Cildi: yumşaq
Tiraj: 100
© Kitab Klubu MMC, 2015


Saturday, October 24, 2015

Эсли Дильбази
«Осколки любящих сердец»

Поэзия молодой и талантливой поэтессы Эсли Дильбази просто очаровывает. Это первая книга автора. Оформление и название книги относятся непосредственно к перу автора.
Отметим, что Эсли Дильбази происходит из рода Дильбази. Она с отличием окончила Азербайджанский государственный экономический университет. Э.Дильбази увлекается поэзией с ранних лет. Ее стихи были опубликованы в газете «Мир литературы», а также вошли в сборник «Антология живой литературы – поэзия», изданный российским издательством «Скифия».

От автора:
В течение жизни я встречала разных людей, и у каждого из них была своя история, с их взлетами и падениями, счастливыми моментами и горькими разочарованиями, надеждами, согревающими душу, и уроками, преподнесенными судьбой. Некоторые истории трогали настолько, что вдохновляли меня на написание стихов. Моя поэзия есть отражение событий и переживаний из жизни чужих людей, чьи души и судьбы в какой-то степени стали мне родными.

Автор: Эсли Дильбази
Языки: Русский
Издательство: "Индиго"
ISBN 978-9952-486-11-7; 2015 г.
Страниц: 200 стр.
Формат: 70x100 1/32 (120x160 мм)
Тираж: 500 экз.
Переплёт: тв. обложка

БАКИНСКИЙ КНИЖНЫЙ КЛУБ
ЦЕНА : 12,00 МАНАТ

------------------
ОТРЫВОК ИЗ КНИГИ

Через несколько лет они встретились вновь
Двое тех, чьи сердца разрывала любовь
Двое тех что молчали о чувствах своих
И теперь просыпались в объятьях чужих.
Обменявшись набором банальнейших фраз
Он вдруг резко спросил не сводя с нее глаз
«- Ты любила меня? -А ты будто не знал?
- Нет, напротив, я знал.. но ты знаешь, я ждал…
- Ждал чего? - Что однажды ты скажешь как есть…
- Ты в глазах моих должен был это прочесть!
- Я читал…но не знал как себя повести
И вела себя странно ты… - Ну уж прости!
Говоришь нужно было об этом кричать?!
- Нет могла бы тихонько мне просто сказать…
- Как сказать если не замечал ты меня…
- Ошибаешься…ждал до последнего дня!
- Значит... ты..меня тоже любил или как?
- Я ведь ждал , что ты сделаешь первая шаг…
- Так любил или нет? - Эх …не важно теперь…
- Нет скажи! Доя меня это важно, поверь…
- Да я очень любил, обожал! Что с того?
Ведь теперь ты с другим и ты любишь его
- Ну зачем,ну зачем ты тогда не сказал…
- Я боялся, стеснялся, что делать не знал
И сказал уже странно себя ты вела
- Я ведь тоже боялась, стеснялась, ждала
Да теперь я с другим, но люблю я тебя
-И я тоже тебя…Но увы..не судьба»
И пошли они каждый дорогой своей
Она в мыслях о нем, а он в мыслях о ней
Но не вместе увы, вот и сказке конец
Каждый день так ломается сотни сердец
И становится спутником жизни печаль
А все было настолько реально…Мораль:
«Как грустно и глупо, порою любовь
Становится жертвой несказанных слов…»


Hümayi-ƏRŞ
Qarabağlı Şeyx Mir Həmzə Nigarinin Mənaqibnaməsi
MATM-nin əməkdaşı Əli Fərhadovun redaktorluğu ilə 19-cu əsr sufi şairi Mir Həmzə Nigari haqda olan osmanlıca “Hümayi-ərş” (müəllifi Mustafa Fəxrəddin Ağabali) əlyazması azərbaycan dilində nəşr olunub.
Əsərin naşiri professor Mehmet Rıhtım, azərbaycancaya uyğunlaşdıran Fəridə Əliyeva, redaktorları professor Minaxanım Təkləli, professor Ömer Okumuş, Nazim Əkbərov və Əli Fərhadovdur.
ISBN 978-9952-468-45-8, 2015, 500 səh. 20x28

Thursday, October 22, 2015

İsmayıl Umudlu
"Şıxlinskilər"
( Etno-tarixi və genealoji rakurs)
Azərbaycan Türklərinin əsilzadə soylarından olan Şıxlinskilərin soy kitabı və şəcərələri 18 illik araşdırmalardan sonra bütün genişliyi ilə təqdim olunur. Qazax bölgəsi ilə bağlı olan bu soyun zəngin keçmişi milli tariximizlə sıx bağlılıqda gözdən keçirilmişdir. Genealoji tələblər gözlənilməklə yanaşı, soyun ayrı-ayrı parlaq isimlərinin ömür yolu təfsilatı ilə verilir.
ISBN 978-9952-404-05-0, 2015, 676 səh.



Wednesday, October 21, 2015

Daniel Kiz, "Elcernon üçün güllər"
İngiliscədən tərcümə : Svetlana Turan
Romanda baş qəhrəman son ana qədər öz qüdrətli intellektindən istifadə edərək vəziyyətdən çıxış yolu axtarır. Kəmağıl insanları müalicə etmək üçün tədqiqatın hansı istiqamətdə aparılmalı olduğunu tam başa düş-məyən Çarli görür ki, onun çox az vaxtı qalıb, çünki intellekti vaxtilə artdığı sürətlə azalmağa başlayır. Dərin depressiyaya düşən Çarli intihar haqqında düşünür…
Qeyd: Oxucuların diqqətinə çatdırırıq ki, elə ilk cümlədən başlayaraq əsərdə “orfoqrafik səhvlər” sizi çaşdırmasın. Bu müəllifin yazı üslubudur və hadisələr əqli cəhətdən qüsurlu olan qəhrəmanın sırf danışıq tərzinə görə qələmə alınıb.

Bakı, Bakumoz Nəşriyyatı, 2015, 360 səh.
Qiyməti: 7.00 AZN


Sunday, October 18, 2015

ƏLFİ QASIMOV
Toy gecəsi (Romanlar)

Kitaba yazıçının “Toy gecəsi” və “Adilənin taleyi” romanları daxildir. “İnsan insanın dostudur, qardaşıdır” ideyası “Toy gecəsi” romanının əsasını təşkil edir.
“Adilənin taleyi”nin mövzusu gənc jurnalistlərin həyatından alınmışdır. Əgər Həmzə öz qələmindən şəxsi-qərəzlik və gününü eyş-işrətdə keçirmək üçün istifadə edirsə, Adiləyə jurnalist qələmi həqiqəti üzə çıxarmaq üçün lazımdır.

Müəllif: Əlfi Qasımov
Dil: Azərbaycan
Nəşriyyat: © Bakı Kitab Klubu
Nəşr ili: 2015
ISBN 978-9952-8210-9-3
Səhifə: 464 səh.
Format: 60x84 1/16 (140x200 мм)
Cildi: yumşaq
Tiraj: 100


Friday, October 9, 2015

Ales Karlyukeviç
"Maksimkanın Vətəndə və digər ölkələrdə sərgüzəştləri"
/Tərcümə: Kamran Nəzirli/

Tanınmış Belarus yazıçısı Ales Karlyukeviçin uşaqlar üçün yazdığı kitabını "Dünya uşaq ədəbiyyatı" seriyası adı altında çapdan buraxıb. Kitab maraqlı süjet xətti və dərin məzmunu ilə diqqəti cəlb edir. Əsər filateliya və təbiətşünaslığa böyük maraq göstərən Belaruslu məktəbli Maksimkanın sərgüzəştlərindən bəhs edir. Onun təbiəti və heyvanat aləmini qorumaq üçün göstərdiyi fədakarlıqlar və sərgüzəştlər ibrətamizdir. Əsərin əsas ideyasını da məhz Vətən sevgisi, doğma torpağın fauna və florasına olan diqqət və qayğı, təbiətin mühafizəsi, insan və təbiət münasibətləri təşkil edir. Povest-nağıl orta əsr Avropa ədəbiyyatının populyar janrlarından birində – sərgüzəşt, fantastik macəra janrında qələmə alınsa da, burda təsvir olunan hadisələr müasir yazı üslubu və yazıçı priyomları ilə məharətlə sintez edilir, nəticədə orijinal ədəbi nümunə kimi maraq doğurur. Kitabın ön sözünün müəllifi və Azərbaycan dilinə tərcüməçisi yazıçı K. Nəzirli, tərtibatçısı və dizayn müəllifi Mətanət Qaraxanlı, nəşriyyat redaktoru isə Əliş Mirzallıdır.

Qeyd edək ki, povest-nağılın müəllifi Ales Karlyukeviç həm də Belarus Yazıçılar İttifaqının Minsk vilayəti üzrə sədri, "Zvezda" parlament və hökumət qəzetinin Baş redaktorudur. İnanmaq istəyirik ki, istedadlı Belarus yazıçısının Azərbaycanda çıxan bu kitabı ölkə məktəbliləri arasında da böyük maraq doğuracaq, onların stolüstü kitabına çevriləcək.
"Mütərcim" nəşriyyatı , 2015, tiraj 500



Müəllif: Simran Qədim (Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü)
Kitabın adı: Əcəl düyünü
Janr: Detektiv

Hər şey çox sadə başlayır. İyirmi yaşlı gənc, Orxan Mirzəzadə dostu ilə birlikdə səfərə çıxır. Onlar İstanbula gedəcək və bir həftə ərzində arzuladıqları kimi istirahət edəcəklər. Ancaq heç də həmişə qurulan planlar həyata keçmir. Hələ Bakıda ikən qəribəliklərlə üzləşən Orxan İstanbula çatan kimi daha anlaşılmaz, daha müəmmalı bir işin içinə düşür. Axı nə baş verir? Nəyə görə o, İstanbuldan Parisə, oradan da Nyu-Yorka qaçmalıdır? Orxanı anbaan izləyən killerin arxasında hansı qüvvə dayanır? Cavabsız sualların içində boğulan gənc sona qədər mübarizə apararaq düşdüyü labirintdən çıxmağa çalışır, amma...

"Qanun" NE, ISBN 978-9952-26-840-9, 2014, 240 səh.


Wednesday, October 7, 2015

Şakir Qabıssanlı (Həmzəyev)
Azərbaycan xalçalarının açılmamış sirləri. 
Bakı, «Təhsil», 2014, 232 səh. illüstrasiyalı, 22x30, bərk üz qabığı, tiraj 500
Kitabda dünyaya məlum olmayan, lakin dünyamızda olan sirli aləmlərə yeni qapılar açılır. Xalçalar və xalça işarələri (predmet yazıları) dünyanın on yeddi ölkəsində olan qayaüstü rəsm və işarələrin sivil davamı kimi antik dünyamızın tarixi sirlərinə sanki mənəvi yollar açır. Dünya fəlsəfəsinin, fəlsəfi fikrinin əzəli kimi ulu peyğəmbərlərin diktələrini özündə təcəssüm etdirir. Kitabda Nuh tufanının danılmaz arqumentləri, «Zənd-Əvəsta» («Avesta») ilə vəhdətdə İbrahim peyğəmbərin ilkin dini əlamətləri fəlsəfi ideoloji tənliklərlə oxuculara çatdırılır. Sonda rəqəmlərin, xətlərin müqəddəslikdən doğulan məna-mahiyyətləri işıqlandırılmaqla dünyanın yaranma əlamətləri xüsusi sistemlə oxuculara çatdırılır. Kitabda xalçaların açmaları başlıca olaraq kod və şifrələrin açmaları ilə bəsirət gözünə bağlılıqla açılır və işıqlandırılır.



Tuesday, October 6, 2015

ADDIM-ADDIM İRƏLİ
/ Qarmon ilə fortepiano üçün /
Tərtib edən: Gülnarə Qasımova
(Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərlərindən ibarət məcmuə)
İncəsənət gimnaziyası, musiqi məktəb və musiqi kollec tələbələri üçün dərs vəsaiti...
Dil: Azərbaycan
Nəşriyyat: "Çaşıoğlu"
Nəşr ili: 2015
ISBN: 978-9952-27-401-1
Səhifə: 228 səh.
Format: 60x90 1/8 (200x250 мм)
Cildi: bərk
Tiraj: 400


Monday, October 5, 2015

İlya Priqojin / Ilya PRIGOGINE
Müəyyənliyin sonu.
Zaman, Xaos və Təbiətin yeni qanunları.

red.: M.M.Babayev,
tərc.: S.T.Babazadə

Nobel mükafatı laureatı İlya Priqojin kitabda göstərir ki, dönməyən proseslər tarazlıqdan uzaq şəraitdə qurucu rol oynayır.
Müəllif kitabda ətrafımızda meydana çıxan yenilikləri, nizamın, özünütəşkilin və bioloji strukturların əmələ gəlməsini burada izah edir.

"Bilik", 2003, 224 səh. 14x19 sm.
ISBN 9952-8033-0-3


Saturday, October 3, 2015

Nərgiz Əliyeva
"Azərbaycanın elmi-mədəni mühitinin öyrənilməsində ərəbdilli ədəbiyyatın rolu (XI-XIII əsrlər)"
Kitabda Azərbaycan tarixşünaslığında ilk dəfə olaraq dövriyyəyə çıxarılmış XI-XIII əsr ərəbdilli müəlliflərdən İbn Makula, əs-Siləfi, İbn Nöqtə, İbn əs-Sabunin məlumatı əsasında Azərbaycanın elmi-mədəni mühiti tədqiq edilir.
Nəşrin elmi redaktoru Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı, redaktoru Əlyazmalar İnstitutunun Ərəbdilli əlyazmaların tədqiqi şöbəsinin aparıcı elmi işçisi, ilahiyyat üzrə fəlsəfə doktoru Səbinə Nemətzadədir.
"Elm və təhsil", 2015, 368 səh.

Friday, October 2, 2015

Nərgiz Əliyeva
İbn Makula (1030-1082) Azərbaycanlı ziyalılar haqqında
Kitabda XI əsrdə Azərbaycanda olmuş görkəmli ərəb alimi İbn Makulanın (1030-1082) 60-dan çox azərbaycanlı , o cümlədən mühəddis, şair, dilçi, sufi, fəqih, sərkərdə haqqında məlumat verilir. İbn Makula Gəncə məscidi və kitabxanasını ziyarət etmiş, yerli alimlərlə görüşüb fikir mübadiləsi aparmışdır. Onun Azərbaycanın mədəniyyət mərkəzlərində fəaliyyət göstərmiş bir çox azərbaycanlı alimlər, o cümlədən özünün şeyxi olmuş İbn Xordadbeh haqqındakı məlumatı ilk mənbə kimi çox qiymətlidir.
2014, 148 səh.


Thursday, October 1, 2015

Sevinc Şahhüseynova
"Estetika"
/dərslik / 

elmi red. Ə. M. Tağıyev
red. H. H. Rzaquliyeva
Dərslik mövcud proqram əsasında yazılaraq "Estetika"nın əsas mövzularını əhatə edir. İncəsənət təmayüllü ali məktəb tələbələri üçün nəzərdə tutulan bu dərslikdə incəsənətə aid mövzulara üstünlük verilmişdi..
Bakı, ISBN 9789952504026
Zərdabi LTD MMC, 2015, 344 səh. ; 22 sm. 1000 nüsxə


Tuesday, September 29, 2015

Bakı Kitab Klubu /  
NƏŞRLƏRİMİZLƏ TANIŞ OLUN!..
012 4921238; 050 4049113