Friday, February 24, 2017

Calal Bərgüşad
Sıyrılmış qılınc (tarixi roman)

Calal Bərgüşadın "Sıyrılmış qılınc" tarixi romanı məşhur xalq sərkərdəsi Babək Xürrəminin ölməz həyatına həsr edilmişdir. Romanda Babəkin azadlıq və istiqlaliyyət uğrunda xilafətə qarşı apardığı bir sıra şanlı döyüşlər, o dövrün tarixi xronologiyası təsvir olunur.
Bakı Kitab Klubu, 2017, 436 səh.


Wednesday, February 8, 2017

Vladimir Bartol
ƏLAMUT (tairixi roman)

Tərcümə etdi: Rəvan Musayev
Redaktor: Elxan Rzayev
Korrektor: Sevinc Rzayeva

Roman oxucunu XI yüzilliyə, Böyük Səlcuq Dövlətinin hökmranlığı dövrünə aparır. İslam dini, şərq fəlsəfəsi, hakimiyyət uğrunda mübarizə, dövrün tarixi hadisələri müəllif tərəfindən elə təsvir edilmişdir ki, sanki hər şey oxucunun ətrafında cərəyan edir. İnsan özünü zamanın müasiri kimi hiss edir və əsərin bəxş etdiyi ovsunlu abu-havadan bir an belə ayrılmaq istəmir.
Bakı Kitab Klubu, 2017, 432 səh.


Thursday, February 2, 2017

Donald J. Trump
Meredit Makiver

Çempion kimi düşün
Maqnatın həyat və biznes haqqında düşüncələri

Azərbaycan dilinə tərcümə edən:
Elxan Rzayev

4,5 milyard dollar mülkiyyəti ilə dünyanın ən nəhəng biznesmenlərindən biri. Manhettendəki ən yaxşı daşınmaz əmlakın 2 milyon kvadratmetrinə sahib olan tikinti maqnatı. Onun adı brendə çevrilib və milyon dollara satılır. Onun həyat hekayəsi yüksəliş və enişlərlə doludur, lakin o, hər bir böhrandan sonra mütləq yüksəlir və əvvəlki zirvəsindən də yuxarı qalxır.

© Kitab Klubu MMC, 2017

Müəllif: Donald J. Trump, Meredit Makiver
Dil: Azərbaycan
Nəşriyyat: © Bakı Kitab Klubu
Nəşr ili: 2017
Səhifə: 216 səh.
Format: 60x84 1/16 (120x180 мм)
Cildi: yumşaq
Tiraj: 100