Saturday, March 30, 2019

Mehriban Vəzir
Ağabəyim ağa Cavanşir
Tarixi-sənədli roman

Mehriban Vəzir “Ağabəyim ağa Cavanşir” tarixi-sənədli romanında Azərbaycanın, eləcə də Türk dünyasının yetirdiyi ən möhtəşəm xanımlardan biri, dövrün siyasi fəsadlarını taleyində yaşamış, dözüm və əzm rəmzi Ağabəyim ağa Cavanşirdən (1782-1832) bəhs edir. Ağabəyim ağa Qarabağ hakimi İbrahim Xəlil Xan Sarıcalı-Cavanşirin qızı, İran şahı Fətəli şah Qacarın zövcəsi idi. O, Qarabağ siyasi mədəniyyətinin yüksək təmsilçisi olaraq Qacar səltənətinin ilk Şahbanusu (birinci xanım) təyin edilmişdi, İranın dövlət siyasətində söz sahibi idi.
Ağabəyim ağa Qarabağı rus işğalından qurtarmaq üçün dövlət siyasətinə təsir edir və Abbas Mirzənin hərbi yürüşlərinə dəstək verirdi. Bu səbəbdən rus mənbələrində onun adı “İran və Rusiya münasibətlərini pozan kraliça” kimi keçir.
Ağabəyim ağa Qarabağın işğaldan azad edilməsinə ömrünü, gününü, əməyini, varidatını fəda etdi... Bu yolda da şəhid oldu...
Əsər, Ağabəyim ağanın özkeçmişini şəkilləndirməklə yanaşı, Rusiya-İran savaşlarının tapdağına çevrilmiş Azərbaycanın tarixi-milli faciəsindən, Qafqazın, Azərbaycan – Türk xanlıqlarının, eləcə də Qarabağın dövlət müstəqil-liyini itirməsindən, rus işğalına düşməsindən bəhs edir.

Müəllif: Mehriban Vəzir
Dil: Azərbaycan
Nəşriyyat: Pergament Yayın Evi
Nəşr ili: 2019
ISBN: 978-9954-5454-5-4
Səhifə: 218 səh.
Format: 60x84 1/16 (140x200 мм) 
Cildi: yumşaq
Tiraj: 200


Thursday, March 14, 2019

Məmmədquluzadə Cəlil
Ölülər (pyes)
(adaptasiya olunmuş nəşr)
ikidilli - almanca-azərbaycanca
Transliterasiya və tərtibat: Rafiq Məmmədli
Bakı, ‘mammadli.az’ nəşriyyatı, 2019, 140 səh.
* * *
Mamedkulizade Dshalil
Die Toten (Bühnenstück)
(die angepasste Ausgabe)
zweisprachig - deutsch-aserbaidschanisch ikidilli
Die Transliteration und das Layout von Rafig Mammadli
Baku, ‘mammadli.az’ Verlag, 2019, 140 P.
* * *
Джалил Мамедкулизаде
Мертвецы (пьеса)
Адаптированное издание
Немецко-азербайджанское, двуязычное
Баку, 2019, издательство: ‘mammadli.az’, 140 стр.

In diesem Büchlein des hervorragenden aserbaidschanischen Schriftstellers Dsh. Mamedkulizade findet der Leser das prachtvolle satirische und sozial-psychologische Drama «Die Toten», – das Gipfelwerk der vor-sowjetischen aserbaidschanischen Dramaturgie. Äußerlich gebaut auf der, der Sozialanekdote nahe kommenden Situation, enthält das Werk die ganze Tragik der damaligen Epoche: hinter der hinreißenden, sich dynamisch entwickelnden einfachen Intrige enthüllt sich der tiefe Inhalt des Textes: die äußerst charaktervollen Personen werden ganz unerwartet in tragische Gestalten umgewandelt. 

ISBN 978-9952-825-2-1-3