Monday, March 30, 2015

Rəssam Sakit Məmmədovun 55 illik yubileyinə həsr edilmiş kataloq
RƏNGLƏR ALƏMİNDƏ / SAKİT MƏMMƏDOV - 55
(Azərbaycan və ingilis dilində)
www.sakitmemmedov.com
Heydər Əliyev Mərkəzi


Saturday, March 28, 2015

Fərəh Pəhləvi. Xatirələr (Memuar)
(Yıxılan rejimin və bitməyən eşqin hekayəti)  
Tərc.: N.Əbdülrəhmanlı
Sonuncu İran şahı Məhəmməd Rza Pəhləvinin xanımı əslən azərbaycanlı olan Şahbanu Fərəh Pəhləvinin xatirələri bu ölkənin az qala 60 illik tarixinə işıq salır. Kitabda A.Bağırovun Fərəh Pəhləvi ilə müsahibəsində o rəsmi Tehranın Azərbaycan-Ermənistan münaqişəsinə münasibətini şərh edir.
Müəllif: Fərəh Pəhləvi
Dil: Azərbaycan
Nəşriyyat: “Adiloğlu”
Nəşr ili: 2007
ISBN: 978-9952-
Səhifə: 420 səh.
Format: 54x84/16 (130x200 мм) 
Cildi: nazik
Tiraj: 1000 nüsxə

Azərbaycanca-Fransızca lüğət
---------------
Vocabulaire Azerbaidjanais-Français
Redaktor: Rəşid Cabbarov
Lüğətə 25 000-dən artıq söz daxil edilmişdir.
Bakı, 2011, 624 səh.
ISBN 978-9952-27-264-2


Friday, March 27, 2015

Azərbaycan rəqs geyimi / Dancing Costumes of Azerbaijan 
(layihənin rəh. A. Hüseynov)
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi 
mətn. müəl. C. Bayramova ; foto. S. Şalmiyev.
2010, 128 səh. rəngli fotolar + CD


Şakir Sabir Zabit (İraq)
Türklərin İraqda qısa tarixi 

(Ərəb dilindən tərcümə: Cavanşir Xıdırov)
Şakir Sabir Zabit 1913-cü ildə Kərkükdə anadan olmuşdur. Gənc yaşlarından ədəbiyyata, tarixə və etnoqrafiyaya böyük həvəs göstərən Ş. S. Zabit bu sahədə müəyyən axtarışlar aparmışdır. Sonradan həmin tədqiqatlar “Türklərin İraqda qısa tarixi” “İraqla Türkiyə arasında dostluğun tarixi”, “İraqla İran arasında mübahisələrin və müharibələrin tarixi” adlı maraqlı əsərlər şəklində meydana çıxmışdır. Müəllifin xalqının folkloruna və etnoqrafiyasına həsr edilmiş “Kərkükdə ictimai həyat” və “Bayat aşirəsi” isə ana dilində çapdan çıxmışdır.
2006, ISBN 9952-426-09-7, 88 səh.


Thursday, March 26, 2015

Руфат Харлан
Темные воды
В протяжении многих тысячелетий естества знатоки и натуралисты собирают истории по всему миру, объезжая многие культурные наследия, отдаленно расположенных от цивилизации поселения. Легенды, касающиеся дна мирового океана. Эти суматошные истории содержать в себе разные дико образные небылицы. Но каждый раз, слушая их, я задаюсь вопросом, поставленный шесть тысяч лет тому назад, еще задолго до меня, вавилонскими мудрецами. Кто-нибудь из прежде существующих нашему сообществу, древних безымянных цивилизаций измеряли глубины морей.
2015, 356 стр.

Wednesday, March 25, 2015

Nəriman Həsənzadə, Seçmə şeirlər

Xalq şairi Nəriman Həsənzadənin bu kitabına daxil edilmiş əsərlər – müxtəlif illərdə nəşr olunan şeir kitabları əsasında tərtib olunub.
Məqsədimiz gənlərimizi gözəl şairimizin yaradıcılığı ilə yaxından tanış etmək, poeziya janrına olan marağı daha da artırmaqdır.
Ümid edirik bu sahədə gördüyümüz işlər öz bəhrəsini verəcək.

Kitab Klubu, 2015, 400 səh.
ISBN 978-9952-812-56-5


Tuesday, March 24, 2015

Viktor Hüqo
Doxsan üçüncü il ( tərcümə: Nigar Rəfibəyli)
“Doxsan üçüncü il” Hüqonun Böyük Fransa İnqilabının son günləri haqqında qələmə aldığı sonuncu romanıdır. Əsər iki dünyagörüşü, tarixə iki baxış və bir-birindən diametral surətdə fərqlənən müxtəlif dəyərlər sistemi arasında olan amansız mübarizədən bəhs edir. Markiz de Lantenak köhnə rejimin mücəssiməsidirsə, onun qardaşı oğlu özündə respublikaçıların inqilabi ideyalarını və yeni dövrü əks etdirir. Romanda həmçinin Fransa inqilabının üç əsas xadimi-Marat, Danton və Robespyerin də fəaliyyəti barədə söhbət açılıb.
“Kitab Klubu”, ISBN 978-9952-8032-9-7, 2015, 328 səh.


Monday, March 23, 2015

Метанет Тагиева
Библейско-коранические имена в разносистемных языках 
Институт Языкознания им. Насими НАНА
В книге рассмотрены личные имена библейского и коранического происхождения в арамейском, среднегреческом, латинском, немецком, английском, русском, арабском и азербайджанском языках. Работа написана в сравнительно-историческом аспекте.
Примечания : На русском, азербайджанском, иврите, древнегреческом, латинском, немецком, английском и арабском языках.
Автор: Метанет Рафиг кызы Тагиева
Редактор: И.О.Мамедов
Составитель: Институт Языкознания им. Насими НАНА
Языки: Русский
Издательство: «Элм и Тахсил»
ISBN : -; 2010 г. 
Страниц: 96 стр.
Формат: 60х84 1/16 (140x200 мм)
Переплёт: мягк. обложка
Тираж: 100 экз.

Thursday, March 19, 2015

İlyas Həmidov, Bəhruz Axundov, Leyla Həmidova
Azərbaycanca-rusca, rusca-azərbaycanca atalar sözləri və zərbi məsəllər lüğəti

Milli dil xalqın, millətin danılmaz atributu olduğu kimi, atalar sözləri və zərbi məsəllər fondu da dilin təkzibolunmaz atributudur. Kitabda Azərbaycan və rus dillərində mövcud olan atalar sözləri və zərbi məsəllərin müqayisəli formada qarşılığı verilmişdir.

Müəllif: İlyas Həmidov, Bəhruz Axundov, Leyla Həmidova
Dil: Azərbaycan, Русский
Nəşriyyat: "Təhsil"
Nəşr ili: 2009
ISBN: -
Səhifə: 560 səh.
Format: 70x100 1/16 (170x250 мм) 
Cildi: bərk
Tiraj: 2000 nüsxə



Wednesday, March 18, 2015

Abbas Qaraoğlu 
Dünyanın sonuncu günü 

Bu kitab Abbas Qaraoğlunun oxucularla ikinci görüşüdür. Müasirlərimizi düşündürən problemlərə ədəbi müdaxilə, insana insani münasibət, torpağa, vətənə məhəbbət kitabda toplanan hekayələrin qayəsini təşkil edir. Yazıçının forma və fikir axtarışları, qələmə aldığı mövzuların rəngarəngliyi oxucuya maraqlı təsir bağışlayır.

2013, 294 səh.



Tuesday, March 17, 2015

100 ən yaxşı kitab 
Böyüklər və uşaqlar üçün oxu bələdçisi
Tərtib edənlər: Şahvələd Çobanoğlu, Səkinə Namazova

Oxu bələdçisi kimi nəzərdə tutulan bu kitaba bütün dünyada məşhur olan reytinq siyahıları daxil edilib. Siyahıları məşhur nəşrlər, nüfuzlu institut və kitabxanalar, tanınmış şəxslər tərtib edib və böyük maraqla qarşılanıb. Bu kitab “nə oxuyum?” soranlara ən yaxşı cavablardan biri ola bilər.Müxtəlif ölkələrdə ən çox oxunan və sevilən əsərlərin kütləvi sorğularla müəyyən edilən siyahıları da burada yer alıb. Uşaqlar unudulmayıb və onlar üçün tövsiyə edilən çox nüfuzlu siyahılarla da tanış ola bilərsiniz. Kitabın ikinci hissəsində nüfuzlu ədəbi mükafatların qalibi olan müəllif və əsərlərin adları yer alıb.


ISBN 978-9952-494-35-8, 2014, 160 səh.



Monday, March 16, 2015

Elman Mustafayev
"Kitab əhlinin sərrafı oldum"
Tərtibçi və redaktor: Pərvanə Məmmədli

Kitabda Elman dayının ədəbiyyat sahəsindəki çalışmaları, həyatla bağlı özünəməxsus fikirləri, düşüncələri, tanınmış şəxsiyyətlərlə və baməzə adamlarla bağlı acılı-şirinli xatirələr, nadir arxiv məktubları (məsələn, Bəxtiyar Vahabzadənin Elman müəllimə ünvanladığı məktub), mağazaya dair müxtəlif nəşrlərdə yer almış çoxsaylı məqalələr, nadir fotolar əksini tapıb.
Müəllif: Elman Mustafayev
Dil: Azərbaycan
Nəşriyyat: “ELM”
Nəşr ili: 2013
ISBN: 978-9952-453-11-9
Səhifə: 232 səh.
Format: 60×84 1/16 (150x210 мм)
Cildi: bərk
Tiraj: 300 nüsxə
Qiyməti: 6.00 AZN

Saturday, March 14, 2015

Rafiq Əliyev
İslamda ailə və nikah münasibətləri
(azərbaycan və rus dillərində)
Kitab İslamda ailə və nikahla bağlı kifayət qədər orijinal faktiki materialla zəngindir. Müəllif təqdim etdiyi kitabda İslamda ailə və nikah münasibətlərinin tarixi təkamülünü ardıcıl olaraq izləməyə cəhd göstərmişdir. Məlumatların çoxu Azərbaycan dilində ilk dəfədir ki, oxuculara çatdırılır.
2015, 192 səh.


Friday, March 13, 2015

“Ərəbcə-azərbaycanca lüğət”
/2 cilddə/
Təqdim olunan “Ərəbcə-azərbaycanca lüğət”də müasir ərəb ədəbi dilində işlənən 45000-ə qədər söz və ifadənin Azərbaycan dilinə müfəssəl Azərbaycan xalqının hikmət süzgəcidən keçərək cilalanan və günlərimizədək gəlib çıxan kəlamlar vasitəsilə oxucuya müvafiq qarşılığı ilə çatdırılır, bu kimi qarşılıq olmadıqda isə izahlı tərcümə edilir.
Lüğət ərəb dili üçün ənənəvi olan və əksər hallarda üç, bəzən də dörd samitdən ibarət kök sisteminə istinadən tərtib edimişdir: kök samitləri baş söz kimi götürülür.
Lüğət ərəb dilindən Azərbaycan dilinə tərcümə işi ilə məşqul olanlar, şərqşünaslıq və ilahiyyat fakültələrinin müəllim və tələbələri, ərəb ölkələri üzrə mütəxəssislər, habelə ərəb dilini müstəqil öyrənmək itəyənlər üçün faydalı ola bilər. Eyni zamanda lüğətin Azərbaycan dilini öyrənənlərə müəyyən köməyi olacaqdır.
“Şərq-Qərb”, 2007, 440 səh. / 800 səh.


Wednesday, March 11, 2015

Yazıçı Sara Bağırova öz romanları ilə, qələminin və təfəkkürünün vəhdəti sayəsində yaratdığı bir-birindən maraqlı obrazlarıyla həyatınızı bəzəyəcək və sevindirəcək..
ƏSƏRLƏRİ:
"Yaşanılmayan illər"
"İstəyərək ayrılmışdıq"
"Bir damla ümid"
"Lövhədəki yazı"
"Əjdaha mağarası"



Шамистан Назирли
Расстрелянные генералы Азербайджана

В этой книге рассказывается о полководцах нашего народа, о членах их семей. Широко освещается жизнь военных деятелей времен царской России, независимой Азербайджанской Республики, Великой Отечественный войны. Особенно трагична судьба военных деятелей живших в 20-30-х годах, когда лучшие умы были репрессированы, расстреляны без суда и следствия, только за то что они служили народу Азербайджана, независимой Азербайджанской республики. Также, впервые рассказывается о героях-полководцах, военных деятелях Южного Азербайджана, которые ранее не были известны большинству читателей.
2015, 576 səh.


Tuesday, March 10, 2015

Cavanşir Feyziyev | “Türk dövlətləri birliyi”
(Qlobal inteqrasiyanın Avrasiya modeli)

Kitab türk dünyasının taleyi ilə bağlı ən aktual problemə – Türk Dövlətləri Birliyinin yaradılması zərurətinə həsr olunub. Əsərdə bu problemin fundamental əsasları araşdırılır: türk dövlətçiliyinin genezisi, türk sivilizasiyasının, türk siyasi mədəniyyətinin dərin qatları, ümumtürk birliyi ideyasının tarixi təkamülü, türkçülüyün mahiyyəti, dünya mədəniyyətinin, Böyük İpək yolu siyasətinin, Avrasiya geopolitikasının inkişafı tarixində türklərin rolu, Avrasiyanın "Türk konsensusu" yeni yanaşma kontekstində təhlil edilir. Müəllif müstəqil türk dövlətlərinin siyasi liderlərinin mövqelərinə söykənərək, Türk Dövlətləri Birliyinin təşəkkül şərtlərini, ümumtürk strategiyasının başlıca məqsədlərini müəyyənləşdirməyə, müstəqil türk dövlətləri arasındakı bu müttəfiqliyin ideologiyasını konseptuallaşdırmağa, türk geosiyasi regionunun (TGR) türk geosiyasi sisteminə (TGS), türk geosiyasi sisteminin (TGS) də öz növbəsində Türk Dövlətləri Birliyinə (TDB) transformasiyasının qanunauyğunluğunu açmağa çalışır.
Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

Bakı, "Şərq-Qərb" Nəşriyyat Evi, 2013, 312 səh.
ISBN 978-9952-489-08-8


Monday, March 9, 2015

Qənirə Paşayeva
“Tarixə adını yazan qadınlar” (3 cilddə)

3 cilddən ibarət kitabda tarixin müxtəlif dövrlərində ədəbiyyat, siyasət, dövlət quruculuğu və biznes dünyasında böyük işlər görmüş 100 məşhur qadının həyat və fəaliyyəti haqqında oçerklər toplanıb.



Sunday, March 8, 2015

"Yüz türk qadını" | Saminə Hidayətqızı
Müəllifin “Sarı sim” rubrikası altında nəşrə hazırladığı kitablar sırasında “Yüz türk qadını” uzun illərin tədqiqatı sayəsində ərsəyə gəlib. Haqqında bəhs edilən Azərbaycanda, eləcə də türk dünyasında tanınan qadın qəhrəmanların əksəriyyəti ilə yazıçı şəxsən görüşüb söhbətləşib, onların həyat yolunu, hiss və duyğularını, yaşam tərzini özünəməxsus ustalıqla qələmə alıb. Kitabda türk qadınlarının elm, mədəniyyət və digər sahələrdə qazandığı uğurlar, onların məişəti, dünyaya, gələcəyə baxışı, xalqına, torpağına vurğunluğu, cəmiyyətdəki rolu oxucuların geniş marağına səbəb olacaq.
“APOSTROFF”, 2012, 320 səh., 17x25, sərt, 1000


Saturday, March 7, 2015

Gözünüzü yormayın, Sadəcə qulaq asın!..
AUDİOKİTAB (Baba Pünhanın qəzəlləri)
Mp3 / 35 Mb


Friday, March 6, 2015

Məhəmməd Əmin Rəsulzadə
Azərbaycan şairi Nizami
( Çapa hazırlayan: Yadigar Türkel)

Məhəmməd Əmin Rəsulzadə Azərbaycanın görkəmli siyasi xadimi olmaqla yanaşı, həm də dəyərli bir şərqşünas olub. Onun “Azərbaycan şairi Nizami” əsəri son 70 ildəki dönəmə baxmayaraq, XX yüzildə Böyük Azərbaycandan, böyük türkdən, bilgin Nizami Gəncəvinin yaşam və yaradıcılığından yazılmış, azərbaycanlıların milli kimliyinin türklüyünü kəskin deyən ən yaxşı siyasi, ideoloji, ədəbi-bədii, tarixi mədəniyyət nümunəsidir.   
“Təknur”, 2011, 520 səh., şəkilli, 15x20, yumşaq, 200


Stiven Kinq
“Yazı sənəti” 
(ingilis dilindən Kazım Səlimov tərcümə edib)
Məşhur bestsellerlər müəllifi, ABŞ yazıçısı Stiven Kinqin “Yazı sənəti” (“On Writing”) adlı kitabının dilimizə orijinaldan birbaşa tərcüməsi işıq üzü görüb.
Azərbaycan dilində yenicə nəşr olunmuş bu əsərdə Stiven Kinq öz həyatının müxtəlif dövrlərinə aid epizodlarının təsvirini yazı yazmaq sənətkarlığı yolunda püxtələşməsi prosesinin təsviri ilə üzvi surətdə ustalıqla birləşdirib.
Kitabın xatirələr xarakterli hissələrində həmin dövrdə orta ABŞ ailəsinin (əsasən Stivenin öz ailəsinin) gündəlik həyatının fraqmentləri parlaq və dəqiq fotoşəkillər kimi əks olunub.
Kitabda yazı yazmaq sənətinin, Kinqin fikrincə, vacib qaydaları, gözə görünməyən və o qədər də sadə olmayan incəlikləri çox təbii üsullarla, əyani nümunələrlə, eyni zamanda, yazıçıya xas olan yumor, istehza, gözəl dialoqlar, lakonik təsvirlər və s.oxucuya çatdırılır.
Kitab yazı yazmaqla məşğul olan, səliqəli işləməyi sevən hər bir şəxs üçün faydalı və maraqlı ola bilər.
Müəllif: Stiven Kinq
Dil: Azərbaycan
Nəşriyyat: “Elm və təhsil”
Nəşr ili: 2015
ISBN 978-9952-8176-3-8
Səhifə: 316 səh.
Format: 84x108 1/32 (130x200 мм) 
Cildi: yumşaq
Tiraj: 200
Qiyməti: 5.00 AZN

KAMPANİYAMIZDAN SƏN DƏ YARARLAN!


Thursday, March 5, 2015

Teodor Drayzer
Cenni Herhardt


Cenni Herhardt — Amerika ədəbiyyatında realizmin ən görkəmli nümayəndələrindən biri, tanınmış yazıçı, ictimai xadim Teodor Drayzerin romanıdır. (1911)

Teodor Drayzer bu romanında pulun, kapitalın, var-dövlətin cövlan etdiyi bir dünyada Cenni kimi sadə insanların taleyini, davranışını, həyatını, mənəviyyatını pozan Amerika həyat tərzi, inhisarçı kapitalizm tənqid edilir. Burjua cəmiyyətinin mənəvi faciəsi yazıçının sosial-realizm prizmasından dolğun boyalarla əks olunur.

Müəllif: Teodor Drayzer
Dil: Azərbaycan
Nəşriyyat: © Bakı Kitab Klubu
Nəşr ili: 2014
ISBN: 978-9952-824-54-4
Səhifə: 400 səh.
Format: 60x84 1/16 (150x200 мм) 
Cildi: yumşaq
Tiraj: 100


Tuesday, March 3, 2015

Əlisa Nicat
Əsərləri (50 cilddə)
Külliyyatın hər cildinə Əlisa Nicatın ədəbiyyatımıza gətirdiyi müxtəlif səpkili və janrlı əsərləri daxil edilib. Əlbəttə onların bəziləri ölkəmizin siyasi-ictimai rejiminin, böyük hissəsi xalqımızın xarakterinin ezopvaritəsvirinə, üçüncü qismi isə ümumiyyətlə insanların təbii naqisliklərinə həsr edilib. Əlbəttə bu böyük əsərlərin hamısı eyni səviyyədə deyil. Lakin kitabda onlarla əsər var ki, hətta dünya ədəbiyyatının qızıl fonduna daxil edilə bilər. Yazıçı-mütəfəkkir həyatımızın öz absurdluğu ilə bütün xalqımızı dünyanın gözündən salan dövrümüzün ən parlaq real və bədii səhnələrini təqdim edir. Əbəs deyil ki, bu əsərlər Əlisa Nicata şöhrət və ad qazandırıb.

Müəllif: Əlisa Nicat
Dil: Azərbaycan
Nəşriyyat: “Adiloğlu”
Nəşr ili: 2011-15
ISBN: -
Səhifə: 400-500 səh.
Format: 60x84/16 (150x210 мм) 
Cildi: qalın / bərk
Tiraj: 100 nüsxə


Monday, March 2, 2015

*** ABUNƏÇİLƏRİMİZİN NƏZƏRİNƏ ***
DƏK Seriyasından növbəti yeni 2 kitab çap olundu. Qarşılayın !!!
Beləliklə Dünya Ədəbiyyatı Kitabxanası layihəsindən 105 kitab artıq nəşr olunub.
1. Dünya dramaturgiyası antologiyası. İki cilddə. 1-ci cild
2. Migel Asturias. “Seçilmiş əsərləri”
-------------------------------
Dünya dramaturgiyası antologiyası. İki cilddə. 1-ci cild
Bakı, "Şərq-Qərb" Nəşriyyat Evi, 2014, 528 səh.
Dünya ədəbiyyatı seriyasından olan "Dünya dramaturgiyası antologiyası" kitabının birinci cildinə XX əsrin görkəmli nümayəndələri Jan-Pol Sartrın "Yalnız həqiqət", Arman Salakrunun "Lenuar arxipelaqı, yaxud tərpənməyənə toxunmayın", Eduardo De Flipponun "Neapol", Maks Frişin "Don Juan, yaxud həndəsəyə vurğunluq", Vitold Qombroviçin "Burqundiya şahzadəsi İvonna", Kobe Abenin "İstehkam" və Leroy Consun "Uçan hollandiyallı" əsərləri verilmişdir.
Cilddə toplanan əsərlərin cərəyan və üslub baxımından rəngarəng olması onun oxucu auditoriyasını daha da genişləndirir.
--------------------------------
Migel Asturias. “Seçilmiş əsərləri”
Bakı, “Şərq-Qərb” Nəşriyyat Evi, 2014, 568 səh.
Dünya ədəbiyyatının fenomeni sayılan Latın Amerikası nəsrinin ötən əsrin 50-ci illərindən Avropanı fəth etmiş nümayəndələrindən biri də məşhur Qvatemala nasiri, şairi, jurnalisti və diplomatı Migel Anxel Asturiasdır. Doğma ölkəsində yaşayan yerli xalqların – hindu tayfalarının hüquqları uğrunda çarpışan, onların tarixini, mədəniyyətini, ədəbiyyatını dünya məkanına çıxarmağa can atan Asturias “Hər şeyi hindu ölçüsüylə ölçən yazıçı” adını nahaq yerə qazanmamışdır. Bu şərəfli məqama o, bütün həyatı və yaradıcılığıyla çatmışdır.
Migel Asturias siyasi proseslərə qarışmadan jurnalistika və bədii yaradıcılıqla məşğul olmağı daha üstün tutmuşdur. Latın Amerikası nəsrinə xas keyfiyyətlər – təhkiyə özünəməxsusluğu, mifologizmdən istifadə, nağıl və əfsanə ünsürləri, irreallıqlar Asturias nəsrində müşahidə edilir.
Dünya ədəbiyyatı seriyasından olan Nobel mükafatçısı Asturiasın “Seçilmiş əsərləri” kitabına onun “Mais adamlar” romanı, “Lida salın aynası” silsiləsindən olan hekayələri, “Qvatemala” silsiləsindən olan əfsanələri, “Kukulkan – qanadlı ilan” pyesi toplanmışdır.
Latın Amerikası romanının çağdaş yetkinlik mərhələsinə qədəm qoymasında mühüm rolu olan yazıçılar içərisində Migel Asturiasın adı birincilər sırasında çəkilir. O, təkcə Latın Amerikası ədəbiyyatının yox, bütövlükdə dünya ədəbiyyatının incilərindən sayılır.
Kitablar geniş* oxucu kütləsi üçün nəzərdə tutulub.