Monday, December 30, 2013

Əziz Dostlar! Qarşıdan gələn yeni ilinizi təbrik edirik. 2014 - At ilidir. At muraddır deyirlər! Hər birinizə ayrı-ayrılıqda bu ildə arzu və muradınıza çatmağı arzulayırıq!



Xaləddin İbrahimli 
Politologiya 

Ali məktəb tələbələrinin xidmətinə təqdim olunan bu kitab bir sıra cəhətləri ilə fərqlənir. Birincisi, dərslikdə müasir politoloji konsepsiyaların təhlilinə üstünlük verilib və son illər dünyada nəşr olunan dərsliklərdəki mütərəqqi müddəalar nəzərə alınıb. İkincisi, dərslik Azərbaycanda gedən siyasi islahatların, yeniləşmənin məntiqinə uyğun hazırlanıb. Mövzuların əksəriyyətində Azərbaycanla bağlı müddəalar, şərhlər var. Nəhayət, bu nəşrdə Azərbaycanın da qoşulduğu Bolonya prosesinin ali məktəb dərslikləri ilə bağlı müəyyənləşdirdiyi tələblər nəzərə alınıb. Dərslikdə 15 mövzu təqdim edilir. Bu qeyri-ixtisas bakalavriatlar üçün optimal bir bölgüdür. Hər mövzunun ayrıca planı və əsas dərslikləri var. Azərbaycan, türk, ingilis, rus dillərindəki bu əsas ədəbiyyat həm müasirdir, həm də konkret problem üzrədir. Sonda isə ümumi ədəbiyyat siyahısı verilib.
2012, 210 səh.



Saturday, December 28, 2013

Buraxılışıa məsul: Anar Bayramov
Yoxlamalar

Kitab “Vergi yoxlamaları” fəsli ilə başlayır. Vergi yoxlamaları özündə operativ vergi nəzarətini, kameral və səyyar vergi yoxlamalarını əhatə edir. Təbii ki, ozucular xronometraj metodu, onun tətbiqi zəruriliyi, nəticələrinin rəsmiləşdirilməsi, eyni zamanda vergi yoxlamalarının nəticəsi kimi tətbiq olunan maliyyə sanksiyaları və onların hansı hallarda, necə tətbiq olunması halları ilə yaxından tanış ola bilərlər.
2013, 368 səh.



Friday, December 27, 2013

Brayan Treysi
"Bəhanələrə yox! Daxili intizamın gücü"
(tərcümə: Aqil Hacıyev)

Bəhanələrə son qoy! İşi ya gör, ya da görmə, amma bəhanə gətirmə. Beynini fəaliyyətsizlik üçün müxtəlif bəhanələr uydurmağa sərf etməyi dayandır. Nə isə et. Bir iş gör. İşə başla. Özün üçün təkrar et: “Görüləcək iş sadəcə məndən asılıdır!” Nə üçün bəziləri digərlərindən daha uğurlu olur? Nə üçün bəziləri yaşanan eyni illər ərzində digərlərindən daha çox pul qazanır, həyatlarını daha xoşbəxt yaşayır və ümumiyyətlə, həyatda daha çox şeyə nail olurlar? Uğurunun “əsl sirri” nədir? Bu kitab, iddialı və həyatda mümkün olan hər şeyi əldə etmək istəyən məqsədyönlü insanlar üçün yazılıb. Daha çox nailiyyət əldə etmək və əvvəlkindən daha uğurlu olmaq istəyi ilə alışıb yanan insanlar üçün yazılıb.

Müəllif: Brayan Treysi
Dil: Azərbaycan
Nəşriyyat: "Nurlar"
Nəşr ili: 2013
ISBN: -
Səhifə: 264 səh.
Format: 60x84/16 (140x200 мм)
Cildi: yumşaq
Tiraj: 1000 nüsxə


Buraxılışıa məsul: Anar Bayramov
Mühasibat uçotu (3-cü nəşr)

Kitab ilk növbədə Milli Mühasibat Uçotu Standartlarına əsasən hazırlanmış yeni hesablar planının təcrübədə istifadəsinin sürətləndirilməsinə imkan verən birr vəsaitdir. Kitabda yeni hesablar planına böyük diqqət yetirilib və köhnə hesablar planı ilə müqayisə olunub. 
2013, 504 səh.



Thursday, December 26, 2013

Cəlaləddin Qasımov
Çingiz xanın xəzinəsi

Romanda çağdaş yaşamla qədim tarixin xəyali vəhdəti mistik olaylar fonunda təsvir edilib. Əsərin əsas bədii məziyyətlərindən biri də orta yüzillər Doğusunun böyük hökmdarlarının xarakterik özəlliklərinin ustalıqla qələmə alınmasıdır. 14 bölümdən oluşan, maraqlı şəkillərlə süslənmiş “Çingiz xanın xəzinəsi” kitabı “”də nəfis tərtibatla nəşr edilib. 
“Elm və təhsil”, 2013


Wednesday, December 25, 2013

Rasim Abutalıbov, Sahib Məmmədov, Seymur Quliyev 
İdarəetmənin əsasları 

Bu gün idarəetmə sahəsində sahəsində hələ də dünyanın aparıcı alimlərinin müxtəlif yanaşmalarını nəzərə alan ədəbiyyatların nəşri demək olar k, yox səviyyəsindədir. Yaranan bu boşluğun müəyyən dərəcədə aradan qaldırılmasında təqdim olunan ədəbiyyat xüsusi rola malikdir. Dərs vəsaitinin işlənilməsində bir çox görkəmli alimlərin əsərlərindən istifadə edilib.
ISBN 978-9952-770-12-3, 2013, 222 səh.





Tuesday, December 24, 2013

Caner Taslaman 
Big Bang və Tanrı 

Fred Hoyl radio proqramında kainatın əvvəl bütöv halda olub, sonradan ayrılıb genişləndiyini müdafiə edən fikirdən “Big Bang” dyə lağlağı edərək bəhs edirdi. Bundan sonra Big Bang (Böyük Partlama) adı məşhur oldu və lağ edilmək üçün bu nəzəriyyəyə verilən ad onun gerçək adına çevrildi. 
ISBN 978-9953-8067-6-1, 2013, 232 səh.


Monday, December 23, 2013

Mövlanə Cəlaləddin Rumi
Məsnəvi-seçmələr (IV nəşr) 

M.C. Ruminin bu şah əsərinin altı cildindən seçilən hekayətləri, onun kəlamlarını və şeirlərini özündə toplayan ilk kitabdır. 
2013, 288 səh.


Saturday, December 21, 2013

Ahmet Batman 
Sabah uykum 

Yarım kalanlara...Bir parça hüzur arayanlara... Hala aşka inananlara... Bəlki bu kitap tamamlar səni. Bəlki hüzuru şu an elinde tutuyorsun. Bəlki də aşk bu kitapın içindedir. 
ISBN 978-605-4771-76-9, 2013, 222 səh.


Friday, December 20, 2013

Р.Н. Иванов
Правда о Хаджи-Мурате

В 11 разделах книги-сборника публикуются около 200 исторических материалов, включая 10 энциклопедических статей, 110 документов из переписки и донесений военачальников Кавказской Армии и официальных сообщений, 30 исторических очерков, а также извлечений из исторической литературы, 40 биографий, биографических примечаний и др. Текст сопровождается 208 иллюстрациями.
ISBN 978-5-9903004-3-9, 2013, 392 стр.


Thursday, December 19, 2013

Эльхан Элатлы
Голос из ада
(перевод с азербайджанского языка: Р. Бабаев)

Роман писателя Эльхана Элатлы «Голос из ада» посвящен самому страшному геноциду ХХ века -Ходжалинской трагедии и судьбе наших соотечественников, многие из которых до сих пор мучаются в армянском плену. В книге дается убедительный рассказ о героической деятельности национальных спецслужб Азербайджана, здесь также отражены такие вечные темы, как любовь к родине, матери и любовь двух молодых людей, встретившихся по воле Всевышнего.

ISBN 978-995229-084-4, 2013, 320 стр.


Wednesday, December 18, 2013

Михалева Е.В., Майер А.К., Фрицлер А.А., Ярица Л.И., Шевелева С.И., Рустамова А.С. 
Русский язык как иностранный: элементарный уровень

Пособие позволяет освоить русский язык как иностранный (РКИ) на элементарном уровне. Пособие содержит теоретический материал, необходимый для усвоения РКИ на элементарном уровне, практические задания различных уровней сложности для закрепления. Учебный материал сопровождается цветными иллюстрациями и авторскими фотографиями, имеются, контрольные тесты, ключи к заданиям и тестам, карточки русских слов и часто употребляемых выражений, словесник.

«Томского Политехнического университета», 2011, 378 стр.,21x29, мягкая, 100



Tuesday, December 17, 2013

Con Qrey. "Kişilər Marsdan, qadınlar Veneradandır"

(Tərc.: Elxan Rzayev)

Kişi və qadın münasibətlərində əksər problemlər ona görə yaranır ki, biz doğrudanda müxtəlifik. Sadəcə müxtəlif adamlar deyilik, həm də müxtəlif planetlərdənik. Əksər məsələlərə yanaşmamız o dərəcədə fərqlənir ki, birbirimizi yaxşı başa düşmək üçün bizə ümumi dil tələb olunur. Bu kitab hər birimizə həmin dili tapıb mənimsəməyə imkan verəcək. Bu dili öyrəndikdən sonra isə sevgidə,
ailədə, işgüzar münasibətlərdə uğursuz olmağımızın səbəblərinin çoxu aradan qalxacaq.

«Kişilər Marsdan, qadınlar Veneradandır» - zəmanəmizin ən dahi bestsellerlərindəndir. Bu, çoxlu sayda insanın taleyini yaxşılığa doğru dəyişmiş kitabdır.
Kitab 16 yaşdan yuxarı bütün kişilər və qadınlar üçündür.


Mündəricat:

Fəsil 1. Kişilər Marsdan, qadınlar Veneradan gəlmədirlər
Fəsil 2. Cənab Hər-problemi-həll-edirəm və evdə təkmilləşdirmə komitəsi
Fəsil 3. Kişi öz mağarasına çəkilir, qadınsa danışmağa girişir
Fəsil 4. Əks cinsdə maraq yaratmaq haqqında
Fəsil 5. Biz müxtəlif dillərdə danışırıq
Fəsil 6. Kişi və rezin qayış arasında oxşarlıq
Fəsil 7. Qadınlar isə dalğaya bənzəyir
Fəsil 8. Hissi tələbatımızın bir-birinə oxşamaması haqqında
Fəsil 9. Dava-dalaşdan necə qaçmalı
Fəsil 10. Xal əlavə etmə sistemi əks cinslə münasibətlərdə qiymətləndirmə üsulu kimi
Fəsil 11. Ünsiyyət zamanı mənfi hissləri ifadə etmək bacarığı
Fəsil 12. Yardımı almaq üçün onu necə istəmək lazımdır
Fəsil 13. Sevginin ecazkar qüvvəsini necə saxlamalı

Müəllif: Con Qrey
Dil: Azərbaycan
Nəşriyyat: "KitabKlubu" MMC
Nəşr ili: 2013
ISBN: 978-9952-8202-4-9
Səhifə: 344 səh.
Format: 60×84 1/16 (130x200 мм)
Cildi: yumşaq
Tiraj: 1000 nüsxə


Monday, December 16, 2013

Şəmistan Nəzirli
Əfsanəvi Mixaylo

Kitabda Mehdi Hüseynzadənin cəsurluğu, qeyri-adi igidliyi yeni arxiv materialları və nadir sənədlər əsasında yazılıb. Təkcə vətənimizdə deyil, İtaliya , Yuqoslaviya, Fransa və başqa Avropa ölkələrində də yenilməz qəhrəman kimi tanınan Mixaylo-Mehdi Hüseynzadə xalqımıza baş ucalığı gətirib. Ş. Nəzirli yeni kitabında həm də Mehdinin ilk gənclik illərindən-bacılarının, məktəb və tələbə dostlarının xatirələrinə xüsusi yer verib. Cəmi 26 il yaşayan Mehdi şair və rəssam, hazırcavab bir gənc idi. Əsərdə onun ilk gəncliyində və əsirlikdə olanda “Qürbətzadə” imzası ilə yazdığı şeirlər və 1935-ci ildə qələmə aldığı poema ilk dəfə oxuculara təqdim olunur.
ISBN 978-9952-465-98-3, 2013, 392 səh.



Sunday, December 15, 2013

Şota Rustavelli
"Pələng dərisi geymiş pəhləvan" (poema) 4-cü nəşr
Tərcüməçilər: S. Vurğun, R. Məmməd, R. Süleyman.

Gürcü ədəbiyyatının görkəmli nümayəndəsi Şota Rustavelinin yeganə əsəri olan "Pələng dərisi geymiş pəhləvan" poeması əsrlərdir ki, şeir və sənət aləmində yaşamaqdadır. Dünya ədəbiyyatı xəzinəsinin qiymətli incilərindən olan bu poema XII əsr gürcü ictimai-siyasi həyatını, bədii təfəkkür tərzini, xalqın istək və arzularını, adət və ənənələrini, nəhayət, qədim gürcü dilini yaşadan misilsiz qəhrəmanlıq və məhəbbət dastanıdır. Bu gün də "Pələng dərisi geymiş pəhləvan" oxucuların çox sevdiyi əsərlərdəndir. Nəfis tərtibatda olan bu kitab hədiyyə üçün çox yaraşır.
"Şərq-Qərb", 2012, 436 səh., 25x31, tiraj 1000
ISBN 978-9952-34-897-2


Saturday, December 14, 2013

Мухаммед Асад Бек
"Николай II. Сияние и закат последнего царя"

В этом произведении повествуется о трагической судьбе императора Николая II, последних годах царствования династии Романовых и крушении Российской империи. Изданная в 1935 году в Берлине, книга на русском языке публикуется впервые.

Автор: Мухаммед Асад Бек
Языки: Русский
Издательство: "Şərq-Qərb" (East-West)
ISBN 978-9952-432-20-6; 2013 г.
Страниц: 528 стр.
Формат: 60x90 1/16 (150x210 мм)
Тираж: 1000 экз.
Переплёт: тв. обложка


Həqiqət Əhmədova 
Ehtimal nəzəriyyəsi və riyazi statistika tarixindən 

Kitabda ehtimal nəzəriyyəsi və riyazi statistika tarixinin yaranması, bu sahələrin görkəmli şəxsiyyətlərinin həyatı, elmi fəaliyyəti və yaradıcılığı haqqında məqalələr şərh olunub. 
2013, 564 səh., şəkilli


Friday, December 13, 2013

Tomas de Vaal
Qarabağ: Ermənistan və Azərbaycan sülh və savaş yollarında


Kitabda  Ermənistan və Azərbaycan münaqişəsinin kökləri, son müharibə zamanı Qarabağda və ümumilikdə aregionda baş verən olaylar, danışıqlar və vasitəçilik prosesi bitərəf müşahidəçi prizmasından araşdırılır.

"İlay MMC", ISBN 978-9952-25-086-2, 2008, 344, 15x22, sərt, 3000



MEA Əlyazmalar İnstitutu
Mir Məhəmməd Hüseyni Mömin «Həkim Möminin töhfəsi» (I cild)

Bu əsəri Səfəvilər dövrünün görkəmli təbibi, alimi Mir Məhəmməd Mömin Şah Süleymanın sarayında həkimbaşı vəzifəsində çalışdığı zaman yazıb.
Mömin əsərdə Zəkəriyya Razi, İbn Sina, İbn Baytar və başqa məşhur təbabət alimlərinin əsərlərindən və özünün şəxsi təcrübəsindən istifadə edərək, Şərq təbabəti və əczaçılığının nəzəri və praktiki məsələləri barədə məlumat verib. Əsər XX əsrin əvvəllərinə qədər Yaxın və Orta Şərqdə təbiblər arasında çox yayılıb və geniş istifadə edilən kitablardan biri olub.
Fars dilindən tərcümə edən, ön söz, izah və şərhlərin müəllifi Kamil Hüseynoğludur.
«Elm və təhsil», 2013



Thursday, December 12, 2013

Elman Quliyev    
Türk xalqları ədəbiyyatı

Kitabda ilk dəfə olaraq geniş şəkildə türk xalqları ədəbiyyatının (türk, özbək, türkmən, qazax, qırğız, tatar) yaradıcılıq mərhələləri, ayrı-ayrı görkəmli sənətkarlarının həyat və yaradıcılıqları tədqiq və təhlil olunub.
“Qismət”, 2009, 400 səh., 15x21, yumşaq


Wednesday, December 11, 2013

Nəşrin redaktoru: Çərkəz Qurbanlı 
Almanca-azərbaycanca lüğət (2-ci nəşr) 

Lüğətə təxminən 40 min söz və söz birləşməsi daxil edilib. 
ISBN 978-9952-34-168-3, 2007, 648 səh.


Monday, December 9, 2013

Pavel Kokovtsev 
X əsr yəhudi-xəzər yazışması (tərcüməçi: Vüqar Zifəroğlu)

Yəhudi-xəzər yazışması X əsrə aid üç əsəri birləşdirən ümumi addır. Bura Kardoba xilafətinin əyani Xasday ibn Safrutun xəzər xaqanı Yusifə məktubu, xaqanın cavab məktubu və Yusifin təbəəsi olan və adı naməlum qalmış xəzər yəhudisinin cavab məktubu (sənədin bir adı da Kembric anonimdir) daxildir. 
2009, 176 səh.



Sunday, December 8, 2013

Randy Gage 
Pul məktəbi (tərtibçi və tərcüməçi: Aydan Xəyal) 

Amerikada və Amerika jurnallarında onu “Ceday ustası” adlandırırlar. Tərəqqi ustası. Bu insan, adi qabyuyandan bu günkü multimilyonerə qədər mürəkkəb bir həyat yolu keçib... 
“Kitab Klubu”, ISBN 978-9952-8202-5-6, 2013, 150 səh., 12x17, yumşaq, 2000


Saturday, December 7, 2013

Robin Şarma - "Ferrarisini satmış rahib"
(tərcüməçi: Elxan Rzayev)

Bu kitab haqqında Paulo Koelyo belə deyib: «Bu cəlbedici kitab həm öyrədir, həm də heyran edir». Şarmanın kitabı özünə rəhbərlik etməyin məxsusi dərsliyi, gerçək uğur və xoşbəxtliyin səmərəli düsturudur. «Ferrari»sini satmış vəkilin etdiyi kimi, dayanmaq və hər şeyi yenidən başlamaq heç vaxt gec deyil.
Ümumiyyətlə, belə kitabları dostlarla bölüşmək lazımdır!
© Bakı KitabKlubu, 2012, 288 səh.



Friday, December 6, 2013

Akif Əli
"Azman" (və ya "Sən mənim dözümümü görəcəksən") 

Yazıçı-publisist, fəlsəfə doktoru Akif Əlinin yeni kitabı çap olunub.
Kitab eramızın IX əsrində yeni din tətbiqi adı altında əslində Azərbaycan torpaqlarına işğalçılıq yürüşlərinə çıxan Ərəb Xilafəti ilə mübarizədə xalqı səfərbər etmiş və güclü müstəqil Azərbaycan Xürrəmi dövləti yaradaraq 22 il yadelli işğalçılara müqavimət göstərmiş bacarıqlı dövlət xadimi, böyük sərkərdə Babəkə həsr edilib. Tarixi sənədlər üzərində araşdırma aparan müəllif uzaq dövrün hadisələrini yaradıcı təxəyyülün süzgəcindən keçirərək hadisələrin son gedişinə dair öz versiyasını irəli sürüb.
Babəkin mübarizəsinə bu günkü azad, müstəqil Azərbaycan Respublikasında bərqərar olan demokratik dünyagörüşü prizmasından baxaraq, uzaq dövr haqqında həqiqətlərin bir daha ucadan deyilməsinə çalışıb. Torpaqları hələ də düşmən işğalı altında olan ölkəmizdə vətənpərvərlik ruhunun daha da gücləndirilməsi üçün bu mövzunun aktuallığı şübhəsizdir. Təsadüfi deyil ki, yeni ədəbi üslubdan və zəngin bədii ifadə vasitələrindən istifadə edən müəllif geniş oxucu kütləsi üçün nəzərdə tutduğu əsərini müstəqil Azərbaycan Respublikasına ithaf edib.



Thursday, December 5, 2013

Sara Bağırova

İstəyərək ayrılmışdıq

İstəyərək ayrılmaq mümkündür. Ayrılığı yaşamaq isə...Ayrılığı yaşamağı bilmək üçün unutmağı bacarmaq lazımdır. Bu əsər istəyərək ayrılıb unuda bilməyənlərin hekayəsidir. 
“Nurlar”, 2013, 240 səh., 16x23, yumşaq, 300


Wednesday, December 4, 2013

Əli Əhmədoğlu
Kreml memarının mükafatı 

Moskvadakı Kreml tikinti kompleksinin baş memarının azərbaycanlı Əliş bəy Sübhan oğlu Kərəmli-Şirvaninin olması yeddi əsrdən çoxdur ki, dünyadan gizlədilir. Bu kitab bütün Şərq aləmində dahi bir memar kimi tanınmış Ə. Kərəmli dörd ilə yaratdığı dünya memarlığının incilərindən biri olan Kreml tikintisinin ilkinliyi gizli olaraq qalsın deyə, Moskva knyazı Dmitri Donskoy tərəfindən xaincəsinə qətlə yetirilməsindən bəhs edir. 
2012, 168 səh.


Tuesday, December 3, 2013

Sara Bağırova
"Yaşanılmayan illər" 

Bu əsər bir anın yanlışlığından insanın həyatının bütövlükdə dəyişə biləcəyindən bəhs edən məhəbbət romanıdır. 
2013, 320 səh., 16x23, yumşaq, 300


Monday, December 2, 2013

Rasim Niyaz
Yoqa-analar üçün (Prasu-Yoqa)

Əgər siz sağlam olmaq və dünyaya sağlam uşaq gətirmək istəyirsinizsə, bunları Sizə Yoqa verə bilər. Qədimdə yaranmış bu psixofiziki sistem müasir dövrdə də insanlara öz müdrik biliklərini bəxş edir. Kitabda verilən məlumat-hərəkətlər, tənəffüs, qida, psixiki gərginliyin aradan qaldırılma üsulları haqqında qadınlara həm hamiləlik zamanı, həm də doğuş zamanı böyük kömək edəcək. Həmçinin, bu kitabda doğuşdan sonrakı dövr ərzində səhhətin bərpa edilməsinə dair zəruri məlumat var.
2013, 128 səh.


Sunday, December 1, 2013

Əsəd Rza Yaqubi
Azərbaycanda təlim-tərbiyə mədəniyyəti, təhsil və pedaqoji fikir tarixi

Hazırki məcmuəədə, əsasən ən qədim zamanlardan başlamış ta XX əsrin əvvəllərinə qədər, Azərbaycanda təlim-tərbiyə mədəniyyəti, təhsil və pedaqoji fikir tarixi uzrə bu gunə qədər mətbuatda nəəzər-diqqətdən kənarda qalmış bir sıra umdə movzular, o cumlədən, musəlman məktəbinin təkamul tarixi - bu inkişaf prosesinə islam mədəniyyətinin təsiri və islam mədəniyyəti tarixində azərbaycanlı alimlərin rolu araşdırılmışdır.
Bakı, Nurlan, 2005. - 628 s. 15x21, tiraj 500, qalın cild


   Azərbaycan Respublikası Nobel İnformasiya Mərkəzi  tərəfindən “Sədaqət Kərimovanın həyat və yaradıcılığı” adlı  kitab hazırlanaraq oxucuların ixtiyarına verilmişdir.

     Müasir Azərbaycan və ləzgi ədəbiyyatının tanınmış nümayəndəsi olan S.Kərimovanın həyat və yaradıcılığı haqqında geniş və əhatəli məlumat verən bu nəşr beynəlxalq standartlara cavab verən biblioqrafik vəsaitdir. Burada şair, nasir, dramaturq və publisistin 1969-cu ildən 2012-ci ilə kimi yaradıcılığı öz əksini tapmışdır. Kitabda qələm sahibinin əsərlərinin nəşri, həyat və fəaliyyətinin əsas tarixləri haqqında məlumatlar, elm, ədəbiyyat, mədəniyyət xadimlərinin onun haqqında dedikləri  və sairə öz geniş əksini tapmışdır.

     Filologiya elmləri namizədi Bəybala Ələsgərov tərəfindən tərtib olunmuş 207 səhifədən ibarət bu biblioqrafik vəsait ədəbiyyatşünas alimlər, tədqiqatçılar, kitabxanaçı-biblioqraflar, müəllimlər, tələbələr və ümumiyyətlə, geniş  oxucu auditoriyası üçün nəzərdə tutulmuşdur.


Saturday, November 30, 2013

Əkrəm Rəhimli
Seyid Cəfər Pişəvəri

Kitabda Cənubi Azərbaycan inqilabçısı, demokrat Seyid Cəfər Pişəvərinin həyatından və mübarizəsindən bəhs olunur. Çoxsaylı mənbələr və sənədlər əsasında Seyid Cəfər Pişəvərinin Güneydəki milli-demokratik hərəkatda xidmətləri və rolu, Milli Hökumətin süqutundan sonra onun həyatının son günləri tədqiq və təhlil olunur.

Müəllif: Əkrəm Rəhimli
Dil: Azərbaycan
Nəşriyyat: “Nurlar”
Nəşr ili: 2009
ISBN: 978-9952-450-06-4
Səhifə: 400 səh.
Format: 60x84/16 (150x210 мм)
Cildi: bərk, supercild
Tiraj: 1000 nüsxə


Friday, November 29, 2013

Məktəbəqədər yaşlı uşaqlar üçün 
Öz əlinlə düzəlt (1-ci kitab) 

Bu kitab valideynlər, məktəbəqədər tədris müəssisələrində çalışan tərbiyəçilər və ibtidai sinif müəllimləri üçün əyani bir vəsaitdir. Kitabda valideynin və ya tərbiyəçi-müəllimin köməyilə kiçik yaşlıların hazırlaya biləcəkləri xırda əl işləri göstərilib. Bu işlər rəngli kağız və kartondan, uşaqların təbiətə ekskursiyası zamanı topladıqları cürbəcür qozalar, yarpaqlar, ağac budağı və s. hazırlanır. Çalışmaq lazımdır ki, düzəldilən işlərin görünüşü estetik cəhətdən gözəl və səliqəli olsun. Hazırladıqları əl işlərini qorumaqla uşaqlara həm öz əməklərinə, həm də başqalarının əməyinə qiymət vermək bacarığı aşılanır.
“Kitab Klubu”, ISBN 978-9952-820-26-3, 2013, 32 səh., 21x29, yumşaq, 

Qiyməti 1.90 AZN



Thursday, November 28, 2013

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işçisi Samirə Gəncəlinin tərtib etdiyi “Əlabbas Müznib. Türkcə qəzəllər” antologiyası “Elm və təhsil” nəşriyyatında çapdan çıxıb. İlk dəfə 1917-ci ildə “Orucov qardaşları” mətbəəsində çapdan çıxmış bu əsərdə Azərbaycan, Türkiyə, Orta Asiya klassiklərinin şeirləri toplanıb.


Wednesday, November 27, 2013

Həmid Herisçi
Konspiroloq

Postmodernin də bir qənimi tapılıb. Bu, adına konspirologiya deyilən yeni estetik, fəlsəfi nəzəriyyədir. Konspiroloji təfəkkür bütün modern anlayışları yenidən dirildir. Postmodernin pərdəarxasına bircə an göz atıb, bu klassik məfhumları ordan üzə çıxarır. Konspirologiya artıq postmodernin qəbrini qazıb. Diqqətinizə çatdırılan bu kitabda müəllif oxucunu postmodern xaosdan qurtaqmağa cəhd edir.
“Qanun”, 2010, 488 səh., 15x21, sərt, 500


Tuesday, November 26, 2013

Elcin Aslanov
AZƏRBAYCAN TOYU


Ensiklopedik kitabda azı 730 toy termini, ad və deyimi əksini tapıb və mumkun olduğu qədər acıqlanıb.

♦ Qədim adət-ənənələrimizin qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsi baxımından  bu kitab yeni ailə quranlara gözəl hədiyyə olardı.
ISBN 9952-410-00-4, “Tutu”, 2003, 240 səh., 20x28,
yumşaq
Qiyməti 10 AZN


Monday, November 25, 2013

New Kindle Paperwhite

Wi-Fi, All-New Paperwhite Display, High Resolution, High Contrast, Next-Gen Built-in Light
Unlike tablets, Kindle Paperwhite is designed to deliver the best reading experience
No screen glare in bright sunlight
Read with one hand — over 30% lighter than iPad mini
Battery lasts weeks, not hours
Next-gen built-in light — read without eyestrain
Qiyməti: 140,00 man.


Saturday, November 23, 2013

Çarlz Bukovski 
"Makulatura" (tərcümə: Ramil Rahiboğlu) 

Bukovskinin əsərlərində insanı düşünməyə vadar edən nələrsə mütləq qarşımıza çıxır. Onun yaradıcılığı ideal deyil, təkrarsızdır. Bəzən abırsızdır, bəzən uşaqcasına sadə və təsirlidir, lakin hər zaman özünün təcrübəsi və həyatın içindən gələn müdrikliyi ilə qiymətlidir.
ISBN 978-9953-8067-4-7, 2013, 208 səh., qiyməti 5 man.


Friday, November 22, 2013

Alber Kamyu
"Kaliqula"
(çevirəni: Xan Rəsuloğlu) 

Alber Kamyu (1913-1960) böyük fransız yazıçı və filosofu Nobel mükafatı laureatıdır. Bu kitabda onun “Kaliqula” pyesi, Nobel mühazirəsi və gündəliklərdən kiçik olsa da, az qala bütün “əbədi suallar”a yazıçı öz baxış bucağını yönəldə bilib, insanı silkələyən, düşündürən nəticələrə gəlib çıxıb. 
2013, 160 səh.



Thursday, November 21, 2013

Kitab Klubunun HƏBSXANALARA hər il olduğu kimi ənənəvi kitab hədiyyəsi >>



Layihənin baş redaktoru - Qardaşxan Əzizxanlı 
Azərbaycan türkcəsinə uyğunlaşdırdı: Əvəz Zeynallı 
Fikir antologiyası Seriyası
Daniel Yergin - Neft fəlsəfəsi I cild 

Oxuyacağınız bu kitab XX əsrin tarixidir. Çünki neftin müasir mənadakı tarixi inkişafı XIX əsrin ikinci yarısında başlasa da, bütün mənalarda təsir etdiyi və dəyişdirdiyi əsr XX əsr olub. 
ISBN 10 9952-8080-2-X, 2006, 844 səh.


Tuesday, November 19, 2013

Limunət Əmrahlı
Eksperimental psixologiya


Əsərdə eksperimental psixologiyanın nəzəri-tarixi məsələlərindən bəhs olunur. Eksperimental- psixoloji tədqiqatların ilk inkişaf mərhələləri, inkişaf istiqamətləri göstərilir. Burada eksperiment metodunun nəzəri-praktik problemləri açıqlanır. Müasir psixoloji biliklərin əldə olunmasında bu metodun rolu və əhəmiyyəti, onun təşkili qaydaları izah edilir. Kitabda G.N. Ebbinhauz, T.Ribo, U.Ceyms, D.BUotson, F.Qize, J.Piaje, P.Fress, R.Şuls, S.S.Stivens, R.Qottsdanker kimi eksperimentatorların tədqiqatlarından geniş istifadə olunub.
“ADPU”, 2008, 326 səh., 15x21, sərt, 200



L.Əmrahlı
Şəxsiyyət və cəmiyyət

Əsərdə yeni demokratiya yolu tutmuş cəmiyyətlərdə şəxsiyyətin sosial-psixoloji problemlərdən bəhs olunur. Şəxsiyyətin struktur təhlili aparılır, onun təbii və sosial məzmunu araşdırılır, özünüaktuallaşdırma yolları göstərilir. Azərbaycan cəmiyyətinin qadın şəxsiyyətinə münasibəti əsərdə klassik irs və müasir gender tədqiqatları kontekstində araşdırılır. Əsərdə dəyişən cəmiyyətlərdə yeni münasibətlər sisteminin əmələ gəlməsi məsələləri nəzərdən keçirilir.
ISBN 9952-29-073-5, 2007, 202 səh.