Monday, January 23, 2017

ABUNƏÇİLƏRİN NƏZƏRİNƏ:
DƏK Seriyasından yeni 6 kitabı qarşılayın...

DƏK Seriyasından yeni (6 kitab) aşağıdakılardı!

1. Henrix Heyne, S/Əsərləri
2. Akutaqava Runoske, S/Əsərləri
3. Çarlz Dikkens, Oliver Tvist
4. Bertold Brext, S/Əsərləri
5. Skandinav adəb. antologiyası
6. Amerika ədəb. antologiyası

Beləliklə DƏK layihəsindən ümumilikdə 124 kitab çap olunub.
Yolunuzu gözləyirik...
---------------------------
Ünvanımız:

Təbriz küçəsi (keçmiş Çapayev), Tələt Şıxəliyev 14
(Şuşa restoranının yaxınlığı / 4saylı poliklinika) Nərimanovla 28 mayın arası. (hər iki tərəfdən 5№li qırmızı BakuBus*-lar gəlir)
Əlaqə nömrələri: 012 489 84 69, 050 404 91 13



Saturday, January 21, 2017

İsrafilov Mahir Mənsur oğlu
Məntiq
(nəzəriyyə və praktika)

Elmi redaktor: prof. H.R.İmanov
Rəyçilər: fəlsəfə elmləri doktoru,
prof. Ə.B.Məmmədov fəlsəfə elmləri namizədi, dos. Q.Yusifova
Redaktor: fəlsəfə elmləri doktoru, prof. H.İsrafil

Kitabda məntiqin aktual problemlərinin (təfəkkür formalarının) konkret təhlili verilməklə, ilk dəfə “Təbii dilin tədqiqi“, “Normalar məntiqi", “Əqli nəticənin məhkəmə praktikasında rolu“, “Arqumentasiya nəzəriyyəsi, onun taktikası" və digər məsələlərə də xüsusi diqqət ayrılmışdır. Kitabın nəzəri və praktik əhəmiyyəti onunla səciyyələnir ki, ondan hər bir insan istifadə edə bilər.

Müəllif: Mahir İsrafilov
Dil: Azərbaycan
Nəşriyyat: © Bakı Kitab Klubu
Nəşr ili: 2017
Səhifə: 408 səh.
Format: 60x84 1/16 (140x200 мм)
Cildi: yumşaq
Tiraj: 100



Thursday, January 12, 2017

Vaqif Qasımov
İnformasiya axtarışı üsulları və sistemləri (dərslik) 

Dərslikdə informasiya ilə bağlı əsas anlayışlar, informasiya təlabatı, onun formalaşması mərhələləri və öyrənilməsi üsulları, eləcə də internetin informasiya ehtiyatları və xidmətləri barədə geniş məlumat verilmişdir.

2015, 288 səh.


Tuesday, January 10, 2017

Nəcəf bəy Vəzirov
Müsibəti-Fəxrəddin (seçilmiş əsərləri)

Tərtibçi: F.Qasımzadə
Bakı, “Kitab Klubu” N.E., 2017, 432 səh.

Nəcəf bəy Vəzirovun Azərbaycan dramaturgiyasının formalaşmasında, ideya-estetik məzmun bədii sənətkarlıq keyfiyyətlərinin zənginləşdirilməsində, milli teatrın yaradılmasında və inkişafında müstəsna rolu vardır.
Kitaba dramaturqun pyesləri, hekayələri, məqalələri və kiçik mütəfərriqələri daxil edilmişdir.

© Kitab Klubu, 2017
© Azərnəşr, 1954


Monday, January 9, 2017

Frederik STENDAL
Vanina Vanini (povest)

Azərbaycan dilinə tərcümə edən: Vidadi Paşayev
Korrektor: Ceyhun Mirzəli

Fransız yazıçısı Stendalın “Vanina Vanini” povesti italyan vətənpərvərlərin (Karbonarilər) avstriya hökmranlığına qarşı mübarizəsindən bəhs edir. Öz vətənlərinin azadlığı uğrunda döyüşən xalqa hüsnü-rəğbətini gizlətməyən Stendal, gənc karbonari – Tyetro Missirillinin parlaq surətini yaradır. Pyetronun qəlbindəki inqilabi borc hissi kübar və həm də gözəl Vaniniyə olan məhəbbət hissi ilə daima mübarizə aparır. Vanini isə Missirilinin yalnız ona məxsus olmasından ötrü karbonarilərin ittifaqını düşmənə satır, lakin Missirili əqidəsindən dönməyərək Vaniniyə olan məhəbbətindən imtina edir və məsləkdaşları ilə vətənin azadlığı uğrundakı mübarizəsini davam etdirir.

KitabKlubu.org, 2017, 80 səh
© Kitab Klubu MMC, 2017
© Gənclik, 1969
Qiyməti: 3.5 AZN


Azərbaycan-latın-rus-ərəb tibb terminləri lüğəti : 15000 söz və söz birləşməsi

Dörd dildə tərtib olunan bu lüğətdə həm əski, həm də müasir tibb terminləri öz əksini tapmışdır. Bəzi yeni tibb istilahlarının qarşılığı latın dilində mövcud olmadığından tərtibçilər, əsasən, ingilis, nadir hallarda isə fransız dillərində işlənən tibb istilahlarından istifadə etmişlər. Lüğətdə ərəb qrafikası ilə təqdim olunan ərəb tibb terminləri daha düzgün və dəqiq tələffüz olunmaq üçün latın qrafikasında müvafiq transkripsiya ilə verilmişdir.

Bakı: Əli Nəşriyyat Evi, 2007, 600 səh.
AMEA akad. Z.M. Bünyadov adına Şərqşünaslıq İnstitutu
ISBN 978-995225-075-9



Thursday, January 5, 2017

Karl Marks
KAPİTAL. Siyasi iqtisadın tənqidi
I cild - Kapital istehsalı prosesi
[konspekt] I nəşr

Tərtib edən: Rafiq Məmmədli
Bakı, KitabKlubu.org, 2017, 392 səh.

Əlinizdə tutduğunuz kitab «Kapital»ın (1-ci cild) xülasəsi, başqa sözlə, konspektidir. Tərtibçi olduqca çətin, mürəkkəb və tarixi bir missiyanı öz üzərinə götürərək, bu formatda (!) təxmi-nən 1200 səhifədən artıq olan əsərin orijinalının ən əhəmiyyətli, ən məzmunlu, ən prinsipial və ən məlumatlı hissələrini seçib onlar arasında əlaqə yaradaraq konspektləşdirib. Nəticə etibarı ilə artıq Siyasi iqtisad dərsliyini xatırladan bu kitabı indi daha çox adam zaman ayırıb oxuya bilər... Əsəri sırf elmi məqsədlə oxumaq istəyənlərin isə bütöv – nəhəng, orijinal «Kapital» həmişə ixtiyarındadır.

© Rafiq Məmmədli
Müəllif haqları qorunur. Kitabın icazəsiz çapı, elektron versi-yasının İnternetə yerləşdirilməsi və paylaşılması yolverilməzdir.

ISBN 978-9952-8306-7-5

K.Marks. «Kapital», 1-ci cild. © Azərnəşr (1969) və © KitabKlubu.org (2016) nəşrlərindən istifadə olunub. (tərcüməçilər: M. Ağamirov, A. Gülməmmədov, S. Məlikov, C. Cabbarov; Redaktorlar: M. Mustafayev, İ. Əliyev)

Kitabı əldə etmək üçün nömrələr:
Kitab Klubu: (012) 489-84-69, (050) 404-91-13


Tuesday, January 3, 2017

Ernest Heminquey – «Əlvida, silah!» (roman)
T ə r c ü m ə   e d ə n i: Hacı Hacıyev

Roman avtobioqrafik sayılır. Yazıçı birinci Dünya Müharibəsində italyan cəbhəsində Qızıl Xaçın könüllüsü kimi iştirak edib. Milanda yaralanıb hospitala düşən Heminquey tibb bacısına aşiq olub. "Əlvida, silah!" üslub gözəlliyi və ifadəliliyi baхımından Heminqueyin ən yaхşı əsəri sayılır.
Romanın adlarına gəlincə, yazıçı onu əvvəlcə «Savaşda eşq», «Gözoxşayan», «Vaxt da yetər, sülh də», "Silahlara əlvida" adlandırmaq istəyib. Ən sonda, «Əlvida, silah!» (1929) adının üstündə dayanıb.

Müəllif: Ernest Heminquey
Dil: Azərbaycan
Nəşriyyat: © Bakı Kitab Klubu
Nəşr ili: 2017
ISBN: 978-9952-8252-0-6
Səhifə: 320 səh.
Format: 60x84 1/16 (140x200 мм)
Cildi: yumşaq
Tiraj: 100
Üstündəki qiymət: 6.5 AZN


Cəfər Cabbarlı
Mən bir susmaz duyğuyam ki...
Kitabda Azərbaycan dramaturqu, şairi və nasiri, teatrşünas, kinoşünas, tərcüməçi, kinossenarist, jurnalist, aktyor, rejissor, əməkdar incəsənət xadimi — Cəfər Cabbarlının lirik və satirik şeirləri, hekayə və dram əsərləri, həmçinin ədəbi tənqidi məqalələri yer almışdır.
Müəllif: Cəfər Cabbarlı
Dil: Azərbaycan
Nəşriyyat: © Bakı Kitab Klubu
Nəşr ili: 2017
ISBN 978-9952-8260-3-6
Səhifə: 472 səh.
Format: 60x84 1/16 (150x200 мм) 
Cildi: yumşaq
Tiraj: 100

Cek London. «Ağ diş»
Tərcümə edəni Kamran Nəzirli

Povest yarı canavar balası olan itin başına gələn əhvalatlardan bəhs edir. Yazıçı bu povestində itin daxili aləmini, onun hər bir hissiyatını ustalıqla qələmə almışdır. Ağ diş öncə acınacaqlı həyat sürür, lakin əsərin sonuna yaxın o, xoşbəxt həyata nail olur. Bu əsərdə ədib öz fikirlərinə də yer vermişdir. Bu isə "Ağ diş"i oxunaqlı edən amillərdən biridir. Cek London bu əsəri ilə demək istəyir ki, heyvanla insan arasında fərq yoxdur. Yəni heyvanda insan kimi şüura sahibdir, düşünür və hər bir hissi duya bilir. Əsərdə həmçinin insanın vəhşiliyi, onun ədalətsiz həyat qanunları pislənir və yazıçı bu əsərlə insanın heyvandan daha vəhşi olduğunu bildirmək istəyir..

© «Kitab Klubu» MMC, 2017
© «Yazıçı» 1991

Müəllif: Cek London
Dil: Azərbaycan
Nəşriyyat: © Bakı Kitab Klubu
Nəşr ili: 2017
ISBN 978-9952-8252-9-9
Səhifə: 248 səh.
Format: 84x108 1/16 (130x200 мм)
Cildi: yumşaq
Tiraj: 150