Monday, May 12, 2014

Zemfira Hacıyeva
AMEA prezidentləri. Şanlı yolun mərhələləri (azərbaycan, rus və ingilis dillərində)

Kitabda Azərbaycan Milli Elmlər Akademiyasının tarixi inkişaf mərhələləri öz əksini tapıb,ölkənin əsas elmi mərkəzinə rəhbərlik edən prezidentlərin həyat və yaradıcılığına dair unikal faktlar mövcuddur. 1923-cü ildə “Azərbaycan Tədqiq və Tətəbbə Cəmiyyəti”, sonra Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunun- AzDETİ (1929-1932-ci illər) yaranması 1932-ci ildə SSRİ Elmlər Akademiyası Zaqafqaziya filialının Azərbaycan bölməsinin yaradılmasına vəsilə oldu. 1935-ci ildə həmin bölmə SSRİ EA-nın Azərbaycan filialına çevrildi. 1945-ci ildə artıq Azərbaycan öz Elmlər Akademiyasını yaratdı. İlk dövrdə Azərbaycan Elmlər Akademiyasının 15 həqiqi üzvü vardı. Azərbaycan EA Rəyasət Heyətinin ilk üzvləri məşhur cərrah Mir Əsədulla Mirqasımov, xalq şairi Səməd Vurğun, dahi bəstəkar Üzeyir Hacıbəyov, energetik İosif Yesman, bioloq Aleksandr Qrossgeym, cərrah Mustafa Topçubaşov, kimyaçı Yusif Məmmədəliyev, yazıçı Mirzə İbrahimov, filosof Heydər Hüseynov və geoloq Mirəli Qaşqay idi.
2014, 392 səh., 17x24, sərt




No comments:

Post a Comment