Tuesday, January 6, 2015

"QARABAĞ: FOLKLOR DA BİR TARİXDİR"
(çoxcildli)

Qarabağı dünyaya daha yaxından tanıtmaq üçün Folklor İnstitutu 2012-ci ildə «Qarabağ folklorunun toplanması, sistemləşdirilməsi və araşdırılması» üzrə xüsusi layihə hazırlayıb. Layihədə əsas məqsəd Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağı folklor mühiti kimi diqqət mərkəzində saxlamaq, onun qeyri-maddi mədəni irsini toplamaq, sistemləşdirmək, nəşr etmək, araşdırmaq və təbliğ etməkdir. Layihədə məqsəd həm də bölgənin folklor resurslarını müəyyənləşdirmək, bölgənin sosial-mənəvi həyatında folklorun iştirakının aktivlik dərəcəsi haqqında müəyyən təsəvvür əldə etməkdir. Layihə çərçivəsində artıq doqquz kitab çap olunub. Bu kitablarda 150-dən artıq mifoloji mətn, 500-dən artıq əfsanə və rəvayət, 200-dən artıq nağıl, 300-dən artıq lətifə, 700-ə yaxın atalar sözü, 1500-dən artıq bayatı, həmçinin laylalar, oxşamalar, düzgülər, uşaq folkloruna aid digər nümunələr çap olunub.



 Külliyyatı əldə etmək istəyənlər Kitab Klubuna müraciət edə bilər..

No comments:

Post a Comment