Tuesday, March 10, 2015

Cavanşir Feyziyev | “Türk dövlətləri birliyi”
(Qlobal inteqrasiyanın Avrasiya modeli)

Kitab türk dünyasının taleyi ilə bağlı ən aktual problemə – Türk Dövlətləri Birliyinin yaradılması zərurətinə həsr olunub. Əsərdə bu problemin fundamental əsasları araşdırılır: türk dövlətçiliyinin genezisi, türk sivilizasiyasının, türk siyasi mədəniyyətinin dərin qatları, ümumtürk birliyi ideyasının tarixi təkamülü, türkçülüyün mahiyyəti, dünya mədəniyyətinin, Böyük İpək yolu siyasətinin, Avrasiya geopolitikasının inkişafı tarixində türklərin rolu, Avrasiyanın "Türk konsensusu" yeni yanaşma kontekstində təhlil edilir. Müəllif müstəqil türk dövlətlərinin siyasi liderlərinin mövqelərinə söykənərək, Türk Dövlətləri Birliyinin təşəkkül şərtlərini, ümumtürk strategiyasının başlıca məqsədlərini müəyyənləşdirməyə, müstəqil türk dövlətləri arasındakı bu müttəfiqliyin ideologiyasını konseptuallaşdırmağa, türk geosiyasi regionunun (TGR) türk geosiyasi sisteminə (TGS), türk geosiyasi sisteminin (TGS) də öz növbəsində Türk Dövlətləri Birliyinə (TDB) transformasiyasının qanunauyğunluğunu açmağa çalışır.
Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

Bakı, "Şərq-Qərb" Nəşriyyat Evi, 2013, 312 səh.
ISBN 978-9952-489-08-8


No comments:

Post a Comment