Wednesday, August 26, 2015

Şəhla Abdullayeva
“Azərbaycan ədəbiyyatında “Şeyx Sənan” mövzusu”
Kitab gənc şərqşünas alimin sayca 10-cu kitabıdır. “Şeyx Sənan” qissəsinin haradan qaynaqlandığını, bu qəhrəmanın prototipinin kim olması haqqında müxtəlif ölkələrin bir çox ədəbiyyatşünasların araşdırmaları barədə məlumat verən Ş.Abdullayeva yazılı ədəbiyyatda məlum olan əsərləri təhlil edir. O, bildirir ki, ilk olaraq yazılı ədəbiyyatda “Şeyx Sənan” qissəsini XII-XIII əsrlərin ən tanınmış sufi şairlərindən olan Şeyx Fəridəddin Əttar qələmə alıb.
Alimin sözlərinə görə, “Şeyx Sənan” mövzusu XIV-XX əsrlərdə Azərbaycan ədəbiyyatında geniş yayılan mövzulardan biri olub. Monoqrafiyanın müəllifi Üzeyir bəy Hacıbəylinin “Şeyx Sənan” operasını, Hüseyn Cavidin eyniadlı faciəsini, Mehti bəy Hacınskinin 1908-ci ildə “Каспiй” qəzetində dərc etdiyi əfsanəni və digər əsərləri tənqidi dəyərləndirir, onların ideya-məzmun qayəsi haqqında dəyərli mülahizələr irəli sürür.
"Elm və təhsil", 2015, 304 səh.


No comments:

Post a Comment