Thursday, November 19, 2015

Qəzənfər Paşayev
Altı il Dəclə-Fərat sahillərində
KitabKlubu.org, 2015, 312 s.
Görkəmli şərqşünas, dilçi alim Qəzənfər Paşayevin adı çəkiləndə istər-istəməz keşməkeşli tarixi olan, indiyə kimi də çalxalanıb durulan İraq yada düşür. Bu da onunla bağlıdır ki, Q. Paşayev 1960-70-ci illərdə Yaxın Şərqin ən qədim dövləti olan İraqda 6 il tərcüməçilik fəaliyyəti ilə məşğul olmuş, bu müddət ərzində ”Dəclə və Fərat sahillərində” yaşayan xalqların, ictimai həyatını, tarixini, adət-ənənələrini, mədəniyyətini, ədəbiyyat və incəsənətini mükəmməl şəkildə qələmə alaraq yığcam şəkildə elmi-bədii-sosioloji salnamə yarada bilmişdir.
Bu kitab bu gün də oxunaqlıdır. Ən azından İraqın dünəni və bu gününü müqayisə etmək baxımından. Bundan başqa soyumuz-kökümüz bir olan türkmanların maddi-mənəvi varidatını öyrənmək, o dövrün türkman yazarlarının yaradıcılığı ilə tanış olmaq üçün burada kifayət qədər məlumat əldə etmək olar.
© Kitab Klubu MMC, 2015
© Yazıçı, 1987

No comments:

Post a Comment