Thursday, March 3, 2016

Sabir Qaraqoyunlu
QARAQOYUNLU LƏHCƏSİ “DƏDƏ QORQUD” LƏHCƏSİDİR

(seçilmiş elmi-publisistik məqalələr toplusu)

Bakı: “Oğuz eli” nəşriyyatı, 2013, 168 səhifə.

Təcrübəli müəllim və filologiya elminin təəssübkeş mütəxəssisi kimi daim axtarışlar aparan, nəşr edilən elmi və bədii əsərin dilinə, televiziya verilişlərinə, xüsusən də lüğət vəsaitlərinə böyük tələbkarlıqla yanaşan, titulundan və ad-sanından asılı olmayaraq heç bir müəllifə, yaxud da tərtibçiyə, aparıcıya yol verdiyi dil xətalarına görə güzəştə getmədən, ürək ağrısı ilə obyektiv reaksiya verən, etiraz səsini ucaldan Sabir Qaraqoyunlunun (Əfəndiyev) “Qaraqoyunlu ləhcəsi “Dədə Qorqud” ləhcəsidir” kitabı Azərbaycan dilinin saflığına həsr edilmiş filoloq ömrünün yazıya alınmış yaşantılarıdır. Kitaba müəllifin istər dövri mətbuatda, istərsə də elmi-metodiki jurnal və almanaxlarda müxtəlif illərdə dərc olunmuş məqalələrindən seçmələr daxil edilmişdir.


No comments:

Post a Comment