Wednesday, April 20, 2016

Kamil Fərhadoğlu
Bakı: İçərişəhər / biblioqrafiya üç dildə /
"Ş-Q" & "Çinar-Çap", 2006, 256 səh., rəngli il. ; 23x31
ISBN 5-565-00380-6
Qiyməti: 25.00 AZN
Kamil Fərhadoğlunun təqdim etdiyi ümumiləşdirilmiş monoqrafiyada Bakının çoxəsrlik tarixi, arxeoloji qazıntılar nəticəsində əldə edilən maddi-mədəniyyət nümunələri, etnoqrafik müşahidələr, yazılı mənbələr, numizmatik və epiqrafik tədqiqatlar əsasında qələmə alınmışdır. Kitabda orta əsrlər dövrünün tarixçi, alim, çoğrafiyaşünas, tacir, diplomat və səyyahlarının Bakının sənətkarlıq, ticarət, ticarət yolları və xüsusilə də neft və duz hasilatı haqqında xeyli dəyərli məlumatları toplanmışdır. Qala divarları içində aparılan son arxeoloji qazıntı işləri zamanı aşkar olunmuş qiymətli sənətkarlıq nümunələri ilə bərabər Şirvan memarlıq məktəbinin şah əsəri olan Şirvanşahlar sarayı kompleksi və eləcə də İçərişəhərdəki bütün memarlıq abidələrinin tarixi kitabda öz əksini tapmışdır. Əsərdə Qız qalasının daha qədim dövrə aid olması haqqındakı ehtimallar araşdırılır.

No comments:

Post a Comment