Tuesday, March 21, 2017

İlyas Əfəndiyev
"Dağlar arxasında üç dost"
(roman)

“Dağlar arxasında üç dost” əsəri (1963) İlyas Əfəndiyevin ən güclü romanlarından biri hesab olunur. Romanı oxumağa başlarkən artıq onun klişe sovet romanlarından fərqləndiyini sezmək olur. Hətta sovet beynəlmiləlçiliyi (erməni-azərbaycanlı dostluğu) mövzusunu da dramaturq peşəkarlıqla elə qələmə almışdır ki, indiki baxışla belə o cür münasibətlər absurd görünmür.
Müəllifin digər roman və dram əsərlərində olduğu kimi bu əsərin də süjet xətti real hadisələrlə zəngin, kəskin dəyişkən xətt üzrə gedir. Əsərin məzmunu əsasən məhəbbət və ailə dramından ibarətdir. Qəhrəmanların – Şahlar və Səlimənin bir-birinə sevgisi nə qədər qırılmaz və səmimi olsa da, əksinə oğlanın anası Gülnisənin gənclərin məhəbbətinə qarşı etdiyi hərəkətlər də bir o qədər təsirlidir... və tezliklə hadisələr məcrasından çıxır... Əsərdə səmimi dostluq və ülvi məhəbbət hissləri ilə yanaşı cürbəcür insan xarakterlərindən, düşmənçiliyə gətirib çıxaran kəskin insan komplekslərindən də söhbət açılır.
Romanın dili də çox sadə olduğundan birnəfəsə oxunur.

© Kitab Klubu MMC, 2017

Müəllif: İlyas Əfəndiyev
Dil: Azərbaycan
Nəşriyyat: © Bakı Kitab Klubu
Nəşr ili: 2017
ISBN -
Səhifə: 288 səh.
Format: 60x84 1/16 (140x200 мм)
Cildi: yumşaq
Tiraj: 50


No comments:

Post a Comment