Friday, October 20, 2017

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi
2017, 396 səh.
Kitaba 29 dekabr 2015-ci il tarixində qəbul edilmiş və 19 yanvar 2017-ci il tarixinədək edilmiş bütün əlavə və dəyişikliklərlə Azərbaycan Respublikasının yeni İnzibati Xətalar Məcəlləsi, həmin Məcəllənin təsdiq edilməsi haqqında Qanun və Məcəllənin tətbiqinə dair Azərbaycan Respublikası Prezidentinin Fərmanı daxil edilmişdir.
Kitab inzibati xətalara baxan orqanların əməkdaşları, habelə bu sahədə qanunvericiliyin tətbiqi və öyrənilməsi ilə əlaqədar fəaliyyət göstərən digər şəxslər, eləcə də geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
2017, 396 səh.

Azərbaycan Respublikasının Cinayət Məcəlləsi
Kitaba 1 fevral 2017-ci il tarixinədək edilmiş bütün əlavə və dəyişikliklərlə Azərbaycan Respublikasının Cinayət Məcəlləsi, həmin Məcəllənin təsdiq edilməsi və qüvvəyə minməsi ilə əlaqədar Qanun, Məcəllənin tətbiqinə dair Azərbaycan Respublikası Prezidentinin Fərmanı, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əlavə və dəyişikliklər etmiş qanunların siyahısı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumlarının qərarlarının tam mətnləri daxil edilmişdir. Məcəlləyə edilmiş düzəlişlərlə əlaqədar maddələrin qüvvədə olan mətnləri ilə bərabər, qüvvədən düşən, yəni ilkin mətnləri də kitabda yer almışdır.
Kitabdan cinayət qanunvericiliyinin tətbiqi və cinayət hüququnun tədrisi fəaliyyətinin əhatə etdiyi şəxslər, habelə maraqlanan digər şəxslər istifadə edə bilərlər.
2017, 686 səh.

Azərbaycan Respublikasının Vergi Məcəlləsi
Kitaba 1 fevral 2017-ci il tarixinədək edilmiş bütün əlavə və dəyişikliklərlə Azərbaycan Respublikasının Vergi Məcəlləsi, həmin Məcəllənin təsdiq edilməsi və qüvvəyə minməsi ilə əlaqədar Qanun, Məcəllənin tətbiqinə dair Azərbaycan Respublikası Prezidentinin Fərmanı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikasının Vergi Məcəlləsinin müxtəlif müddəalarının tətbiqi və şərhi ilə bağlı qərarları daxil edilmişdir.
Kitab vergi qanunvericiliyinin tətbiqi və öyrənilməsi ilə əlaqədar fəaliyyət göstərən şəxslər, habelə geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.


2017, 394 səh. 


No comments:

Post a Comment